Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-565/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh1, Cavabdeh2 qarşı «pul tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2067/2021 saylı 06.04.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1.149.072 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini və cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri olduğundan bununla bağlı qeyd olunan halın araşdırılması məqsədi ilə prokurora xəbər verilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir İddiaçı, eyni zamanda, iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək yekun məhkəmə qətnaməsi çıxarılanadək Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski və Sabit Rəhman küçələrində yerləşən ərazidə Cavabdeh3 MMC tərəfindən həyata keçirilən söküntü və tikinti işlərinin davam etdirilməsinin Cavabdeh3 MMC-yə və digər şəxslərə qadağan edilməsi və MMC-nin bütün banklarda olan bank hesablarına iddia tələbi həcmində həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2067/2021 saylı, 06 aprel 2021-ci il tarixli qərardadına əsasən ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv olunmasını və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında 26.08.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 14 faiz olmaqla 60 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti verilmiş və həmin kreditin təminatı olaraq ipoteka müqaviləsi bağlanaraq, ikinci və üçüncü cavabdehləri mülkiyyətində olan m qeyri-yaşayış sahələri bank qarşısında yüklü edilmişdir. Cavabdeh MMC həm kredit müqaviləsinin, həm də ipoteka müqaviləsinin şərtləri pozulmuş, “İpoteka haqqında» Qanunun tələblərinə riayət olunmamışdır. Belə ki, ipotekaya qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulmuş həmin əşyaların məhvi və ya zədələnməsi təhlükəsi yaranmışdır. Lakin buna baxmayaraq cavabdeh bankı xəbərdar etmədən söküntü və tikinti işlərini həyata keçirmişdir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 14 mart 2018-ci il tarixli Qərarına əsasən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətb iqinə təcrübəsi əsasında açıqlanır. Məhkəmə öz qərardadında iddiaçı tərəfindən əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədiyini və iddiaçının iddianı təmin etmə tədbirinin zərurilik meyarlarını kifayət qədər əsaslandırılmamasını əsas gətirərək ərizəni təmin etməməklə səhv nətijəyə gəlmişdir. Məhkəmə həm də Xətai rayon məhkəməsinin 21 iyun 2019-cu il tarixli 2(011)- 101/2019 saylı qətnaməsini nəzərə almadan bu qənaətə gəlmişdir. Bu da öz növbəsində qətnamənin icrasının təminatı olan mülkiyyətin, yəni ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların məhv edilməsi təhlükəsini yaratmışdır. Bu isə Azərbaycan respublikası adından çıxarılmış qətnamənin icrasına maneə törədəcək və icrasını mümkünsüz edəcək. Bakı Kommersiya Məhkəməsinin 22.04.2021-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi D.Əliyeva şikayəti dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi İ.Yediyarov MMC tərəfindən kredit borcun ödənildiyini və iptekaya qoyulmüş bütün əmlakların hərracdan bankın özü tərəfindən əld edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardaddandan isə görünür ki, məhkəmə iddiaçının ərizəsini rədd edərkən qeyd etmişdir ki, “iddiaçının ərizəsində görülməsi xahiş edilən iddianı təmin tədbirinin zərurilik meyarları kifayət qədər əsaslandırılmamış, həmçinin iddianı təmin tədbirlərinin tətbiqi üçün ilkin zəruri sübutlar iddiaçı tərəfindən ərizəyə əlavə edilməmiş, ilkin əsaslandırılmanın aparılması üçün bununla bağlı dəlilləri təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizə təmin edilməməlidir.” Məhkəmə kollegiyası nəticə etibarə ilə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 14 mart 2018-ci il tarixli Qərarında da məhz Plenum qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Prosessual qanunverciliyin qeyd olunan tələblərinən və Konstitusiya Məhkəməsinin qərarında verilən şərhdən göründüyü kimi, iddianı təmin etmə tədbirinin tətbiq edilməsi üçün kifayət qədər əsaslar mövcud olmalı, qətnamənin icrasını təmin etmək məqsədini daşımalı, müvəqqəti xarakterə malik olmalı və tədbir iddia tələbinə mütənsib olmalıdır. Lakin, konkret halda, iddiiaçının iddia ərizsinə və onun iddianı təmin etmə tədbiri barədə ərizəsinə, habelə işin digər materiallarına əsasən iddiaçının tətbiq edilməsini xahiş etdiyi - “Cavabdeh3 MMC tərəfindən həyata keçirilən söküntü və tikinti işlərinin davam etdirilməsinin həmin MMC-yə və digər şəxslərə qadağan edilməsi və onun bütün banklarda olan bank hesablarına iddia tələbi həcmində həbs qoyulması barədə iddianı təmin etmə tədbirinin tətbiqi üçün kifayət qədər əsasların mövcudluğu müəyyən edilmir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı bankla Cavabdeh3 MMC arasındakı 26.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən istinadən ona 5.000.000 ABŞ dolları məbləğində kredit xətti verildiyini və kreditin təminatı olaraq ipoteka müqaviləsi bağlanaraq, digər cavabdehlərə məxsus yaşayış sahələrinnin ipoteka ilə yüklü edildiyi qeyd edilərək, həmin əmlakların cavabdeh tərəfindən sökülməsi əsas gətirərək, ekspert rəyi ilə müəyyən edilən 1.149,072 manat məbləğində ümumi dəyərinin cavabdehlərdən müştərək qaydada tutulmasını məhkəmədən xahiş edir. Onun hazırkı şikayətinin dəlillərinə və iş materiallarında əsasən isə müəyyən olunur ki, həmin kredit və ipoteka müqavilələri üzrə Xətai rayon Məhkəməsinin 22.12.2017-ci il tarixli qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır və iddiaçının konkret halda hazırkı işdə iddianı təmin etmə tədbirinin görülməsini tələb etməkdə məqsədinin əslində həmin qətnamənin icrasının təmin edilməsindən ibarətdir. Halbuki, məhkəmənin icra sənədi üzrə məcburi icra hərəkətləri, o cümlədən, tutmanın ipoteka predmetinə yönəldilməsi İcra qanunvericiliyi ilə müəyyən edilən qaydalara müvafiq həyata keçirilir. Ümumiyyətlə, iddiaçı iddia ərizəsindlə mübahisəli qeyri-yaşayış sahələrinin dəyərinin ödənilməsini cavabdehlərdən tutulmasını tələb etsə də, həmin əmlakların onun mülkiyyətində olmasını təsdiq edən heç bir sənəd-sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda, yalnız, onun iddia ərizəsi əsasında iddianı təmin etmə tədbirinin görülməsi, hüquqi müəyyənlik prinsipi baxımından, hüquqa ziddir və ən azından tərəflərin qarşılıqlı tarazlılığı pozur və əks tərəfin bütün əsaslı mənafelərini əhəmiyyətli dərəcədə mədudlaşdırırılmasına gətirib çıxarır. Belliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiçıanın görülməsini tələb etdiyi iddianı təmin etmə tədbirləri onun iddia tələbi ilə mütənasiblik təşkil etmir. Başqa sözlə, iddiaçının görülməsini tələb etdiyi iddianı təmin etmə tədbirləri Konstitusiya Məhkəməsinin qərarından irəli gələn meyarlara cavab vermir. Ona görə də məhkəmə kollegiyası iddiaçının şikayətinin Bakı Kommersiya Məhkəməsinin 06.04.2020-ci il tarixli qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, həmin qərarad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC-nin şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2067/2021 saylı 06.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-565/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-565/2021
20.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver