Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-566/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-369/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyindən DSF0005H №li, xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə 380000 ABŞ dolları əsas borcun, 32194,89 ABŞ dolları faiz borcun, xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 57422 ABŞ dolları faiz borcun, ümumilikdə 469616,89 ABŞ dolları məbləğində kredit borcunun, CBHK-0007/06 nömrəli,xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə banka olan 400000 manat əsas borcun, 30888,89 manat faiz borcun, xx xxxxx 2018-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 148000 manat faiz borcun, ümumilikdə 578888,89 manat kredit borcunun, kredit müqavilələrinin, zəmanət məktubunun, cavabdehlərə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq tərəfimizdən ödənilmiş 42 (qırx iki) manat notariat xərcinin və 30 (otuz) manat məbləğində məhkəmə üçün ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-369/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, xx xxxxx 2017-ci il tarixli, CBHK-0007/06 №-li kredit müqaviləsi üzrə əsas borc 387267,25 manat, faiz borcu 29690,49 manat, müqavilə müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu 38726,7 manat olmaqla ümumilikdə 455684,44 manat məbləğində pul vəsaiti “xxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, xx xxxxxx 2017-ci il tarixli, DSF0005H №-li kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixə əsas borc 380000 ABŞ dolları, 32089,33 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu 38000 ABŞ dolları olmaqla ümumilikdə 450089,33 ABŞ dolları məbləğində pul vəsaiti “xxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 23 manat, sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 36 manat məbləğində pul vəsaitinin “xxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, məhkəmə–mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 173 manat məbləğində hissəsinin “xxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən, 27 manat məbləğində hissəsinin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyindən də göründüyü kimi, iddiaçı tərəfindən borc məbləğləri kifayət qədər şişirdilmişdir. Lakin buna baxmayaraq iddiaçı tərəfindən əsassız olaraq iddia tələbi bir daha artırılmışdır. Bundan başqa iddia ərizəsində 2 kredit müqaviləsi mübahisələndirilmişdir. Bu kredit müqavilələrindən yalnız biri üzrə cavabdeh “Üfüq” İstehsalat Birliyi zəmanət məktubu vermişdir. Digər kredit müqaviləsi üzrə isə cavabdeh tərəfindən hər hansı bir zəmanət məktubu verilməmişdir. Ona görə də mübahisənin obyektiv araşdırılması üçün kredit müqavilələri üzrə ayrı-ayrılıqda məhkəməyə müraciət edilməli idi. Bundan əlavə iş üzrə məhkəmə tərəfindən ekspertiza xx.xx.2019-cu il tarixində təyin edilmiş, ekspert rəyi isə xx.xx.2019-cu il tarixində tərtib edilmişdir. İddiaçı tərəfindən isə iddia tələbinin artırılması ilə bağlı ekspert rəyindən uzun müddət sonra yenidən ərizə ilə müraciət edilmişdir. Lakin məhkəmə tərəfindən həmin məbləğin dəqiqləşdirilməsi ilə bağlı ekspertiza təyin edilməmiş, həmçinin yekun məhkəmə aktı qəbul edilərkən iş materiallarına əlavə edilmiş ekspert rəyinə istinad edilməmişdir. Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra isə əsas borca 5 % dərəcəsi ilə hesablanmış faiz borcunun da tutulması xahiş edilmiş, lakin məhkəmə tərəfindən həmin məbləğlərlə bağlı heç bir ekspertiza təyin edilməsi barədə qərar qəbul edilməmiş, iddiaçının yazdığı məbləğlərə istinad edilməklə əsassız bir qətnamə qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, həmin rəqəmlər də kiçik məbləğlər deyil və eyni zamanda onların hesablanması da kifayət qədər qarışıq riyazi düsturlarla aparılır. Yəni həmin rəqəmlərin məhkəmə tərəfindən müəyyən edilməsi mümkünsüz olduğu üçün mütləq həmin rəqəmlərin doğruluğu üçün ekspertə müraciət edilməli idi. Məhkəmə iclasında cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, “X1 (CDB)” ASC ilə “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında xx xxxxx 2017-ci il tarixli CBHK-0007/06 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə 12 ay müddətinə, illik 20 % ödəmək şərti ilə 400000 manat məbləğində kredit verilmişdir. Həmçinin İddiaçı ASC ilə “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında xx xxxxxx 2017-ci il tarixli, DSF0005H nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə 12 ay müddətinə, illik 10 % olmaqla 380000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC-nın növbədənkənar Ümumi Yığıncağının xx.xx.2017-ci il tarixli 04 №-li qərarına əsasən, “X1 (CDB)” ASC-nin İddiaçı ASC-yə qoşulması şəklində İddiaçı ASC-nin yenidən təşkil edilməsi, “X1 (CDB)”ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan İddiaçı ASC-yə keçirilməsi qərara alınmışdır. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışa əsasən İddiaçı ASC “X1 (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir. İddiaçı bildirir ki, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC müqavilələr öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 380000 ABŞ dolları, faiz borcu 32194,89 ABŞ dolları, xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış faiz borcu 57422 ABŞ dolları, cəmi borcu 469616,89 ABŞ dolları, xx.xx.2017-ci il tarixli CBHK-0007/06 nömrəli kredit müqaviləsi üzrə banka olan əsas borcu 400000 manat, faiz borcu 30888,89 manat, xx xxxxx 2018-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış faiz borcu 148000 manat, cəmi borcu 578888,89 manat təşkil edir. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC birinci instansiya məhkəməsində iddianı qismən qəbul etmiş və bildirmişdir ki, əsas və faiz borcunun ekspert rəyində göstərilən məbləğləri ilə razıdır, iddianın müqavilə müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanmış faizlərin ödənilməsi barədə hissəsini isə qəbul etmir. Apellyasiya şikayətində isə həmin cavabdeh iddiaya tamamilə etiraz etmiş və öz etirazını şikayətdə göstərilənlərlə əsaslandırmışdır. Kredit borcunun məbləğinin müəyyənləşdirilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixli 14196 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən xx xxxxx 2017-ci il tarixli CBHK-0007/06 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə əsas borc 387267,25 manat, faiz borcu 29690,49 manat, xx.xx.2019-cu il tarixə əsas borc 387267,25 manat, faiz borcu 44051,65 manat, xx.xx.2019-cu il tarixə əsas borc 387267,25 manat, faiz borcu 45073,60 manat, xx.xx.2019-cu il tarixə əsas borc 387267,25 manat, faiz borcu 49699,30 manat təşkil edir. xx.xx.2017-ci il tarixli DSF0005H nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə əsas borc 380000 ABŞ dolları, faiz borcu 32089,33 ABŞ dolları, xx.xx.2019-cu il tarixə əsas borc 380000 ABŞ dolları, faiz borcu 39742,11 ABŞ dolları, xx.xx.2019-cu il tarixə əsas borc 380000 ABŞ dolları, faiz borcu 40744,89 ABŞ dolları, xx.xx.2019-cu il tarixə əsas borc 380000 ABŞ dolları, faiz borcu 45283,78 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi ekspert rəyinə uyğun olaraq müqavilə tarixlərinə əsas və faiz borcun tutulması hissəsində iddianı qismən təmin etmiş, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması hissəsində də iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtlərini, kredit müqavilələrinə aid ödəniş cədvəllərini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışları, hesabdan çıxarışları və xx.xx.2019-cu il tarixli 14196 nömrəli ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739 və 741-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, əsas vəfaiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bununla yanaşı kollegiya hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırki işin halları da ondan ibarətdir ki, cavabdeh iddiaçıdan xx xxxxx 2017-ci il tarixli CBHK-0007/06 saylı kredit müqaviləsi üzrə 400000 manat məbləğində kredit almış, lakin həmin məbləğdən qalıq qalan 387267,25 manat əsas borcu xx xxxxx 2018-ci il tarixədək qaytarmalı olduğu halda geri qaytarmamışdır. İddiaçı isə həmin tarixdən xx.xx.2020-ci il tarixədək əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması tələbini irəli sürmüşdür. Göründüyü kimi iddiaçı birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi 2 il üçün deyil, 22 ay (xx xxxxx 2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək) üçün həmin faiz məbləğini tələb edir. Həmin məbləğ isə 35499,4 manat (387267,25 x 5% = 19363,3 : 12 x 22 ay = 35499,4) təşkil edir. Həmçinin cavabdeh iddiaçıdan xx xxxxxx 2017-ci il tarixli DSF0005H №-li kredit müqaviləsi üzrə 380000 ABŞ dolları məbləğində kredit almış, lakin həmin məbləği xx xxxxxx 2018-ci il tarixədək qaytarmalı olduğu halda geri qaytarmamışdır. İddiaçı isə həmin tarixdən xx.xx.2020-ci il tarixədək əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması tələbini irəli sürmüşdür. Göründüyü kimi iddiaçı birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi 2 il üçün deyil, 18 ay (xx xxxxxx 2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək) üçün həmin faiz məbləğini tələb edir. Həmin məbləğ isə 28500 ABŞ dolları (380000 x 5% = 19000 : 12 x 18 ay = 28500) təşkil edir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış xx xxxxx 2017-ci il tarixli CBHK-0007/06 saylı kredit müqaviləsi üzrə 35499,4 manat və xx xxxxxx 2017-ci il tarixli DSF0005H №-li kredit müqaviləsi üzrə 28500 ABŞ dolları pulun tutulmasını tələb etməkdə haqlıdır. Ona görə də kollegiya hesab edir ki, həmin hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin dəlillərinə dair kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində cavabdeh iddianı qismən qəbul etdiyi halda, apellyasiya şikayətində iddiaya etiraz etmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində təsbit olunmuşdur ki, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh isə qeyd olunan prosessual normanın tələblərinə riayət etməmişdir. Ona görə də, məhkəmə kollegiyasının gəldiyi nəticə yalnız birinci instansiya məhkəməsində tərəflərin istinad etdiyi faktlara və sübutlara əsaslanmışdır. Həmçinin iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Digər cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi tərəfindən bir kredit müqaviləsi üzrə zəmanət məktubunun verilib-verilməməsi isə hazırki apelyasiya baxışının predmeti deyildir. Çünki həmin cavabdehə aid hissədə iddia rədd olunmuş və bununla bağlı iddiaçı tərəfindən apelyasiya şikayəti verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcunun tutulması hissəsində dəyişdirilməli, digər mübahisələndirilən hissələrdə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-369/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi müqavilə müddəti bitdikdən sonra ilik 5%-lə hesablanmış faiz borcunun tutulması hissəsində dəyişdirilsin. xx xxxxxx 2017-ci il tarixli DSF0005H nömrəli kredit müqaviləsi üzrə həmin faiz borcu 28500 ABŞ dolları, xx xxxxx 2017-ci il tarixli CBHK-0007/06 nömrəli kredit müqaviləsi üzrə həmin faiz borcu 35499,4 manat məbləğində müəyyən edilsin. Qətnamə digər mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-566/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-566/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver