Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-57/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Abiyeva Kəmalə Nəbi qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı MMC-nin (əvvəlki adı: “xxxx” MMC) cavabdehlər “xxxx(UK)” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə və “xxxx” MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-257/19 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-257/19 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin (əvvəlki adı: “xxxx” MMC) cavabdehlər “xxxx(UK)” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə və “xxxx” MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi”nə dair iqtisadi iş üzrə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki,2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı «MURPHY Shippinq & Çommercial Services Limited» şirkətinin cavabdeh İddiaçı (əvvəlki adı «xxxx Azərbaycan») MMC-yə qarşı «hüquqi şəxsə dəymiş zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs «xxxx» MMC-nin iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı (əvvəlki adı «xxxx Azərbaycan ») MMC-dən vurulmuş zərərin əvəzi olaraq 34.395 manat, həmçinin hüquqi xidmət haqqına görə çəkilmiş xərcin əvəzi olaraq 1500 manat, cəmi 35.895 manat tutularaq «xxxx» MMCnin hesabına ödənilməsi qət edilmiş iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddianın qaldırılması ərəfəsində iddiaçı eyni zamanda məhkəmyə iddianın təmin etmə tədbiri görülməsi barədə ərizə ilə müraciət edərək işə mahiyyəti üzrə baxılanadək cavabdeh «xxxx Azərbaycan” MMC-yə cavabdeh «xxxx Azərbaycan” MMC-də olan və digər şəxslərdə olan cavabdehə məxsus əmlak, o cümlədən qiymətli kağızlar, onun bank hesablarında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyat vasitələri üzərində həbs qoyulmasını və 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 2 iqt(81)-884/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinin tələblərini də nəzərə almaqla cavabdeh «xxxx Azərbaycan» MMC-yə, iş mahiyyəti üzrə həll edilənədək hər-hansı maliyyə-bank əməliyyatının aparılmasının (əmək haqqının, məcburi sosial, vergi ödəmələr üzrə əməliyyatlar istisna olmaqla) qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2014-cü il tarixli qərardadı ilə iddiaçı İngiltərənin “xxxx” şirkətinin ərizəsi qismən təmin edilərək işə mahiyyəti üzrə baxılıb qutaranadək, cavabdeh «xxxx Azərbaycan» MMC-nin bank hesablarında olan pul vəsaitəlrinin üzərinə, həmçinin «xxxx Azərbaycan» MMC-yə məxsus «MAN - yük» markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı, «GMK 4100 xüsusi» markalı, ** JV *** dövlət qeydiyyat nişanlı və «MERSEDES Benz AXOR» yük markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması qərara alınmış, ərizə qalan hissədə təmin edilməmişdir. Məlum olduğu kimi iddianın təmin etmə tədbiri məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prossesual tədbirdir. Lakin iş materiallarından və cavabdehin iddianın təmini barəsindəki ərizənin məzmunundan, həcmindən və mübahisənin nəticəsindən görünür ki, burada cavabdehin məqsədi gələcəkdə qətnamənin icrasını təmin etmək deyil, ümümiyyətlə cavabdehin iş ahəngini pozmaq, onu iflic vəziyyətinə salmaq, məhkəmə vasitəsilə şirkətin özünə və onun faliyyətinə təziq göstərməkdən ibarət olmuşdur. Belə ki, xüsusi ilə qeyd etmək lazımdır ki, cavabdehlər və iddiaçı hər iki tərəf eyni fəaliyyət növü ilə - yəni daşıma və gömrük rəsmləşdirilməsi ilə məşğül olduqlarından cavabdehlərin əsas məqsədi həqiqəti müəyyən etmək deyil, iddiaçını işküzar nüfuzuna xələl gətirmək, onün fəliyyətində çətinliklər yaradaraq iflic vəziyyətinə salmaq-ümumilikdə isə onları sıxışdırıb bazardan çıxartmaqla müştərilərini ələ keçirməkdən ibarət olmuşdur. Bununlada iddiaçının bank hesablarında olan pul vəsaiti işçilərin əmək haqqlarına və digər subpodrat təşkilatların maliyyələşdirilməsinə, lahiyələrin təhcizatın maliyyələşdirilməsinə, zəruri avadanlıqların alınmasına yönəlməli olduğu halda, süni çətinliklər yaradaraq onun bank hesablarını dondurmuşlar və istənilən vasitələrlə müəssisəni iflic vəziyyətinə salmışlar. Nəticədə hes bir əsası olmayan iddianı qaldırmaqla və əsassız olaraq iddianın təmini tədbirini tədbiq etməklə cavabdehlər iddiaçıya külli miqdarda maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası MPM-nin 164-cü maddəsinə əsasən iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. İddianın təmini iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tədbiri nəticəsində tərəfimizdən iş üzrə kifaəyət qədər sübüt təqdim olunsa da işə baxan məhkəmə həmin sübutları nəzərə alınmamış və yaxud düzgün hüquqi qiymət verilməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər öz nümayəndələrini məhkəmə iclasına göndərməmiş və göndərilməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC cavabdehlər “xxxx(UK)” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehlər “xxxx(UK)” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən və “xxxx” MMC-dən müştərək qaydada 2.854.835 ABŞ əldən çıxmış faydaya görə, 201.295 Avro, 295.000 ABŞ dolları və 2.720.392 maddi ziyan tutularaq İddiaçı MMC-nin (əvvəlki adı: “xxxx” MMC) xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, qeyd edilənlərdən əlavə cavabdehlər “xxxx(UK)” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən və “xxxx” MMC-dən 546.787,70 ABŞ dolları tutaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı xx xxx 2019-cu il tarixdə məhkəməyə iddia tələbinin azaltmasına dair ərizə təqdim edərək, iddiaçı tərəfindən dəymiş ziyanın ödənilməsi ilə bağlı iddia ərizəsinin 10-cu bəndində “xxxx” MMC ilə bağlı iddianın geri çəkilməsinin xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin rədd edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən olunur ki, iddiaçı “xxxx(UK)” Şirkəti cavabdeh “xxxx Azərbaycan” MMC-yə (hazırki: İddiaçı MMC) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən “xxxx(UK)” Şirkətinin nəfinə sonuncuya vurulmuş zərərin əvəzi kimi iddiaçının ondan istifadə etməklə cavabdehin qanunsuz əldə etdiyi 38.485.594,74 manat, görülmüş işlərə görə invoyslar üzrə cavabdehin qanunsuz əldə etdiyi 435 834 ABŞ dolları və bundan başqa, cavabdehin iddiaçının adından istifadə etməklə qeyri-qanuni əməllərinə görə iddiaçı tərəfindən ödənilməli olan cərimənin 2.817.684 ABŞ dollarının tutulması və bu məbləğlərin iddiaçının 100% payla təsisçisi/müstəsna mülkiyyətçisi olduğu “xxxx” MMC-nin bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsi, həmçinin, cavabdehdən iddiaçı “xxxx(UK)” Şirkətinə aid, ona ödənilməli olan və hazırda “xxxx” MMC-də qalmış (bu MMC-yə göstərilmiş xidmətlər üzrə cavabdehə ödənişi dayandırılmış) xidmət haqqı- 600.000 manat pulun iddiaçının mülkiyyətində olan “xxxx” MMC-nin bank hesabına ödənilməsinin “xxxx”MMC-yə həvalə edilməsi və cavabdehin (onun rəhbəri Asim Baxşıyevin) əməllərində AR Cinayət Məcəlləsinin 178.3.2, 192.2.1, 197.2 maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin açıq-aşkar mövcudluğu nəzərə alınaraq bu barədə xüsusi qərardad çıxarılmaqla, prokurorluğa məlumat verilməsi xahiş etmişdir. xx.xx.2014-cü il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən işin aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilmişdir. İddiaçı “xxxx(UK)” Şirkəti iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx Azərbaycan” MMC-yə (hazırki: İddiaçı MMC)-də olan və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak, o cümlədən qiymətli kağızlar, onun bank hesablarında olan pul vəsaitləri, valyuta sərvətli, minik avtonəqliyyat vasitələri üzərinə həbs qoyulması və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)- 884/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin tələblərini də nəzərə almaqla cavabdeh “xxxx Azərbaycan” MMC-yə, iş mahiyyəti üzrə həll edilənədək hər-hansı maliyyə-bank əməliyyatının aparılmasının (əmək haqqının, məcburi sosial, vergi ödəmələri üzrə əməliyyatlar istisna olmaqla) qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(82)- 3422/2014 saylı qərardadı ilə iddiaçı “xxxx(UK)” Şirkətinin ərizəsi qismən təmin edilmiş; cavabdeh “xxxx Azərbaycan” MMC-nin bank hesablarında olan pul vəsaitlərinin üzərinə, həmçinin “xxxx Azərbaycan” MMC-yə məxsus “MAN-yük” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı, “GMK 4100 xüsusi” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı və “X3” yük markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Sonradan “xxxx Azərbaycan” MMC 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək, məhkəmənin 2(82)-3422/2014 saylı iş üzrə bank hesablarının üzərinə qoyulmuş həbsin götürülməsi ilə bağlı ərizə təqdim etmiş və məhkəmənin xx xxxxxx 2014cü il tarixli qərardadı ilə “xxxx Azərbaycan” MMC-nin ərizəsi qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərardadına əsasən, “xxxx Azərbaycan” MMC-nin bank hesablarının üzərinə qoyulmuş həbsin dövlət büdcəsinə vergi ödənişlərinə dair hissədə ləğv edilməsi və ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bundan sonra “xxxx” Şirkəti 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddianın təmin etmə tədbiri barədə ərizə ilə müraciət etmiş və məhkəmənin xx xxxxxx 2014-cü il tarixli 2(82)-3422/2014 saylı qərardadı ilə “xxxx” Şirkətinin ərizəsi qismən təmin edilmiş, cavabdeh “xxxx Azərbaycan” MMC-nin mülkiyyətində olan Maz 543302-2120 yük markalı, 10JR166 qeydiyyat nişanlı Dartıcı; GMK 4100 Xüsusi Markalı, 90JV513 qeydiyyat markalı Avtokran; Maz 543302-2120 markalı, 10JR165 qeydiyyat nişanlı Dartıcı; Mitsubishi Roza markalı, 10JV372 qeydiyyat nişanlı Avtobus; Schmitz S01 yük yarım qoşqu markalı, 10ZH902 qeydiyyat nişanlı Tentil Furqon; Man H18 yük markalı, 99JD913 qeydiyyat nişanlı Yəhərli Dartıcı; Maz 93866-041 markalı, 10ZB669 qeydiyyat nişanlı Yarımqoşqu, Maz 543307-7120 yük markalı, 10JR167 qeydiyyat nişanlı Dartıcı; Maz 93866-041 markalı, 10ZB671 qeydiyyat nişanlı Bortlu Yarımqoşqu,; Grove CMK 3055 AT xüsusi markalı, 99JD261 qeydiyyat nişanlı Avtokran və Maz 93866-041 markalı 10ZB670 qeydiyyat nişanlı Bortlu Yarımqoşqu nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ya hər hansı formada yüklü edilməsi “xxxx Azərbaycan” MMC-yə qadağan edilməsi qərara alınmışdır. xx xxxxxx 2015-ci il tarixdə “xxxx” MMC iddia ərizəsi təqdim edərək, müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Xətai rayon İcra Şöbəsi tərəfindən 2 saylı Baki İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunaraq, məhkəmənin 2(82)-3422/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qərardadına izah verilməsi ilə bağlı ərizə verilmiş və məhkəmənin 2(82)-136/2015 saylı, xx xxxx 2015-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, cavabdeh “xxxx Azərbaycan” MMC-nin adını dəyişdirərək, İddiaçı MMC kimi qeydə alınması nəzərə alınması və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-3422/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qərardadına əsasən verilmiş icra vərəqəsi icra edilərkən, İddiaçı MMC-nin (əvvəlki adı: “xxxx Azərbaycan” MMC-nin) bank hesablarında olan pul vəsaitlərinin üzərinə həbs qoyulması ilə bağlı icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-884/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” Şirkətinin cavabdeh İddiaçı (əvvəlki adı: “xxxx Azərbaycan”) MMC-yə qarşı “hüquqi şəxsə dəymiş zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi; müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MMC-nin iddiası qismən təmin edilməsi, cavabdeh İddiaçı (əvvəlki adı: “xxxx Azərbaycan”) MMC-dən vurulmuş zərərin əvəzi olaraq 34.395 manat, həmçinin hüquqi xidmət haqqına görə çəkilmiş xərcin əvəzi olaraq 1500 manat, cəmi 35.895 (otuz beş min səkkiz yüz doxsan beş) manat tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Beləliklə işin sadalanan hallarından görünür ki, İddiaçı (əvvəlki adı: “xxxx Azərbaycan”) MMC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tələblərinə əsaslanmaqla 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2(82)-3422/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli və xx xxxxxx 2014-cü il tarixli iddianın təmin etmə tədbiri barədə qərardadları nəticəsində dəymiş ziyanın tutulmasını tələb edir. Eyni zamanda iddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbi iki şirkətə (“X2 Services Limited (UK)” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə və “X2 Services Azərbaycan” MMC) qarşı verilmiş və ziyanın məbləği hər iki şirkətdən müştərək qaydada ödənilməsi tələb olunmuşdur. İddiaçı ona dəymiş ziyanın hər iki şirkətin hərəkətləri ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsi cavabdeh “xxxx” MMC-yə qarşı iddia tələbini rədd edərkən, iddia tələbinin qismən təmin edilməsi ilə nəticələnmiş iş üzrə “xxxx” MMC-nin iddianın təmin etmə tədbiri barədə qərardadlar qəbul edilən zaman iş üzrə tərəf kimi çıxış etməməsin istinad etmişdir. Kollegiya cavabdeh “xxxx” MMC-yə qarşı iddia tələbini rədd edilməsinə dair nəticəsi ilə razılaşır. Belə ki, iş materiallarından müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş iddiaçı “xxxx” Şirkətinin cavabdeh İddiaçı (əvvəlki adı: “xxxx Azərbaycan”) MMC-yə qarşı “hüquqi şəxsə dəymiş zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MMC-nin cavabdeh İddiaçı (əvvəlki adı: “xxxx Azərbaycan”) MMC-yə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair 2(82)-3422/2014 saylı iş üzrə “xxxx” MMC müstəqil tələb irəli sürən üçüncü şəxs qismində, yalnız xx xxxxxx 2015-ci il tarixdə iddia ərizəsi ilə müraciət etdikdən sonra qoşulmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-3422/2014 saylı, xx xxxxxx 2014-cü il və xx xxxxxx 2014-cü il tarixli iddianın təmin etmə tədbiri barədə qərardadları qəbul edilərkən, “xxxx” MMC iş üzə tərəf kimi çıxış etməmiş və iddianın təmin etmə tədbiri barədə ərizələrinin təmin olunmasına münasibət bildirməmiş, həm də, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-884/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MMC-nin iddiası qismən təmin edilmişdir. Digər cavabdeh “xxxx(UK)” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, prosessual qanunvericiliyin tələblərinə görə, iddia tələbi rədd edildikdə və həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra, tərəf iddianın təmin etmə tədbiri nəticəsində ona dəymiş zərərin tutulmasını tələb etməyə haqlıdır. Lakin, bu zaman iddiaçı həm ziyanın mövcud olmasını, həm də bu ziyanın məhz iddianın təmin etmə tədbiri nəticəsində yaranmasını sübut etməlidir. Hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsasını təşkil edən ziyanın vurulmasına, ziyanın vurulmasının məhz cavabdehin hərəkətləri nəticəsində əmələ gəlməsini, həmin hərəkətlərin qanuna zidd olmasını təsdiq edən hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Cavabdehin məqsədinin gələcəkdə qətnamənin icrasını təmin etmək deyil, ümümiyyətlə cavabdehin iş ahəngini pozmaq, onu iflic vəziyyətinə salmaq, məhkəmə vasitəsilə şirkətin özünə və onun faliyyətinə təziq göstərməkdən ibarət olmasına dair apelyasiya şikayətinin dəlili isə formal mülahizədən ibarət olub iş materialları təsdiq olunmur. Belə ki, iş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2-2(82)-884/2016-cı il tarixli qüvvəyə minmiş qətnaməsindən müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə “xxxx Azərbaycan” MMC İngiltərənin Cavabdeh1 Şirkətinin qeydə alınmış firma adından, əmtəə nişanlarından və digər rekvizitlərindən qanunsuz istifadə etməsi ilə müəyyən edilmiş və bundan sonra həmin qətnaməyə əsaslanaraq iddiaçı elə bir iddia ilə məhkəməyə müraciət etmiş, lakin bəzi epizodlar üzrə mötəbər sübutların olmaması əsası ilə iddia təmin edilməmişdir. Qeyd edilənlərə əsasən Kollegiya bu qənaətə gəlir ki, iddiaçı ona dəymiş zərərin mövcudluğunu, zərərin iddianın təmin etmə tədbiri barədə qərardadın icra edilməsi, həmin qərardadın icrası ilə zərər arasında səbəbli əlaqənin olmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinəəsasən məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və m ahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, idiaçının apelyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-257/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə
Məhkəmə qərarları › İş №2-2(103)-57/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-57/2020
22.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver