Məhkəmə qərarları › İş №2-2(103)-570/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-570/2020

28.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-570/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “Puta- Əyrici” Açıq Səhmdar Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılmasına dair iddiası üzrə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 267/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfdən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2018-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 78.319,95 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 100.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-267/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin səhmdarı X4 qeyd edilən qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəməninn xx.xx.20202-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)- 267/2020 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında üzrlü səbəblərin nə olması qeyd edilməmiş, məhkəmə qərardadında heç bir fakta istinad olunmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 267/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iclasda öz nümayəndələrinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 267/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iş iş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi xx.xx.2018-ci il tarixdən X1r. Şikayət üzrə araşdırma aparılarkən məhkəmə kollegiyası tərəfindən müəyyən eidlmişdir ki, məhkəməyə təqdim edilmiş apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi və ya səlahiyyətli nümayəndəsi tərəfindən deyil, onun səhmdarlarından biri olduğunu iddia edən X2 (işə birinci instansiya qaydasında baxılarkən şahid qismində dindirilmiş) etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən imzalanmış və ərizə həmin şəxsin öz adından verilmişdir. X2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin adından apellyasiya şikayəti vermək səlahiyyəti olduğunu təsdiq edən etibarnamə iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Hazırkı halda X4 iş üzrə tərəf olmadığından müəyyən olunur ki, o Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.2-ci maddəsinə əsasən qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi ərizəyə baxarkən nəzərə almamışdır ki, hazırkı halda məhkəmə qətnaməsi iş üzrə icraata cəlb edilməyən X3 deyil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə göndərildiyindən M.Cəfərov tərəfindən hər hansı prosessual müddətin ötürülməsindən söhbət gedə bilməz. Bu halda məhkəmə ərizə üzrə prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə qərardad qəbul edə bilərdi. Bundan əlavə məhkəmə iş üzrə qəbul edilmiş qətnamənin X2 maraqlarına toxunduğuna dair qənaətə gələrək apelyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etmiş, nəzərə almamışdır ki, həmin şəxsin apelyasiya şikayətinin mümkünlüyü və iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi üçün əsasların olub-olmadığı apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmalı olduğundan birinci instansiya məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış .şəxsin apelyasiya şikayətini baxılması üçün deyil, mümkünlüyünün yoxlanılması üçün yuxarı instansiya məhkəməsinə göndərməli idi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 267/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 398.0.2, 400-402-ci maddələrini rəhbər tutaraq qərаrа аldı: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 267/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar