Məhkəmə qərarları › İş №2-2(103)-571/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-571/2025

08.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-571/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4, X1 ibarət tərkibdə, İddiaçı Axundov Tahı̇ r Sərxan oğlu cavabdeh Respublı̇ ka X6 Bı̇ rjasnin "̇ ıqqərəT" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatların qanunsuz hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3348/2025-014 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Respublikası Xammal və X5 Məhdud Məsuliyyətli Cəmiyyəti tərtib etdiyi xx.xx.2024-cü il tarixli 103 saylı və xx.xx.2024- cü il tarixli 103/1 saylı Əmlakın qiymətləndirilməsi barədə hesabatların qanunsuz hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3348/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyətinə görə iddiaçıya geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-3348/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, iddia ərizəsinin icraata qəbul edilməsini, bu mümükün olmadıqda isə yuxarı instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin yanaşması qanunvericiliyin tələblərinə ziddir və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələblərini, yəni məhkəməyə müraciət hüququnu pozur. Belə ki, işdən də görünür ki, mübahisələndirilən məsələ "xxxx" ASC-nin səhmdarı olan İddiaçı öz səhmdarlıq hüquqlarının, başqa bir ifadə ilə korporativ hüquqlarının həyata keçirilməsi ilə bağlıdır. Başqa bir ifadə ilə bu mübahisə korporativ xarakterli mübahisədir. Məhz Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il 10 saylı qərarının 26-cı bəndində deyilir ki, Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Həmin Qərarın 13-cü bəndində deyilir ki, Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərar nəticə bölməsində deyilir ki, Kommersiya mübahisəsinin subyektlərinin dairəsinə, Kommersiya hüquqi şəxsləri (xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları daxil olmaqla, Fərdi sahibkarlar daxil olmaqla birlikdə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər də daxildir. Göründüyü kimi, qanunverici orqan korporativ xarakterli mübahisələrin kommersiya mübahisəsi olduğunu hesab edib. İddiaçının da qaldırdığı iddia korporativ xarakteri bir iddiadır. Belə ki, iddia ərizəsində deyilir ki, “İddiaçı, "xxxx" Açiq Səhmdar Cəmiyyətinin səhmdarıdır. Belə ki, həmin ASC-nin 434452 səhmindən 2505 səhmi iddiaçıya məxsusdur. İddiaçı həmə də 1-ci Qarabağ müharibəsi veteranıdır. Cavabdeh Respublikası Xammal və X5 Məhdud Məsuliyyətli Cəmiyyəti, Mingəçevir İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu əsasında iddiaçının səhmdarı olduğu "xxxx" ASC-yə məxsus Mingəçevir şəhəri H. Əliyev pr 65 A ünvanında yerləşən qeyri-yaşayış binasını və əmlak kompleksini qiymətləndirmiş və xx.xx.2024-cü il tarixli 103 saylı və 103/1 saylı olmaqla “Əmlakın qiymətləndirilməsi barədə Hesabat” tərtib etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli 103 saylı "xxxx" görə, "xxxx" ASC-yə məxsus Mingəçevir şəhəri H. Əliyev pr 65 A ünvanında yerləşən qeyriyaşayış binasının (buraya 5866,7 kv.m qeyri yaşayış sahəsi və 1,6778 ha torpaq sahəsi daxildir) qiyməti 750 000 manatdır. Yenə xx.xx.2024-cü il tarixli 103/1 saylı "xxxx" görə, AzərKabel ASC-yə məxsus Mingəçevir şəhəri H. Əliyev pr 65 A ünvanında yerləşən əmlak kompleksinin (buraya nəyin daxil olduğu hesabatda göstərilmir) qiyməti 9 000 000 manatdır. Hər iki qiymətləndirmə hesabatları bazar qiymətinə uyğun olaraq tərtib edilməyib, əmlakın qiymətləndirilməsi dair qanunvericilik normalarına zidd olduğu kimi, həm də iddiaçının, digər səhmdarların, o cümlədən "xxxx" ASC-nin mülkiyyət hüquqlarını pozur. Bu səbəblə hər iki hesabatın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edirik. Belə ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-3233/17 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi və Mingəçevir İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli 103 saylı "xxxx" görünür ki, AzərKabel ASCyə məxsus Mingəçevir şəhəri H. Əliyev pr 65 A ünvanında yerləşən qeyri-yaşayış binası (buraya 5866,7 kv.m qeyri yaşayış sahəsi və 1,6778 ha torpaq sahəsi daxildir) 750 000 manat qiymət ilə qiymətləndirilir. Göründüyü kimi həmin əmlak şəhər mərkəzində yerləşir və, təkcə 1,6778 ha torpaq sahəsinin qiyməti belə 2 *** **** manatdan çoxdur. Bunu həmin yerdə olan torpaq sahələrinin bazar qiymətinin oradakı əmlak vasitəçilərinədn soruşaraq müəyyən etmək olar. Qaldı ki, həmin əmlakın qeyri yaşayış sahəsi isə köhnə təmirili olub 5866,7 kv.m-dir. Belə bir, qeyri yaşayış sahəsi isə ən azı 1 000 000 manat ilə rahat satıla bilər. Belə olan halda cavabdehin tərtib etdiyi xx.xx.2024-cü il tarixli 103 saylı “Əmlakın qiymətləndirilməsi barədə Hesabatın” əmlakın bazar qiymətinə uyğun olaraq tərtib edilmədiyi, qiymətləndirilməyə dair qanunvericilik normalarına zidd olduğu, həmçinin iddiaçının, digər səhmdarların, o cümlədən AzərKabel ASCnin mülkiyyət hüquqlarını pozduğu müəyyən olunur. Bundan başqa Mingəçevir şəhər məhkəməsinin 2(051)-3233/17 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi və Mingəçevir İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli 103/1 saylı "xxxx" görünür ki, AzərKabel ASCyə məxsus Mingəçevir şəhəri H. Əliyev pr 65 A ünvanında yerləşən əmlak kompleksi 9 000 000 manat qiymət ilə qiymətləndirilir. Lakin bu əmlak kompeksinə nələrin daxil olduğunu Hesabatdan görmək mümkün olmadığı kimi, hesab edirik ki, buraya AzərKabel ASC-ni balansında olan bütün əmlaklar daixlir. AzərKabel ASC-nin balans dəyəri isə 20 000 000 manatdan çoxdur. Belə olan halda cavabdehin AzərKabel ASC-yə məxsus Mingəçevir şəhəri H. Əliyev pr 65 A ünvanında yerləşən əmlak kompleksini 9 000 000 manat qiymət ilə necə qiymətləndirdiyi şübhə meydana gətirir. Belə ki, AzərKabel ASC-nin balans dəyəri isə 200 000 000 manatdan çoxdur. Hətta AzərKabel ASC-yə məxsus Mingəçevir şəhəri H. Əliyev pr 65 A ünvanında yerləşən əmlak kompleksinə daixil olan 15 hektar torpaq sahəsinin belə ən minimum qiyməti 100 000 000 -dan çoxdur. Bu durum da cavabdehin tərtib etdiyi xx.xx.2024-cü il tarixli 103/1 saylı “Əmlakın qiymətləndirilməsi barədə Hesabatın” əmlakın bazar qiymətinə uyğun olaraq tərtib edilmədiyi, qiymətləndirilməyə dair qanunvericilik normalarına zidd olduğu, həmçinin iddiaçının, digər səhmdarların, o cümlədən AzərKabel ASCnin mülkiyyət hüquqlarını pozduğu təsdiq olunur. Bundan başqa onu da qeyd edək ki, 2(051)-3233/17 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbkar bankın məqsədi iddiaçının səhmdarı olduğu ASC-dən pulunun alınması deyil, məhz əmlakına sahib olmaq olmuşdur. Belə ki, göstərilən qiymətlər ilə həmin əmlakların qiymətləndirilməsi tam gülünc və absurddur. Əmlakının göz görə-görə bu dərəcədə aşağı məbləğə qiymətləndirilməsi birmənalı olaraq ədalətsizlikdir və həmin daşınmaz əmlakın yenidən qiymətləndirilməsinə ehtiyac vardır və təkrar qiymətləndirmənin başqa qiymətləndirici tərəfindən aparılması vacibdir. Əmlakının real dəyərindən aşağı qiymətləndirilməsi həmin əmlakın mülkiyyətçisi kimi iddiaçının da əmlakın satışından əldə edilə biləcək pul məbləğindən məhrum edir. Qiymətləndirmənin keçirilməsindən iddiaçının ümumiyyətlə məlumatı olmamışdır. Əmlakın mülkiyyətçisi iddiaçı olmağına baxmayaraq, qiymətləndirmə şirkəti tələbkar bank ilə əlaqə saxlamış və onun maraqlarına xidmət edən saxta və qanunsuz rəy verilmişdir. Bütün bunlar əsasında Məhkəmədən iddiaçı xahiş edir ki, xx.xx.2024-cü il tarixli 103 saylı və xx.xx.2024-cü il tarixli 103/1 saylı “Əmlakın qiymətləndirilməsi barədə Hesabatlar” qanunsuz hesab edilərək ləğv edilsin. İş materiallarında məlum olduğu kimi, məhkəmə iddiaçının VÖEN-i olmadığı işin kommersiya işi deyil, mülki iş olduğunun qəbul edib. Bu nəticə MPM-nin 25-ci və 26- cı maddələrinin tələblərinə ziddir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3348/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş, işin baxılması yazılı icraat qaydasında xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Kollegiya qeyd edir ki, iddiaçı Axundov Tahı̇ r Sərxan oğlu cavabdeh Respublı̇ ka X6 Bı̇ rjasnin "̇ ıqqərəT" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatların qanunsuz hesab edilməsi” tələbinə dair kommersiya işi aidiyyət məsələsi üzrə kasassiya instansiyasına göndərilməsi üçün xx.xx.2025-ci il tarixli mümkünlük qərardadı ləğv edilərək apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Belə ki, Mülki prosessual məcəllənin 32.7-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir, məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Mülki Prosessual Məcəllənin 402.2.5-ci maddəsinə əsasən, bu Məcəllənin 384.0.4cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli mümkünlük qərardadı ləğv edilsin. İddiaçı Axundov Tahı̇ r Sərxan oğlu cavabdeh Respublı̇ ka X6 Bı̇ rjasnin "̇ ıqqərəT" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatların qanunsuz hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi apellyasiya baxışından çıxarılsın. İş materialları aidiyyəti üzrə göndərilməsi üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində kassasiya şikayəti verilə bilər. Məhkəmə iclasından kənar prosessual hərəkət barədə PROTOKOL Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası X2 Şirinov sədrliyi və məruzəsi ilə, X4, X1 ibarət tərkibdə, İddiaçı Axundov Tahı̇ r Sərxan oğlu cavabdeh Respublı̇ ka X6 Bı̇ rjasnin "̇ ıqqərəT" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatların qanunsuz hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3348/2025-014 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxır. Sədrlik edənin məruzəsindən sonra məhkəmə tərkibi müşavirə edərək işin apellyasiya baxışından çıxarılaraq aidiyyət məsələsinə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edir. Protokol xx.xx.2025-ci il tarixdə tərtib olundu.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar