Məhkəmə qərarları › İş №2-2(103)-573/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-573/2024

30.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-573/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-583/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən "xxxx" MMC-yə aktlar əsasında hesablanmış 28019,09 manat məbləğində borcun **********05600 nömrəli abonent hesabından silinməsi və ilkin mediasiya sessiyasina görə ödənilmiş 200 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh İB tərəfindən "xxxx" MMC-yə aktlar əsasında hesablanmış 32742,87 manat məbləğində borcun **********05600 nömrəli abonent hesabından silinməsi və ilkin mediasiya sessiyasına görə ödənilmiş 200 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-583/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh tərəfindən hesablanmış 22024,68 manat (iyirmi iki min iyirmi dörd manat altmış səkkiz qəpik) məbləğində borcun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin **********00000 saylı abonent hesabından silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pulun Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-583/2024 saylı qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ARNK-nin xx.xx.2011ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi iddiaçıya 2015-ci ilin noyabr ayından 2023cü ilin oktyabr ayınadək hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi qaz sayğacına görə məsuliyyət bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Lakin birinci instansiya məhkəməsi normanı düzgün tədbiq etməmişdir. Həmin qaydaların 2.11-2-ci bəndinə əsasən Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarınımüəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan RespublikasıQanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Normanın tələbindən də göründüy kimi yalnız sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarınımüəyyən etdildikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan RespublikasıQanununun tələbləri nəzərə alınmaqla qaz paylayıcısı yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Hazırki işin hallarından isə göründüyü kimi Cavabdeh İB nə sayğaca müdaxilə, nə də ki, qanunsuz istifadə halı ilə bağlı borc hesablamamışdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından da göründüyü kimi cavabdeh tərəf iddia tələbinə dair etirazı ilə bağlı kifayət qədər sübutlar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi 2015-ci ilin noyabr ayından 2023-cü ilin oktyabr ayınadək iddiaçının istifadəsində olan qaz sayğacı sərf edilən qaz həcmini tam qeyd etmədiyinə görə cavabdeh tərəfindən qaz sayğacının mexaniki göstəricilərinə əsasən təbii qazdan istifadəyə görə qazın faktiki dəyəri hesablanmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

7. İddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndində qeyd edilir ki, bu Qaydaların 5.4cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

9. Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

10. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

11. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

14. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, paylayıcı qismində Cavabdeh İB ilə istehlakçı qismində "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli, 1746-11- 15 saylı “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

15. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd edilmişdir ki, sayğacın elektron korrektorunun arxivində olan məlumatlara əsasən düzgün qiymətləndirilməmiş qaz həcminin dəyərinin bərpası məqsədi ilə 45547,64 qaz həcmi hesablanmışdır. Aktda həmçinin qeyd olunmuşdur ki, akt tərtib olunur ona görə ki, istehklakçıya məxsus qeyriyaşayış sahəsində xx.xx.2017-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanıldı.

16. Cavabdeh İB tərəfindən xx.xx.2017-ci il tarixdə qəbul olunmuş itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəddə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli qərarı ilə qeyri-əhali istehlakçı qrupu üzrə təbii qazın dəyəri hər min kubmetr üçün 200 (iki yüz) manat səviyyəsində təsdiq edilərək 01 dekabr 2016-cı il tarixindən tətbiq olunması ilə əlaqədar sayğacın göstəricisi AQİS bazasında artıq yazılmış 45548 m3 qaz sərfinin dəyərindən az ödənilmiş 4554,8 manat məbləği bərpa edilsin.

17. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktda qeyd edilmişdir ki, 2022-ci ilin sentyabr ayı üzrə abonent "xxxx" MMC-yə (abonent kodu: **********00000) qaz sayğacının işləmədiyi dövr ərzində hesablanmış qaz sərfinin həcmi 639 m3, qaz sərfinin məbləği isə 105,43 manat olmuşdur.

18. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktda qeyd edilmişdir ki, 2022-ci ilin oktyabr ayı üzrə abonent "xxxx" MMC-yə (abonent kodu: **********00000) qaz sayğacının işləmədiyi dövr ərzində hesablanmış qaz sərfinin həcmi 2949 m3, qaz sərfinin məbləği isə 485,76 manat olmuşdur.

19. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktda qeyd edilmişdir ki, 2022-ci ilin noyabr ayı üzrə abonent "xxxx" MMC-yə (abonent kodu: **********00000) qaz sayğacının işləmədiyi dövr ərzində hesablanmış qaz sərfinin həcmi 13644 m3, qaz sərfinin məbləği isə 2251,26 manat olmuşdur.

20. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktda qeyd edilmişdir ki, 2022-ci ilin dekabr ayı üzrə abonent "xxxx" MMC-yə (abonent kodu: **********00000) qaz sayğacının işləmədiyi dövr ərzində hesablanmış qaz sərfinin həcmi 22687 m3, qaz sərfinin məbləği isə 3743,35 manat olmuşdur.

21. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktda qeyd edilmişdir ki, 2023-cü ilin yanvar ayı üzrə abonent "xxxx" MMC-yə (abonent kodu: **********00000) qaz sayğacının işləmədiyi dövr ərzində hesablanmış qaz sərfinin həcmi 11087 m3, qaz sərfinin məbləği isə 1829,3550 manat olmuşdur.

22. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktda qeyd edilmişdir ki, 2023-cü ilin fevral ayı üzrə abonent "xxxx" MMC-yə (abonent kodu: **********00000) qaz sayğacının işləmədiyi dövr ərzində hesablanmış qaz sərfinin həcmi 10785 m3, qaz sərfinin məbləği isə 1779,52 manat olmuşdur.

23. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktda qeyd edilmişdir ki, 2023-cü ilin mart ayı üzrə abonent "xxxx" MMC-yə (abonent kodu: **********00000) qaz sayğacının işləmədiyi dövr ərzində hesablanmış qaz sərfinin həcmi 12581 m3, qaz sərfinin məbləği isə 2075,86 manat olmuşdur.

24. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktda qeyd edilmişdir ki, 2023-cü ilin aprel ayı üzrə abonent "xxxx" MMC-yə (abonent kodu: **********00000) qaz sayğacının işləmədiyi dövr ərzində hesablanmış qaz sərfinin həcmi 13627 m3, qaz sərfinin məbləği isə 2248,4550 manat olmuşdur.

25. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktda qeyd edilmişdir ki, 2023-cü ilin may ayı üzrə abonent "xxxx" MMC-yə (abonent kodu: **********00000) qaz sayğacının işləmədiyi dövr ərzində hesablanmış qaz sərfinin həcmi 4002 m3, qaz sərfinin məbləği isə 660,33 manat olmuşdur.

26. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktda qeyd edilmişdir ki, 2023-cü ilin iyun ayı üzrə abonent "xxxx" MMC-yə (abonent kodu: **********00000) qaz sayğacının işləmədiyi dövr ərzində hesablanmış qaz sərfinin həcmi 1163 m3, qaz sərfinin məbləği isə 191,89 manat olmuşdur.

27. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktda qeyd edilmişdir ki, 2023-cü ilin iyul ayı üzrə abonent "xxxx" MMC-yə (abonent kodu: **********00000) qaz sayğacının işləmədiyi dövr ərzində hesablanmış qaz sərfinin həcmi 505 m3, qaz sərfinin məbləği isə 83,32 manat olmuşdur.

28. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktda qeyd edilmişdir ki, 2023-cü ilin avqust ayı üzrə abonent "xxxx" MMC-yə (abonent kodu: **********00000) qaz sayğacının işləmədiyi dövr ərzində hesablanmış qaz sərfinin həcmi 679 m3, qaz sərfinin məbləği isə 112,03 manat olmuşdur.

29. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktda qeyd edilmişdir ki, 2023-cü ilin sentyabr ayı üzrə abonent "xxxx" MMC-yə (abonent kodu: **********00000) qaz sayğacının işləmədiyi dövr ərzində hesablanmış qaz sərfinin həcmi 1673 m3, qaz sərfinin məbləği isə 276,04 manat olmuşdur.

30. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktda qeyd edilmişdir ki, 2023-cü ilin oktyabr ayı üzrə abonent "xxxx" MMC-yə (abonent kodu: **********00000) qaz sayğacının işləmədiyi dövr ərzində hesablanmış qaz sərfinin həcmi 1639 m3, qaz sərfinin məbləği isə 270,43 manat olmuşdur.

31. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktda qeyd edilmişdir ki, 2023-cü ilin noyabr ayı üzrə abonent "xxxx" MMC-yə (abonent kodu: **********00000) qaz sayğacının işləmədiyi dövr ərzində hesablanmış qaz sərfinin həcmi 5640 m3, qaz sərfinin məbləği isə 930,60 manat olmuşdur.

32. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 003055 nömrəli Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktda qeyd edilmişdir ki, 2023-cü ilin dekabr ayı üzrə abonent "xxxx" MMC-yə (abonent kodu: **********00000) qaz sayğacının işləmədiyi dövr ərzində hesablanmış qaz sərfinin həcmi 22995 m3, qaz sərfinin məbləği isə 3794,17 manat olmuşdur.

33. 25.01.2024-cü tarixli abonentin saldosundan müəyyən olunur ki, "xxxx" MMC-nin (abonent kodu: **********00000) qeyd edilən tarixə ümumilikdə borcu 46515,57 manat (sayğac oxunması: 1065023,82 manat + aktlar: 33014,25 manat – ödəmələr: 1051522,50 manat – güzəşt: 0 manat = son borc: 46515,57 manat) təşkil edir.

34. Qeyd edilənləri nəzərə alan məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən, "xxxx" MMC-yə məxsus qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən müqavilə əsasında təbii qazla təchiz edilir. İddiaçı təbii qazdan istifadə etmiş, sərf olunan sərfiyyata uyğun sərfin məbləği hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, debitor borcla yanaşı, müxtəlif vaxtlarda cavabdeh tərəfindən aktlar tərtib olunaraq, iddiaçıya əlavə borclar hesablanmışdır. Belə ki, həmin aktlardan 2-si 2015-ci ildə, 1 akt 2017-ci ildə, 4 akt 2022-ci ildə, 12 akt isə 2023-cü ildə tərtib olunmuşdur. Abonent saldosundan göründüyü kimi, 2015-ci ilin noyabr və dekabr aylarında tərtib olunmuş aktlara əsasən iddiaçıya 5398,60 manat və 2223 manat məbləğində borc hesablanmışdır. Həmin aktların məhkəməyə təqdim olunması tərəflərə təklif olunsa da, həmin aktların hazırda onlarda olmadığı bildirilərək, məhkəməyə təqdim olunmamışdır.

35. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd edilmişdir ki, sayğacın elektron korrektorunun arxivində olan məlumatlara əsasən düzgün qiymətləndirilməmiş qaz həcminin dəyərinin bərpası məqsədi ilə 45547,64 qaz həcmi hesablanmışdır. Həmin aktda deyilir ki, akt ona görə tərtib olunmuşdur ki, istehklakçıya məxsus qeyri-yaşayış sahəsində xx.xx.2017-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır...Yəni aktda daha sonradan qəbul olunmuş akta istinad olunmuşdur.

36. 2022 və 2023-cü illərdə tərtib olunmuş aktlar qaz sayğacının elektron hissəsinin işləməməsi ilə əlaqədar olmuşdur. Aktlar tərtib olunan dövrlərdə sayğacın mexaniki hissəsi işləmiş, paralel olaraq həmin hissəyə uyğun hesabat aparılmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

37. Məhkəmə hesab etmişdir ki, borcun silinməsinə dair iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 22024,68 manat (iyirmi iki min iyirmi dörd manat altmış səkkiz qəpik) məbləğində borc "xxxx" MMC-nin **********00000 saylı abonent hesabından silinməli, iddia qalan hissədə təmin olunmamalıdır.

38. Abonentin saldosundan da müəyyən edilmişdir ki, iddiaçının cavabdehə qalıq borcu 46515,57 manat təşkil edir. Bu məbləğdən 22024,68 manatını (1186,77 manat + 6585,82 manat + 14252,09 manat) iddiaçıya cavabdeh tərəfindən aktlar üzrə hesablanmış borc məbləği təşkil edir. Ona görə də, məhkəmə hesab etmişdir ki, "xxxx" MMC-nin hesabından silinməli olan məbləğ 22024,68 manat (iyirmi iki min iyirmi dörd manat altmış səkkiz qəpik) (1186,77+ 6585,82+14252,09=22024,68) təşkil etmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə həmin məbləği qanuni olaraq iddiaçının hesabından silmişdir. Belə ki, yuxarıda borc məbləğləri hesablamış aktlarda qeyd edildiyi kimi, həmin məbləğlər qaz sayğacının elektron hissəsinin işləməməsi ilə əlaqədar hesablanmışdır. İddiaçı tərəf aktların tərtib edilməsi zamanı nümayəndəsinin iştirakını qəbul etməmiş, məlumatsız olmasına istinad etmiş, aktların onlara təqdim edilməməsini bildirmişdir. Cavabdeh tərəfə məhkəmə tərəfindən təklif olunsa da, aktlar üzrə hesablamaların qaydası, hüquqi əsaslarına dair qaneedici izahlar verilməmiş, sübutlar məhkəməyə təqdim edilməmişdir.

40. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”n 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir... Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

41. Həmin qaydaların 5.2-ci bəndində qeyd edilir ki, bu Qaydaların 5.4cü, 6.5-ci, 6.5- 2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

42. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

43. Göründüyü kimi qaz paylayıcısı olan cavabdeh tərtib etdiyi aktların əsaslılığını göstərən halları və dəlilləri təsdiq edən sübutları təqdim etmək vəzifəsini yerinə yetirməmişdir. Belə ki, cavabdeh sayğaca iddiaçı tərəfindən müdaxiləyə istinad etməmiş, sayğacın nasazlığında iddiaçını təqsirli bilməmişdir. Belə vəziyyətdə əlavə borc məbləğinin hesablanması əsası və qaydası (faktiki və hüquqi əsaslar) ətraflı şəkildə aktlarda qeyd edilməli idi. Cavabdeh iddiaya etirazda və şikayətdə aktların əsaslılığına dair heç bir sübut təqdim etməmişdir.

44. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

45. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-583/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar