Məhkəmə qərarları › İş №2-2(103)-577/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-577/2025

08.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-577/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Şirinovun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 X2 cavabdehlər İddiaçı MMC, "xxxx" MMC və “Temp" MMC-yə qarşı “öhdəliyin qoyulması və sazişin təsdiqi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 144/2025 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh1 X3 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ******* manat maddi ziyan, 400 manat mediasiya xərci və 2890 manat dövlət rüsumunun, məhkəmə qətnaməsi qəbul edilib icra olunanadək hər ay üçün əlavə 100000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı MMC iddia tələbinin həcminin artırılması barədə ərizə verib Cavabdeh1 İKF-dən 5.000.000 manat maddi ziyan, 400 manat mediasiya xərci və 2890 manat dövlət rüsumunun, məhkəmə qətnaməsi qəbul edilən zaman 800.000 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 İKF iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMCdən almış olduğu maye qazlara görə cəmi 239.861,444 manat pulun onun xeyrinə tutulması, cavabdeh "xxxx" MMC-dən 21 yanvar 2023-cü il tarixdən 01 mart 2023-ci il tarixədək olan dövrdə aldığı 153,3 ton maye oksigenin dəyəri olan 54.268,20 manat gecikdirilmiş borcuna 01 mart 2023-cü il tarixdən başļayaraq qətnamə icra edilən günədək gecikdirilmiş məbləğə illik 5 faiz pulun Cavabdeh1 İKF-nin xeyrinə tutulması, cavabdeh "xxxx" MMC-nin 03 sentyabr 2023-cü il tarixdən 01 iyul 2024- cü il tarixədək olan dövrdə aldığı maye oksigenə görə 185.593,444 manat gecikdirilmiş borcuna 03 sentyabr 2023-cü il tarixdən başlayaraq qətnamə icra edilən günədək gecikdirilmiş məbləğə illik 5 faiz pulun “Çinar Servis” İKF-nin xeyrinə tutulması, cavabdeh İddiaçı MMC-dən mənfəət olaraq 50.000 manatın onun xeyrinə tutulması, "xxxx" MMC-dən gecikdirdiyi 346.427,35 manat borcuna 01 oktyabr 2021-ci il tarixdən başlayaraq qətnamə icra edilən günədək gecikdirilmiş məbləğə illik 5 faiz pulun tutulması, sazişin 13-cü bəndində qeyd edilən ərizələrin verilməsinin cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-nin üzərinə qoyulması, cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-dən müştərək qaydada 5.000.000 manat pulun tutulması, məhkəmə xərclərinə görə 8830 manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 5590 manat məbləğində pul vəsaitinin Cavabdeh1 İKF-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6055/2024 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 İKF-nin cavabdehlər İddiaçı MMC-yə, "xxxx" MMC-yə və Cavabdeh3 MMC-yə qarşı “pul” tələbinə dair e-2-2(113)-6055/2024 saylı iş baxılması üçün hazırkı işlə bir icraatda birləşdirilmişdir. İddiaçı Cavabdeh1 İKF iddia tələbinin həcminin artırılması barədə ərizə verib "xxxx" MMC-dən almış olduğu maye qazlara görə cəmi 294857,60 manatın Cavabdeh1 İKF-nin xeyrinə tutulması, cavabdeh İddiaçı MMC-dən 21 yanvar 2023-cü il tarixdən 01 mart 2023ci il tarixədək olan dövrdə aldığı 153,3 ton maye oksigenin dəyəri olan 54268,20 manat gecikdirilmiş borcuna 01 mart 2023-cü il tarixdən başlayaraq 01 noyabr 2024-cü il tarixədək gecikdirilmiş məbləğə illik 5 faiz olmaqla 4522 manat pulun Cavabdeh1 İKF-nin xeyrinə tutulması, cavabdeh İddiaçı MMC 03 sentyabr 2023-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək olan dövrdə aldığı maye oksigenə görə 185593,40 manat gecikdirilmiş borcuna 03 sentyabr 2023-cü il tarixdən başlayaraq 01 noyabr 2024-cü il tarixədək gecikdirilmiş məbləğə illik 5 faiz olmaqla 10826 manat pulun Cavabdeh1 İKF-nin xeyrinə tutulması, cavabdeh İddiaçı MMC-dən mənfəətin ½ hissəsi olaraq 50.000 manatın Cavabdeh1 İKFnin xeyrinə tutulması, "xxxx" MMC-dən gecikdirdiyi 346427,35 manat borcuna 01 oktyabr 2021-ci il tarixdən başlayaraq 01 noyabr 2024-cü il tarixədək gecikdirilmiş məbləğə illik 5 faiz olmaqla 53407 manat pulun Cavabdeh1 İKF-nin xeyrinə tutulması, tərəflər arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməklə, sazişin məcburi icraya yönəldilməsi və sazişin 13-cü bəndində qeyd edilən ərizələrin verilməsinin cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-nin üzərinə qoyulması, cavabdehlər İddiaçı MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-dən müştərək qaydada ******* manat pulun tutulması, məhkəmə xərclərinə görə 8830 manatın və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 5590 manat məbləğində pul vəsaitinin Cavabdeh1 İKFnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-144/2025 saylı qərardadı ilə birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 X2 cavabdehlər İddiaçı MMC, "xxxx" MMC və “Temp" MMC-yə qarşı “sazişin 13- cü bəndində qeyd edilən ərizələrin verilməsinin cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-nin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş üzrə icraata xitam verilmişdir. İddiaçı Cavabdeh1 X4 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-144/2025 saylı qərardadından şikayət ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd edilən qərardadla iddiaçının istinad edilən təməl hüquqları məhdudlaşdırılmışdır. Belə ki, iddia tələbinin xitam verilmiş həmin hissəsi də qətnamə çıxarılmış hissələrlə bilavasitə bağlıdır, yəni tərəflər arasında bağlanmış sazişüzrə digər tərəfin üzərinə götürmüş öhdəliyin icrasının məhkəmə qaydasında təminatı ilə bağlıdır. Məhkəmədən iş üzrə icraata barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar xitam verilməsi xahiş edilməmişdir. Bundan başqa, məhkəmənin mövqeyi qəbul edilsə belə, qeyd edilənlər iş üzrə icraata xitam verilməsi üçün deyil, iddianın həmin hissəsinin rədd edilməsi yaxud da baxılmamış saxlanılması üçün əsas ola bilər. Məhkəmənin qeyd edilən qərardadı qanunsuz və əsassız olmaqla, həmin hissədə tələbin gələcəkdə baxılmasını istisna etməklə, iddiaçının istinad edilən hüquqlarını qanunsuz məhdudlaşdırmışdır. Göründüyü kimi, məhkəmə tərəfindən istinad edilən maddi hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə qeyd edilən prosessual hüquq normasının tələblərini pozmaqla iddiaçının hüquqlarını pozan qərar qəbul etmişdir. Əvvəla, məhkəmə ümumiyyətlə tələbin xitam verilmiş hissəsinin etibarlı olubolmamasına birmənalı qiymət vermədən, məhkəmə qərarlarının məcburi icrası ilə bağlı ümumi ifadələr işlətmişdir. Halbuki, tərəflərin məhkəmə qətnaməsinin qəbulundan sonra həmin icra sənədi üzrə də saziş bağlamaları istisna edilmir. Məhz bu səbəbdəndir ki, saziş üzrə tərəflərin iddiaları digər hissələrdə mahiyyəti üzrə baxılmışdır. Hazırkı hissədə (xitam verilən) sazişin bəndləri qüvvədədirsə və etibarlıdırsa, demək mahiyyəti üzrə baxılmalı idi. Bundan başqa, AR MPM-nin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göründüyü kimi, məhkəmə tərəfindən istinad edilən hüquq normasının tələbləri pozulmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, tərəflər məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Belə ki, birləşdirilmiş iş üzrə iddia ərizəsində qoyulmuş tələblərdən biri tərəflər arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməklə, sazişin məcburi icraya yönəldilməsindən ibarətdir. Materiallarda olan adıçəkilən sazişdən görünür ki, həmin saziş hazırkı kommersiya mübahisəsi ilə əlaqədar deyil, tərəflər arasında olan digər məhkəmə mübahisələrinin (Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2-2(103)-606/2023 saylı, Bakı Kommersiya Məhkəməsinin icraatında olmuş 2-2(113)-3140/2023 saylı, habelə Ali Məhkəmənin icraatında olmuş 2-2(102)-2408/2022 saylı işlər) nəticələrinə dair bağlanmışdır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə həmin sazişin təsdiq edilməsi və icraya yönəldilməsi barədə tələblə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Bundan əlavə, birləşdirilmiş iş üzrə iddia ərizəsində qoyulmuş tələblərdən digəri tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli sazişin 13-cü bəndində qeyd edilən ərizələrin verilməsinin cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-nin üzərinə qoyulmasından ibarətdir. Belə ki, həmin sazişin 13-cü bəndinə əsasən tərəflərin bir-birinə qarşı heç bir iddia, tələb və digər pretenziyaları mövcud deyildir və bu saziş-aktdakı qeyd edilən bütün işlər üzrə mövcud iddia və tələblərdən qarşılıqlı şəkildə sazişdəki şərtlərlə imtina etməklə, bu barədə məhkəmələrə və icra qurumlarına ərizələr təqdim edirlər. Qeyd edilən ərizələrin verilməsi həmin işlər üzrə icraatın davamını istisna edən hal kimi qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, “tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli sazişin 13-cü bəndində qeyd edilən ərizələrin verilməsinin cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-nin üzərinə qoyulması” tələbinə dair iddia tələbinə məhkəmə tərəfindən baxıla bilməz və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 10 mart 2025-ci il tarixli, 8(103)-91/2025 saylı qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(008)- 792/2018 saylı icra sənədi üzrə “barışıq sazişinin təsdiq edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi barədə” borclu "xxxx" X2 nümayəndəsi Vəkil2 ərizəsinə baxılıb münasibət bildirilmiş və ərizəçinin şikayəti təmin edilməmişdir. Məhkəmə kollegiya qeyd edilənləri əsaslı sayaraq hesab edir ki, şikayət haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Xornsbin Yunanıstana qarşı” iş üzrə qəbul etdiyi 1997-ci il 19 mart tarixli qərarında qeyd edir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyal xarakterli olacaqdır...Hər hansı bir məhkəmə tərəfindən çıxarılmış qərarın icrası həmin maddədə nəzərdə tutulmuş “məhkəmə icraatı” anlayışının ayrılmaz tərkib hissəsidir. Göründüyü kimi, məhkəmə qərarlarının icra edilməməsi ədalət mühakiməsinə çatımı məhdudlaşdırır. O, əsas hüquqların müdafiəsinə xələl gətirə və fərdləri səmərəli məhkəmə müdafiəsindən məhrum edə bilər. Bu baxımdan məhkəmə qərarlarının icra edilməməsi həm də qanunun aliliyinə xələl gətirmiş olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 İKF tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-144/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 gün müddətində kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar