Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-578/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Məhərrəmova Şeyda Ədalət qızı və Nuriyeva Afaq Bayram qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 (“BHM və Partnyorları” Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1999-cu il tarixində Bakı şəhərində anandan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdehlər Cavabdeh2 MMC (VÖEN**********, hüquqi ünvanı-AZ1010, ünvan 2 dövlət qeydiyyatına alındığı tarix-xx.xx.2017-ci il, qanuni təmsilçi- Cavabdeh1) və Cavabdeh1 (xx.xx.1983-cü il tarixində Bakı şəhərində anandan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır) qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 1908/2020 nömrəli qərardadından Cavabdeh2 MMC tərəfindən verilmiş şikayətə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, O-004 saylı, xx xxxxxx 2017-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən yaranmış 10.584,74 manat icarə borcu, icarə sahəsinə xidmətlərin göstərilməsi ilə əlaqədar yaranmış 5.301,80 manat xidmət haqqı və istifadə edilmiş elektrik enerjisinə görə 545 manat borcun cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və Cavabdeh2 MMC arasında bağlanmış O-004 saylı, xx.xx.2017-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən ünvan 4 ünvanında yerləşən binanın xidmət mərtəbəsində, ümumi sahəsi 122,7 kv.m olan 04 saylı qeyri-yaşayış sahəsi icarəçinin istifadəsinə verilmiş, icarə müqaviləsinin müddəti 12 ay müəyyən edilmişdir. Həmçinin icarəçi ilə icarə sahəsinə xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır. Bundan əlavə iddiaçı digər Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsi imzalanmış, müqavilənin 1.1-ci bəndinə əsasən zamin icarəçinin O-004 saylı, xx.xx.2017-ci il tarixli icarə müqaviləsi üzrə öhdəliklərin tam və ya qismən yerinə yetirilməməsinə görə öz əmlakı ilə icarəyə verən qarşısında tam həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İcarəçi tərəfindən müqavilə şərtləri pozulmuş, 2020-ci ilin fevral, mart, may, iyun və iyul ayları üzrə ümumi 10.584,74 manat icarə borcu və son bir il üzrə 5.301,80 manat xidmət haqqı, istifadə edilmiş elektrik enerjisinə görə 545 manat borcun ödənişi həyata keçirilməmişdir. İcarəçi tərəfindən borcların qısa zamanda ödəniləcəyi bildirilsə də, müxtəlif bəhanələr irəli sürülərək ödənişlər bu günədək həyata keçirilməmişdir. İcarə borcunun ödənilməsi, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi və tərəflər arasında bağlanmış müqavilənin birtərəfli qaydada ləğv olunması ilə bağlı Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 xx.xx.2020-ci tarixdə pretenziya ünvanlanmış, lakin səlahiyyətli şəxs pretenziyanı qəbul etməkdən imtina etmişdir. Daha sonra İddiaçı iddianın təmin tədbiri barədə ərizə təqdim edərək iddia tələbləri üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, ünvan 4 ünvanında yerləşən binanın xidmət mərtəbəsində, ümumi sahəsi 122,7 kv.m olan 04 saylı qeyri-yaşayış sahəsində olan Cavabdeh2 MMC-yə və Cavabdeh1 məxsus əşyaların inventarizasiyası keçirilməklə siyahıya alınması və müvəqqəti saxlanca verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-1908/2020 nömrəli qərardadı ilə (hakim-E.Əliyev) iddiaçının iddianın təmin tədbiri barədə ərizəsinin qismən təmin edilməsi, ünvan 5 ünvanında yerləşən binanın xidməti mərtəbəsində, ümumi sahəsi 122,7 kv.m olan 04 saylı qeyri-yaşayış sahəsində olan Cavabdeh2 MMC-yə və Cavabdeh1 məxsus əşyaların siyahıya alınmaqla və Cavabdeh1 və ya digər şəxslərə müvəqqəti saxlanca verilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixində məhkəmə qərardadı icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-1908/2020 nömrəli qərardadını “siyahıya alınmış əşyaların Cavabdeh1 və ya digər şəxslərə müvəqqəti saxlanca verilməsi” hissəsində ləğv edərək, ünvan 5 ünvanında yerləşən binanın xidməti mərtəbəsində, ümumi sahəsi 122,7 kv.m olan 04 saylı qeyri-yaşayış sahəsində olan Cavabdeh2 MMC-yə və Cavabdeh1 məxsus əşyaların siyahıya alınması və İddiaçı və ya üçüncü şəxsə müvəqqəti saxlanca verilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-1908/2020 nömrəli qərardadı ilə iddiaçının şikayətinin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra xx.xx.2020-ci il tarixində qərardaddan narazı qalan Cavabdeh2 MMC şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)- 1908/2020 nömrəli qərardadının ərizənin təmin edilmiş hissəsində tamamilə ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-1908/2020 nömrəli qərardadı ilə Cavabdeh2 MMC-nin şikayətinin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-474/2020 nömrəli qərardadı ilə (hakimlər-C.Yusifov, R.Qurbanov, V.Baxışova) iddiaçının və cavabdehin şikayətlərinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-1908/2020 nömrəli qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Daha sonra Cavabdeh2 MMC xx.xx.2020-ci il tarixində qarşılıqlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanında yerləşən binanın xidmət mərtəbəsində, ümumi sahəsi 122,7 kv.m olan 04 saylı qeyri-yaşayış sahəsində saxlanılan Cavabdeh2 MMC-yə məxsus 1 ədəd kompyuterin, 3 ədəd HP markalı printerin, kassa aparatının, su dispenserinin, divar şəkillərinin, Qurani Kərim kitablarının, dibçək güllərinin, qab-qacaq dəstlərinin, 2 ədəd çaydanın, 3 ədəd tibbi kuşetkanın və 25 bağlama kommersiya və peşə fəaliyyətinin sirrini ehtiva edən pasiyent sənədlərinin cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh2 MMC-yə təhvil verilməsi, cavabdeh İddiaçı 3000 manat məbləğində maddi ziyanın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 3030 manat pul vəsaitinin alınaraq iddiaçı “xxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-1908/2020 nömrəli qərardadı ilə iddiaçının iddianın təmin tədbiri barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. Daha sonra İddiaçı iddianın təmin tədbiri barədə ərizə təqdim edərək iddia tələbləri üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, ünvan 4 ünvanında yerləşən binanın xidmət mərtəbəsində, ümumi sahəsi 122,7 kv.m olan 04 saylı qeyri-yaşayış sahəsində olan Cavabdeh2 MMC-yə və Cavabdeh1 məxsus əşyaların siyahıya alınmaqla üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-1908/2020 nömrəli qərardadı ilə iddiaçının iddianın təmin tədbiri barədə ərizəsinin təmin edilməsi, ünvan 5 ünvanında yerləşən binanın xidməti mərtəbəsində, ümumi sahəsi 122,7 kv.m olan 04 saylı qeyri-yaşayış sahəsində olan Cavabdeh2 MMC-yə və Cavabdeh1 məxsus əşyaların siyahıya alınmaqla üzərinə həbs qoyulması qərara alınmışdır. Daha sonra xx.xx.2020-ci il tarixində qərardaddan narazı qalan Cavabdeh2 MMC şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 1908/2020 nömrəli qərardadının ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, hazırda iddia ərizəsində tələb olunan məbləğin yaranmasının əsası kimi göstərilmiş İddiaçı ilə Cavabdeh2 MMC ilə xx xxxxxx 2017-ci il tarixdə bağlanmış icarə müqaviləsindən görünür ki, Cavabdeh1 qeyd edilən müqavilənin tərəfi olmamışdır. Buna baxmayaraq iş materiallarına əlavə edilmiş xx xxx 2019-cu il tarixli Cavabdeh1 da tərəf olduğu zaminlik müqaviləsi imzalanmışdır. Hazırda iddia tələbində zaminlik müqaviləsinin şərtlərinə dair hər hansı tələb irəli sürülmədiyindən, Cavabdeh1 münasibətdə ona məxsus əşyaların siyahıya alınması yolverilməzdir. Hesab edir ki, “iddianı təmin etmə tədbiri barədə” ərizə verən şəxsin bu hüququndan vicdanla istifadə edib-etmədiyini, yəni onun iddiasının uğurlu olub olmadığını qiymətləndirməli və bundan sonra müvafiq qərardad qəbul edilməli idi. Belə ki, həm icarə müqaviləsində (7.6-cı bənd), həm də zaminlik müqaviləsində (4-cü bənd) forsmajor hallarda öhdəliklərdən azad olunma nəzərdə tutulmuşdur. Həmin fors-major hallarına aid olan hadisələrdən biri də hazırda dünya ölkələri kimi Azərbaycan Respublikasının da üz-üzə qaldığı epidemiya – Covid-19 infeksiyasıdır. Bilindiyi kimi, ölkəmizdə 2020-ci ilin mart ayından etibarən epidemioloji vəziyyət tətbiq edilərək karantin elan olunmuş və bugünədək də bu hal davam etməkdədir. Belə bir şəraitdə, sahibkarlıq subyektlərinin iş ahəngi pozulmuş və gəlirlərindən məhrum olmuşlar. Belə olan halda, hazırda iş funksiyalarını bərpa etmək istəyən Cavabdeh2 MMCyə məxsus əmlakın siyahıya alınması onun fəaliyyətinin bərpa olunmasına ciddi maneələr yaradacaqdır. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-1908/2020 nömrəli qərardadı ilə Cavabdeh2 MMC-nin şikayətinin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək, iddianın təmini tədbiri barədə ərizəni müdafiə etdiyini, cavabdehin şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər və cavabdeh “xxxxx” MED MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə iclasa çağırılan cavabdehlərin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Həmin Məcəllənin 158.3.1-ci maddəsinə əsasən, əmlak üzərinə həbs qoyularkən birinci növbədə — cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə üzərinə həbs qoyulur. Həmin Məcəllənin 158.3.2-ci maddəsinə əsasən, ikinci növbədə - hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətləri üzərinə həbs qoyulur. Həmin Məcəllənin 158.3.3-ci maddəsinə əsasən, üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər üzərinə həbs qoyulur. MPM-in 159.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında ərizə mübahisəni həll edən hakim tərəfindən daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. İş materiallarını nəzərdən keçirən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "Cavabdeh2" MMC-nin şikayəti təmin edilməməlidir. İddianı təmin etmək üçün görülən tədbirlərin məqsədi gələcəkdə məhkəmə qətnaməsinin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə biləcəyi hər hansı bir maneənin qarşısını almaqdır. Bu tədbirlər, tələb olunan əmlak tələbinin xarakterinə və xüsusiyyətlərinə mütənasib olmalıdır. MPM-in 157, 158-ci maddələrində göstərilmiş halların mövcud olmasının sübut edilməsi, iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin zəruriliyi, tələbin təmin edilməsi barədə ərizə ilə müraciət edilməsinin səbəblərinin əsaslandırılması, onun dəlillərini təsdiq edən sübutların təqdim edilməsi ərizəçinin üzərinə qoyulur. Və iş üzrə gələcəkdə məhkəmə qətnaməsinin icrasının çətinləşdirə və ya qeyri-mümkün edə biləcəyi hər hansı bir maneənin olmasına dair halların mövcud olmasının sübut edilməsi iddiaçının üzərinə düşür. Yuxarıda qeyd edilən müqavilə şərtlərinə uyğun olaraq sözügedən qeyri-yaşayış sahəsində olan Cavabdeh2 MMC-yə və Cavabdeh1 məxsus əşyaların siyahıya alınmaqla üzərinə həbsin qoyulması barədə iddiaçının iddianın təmin tədbiri barədə ərizəsi əsaslıdır. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlili olan ölkədə 2020-ci ilin mart ayından etibarən epidemioloji vəziyyət tətbiq edilərək karantin elan olunması və bugünədək də bu hal davam etməsi, belə bir şəraitdə, sahibkarlıq subyektlərinin iş ahənginin pozulması və gəlirlərindən məhrum olması ilə bağlı qeyd edir ki, iddianın təmin tədbiri müvəqqəti xarakter daşıyır və tədbirin əsas məqsədi məhkəmə qətnaməsinin icrasını çətinləşdirəcək və ya qeyri-mümkün edə biləcək hər hansı bir maneənin qarşısını almaqdır. Qeyd edilən dəlil qərardadın ləğvi üçün əsas kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni düzgün hesab edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli, e-2-2(113)-1908/2020 nömrəli qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət isə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 157-158, 263, 264 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh2 MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-1908/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-578/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-578/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver