Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-578/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC BOKT-nin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: kredit müqaviləsi üzrə borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC BOKT-nin Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-145/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. 15 avqust 2013-cü il tarixli 7524 saylı ipoteka müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh MMC-yə illik 9 % 120 ay müddətinə 73.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İpoteka predmeti Cavabdeh MMC-nin mülkiyyətindəki ünvan 1 ünvanında icarədə (istifadədə) olan 0,33793 ha torpaq sahəsində yerləşən 32653,75 m2 ümumi sahədən ibarət 21 mərtəbəli qeyri-yaşayış, ofis və qonaq evi binasıdır. İpoteka ilə yüklü edilmiş əmlak 120.000.000 manat məbləğində qiymətləndirilir.
2. 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilədən görünür ki, borclu Cavabdeh MMC Banka 73.000.000 ABŞ dolları məbləğində borcunun olmasını etiraf etmiş, tərəflər xoş məram göstərərək borcun etirafı və ödənilməsilə bağlı razılığa gəlmişlər. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər bu müqaviləni bağlamaqla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2iqt(81)-1383/2012 saylı qətnaməsinin, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2012ci il tarixli 2-1(103)-415/2012 saylı qətnaməsinin və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2013-cü il tarixli 2-1(102)-27/13 saylı qərarının icrasına və icra tərəfindən icraatın aparılmasına ehtiyac olmadığı barədə razılığa gəlmişlər. Həmin müqavilənin 4-cü hissəsinə əsasən borc vəsaitinin ödəmə müddəti xx.xx.2013-cü il tarixindən 120 ay təşkil etmiş və xx.xx.2023-cü il tarixində başa çatmışdır. Həmin müqavilənin 6-cı hissəsinə əsasən faizlər illik 9 % dərəcəsi ilə hesablanmış və bu müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavədə qeyd olunan cədvələ uyğun Borclu tərəfindən Banka ödənilməlidir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən borclu bankdan bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə pul vəsaitini bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə olan cədvələ uyğun ödəməlidir. Müqavilənin 9.3-cü bəndinə əsasən gecikdirilmiş borca görə borclu əlavə olaraq illik 3% ilə hesablanan cərimə faizi ödəməlidir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən borclu 1 saylı Əlavədə olan cədvələ uyğun öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. Müqavilənin 11.2-ci bəndinə əsasən borclu bu müqavilə ilə müəyyən edilmiş müddətdə borc vəsaitini və ona hesablanan faizləri ödəməlidir
3. xx.xx.2015-ci il tarixli 7524 saylı müqaviləyə 1 saylı dəyişiklikdən görünür ki, 7524 saylı müqaviləyə aşağıdakı məzmunda yeni bəndlər əlavə edilir: tərəflər təsdiq edir ki, bu müqavilə üzrə 01 dekabr 2015-ci ilə hər hansı əsasla borclunun banka ödəməli olduğu, bankın isə borcludan tələb edə bildiyi əsas məbləğ 50.657.985 ABŞ dolları və hesablanmış faiz borcu 12.440.257,40 ABŞ dollarıdır. Həmçinin 7524 saylı müqavilənin 4.2-ci bəndində 120 ay sözləri 184, 4.3-cü bəndində 01 sentyabr 2023-cü ildə sözləri 01 yanvar 2029-cu ildə, 6.1-ci bəndində 9% sözləri 6%, 7.2, 7.3, 9.2, 11.1 bəndlərində 1 saylı Əlavədə sözləri 2 saylı Əlavədə sözləri ilə əvəz edilmişdir.
4. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələrin əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir.
5. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin Aqrar Kredit QSC BOKT-a 71023749,20 manat əsas borc, 46505656,37 manat faiz borcu, cəmi 117529405,57 manat borcu var.
6. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin Aqrar Kredit QSC BOKT-a 71023749,20 manat əsas borc, 49204557,90 manat faiz borcu, cəmi 120228307,10 manat borcu var.
7. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki İddiaçı QSC BOKT 49600 manat məbləğində dövlət rüsumu ödəmişdir.
8. xx.xx.2023-cü il tarixli MŞB/14/2023-00486 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı QSC BOKT 400 manat mediasiya xərci ödəmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı QSC BOKT iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilə üzrə cəmi 120228307,10 manat (əsas borc 71023749,20 manat, faiz borcu 49204557,90 manat) kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 50000 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, borc tələbinin ipoteka predmeti olan Cavabdeh MMC-nin mülkiyyətindəki ünvan 2 ünvanında icarədə (istifadədə) olan 0,33793 ha torpaq sahəsində yerləşən 32653,75 kv.m ümumi sahədən ibarət 21 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin Cavabdeh MMCnin pul vəsaitlərinə və digər əmlaklarına yönəldilməsi, həmin pul vəsaitləri və əmlaklar hesabına borcun qalan hissəsinin ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişlər.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının (bundan sonra – Fərman) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının (bundan sonra – Sərəncam) icrası ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələrin əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra – İddiaçı QSC) keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı Cavabdeh (bundan sonra - Cavabdeh MMC) "xxxx" ASC-yə olan müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 13 iyun 2017-ci il tarixli, S23 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. Həmin akta əsasən Cavabdeh MMC-nin təhviltəslim olunan tarixə "xxxx" ASC-yə cəmi 58.999.970,98 ABŞ dolları (əsas borc 44075000 ABŞ dolları, faiz borcu 14924970,98 ABŞ dolları) məbləğində borcu olmuşdur. Həmin borc Cavabdeh MMC ilə "xxxx" ASC-nin Mərkəzi filialı arasında bağlanmış 15 avqust 2013-cü il tarixli 7524 saylı müqaviləyə və həmin müqaviləyə 01 dekabr 2015-ci il tarixli 1 saylı dəyişikliyə əsasən yaranmışdır. Borc üzrə tələb hüququ İddiaçı QSC-yə keçdikdən sonra İddiaçı QSC tərəfindən 15098133,11 ABŞ dolları məbləğində faiz hesablanmış, borcdan cəmi 5151163,62 ABŞ dolları (əsas borc ******* ABŞ dolları, faiz borcu 2854839,62 ABŞ dolları) məbləğində ödəniş hesabına azalma olmuşdur. Beləliklə, 13 iyun 2023-cü il tarixinə Cavabdeh MMC-nin hazırki günə 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilə üzrə cəmi borcu 68946940,47 ABŞ dolları (əsas borc 41778676 ABŞ dolları, faiz borcu 27168264,47 ABŞ dolları) məbləğindədir. Həmin borc İddiaçı QSC-nin balansında Azərbaycan manatı ekvivalentində cəmi 117.209.798,80 manat (əsas borc 71023749,20 manat, faiz borcu 46186049,60 manat) təşkil etmişdir. Bu borcun təminatı olaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 12 iyun 2010-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 2761 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış MA seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh MMC-nin mülkiyyətindəki ünvan 2 ünvanında icarədə (istifadədə) olan 0,33793 ha torpaq sahəsində yerləşən 32653,75 kv.m ümumi sahədən ibarət 21 mərtəbəli qeyri-yaşayış binası ipoteka saxlayan "xxxx" ASC-nin Mərkəzi filialı ilə ipoteka verən Cavabdeh MMCarasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh MMC-nin xx.xx.2013-cü il tarixli 7524 saylı müqavilədən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin Mərkəzi filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Bu borc üzrə tələb hüququ "xxxx" ASC-dən İddiaçı QSC-yə keçdikdən sonra isə həmin qeyri-yaşayış binası üzərində İddiaçı QSC-nin adına ipotekanın əlavə qeydiyyatı aparılmış və buna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq,Cavabdeh MMC qalıq borcunu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair Cavabdeh MMC-yə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Cavabdeh MMC ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, Cavabdeh MMC qeyd edilən borcunu iddiaçıya qaytarmaq niyyətində deyil. Buna görə də qeyd edilən borcun ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh MMC-nin pul vəsaitlərinə və ya digər əmlaklarına yönəldilməsi zərurəti yaranmışdır. Belə ki, "xxxx" ASCnin Mərkəzi filialı ilə (bundan sonra – Bank) borclu Cavabdeh MMC arasında bağlanmış və iddia ərizəsinə əlavə edilən xx.xx.2013-cü il tarixli 7524 saylı müqavilənin 2.1-ci bəndinə əsasən borclu Cavabdeh MMC Banka 73000000 ABŞ dolları məbləğində borcunun olmasını etiraf etmiş, tam ödənilməsi və təminat üsulu ilə bağlı məsələlər üzrə yeni münasibətlər qurmuşlar. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər bu müqaviləni bağlamaqla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2iqt(81)- 1383/2012 saylı qətnaməsinin, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2012-ci il tarixli 2-1(103)-415/2012 saylı qətnaməsinin və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2013-cü il tarixli 2-1(102)-27/13 saylı qərarının icrasına və icra tərəfindən icraatın aparılmasına ehtiyyac olmadığı barədə razılığa gəlmişlər və bu məqsədlə zəruri hərəkətləri və müraciətləri etmək vəzifəsini həyata keçirməyi öz üzərlərinə götürmüşlər. Həmin müqavilənin 4-cü hissəsinə əsasən borc vəsaitinin ödəmə müddəti xx.xx.2013-cü il tarixindən 120 ay təşkil etmiş və xx.xx.2023-cü il tarixində başa çatmalı idi. Həmin müqavilənin 6-cı hissəsinə əsasən faizlər illik 9 % dərəcəsi ilə hesablanmış və bu müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavədə qeyd olunan cədvələ uyğun Borclu tərəfindən Banka ödənilməlidir. Həmin müqavilənin 7.2ci bəndinə əsasən Borclu Bankdan bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə pul vəsaitini bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə olan cədvələ uyğun ödəməlidir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən Borclu 1 saylı Əlavədə olan cədvələ uyğun öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. Müqavilənin 11.2-ci bəndinə əsasən borclu bu müqavilə ilə müəyyən edilmiş müddətdə borc vəsaitini və ona hesablanan faizləri ödəməlidir. Bundan sonra Bankla Borclu arasında bağlanmış xx.xx.2013-cü il tarixli 7524 saylı müqaviləyə 01 dekabr 2015-ci il tarixli 1 saylı Dəyişiklik edilmiş, həmin dəyişikliyə əsasən borc vəsaitinin ödəmə müddəti xx.xx.2013-cü il tarixindən başlayaraq 184 ay, yəni xx.xx.2029-cu il tarixinə kimi müəyyən edilmiş, illik 9 faiz dərəcəsi 6 % dərəcəsi ilə əvəz edilmiş, 1 saylı Əlavə qüvvədən düşərək 2 saylı Əlavə ilə əvəz edilmişdir. Buna baxmayaraq Cavabdeh MMC yenə də həmin müqavilənin 11.1 və 11.2-ci bəndlərində nəzərdə tutulmuş müddətdə borc vəsaitini və ona hesablanan faizləri ödəməmişdir. İpoteka saxlayan "xxxx" ASC-nin Mərkəzi filialı ilə ipoteka verən Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 7524 saylı müqavilə üzrə əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh MMC-nin mülkiyyətindəki ünvan 2 ünvanında icarədə (istifadədə) olan 0,33793 ha torpaq sahəsində yerləşən 32653,75 m2 ümumi sahədən ibarət 21 mərtəbəli qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-145/2024 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh MMCdən 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilə üzrə 71.023.749,20 manat əsas borc, 46505656,37 manat faiz borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 2249085,38 manat faiz borcu, cəmi 119778490,95 manat, həmçinin dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 50000 manat məbləğində pulun tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi, tutmanın ilkin satış qiyməti ********* manat olan ipoteka predmeti Cavabdeh MMC-nin mülkiyyətindəki ünvan 2 ünvanında icarədə (istifadədə) olan 0,33793 ha torpaq sahəsində yerləşən 32653,75 m2 ümumi sahədən ibarət 21 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləği Cavabdeh MMC-nin pul vəsaitləri və digər əmlaklarının hesabına ödənilməsi qət edilmişdir.
12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilə üzrə 71023749,20 manat əsas borc, həmçinin dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 50000 manat məbləğində pul tələbi hissəsində iddia təmin edilməlidir.
14. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, İddiaçı QSC BOKT-nin xx.xx.2023cü il tarixdə yaranmış borcun ödənilməsi ilə bağlı pretenziya ilə Cavabdeh MMC-yə müraciət etdiyinə görə faiz borcu qismən xx.xx.2023-cü il tarixə olan müqavilə şərtlərinə uyğun 46505656,37 manat məbləğində, həmin tarixdən xx.xx.2024-cü il tarixədək isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmaqla 2.249.085,38 (71023749,20 manat x 5% : 360 gün x 228 gün) manat məbləğində təmin edilməlidir.
15. Həmçinin məhkəmə qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində tərəflərin razılaşdırdığı 120.000.000 manat məbləğində müəyyən edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-145/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə icraata xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Konstitusiyanın 125-ci maddəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli olduğu halda işə baxılması və qətnamə çıxarılması zamanı məhkəmə tərəfindən həmin vəzifə yerinə yetirilməmiş, əksinə iş halları, tərəflər arasında münasibətlərin xarakteri və mahiyyəti ört-basdır edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və 127-ci maddələri 68-ci maddəyə əsasən, hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. Lakin şikayət olunan məhkəmə qətnaməsinin çıxarılması zamanı bu tələb pozulmuş, hakim tərəfindən özbaşınalığa və qərəzliliyə yol verilmişdir. Halbuki 127-ci maddə birbaşa tələb edir ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi və “İnsan hüquqlarına və əsas azadlıqlarına dair” Avropa Konvensiyasının 6-cı maddəsi Normada müəyyən olunmuşdur ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Lakin konstitusiya normasının tələblərinə əməl edilməyərək mahiyyəti üzrə əsaslandırılmış qərar çıxarılmalı olduğu halda, hakim səthi bir qərardad çıxarmaqla işə baxılmasını süründürməyə, bununla da konstitusiya normasının və “İnsan hüquqlarına və əsas azadlıqlarına dair” Avropa Konvensiyasının 6-cı maddəsində müəyyən olunan ədalətli məhkəmə araşdırması hüququnun işə qanunla müəyyən edilmiş və ağlabatan müddətlərdə baxılmamasında ifadə olunan pozuntusuna yol verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsi Normanın tələbinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Buna baxmayaraq, məhkəmə tərəfindən işə baxılarkən cavabdehin hüquqları və azadlıqları qeyri-müəyyən vəziyyətə gətirilmiş, qanunla müəyyən edilmiş işə ədalətlə baxmaq, araşdırmanı tam aparmaq, bir tərəfin mövqeyini tutaraq qərar çıxarmaq, uydurma faktlardan istifadə etməklə məhkəmə öz borcunu yerinə yetirməmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi Qanuna görə məhkəmə tərkibi ilə məhkəmə iştirakçıları arasında, yaxud işlərə baxılması ilə əlaqədar birinci instansiya, apellyasiya və kassasiya instansiyasıməhkəmələri arasında qanunda nəzərdə tutulmamış qeyri-prosessual münasibətlər yolverilməzdir. Buna baxmayaraq məhkəmə tərəfindən iddiaçıdan prosesdən kənar məlumatlar almaq və ondan istifadə etməklə, eləcə də cavabdehin verdiyi sübutları tələb etmək və hüquqi müəyyənlik prinsipinə əməl etmək kimi qanunun imperativ tələbləri pozulmuşdur. Normada müəyyən olunur ki, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. İddiaçı belə tələb irəli sürmədiyi halda, məhkəmə özbaşına hərəkət edərək qanunun tələblərini pozaraq “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 2249085,38 manat faiz borcu” hesablayıb tutmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsi Konstitusiya norması hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarınımüdafiə etmək hüququnu və bu hüququn müdafiəsinə təminat verir. Məhkəmə maraqlı şəxsin öz hüquqlarını və azadlıqlarını müdafiə etmək və bu zaman qanunla qadağan olunmayan üsul və vasitələrdən istifadə etmək imkanlarını məhkəmə icraatını uzatmaqla və qanunu pozmaqla məhdudlaşdırmış, özünü iddiaçının təmsilçisi kimi aparmış, qanunsuz prosessual münasibətlər saxlayaraq iddiaçıya kömək göstərməyə səy göstərmiş və süründürməçiliyə yol vermişdir MPM-nin 32.5-ci maddəsində qəti olaraq müəyyən olunmuşdur ki, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Habelə MPM-in 403-1 maddəsində müəyyən olunmuşdur ki, işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Hakim özbaşınalıq, qanununun birbaşa tələblərini qəsdən pozma, qulluq mövqeyindən sui-istifadə etməyə yol verərək Ali Məhkəməyə - kassasiya instansiyasına aid edilmiş səlahiyyətləri heçə endirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 18-ci və 88- ci maddəsi məhkəmə, məhkəmə qərarlarının məcburiliyi haqqında MPM-nin 18-ci maddəsinin tələblərini də kobud şəkildə pozmuşdur. Özünün 03 avqust 2023-cü il tarixli qərardadları ilə cavabdehin iştirakı olmadan məhkəmə-əmtəəşünaslıq və məhkəmə mühasibat ekspertizası təyin edən məhkəmə öz qərardadlarının icrasını təmin etməmiş və hər iki ekspertizanı özü aparmışdır. Məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə qərarında məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il 01 nömrəli qərardadını nəzərə aldığını göstərsə də Ekspertiza Mərkəzi ilə müəmmalı əlaqələr və yazışmalar apararaq nəticə etibarı ilə ekspertizaların keçirilməməsinə baxmayaraq boşu-boşuna prosesin uzadılmasına və süründürməçiliyə gətirib çıxaran hərəkətlərə yol vermişdir. Baxmayaraq ki, cavabdeh tərəfindən ipoteka predmetinin müvafiq qaydada qiymətləndirmə rəyi təqdim olunsa və iş materiallarına əlavə edilsə və ötəri məhkəmə qətnaməsində qeyd olunsa da, həmin qiymətləndirmə rəyinə “sərfəsiz”olduğu üçün qiymət verilməmiş, 316.903.120 manat qiymət qoyulmuş ipoteka predmeti ilkin qiymətləndirildiyi 120.000.000 manat dəyəri ilə borcun yönəldildiyi obyekt kimi göstərilmişdir. Halbuki əmlakın belə qiymətləndirilməsinə dair işdə qiymətləndirmə rəyi mövcud olmamışdır və həmin qiymət reallığı və bazar konyukturasını ehtiva etmir. Mübahisənin arbitraja, eləcə də, beynəlxalq arbitraja aidliyi tərəflərin arbitraj sazişi ilə həll edilmişdir və bunun üçün arbitraj qaydalarına uyğun olaraq yurisdiksiya müəyyən olunmuşdur. 01 sentyabr 2000- ci ilədən qüvvədə olan Azərbaycan RespublikasıMülki- Prosessual Məcəlləsinin 28-ci maddəsində birbaşa müəyyən olunmuşdur ki, “Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar”. “Arbitraj” sözü latın (fransız) mənşəli “arbitrage” sözündən yaranmaqla “mübahisənin üçüncü tərəfin səlahiyyətinə verilməklə həlli” mənasını ifadə edir. Müqavilədə nəzərdə tutulan “arbitraj” ifadəsi mübahisənin məhkəmədən kənar həllini nəzərdə tutmaqla, tərəflərin razılığı ilə mübahisəyə dair məcburi qərar qəbul edən bir və ya daha çox arbitrlə həyata keçirilən proseduru ifadə edir. Yəni həm beynəlxalq, həm də milli təcrübədə “arbitraj” məhkəməyə müraciət etmədən mübahisənin alternativ həlli kimi çıxış edir. Müqavilə bağlanarkən Azərbaycan Respublikasında həm arbitrajlar, həm də arbitraj məhkəməsi adı ilə iqtisadi mübahisələrə baxan dövlət tərəfindən təsis edilmiş arbitraj məhkəməsi (məhkəmələri) mövcud olmuş və fəaliyyət göstərmişdir. O cümlədən, beynəlxalq birliyin tam hüquqlu üzvü kimi Azərbaycan Respublikası beynəlxalq arbitrajların yurisdiksiyasını da qəbul edərək bir sıra beynəlxalq iqtisadi müqavilələr üzrə mübahisələrin arbitraj aidiyyətini təsdiqləmişdir. Azərbaycan Respublikası qanunvericiliyinə və beynəlxalq hüquq qaydalarına görə arbitraj haqqında razılaşma əsas razılaşmaya arbitraj bəndi daxil edilməklə yaxud ayrıca arbitraj sazişi bağlanılmaqla yaxud işə məhkəmədə baxılarkən işin arbitraj baxışına (münsiflər məhkəməsinə) verilməsi barədə razılaşma əldə edilməklə həyata keçirilir. Beynəlxalq təcrübə əsasında formalaşan “Beynəlxalq arbitraj haqqında” Azərbaycan RespublikasıQanununun 7-ci maddəsində də xüsusi olaraq təsbit olunur ki, arbitraj sazişi müqavilədə arbitraj qeyd-şərti kimi və yaxud ayrıca saziş kimi bağlanıla bilər. Arbitraj sazişi arbitraj prosesinin təməli kimi çıxış etməklə tərəflər arasında mövcud olan istənilən hüquqi əlaqə ilə bağlı yaranmış və ya yarana biləcək mübahisələrin tərəflərin razılığı ilə arbitraja verilməsini özündə ehtiva edir. Maddi xarakterinə görə arbitraj razılaşması tərəflər arasında yaranmış və ya gələcəkdə yarana biləcək mübahisənin arbitraja verilməsi barədə razılığın olmasını ifadə edir, prosessual xarakterinə görə isə arbitraj sazişinin qüvvədə olması belə mübahisənin dövlət məhkəməsi tərəfindən həll edilməsinin mümkünlüyünü istisna edir. Arbitraj sazişi avtonom xarakter daşıyır və yalnız mübahisə yarandığı halda, arbitrajın özü tərəfindən onun səlahiyyətliliyi və ya razılaşmanın etibarsızlığı məsələsinə baxıla bilər. Arbitrajın öz səlahiyyəti barədə qərar qəbul etmək hüququ hamılıqla tanınmış bir prinsipdir və onun pozulmasına yol verilə bilməz. Məhkəməyə müraciət olunduğu halda, məhkəmə prime facio prinsipinə əsasən, arbitraj sazişi barədə məlum olan kimi işin icraatına xitam verməli və tərəfləri arbitraja göndərməlidir. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin: 153.2.1 maddəsinə görə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyilsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 170-ci maddəsində nəzərdə tutulur ki, hakim Məcəllənin 261.0.1-ci maddəsində göstərilən əsasla, yəni iş məhkəmədə baxılmalı deyilsə, iş üzrə icraata xitam verməlidir. 4 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu və 88- ci maddələri MPM-nin 9-cu mddəsinə görə, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunun bu tələbləri pozularaq məhkəmə sübutu qanunzidd yolla əldə etməklə yanaşı, məhkəmə iclasında baxılmadan qərardadın əsasına qoymuşdur. Qanunda müəyyən edilmişdir ki, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. Məhkəməyə aid olan mübahisə qanunla, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə nəzərdə tutulan hallarda arbitraj məhkəməsinin həllinə verilə bilər. Göründüyü kimi, iddiaçı ərizəsində mübahisənin təfərrüatını, xüsusilə mübahisənin təsisçilərlə, təsis hüquqlarının əldə edilməsi, pay qoyuluşu ilə bağlı olduğunu qəsdən gizlətməklə, bu məsələləri bitmiş kimi təqdim etməyə cəhd göstərmişdir. Nəzərə alınmalıdr ki, İddiaçı QSC öz təzyiqlərini gücləndirilməsi fonunda Cavabdeh MMC, “LynxGroup İnternational LTD”, Müdüroğlu və b. tərəfindən investisiya mübahisəsinin həlli ilə bağlıAzərbaycan hökümətinə 09 may 2023-cü ildə yazılı müraciət edildiktən sonra “ Aqrarkredit” aidiyyət qaydalarına və investisiya mübahisələrini həllinin beynəlxalq qaydalarını pozaraq iddialarla dövlət məhkəmələrinə üz tutmuşdur. Azərbaycan Hökümətinə verilmiş müraciətin dostcasına həll edilməsi baş tutmadığından qarşı tərəf İnvestisiya Mübahisələrinin həlli üzrə Beynəlxalq Mərkəzə müraciət etməli olmuşdur. Həmin müraciət Mərkəzdə rəsmən qeydə alınmış və icraata götürülmüşdür (Çıxarışlar təqdim olunmuşdur). İddiaçılar aşağıdakıl tələbləri irəli sürmüşlər: a. Mübahisənin İMTBM və Britaniya-Azərbaycan İİS-in yurisdiksiyasına aid olduğunun bəyan edilməsi; b. Аzərbaycanın Britaniya-Azərbaycan İİS-ini, habelə İddiaçıların investisiyalarına münasibətdə ümumi beynəlxalq hüququ pozduğunun bəyan edilməsi; c. İddiaçılara məruz qaldıqları bütün zərərlərə görə təzminat, bu icraat əsnasında təyin edilməli və kəmiyyəti müəyyənləşdirilməlidir, lakin digərlərlə yanaşı yəgin ki, aşağıdakıları ehtiva etməlidir: (i) güc tətbiq etməklə "Alaris"-ə məcburən köçürülmüş "Landmark" əmlaklarında payın ədalətli bazar dəyəri; (ii) "Landmark" daşınmaz əmlakları üzrə "Alaris"-ə ödənilmiş dividendlərin dəyəri; (iii) "Landmark İİİ"-ün tikintisinə müdaxilə nəticəsində artmış xərclər və/yaxud əldən çıxmış gəlirlər; (iv) "Landmark" daşınmaz əmlakları üçün beynəlxalq kreditorlardan kredit maliyyələşdirməsini təmin etmək qeyrimümkünlüyü nəticəsində artmış xərclər və/yaxud əldən çıxmış fayda; (v) dövlət tərəfindən himayə edilən qeyri-qanuni hərəkətlər nəticəsində "Landmark" daşınmaz əmlaklarının sərbəst satışının qeyrimümkünlüyü səbəbindən onların ədalətli bazar dəyərinin azalması; (vi) "Bakı İİ" obyektində İnvestorların payının ədalətli bazar dəyəri; və (vii) Venesiya sarayımənzillərinin ədalətli bazar dəyəri ilə həmin mənzillər üçün ödənilmiş təzminat arasındakı fərq; d. İddiaçıların vəkillərinin haqları və xərcləri, İddiaçıların ekspertlərinin haqları və xərcləri, habelə tribunalın və İMTBM-in haqları və xərcləri daxil olmaqla (digərlərlə yanaşı) bu icraatla bağlı bütün xərclər; e. Tribunalın qərarından əvvəl və sonra ən yüksək qanuni dərəcə ilə hesablanmış mürəkkəb faiz (qərarın Cavabdeh tərəfindən tam və yekun icrası tarixinə qədər); və f. Tribunalın ədalətli və məqsədəuyğun düşünə biləcəyi hər hansı əlavə hüquqi müdafiə vasitələri. İddiaçılar arbitraj icraatı əsnasında öz iddialarını dəyişdirmək, düzəltmək və əlavə etmək hüquqlarını özlərində saxlamışlar. 6 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218-ci maddəsi Normada birmənalı olaraq müəyyən olunmuşdur ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə isə qanunsuz olaraq iddia tələblərindən kənara çıxmışdır. İddiaçı ilkin iddia tələbinin pul məbləği hissəsində cavabdehdən 15 avqust 2013-cü il tarixli 7524 saylımüqavilə üzrə cəmi 117.209.798,80 manat (əsas borc 71.023.749,20 manat; faiz borcu 46.186.049,60 manat), kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 50.000,00 (əlli min) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan hər hansı bir əsaslandırma və izahat vermədən cəmi 120228307,10 manat (əsas borc 71023749,20 manat, faiz borcu 49204557,90 manat) kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 50000 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması dəqiqləşdirmə vermişdir. İddiaçı bundan başqa hər hansıməbləğ tələbi irəli sürməmişdir. Məhkəmə heç bir araşdırma aparmadan və məhkəmə iclasları keçirmədən iddianı qismən təmin edərək, 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilə üzrə 71023749,20 manat əsas borc, 46505656,37 manat faiz borcu, Azərbaycan RespublikasıMülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 2249085,38 manat faiz borcu, cəmi 119778490,95 manat, həmçinin dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 50.000 manat məbləğində pul tutulması, tutmanın ilkin satış qiyməti 120.000.000 manat olan ipoteka predmetinə yönəldilməsi barədə absurd, faktiki və hüquqi olmayan nihilist bir qətnamə çıxarmışdır. Məhkəmə iddianin təmin edilməsi hissəsində 2 dəfə iddia tələblərindən kənara çıxmışdır və: 1) iddia məbləğindən kənara çıxılması; 2) iddiada irəli sürülməyən əlavə məbləğin məhkəmə tərəfindən hesablanıb təmin edilməsi. Bu özbaşınalıq və məhkəmə funksiyasının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə qətnaməsinin məzmununda (əsaslandırılmasında demək çətindir, çünki hər hansı əsaslandırma yoxdur) bu cür yanaşmasının nə hüquqi, nə də faktiki əsası, hesablamanın hansıməbləğ və hansı vaxt üçün aparıldığı barədə heç bir məlumat yoxdur. Məhkəmə Azərbaycan Respublikası Beynəlxalq Bankı ilə Cavabdeh MMC arasında bağlanılmış 15 avqust 2013-cü il tarixli kredit müqaviləsi əsas götürərkən həmin müqavilənin bağlanılması şəraitini, sonrakı dəyişiklikləri belə araşdırmamış, borcun iddiaçı tərəfindən hansı əsasla tələb edilməsinə aydınlıq gətirməmiş və qətnamədə səhvlərə yol verərək, yalnız 15 avqust 2013-cü il tarixli kredit müqaviləsinə istinad etmiş, həmin müqavilənin qüvvəsinin 01 sentyabr 2023-cü ildə deyil 01 yanvar 2029-cu ildə, kredit faizinin 9% deyil, 6% müəyyən edildiyi barədə həmin Müqavilənin şərtləri ilə eyni qüvvəli olan 01 dekabr 2015-ci il tarixli 1 saylı Dəyişikliyi[1] kənarda saxlamışdır. Həmçinin məhkəmə 2006-cı ilin ikinci yarısında Cavabdeh MMC-nin binasının tikintisinin 2007-ci ilin sonunda tamamlanması üçün 55 milyon dollar bank maliyyəsi tələb edəcəyi, 55 milyon dollar kreditin 2023-cü ilə qədər tam ödəniləcəyi və faiz və əsas borcla birgə ümumi ödənişlərin 100,6 milyon dollar olacağı nəzərdə tutulduğu halları araşdırmamış və 12 oktyabr 2006-cı il tarixində ABB-yə göndərilən pul vəsaitlərinin hərəkəti haqqında məlumatları diqqətə almamışdır[2]. Nəticə etibarı ilə həm bu, həm də digər qanunsuz davranışlar səbəbindən tikintidə gecikmələr baş vermiş və tikintini yalnız 30 iyun 2009-cu ildə, 18 ay gecikmə ilə başa çatdırmaq mümkün olmuşdu. Bununla gecikmə nəticəsində azı 15 milyon dollar itki olmuşdu və həmin məbləğin kreditin bağlanılmasına yönəldilməsi nəərdə tutulurdu. 2020-ci ilin mart ayına qədər Cavabdeh MMC borc hesabına cəmi 77 milyon dollar ödənilibsə, əgər gecikdilmə olmasaydı daha azı 15 milyon dollar ödənilər və ödəniş məbləği 92 milyon dollar olardı[3]. Nəticədə göstərilən tarixə Cavabdeh MMC-nin borcu 8,6 milyon dollar təşkil edə bilərdi. Məhkəmə öz qərarında və hətta nəticə hissəsində 15 avqust 2013-cü il tarixli 7524 saylımüqaviləniəsas kimi təqdim etmişdir. Halbuki həmin müqavilənin iddiaçıya heç bir aidiyyatı olmamışdır və həmin müqavilə mübahisə tərəfləriarasında borc münasibətlərinin yaranmasının hüquqiəsasını təşkiledə bilməzdi. Belə ki, iddiaçının təqdim etdiyi həmin müqavilənin tərəfləri Azərbaycan Bankı və Cavabdeh MMC olmuşdur. İddiaçı isə həmin müqavilə üzrə 21 aprel 2017-ci il tarixdə mövcud olan problemliaktivləri:cəmi 58 999 970,98 ABŞ dollarını,əsas borc 44 075 000,00 ABŞ dolları, 14 924 970,98 ABŞ dolları faiz borcunu 13 iyun 2017-ci il tarixli, S-23 saylıaktla qəbuletmişdir. Məhkəmə həmin sənədlər iş materiallarında olduğu halda onların tərəflər arasında müzakirəsini təmin etməmişdir. Bu hal da əsassız və qanunsuz qətnamə çıxarılmasına ciddi təsir etmişdir. Göstərilənlər məhkəmə qətnaməsinin işin halları ilə əsaslandırılmamasına,çıxarılan nəticənin işin faktiki hallarına uyğun olmamasına,cavabdehin qanunla qorunan mənafeyinin pozulmasına səbəb olmuş, mübahisənin həllinin beynəlxalq hüquqla müəyyə edilmiş qaydalarına riayət edilməmişdir. Məhkəmə iclasları qanunun tələblərinə uyğun qaydada keçirilmədiyindən, tərəflərin çəkişməsi təmin edilmədiyindən, hakimin qərəzli davranışlarısəbəbindən sübutlar araşdırılmamış,zəruri olduğu hallarda əldə edilməmiş, xüsusi biliklərə ehtiyac olmasına baxmayaraq hakimin qəbuletdiyi qərardadlar icra olunmamış, nəticə etibarı ilə qanunsuz və əsassız qətnamə qəbuledimişdir
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. xx.xx.2024-cü il tarixdə keçirlən məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
19. xx.xx.2024-cü il tarixdə keçirlən məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
20. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi (tərəflər arasında müqavilə bağlanan dövrdə qüvvədə olan redaksiya) 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddə- borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddə- əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 317.1-ci maddə-borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddə-əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.4-cü maddə-açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 194.1-ci maddə-tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddə-tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir. Belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. 199.1-ci maddə-borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər. 202-ci maddə-hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi qaydaları qanuna, məhkəmənin və ya digər səlahiyyətli dövlət orqanının qərarına əsasən həyata keçirilən tələbin güzəştinə də müvafiq surətdə tətbiq olunur. 882.1-ci maddə-borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddə-bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3-cü maddə-bu zaman bu Məcəllənin 881.4 və 881.5-ci maddələri tətbiq olunur. 882.4-cü maddə-bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.
“İpoteka haqqında” Qanun: 1.0.9-cü maddə- ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 39.3-cü maddə-məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14.2-ci maddə-məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddə-sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 218.3-cü maddəsi-hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
21. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
22. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-145/2024 nömrəli qətnaməsi qismən, Cavabdeh MMC-dən İddiaçı QSC BOKT-nin xeyrinə 2.249.085,38 manat illik 5 faizlə faizin tutulması hissəsində ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası ilk öncə cavabdehin apellyasiya şikayətində qeyd edilmiş iş üzrə icraata xitam verilməli olduğuna dair mülahizələrə hüququ qiymət verilməsini zəruri hesab edir. İş üzrə icraata xitam verilməsinin əsasları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsində nəzərdə tutulmuşdur. MPM-nin 261.0.6-cı maddəsində nəzərdə tutulur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa iş üzrə icraata xitam verilməlidir. Hazırkı halda cavabdeh tərəfindən məhkəməyə tərəflər arasındakı mübahisə üzrə beynəlxalq arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olduğuna dair sübut təqdim edilmədiyindən iş üzrə icraata xitam verilməsi üçün qanuni əsasın mövcudluğu müəyyən olunmur.
24. Apellyasiya şikayətində MPM-nin 261.0.1-ci maddəsinə istinad olunaraq işə məhkəmədə baxılmalı olmaması əsasından xitam verilməli olduğu qeyd edilsə də, məhkəmə bu mülahizəni də əsassız hesab edir. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2-ci maddəyə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Qeyd edilən normaların tələblərinə əsasən iddiaçının iddia tələbinə məhkəmə təəfindən baxılmalı olmadığına dair mülahizələrin qanuni əsası yoxdur.
25. Mübahisənin xarici elementli olması ilə bağlı da cavabdehin dəlilləri məhkəmə tərəfindən əsassız hesab edilir. İşin hallarından göründüyü kimi, həm iddiaçı, həm də cavabdeh Azərbaycan Respublikasının hüquqi şəxsləridir. İddianın faktiki əsası kimi istinad edilmiş 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilə və 15 avqust 2013-cü il tarixli 7524 saylı ipoteka müqaviləsi Azərbaycan Respublikasında bağlanmış və ipoteka ilə yüklü edilmiş əmlak da Azərbaycan Respublikası ərazisində yerləşir. Buna görə də, hazırkı mübahisəyə xarici elementli mübahisə olaraq baxılması üçün qanuni əsas mövcud deyildir.
26. Bundan əlavə 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilənin 16.2-ci və 17.2ci bəndlərində qeyd edilmişdir ki, tərəflər arasında danışıqlar yolu ilə aradan qaldırıla bilməyən mübahisələr Azərbaycan Respublikası məhkəmələri tərəfindən və Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həll olunacaqdır. Eyni şərt 15 avqust 2013-cü il tarixli 7524 saylı ipoteka müqaviləsinin də 10-cu bəndində nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Kommersiya Məhkəməsi hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olmuş, məhkəmə aidiyyəti ilə bağlı tələblər pozulmamışdır.
27. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 15 avqust 2013-cü il tarixli 7524 saylı müqaviləyə əsasən Cavabdeh MMC banka müxtəlif kredit müqavilələri və məhkəmə qətnamələri əsasında bank qarşısında ümumilikdə 73.000.000 ABŞ dolları borcu olduğunu etiraf edərək həmin borcu müqaviləyə əlavədə göstərilmiş faizlə, həmin əlavədə müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 1 saylı Əlavədə əsas borcun illik 9 faiz ödəməklə xx.xx.2023-cü il tarixədək qaytarılması nəzərdə tutulsa da, 2 saylı Əlavədən görünür ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdən etibarən qalıq 50.000.000 ABŞ dolları borcun illik 6 faiz ödənilməklə xx.xx.2029-il tarixədək qaytarılması nəzərdə tutulmuş, sonuncu əlavə ilə bank tərəfindən borclunun həm kredit faizi azaldılmış, həm öhdəliyin icra müddəti artırılmışdır.
28. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 saylı Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101 s Saylı Sərəncamının icrası ilə əlaqədar olaraq Cavabdeh MMC-nin "xxxx" ASC-yə olan borcunu tələb hüququ İddiaçı QSC BOKT-na ötürülmüş, xx.xx.2017-ci il tarixli S-23 saylı təhviltəslim aktına əsasən borc İddiaçı QSC BOKT-na ötürülərkən qalıq əsas borc 44.075.000 ABŞ dolları, faiz borcu 14.924.970,98 ABŞ dolları olmuşdur. İşdəki xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, öhdəlik üzrə tələb hüququ İddiaçı QSC BOKT-na keçdikdən sonra cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlər hesabına əsas borc azalaraq 41.778.676 ABŞ dolları (manat ekvivalenti 71.023.749, 20 manat) təşkil etmiş, faiz borcu isə 27.356.268,45 ABŞ dollarınadək (manat ekvivalenti 46.505.656,37 manat) artmışdır.
29. Cavabdeh tərəfindən ödənişlər 2 saylı Əlavə əsasında tərtib edilmiş ödəniş qrafikinə uyğun həyata keçirilmədiyindən iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərməklə 71.023.749,20 manat əsas borcun, 46505656,37 manat faiz borcunun ödənilməsini tələb etmiş, bununla da müqavilənin ləğv edilməsi barədə iradə ifadəsini bəyan etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.” Cavabdeh tərəf müqavilənin ləğv edilməsinə etiraz bildirməmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehdən kredit borcu üzrə faizlər yalnız müqavilə ləğv edildiyi tarixədək tutula bilər.
30. MPM-nin 77.1-ci maddəsinə əsasən cavabdeh tərəf birinci instansiya məhkəməsinə kredit öhdəliyi üzrə ödənişlərin iddiaçının təqdim etdiyi maliyyə arayışında qeyd edilən məbləğdən daha artıq olduğuna dair hər hansı mötəbər sübut təqdim etmədiyindən və ümumiyyətlə ödənişlərin məbləği mübahis\ predmeti olmadığından iddiaçının xeyrinə 71.023.749,20 manat əsas borc, 46505656,37 manat müqavilə üzrə faiz borcunun tutulması hissəsində qətnamə qanuni və əsaslı hesab edilir. Cavabdeh tərəfin apellyasiya instansiyası mərhələsində ödənişlərlə bağlı təsdim etdiyi ödəniş sənədlərininb yerləşdirildiyi daşıyıcı (CD disk) ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin bu sübutu təqdim etməyə kifayət qədər imkanı olduğu halda qeyd edilən sübut birinci instansiya mərhələsində təqdim edilmədiyindən qəbul oluna MPM-nin 78.1-ci, 372.2-ci maddələrinə əsasən qəbul bilməz. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş 50.000 manat vəsaitin xx.xx.2024-cü il tarixdə ödənilməsi barədə ödəniş qəbzləri ilə bağlı məhkəmə qeyd edir ki, bu ödənişlər qətnamə qəbul edildikdən sonra həyata keçirildiyindən qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz, lakin icra mərhələsində nəzərə alınmaqla ümumi borcdan çıxılmalıdır.
31. Məhkəmə apellyasiya şikayəti ilə bu hissədə razılaşır ki, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmış, iddiaçının cavabdehdən MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə əldən çıxmış fayda tutulması barədə tələbi olmadığı halda həmin normaya əsasən 2249085,38 manat faiz borcu tutmuşdur. Bu hissədə MPM-nin 218.3-cü maddəsinin pozuntusu müəyyən edildiyindən məhkəmə kollegiyası hesab edir ki, qətnamə bu hissədə qismən ləğv edilməlidir.
32. İpoteka predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən düzgün müəyyən edilmədiyinə dair apellyasiya şikayətindəki mülahizələrlə bağlı məhkəmə qeyd edir ki, işdəki xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, cavabdehin mülkiyyətində olan əmlak ipoteka ilə yüklü edilərkən "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli ekspert rəyinə əsasən (müqavilənin 3.3-cü bəndi) 120.000.000 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi əmlakın bazar və likvid dəyərinin müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə ekspertizanın aparılmasından imtina edilmiş, əsas kimi göstərilmişdir ki, ekspert məhkəmə tərəfindən təyin edilmiş vaxtda tədqiqat obyektinn olduğu ünvana getmiş, lakin tədqiqat obyektinə baxış keçirilməsi üçün şərait (faktiki olaraq mütün mərtəbələrdə ayrı-ayrı şirkətlər fəaliyyət göstərmişdir) yaradılmamışdır. MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
33. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə tərəfindən ipoteka predmeti olan əmlakın bazar və likvid dəyərinin müəyyənləşdirilməsi üçün qiymətləndirmə fəaliyyəti ilə məşğul olan və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü olan "xxxx" MMC-yə və "xxxx" MMC-yə mütəxəssis rəyi verilməsi üçün müraciət edilmiş, hər iki şirkət əmlaka baxış keçirilməsi üçün şərait yaradılması və zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə cavabdehə telefon vasitəsi ilə və email ünvanına məktub göndərilsə də nəticəsi olmadığından mütəxəssis rəyi verilməsindən imtina edilmişdir.
34. İpoteka qoyulmuş əmlakın hazırkı bazar və likvid dəyərinin müəyyən edilməsi üçün cavabdeh tərəfindən ekspertə və mütəxəssislərə şərait yaradılmadığından əmlakın ilkin satış qiymətinin işdə olan sübut- tərəflər arasında bağlanmış ipoteka müqaviləsindəki qiymət əsasında müəyyən edilməsi prosessual normaların tələblərinə uyğundur. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, əmlak açıq hərrac yolu ilə satılacağından əgər əmlakın real dəyəri həqiqətən 120.000.000 manatdan artıqdırsa hərracda bu qiymətdən daha artıq qiymətə satılması mümkündür.
35. Cavabdeh tərəfindən təqdim edilmiş “X1” MMC-nin hesabatında ipoteka predmeti olan əmlakın bazar dəyərinin 316.903.120 manat olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, bu hesabat ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. İlk əvvəl qeyd edilməlidir ki, ipoteka predmetinin ilkin satış qiyməti kimi onun bazar dəyəri deyil, likvid dəyəri göstərilməli olduğu halda “X1” MMC-nin təqdim etdiyi hesabatda əmlakın likvid dəyəri göstərilməmişdir. Bundan əlavə hesabatdan görünür ki, uyğun obyektlərin müqayisəli təhlili aparılmadan və analoji obyektlərin bazar dəyəri ilə müqayisə olunmadan ipoteka qoyulmuş əmlakın bazar dəyəri ümumi əməliyyat gəlirlərinin (13.187.534,73 manat), icarəyəverənin əməliyyat xərclərinin (7620503,78 manat), boşdayanma xərci 10%, effektiv məcmu gəlir (5.010.327,85 manat), fiziki aşınma 5,6%, icarədən gələn xalis əməliyyat gəliri, kapitallaşdırma əmsalı (0,015), yaxşılaşdırma üçün çəkilmiş xərclər (824496,43 manat), müstəqil əsas vəsait kimi balansa daxil edilmiş aktivlər və binanın dəyərinin üzərinə əlavə edilmiş kapitallaşdırmalar (761990,44 manat) toplanması ilə hesablanmış, bu məlumatların hansı sənədlər əsasında müəyyənləşdirildiyi qeyd edilməmişdir. Buna görə də məhkəmə kollegiyası mübahisələndirilən qətnamənin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilməsi üçün əsas müəyyən etmir.
36. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 145/2024 nömrəli qətnaməsi qismən, Cavabdeh MMC-dən İddiaçı QSC BOKT-nin xeyrinə 2.249.085,38 manat MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə pulun tutulması hissəsində ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-145/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh MMC-dən İddiaçı QSC BOKT-nin xeyrinə 2.249.085,38 manat MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə faiz tutulması hissəsində ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.