Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-579/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi və lizinq obyektinin qaytarılması tələbi barədə iddiası üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-207/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Aypara Lizinq MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/1848/DLİZ nömrəli daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, İddiaçı MMC məxsus“Mercedes Benz 4141K Xüsusi Təy” minik markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması, həmin müqaviləyə əsasən xx.xx.2021-ci il tarixə yaranmış 104070,36 manat əsas borc, 37167,36 manat mükafat borcu, 1376,75 manat gecikdirilmiş cərimə məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-207/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/1848/DLİZ nömrəli daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli 06/1848/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə yaranmış 58852,85 manat əsas borcun, 26250,43 manat faiz (mükafat) borcunun və 96,72 manat cərimənin, ümumilikdə 85200 manatın və dövlət rüsumu kimi ödənilmiş 17,92 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, həmçinin 1 ədəd “Mercedes Benz 4141K Xüsusi Təy” minik markalı, **-JU-*** qeydiyyat nişanlı avtomobilin İddiaçı MMC-yə geri qaytarılması, məhkəmə mühasibatlıq ekspertizalarının xərci olan 150 manat məbləğində pulun 89,61 manatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 60,39 manatının isə İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2022-ci il tarixə təyin edilmiş, cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-in 376.2ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının səlahiyyətli nümayəndəsi X2 məhkəməyə apellyasiya şikayətindən imtina barədə yazılı ərizə təqdim edərək qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəyə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsininqanuni qüvvəyə minməsinəsəbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayətdən imtinası qəbul edilməli və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: İddiaçı MMC-nin apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçının apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-579/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-579/2022
22.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver