Məhkəmə qərarları › İş №2-2(103)-58/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-58/2020

04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-58/2020 04.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2, cavabdeh X3 iştirakları ilə, İddiaçı BOKT ASC-nin cavabdeh X4 (VÖEN – **********; Ünvan- AZ 1130, ünvan 1 mən. 23, VÖEN alma tarixi – xx.xx.2017-ci il) qarşı borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(81)-549/2019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən iqtisadi işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), аçıq məhkəmə iclаsındа bахаrаq m ü ə y y ə n е t d i: İddiaçı BOKT ASC cavabdeh X4 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 2017/00495-01 saylı Kredit Müqaviləsinə xitam verilməsi, cavabdeh X2 İddiaçı BOKT ASC-nin xeyrinə xx xxxxxx 2018-ci il tarixə yaranmış 13203,39 (on üç min iki yüz üç dollar otuz doqquz sent) ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 458 (dörd yüz əlli səkkiz dollar) ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2595 (iki min beş yüz doxsan beş) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 16256,79 (on altı min iki yüz əlli altı dollar yetmiş doqquz sent) ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulması, tələbin cavabdeh X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 186 saylı evin, 23 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 13203,39 (on üç min iki yüz üç dollar otuz doqquz sent) ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 458 (dörd yüz əlli səkkiz dollar) ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2595 (iki min beş yüz doxsan beş) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 16256,79 (on altı min iki yüz əlli altı dollar yetmiş doqquz sent) ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun İddiaçı BOKT ASC -yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 2017/00495-01 Kredit Müqaviləsinə xitam verilməsi, cavabdeh X2 İddiaçı BOKT ASC- nin xeyrinə xx xxxxx 2019-cu il tarixinə yaranmış 13203.39 (on üç min iki yüz üç dollar otuz doqquz sent) ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2720 (iki min yeddi yüz iyirmi dollar) ABŞ dolları məbləğində faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6375 (altı min üç yüz yetmiş beş dollar) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 22298.39 (iyirmi iki min iki yüz doxsan səkkiz dollar otuz doqquz sent) ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulması, tələbin cavabdeh X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 186 saylı evin, 23 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 13203.39 (on üç min iki yüz üç dollar otuz doqquz sent) ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2720 (iki min yeddi yüz iyirmi dollar) ABŞ dolları məbləğində faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6375 (altı min üç yüz yetmiş beş dollar) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 22298.39 (iyirmi iki min iki yüz doxsan səkkiz dollar otuz doqquz sent) ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun iddiaçı “İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə cavabdeh X7 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 2017/00495-01 №-li Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması (Kənd təsərrüfatı) məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 24% hesablanmaq şərti ilə 15 000 (on beş min) ABŞ dolları məbləğində kredit vеrilmişdir. Kredit müqaviləsinin təminatı оlaraq cavabdeh X7 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 186 saylı evin, 23 saylı mənzilini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ: SeriyE MH № 0172153, Reyestr № **********83-05101-093005, Qeydiyyat № **********, tarix xx.xx.2017) ipoteka predmeti kimi İddiaçı BOKT ASC təqdim etmiş və bu barədə xx xxxxxx 2017-ci il tarixli, 2017/00495-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2017-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Seriya RX № 1125365). Cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Bunlara baxmayaraq BOKT tərəfindən cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən BOKT tərəfindən Cavabdehə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, xx xxxxxx 2018-ci il tarixinə kreditin əsas borcu üzrə 13203,39 (on üç min iki yüz üç dollar otuz doqquz sent) ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 458 (dörd yüz əlli səkkiz dollar) ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2595 (iki min beş yüz doxsan beş) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 16256,79 (on altı min iki yüz əlli altı dollar yetmiş doqquz sent) ABŞ dolları məbləğində borc yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(81)- 549/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(81)- 549/2019 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(81)-549/2019 saylı qərardadında yol verilmiş yanlışlıq düzəldilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(81)- 549/2019 saylı qətnaməsi ilə (hakim F.Mədətli) iddia qismən təmin olunmuş, İddiaçı BOKT ASC ilə X9 (mətnə uyğun) arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 2017/00495-01 Kredit Müqaviləsinə xitam verilməsi, cavabdeh X2 İddiaçı BOKT ASC-nin xeyrinə xx xxx 2019-cu il tarixinə yaranmış 13.337.90 (on üç min üç yüz otuz yeddi dollar, 90 sent) ABŞ dolları məbləğində əsas, ona hesablanmış 2720,00 (iki min yeddi yüz iyirmi) ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 666,89 (altı yüz altmış altı dollar 89 sent ) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 16724,80 (on altı min yeddi yüz iyirmi dörd) ABŞ dolları tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdeh X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 186 saylı evin, 23 saylı mənzilinə yönəldilməsi, İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 186 saylı evin, 23 saylı mənzilin ilkin satış qiyməti 120.000 (yüz iyirmi min) manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına həmin borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğ cavabdeh X4 qaytarılması, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdeh X7 ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 186 saylı evin, 23 saylı mənzilini əşyaları ilə tərk etməsi, İddiaçı BOKT ASC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pulun 20 (iyirmi) manat hissəsi cavabdehə, 10 (on) manat hissəsi iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza ilə bağlı 145,00 (yüz qırx beş) manat ekspertiza xərcinin müştərək qaydada tərəflərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin büdcəsinə (Az.Mem, VÖEN **********, Dövlət Xəzinədarlıq Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab Az41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməsi qət edilmişdir. İş materiallarında olan iddiaçı X8 – ünvan 1 mən. 23 ünvanına göndərilmiş, SS615457703AZ ştrix kodlu məhkəmə zərfi “evdə yoxdur” qeydi ilə geri qayıtmış, zərfə əlavə edilmiş xəbərnamədə iddiaçının adı və soyadı göstərilsə də, zərfin alınma tarixi qeyd edilməmişdir. xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)- 549/2019 saylı icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Şirinov Şəhriyar tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2- 2(81)-549/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kredit təşkilatı tərəfindən müəyyən olunmuş cədvəl üzrə ödəmələr həyata keçirilmiş, sonra maddi vəziyyəti pisləşdiyindən ödənişləri həyata keçirə bilməmişdir. Kredit məbləği üzrə faizlər kreditor tərəfindən şişirdilmişdir, əsas borc və faiz düzgün hesablanmamışdır. Həmçinin 16000 ABŞ dolları məbləğində borcun müqabilində tutmanın 120000 manat dəyərində olan mənzilə yönəldilməsi hissəsində də məhkəmə düzgün mövqe nümayiş etdirməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq, o , sədrlik edənin sualına cavab olaraq, məbləğin şişirdildiyini bildirsə də, öz hesablamasını təqdim etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kоllеgiyаsı işin mаtеriаllаrını yохlаyаrаq, işdə iştirak edən şəxslərin izаhаtlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq, hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin еdilməməli, birinci instаnsiyа məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən, cavabdeh həmin qətnamənin iddianın təmin edilmiş hissəsindən şikayət verdiyindən, iddiaçı isə qətnamənin iddianın təmin edilməmiş hissəsindən şikayət vermədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlayır. Ona görə də, məhkəmə kollegiyası apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, iddianın qismən təmin olunması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsi ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarına əsasən: - İddiaçı BOKT ASC (“Borc Verən”) ilə X7 (“Borc Alan”) arasında bağlanmış xx xxxxxx 2017-cü il tarixdə 2017/00495-01 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borc verən tərəfindən borc alana dövriyyə vəsaitinin artırılması (kənd təsərrüfatı) məqsədilə 36 (otuz altı) ay müddətinə illik 28,69 % olmaqla 15 000 (on beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. - Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə ilə öhdəliklərinin icrasının təminatı olaraq X4 məxsus olan Bakı səhəri, Binəqədi rayonu, Azadlıq prospektində istifadədə olan 0.1234 ha torpaq sahəsində yerləşən 186 nömrəli, 9 mərtəbəli binada yerləşən 81.02 kv.m ümumi., 63.32 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 23 nömrəli mənzil (çıxarış: Seriya MH № 0172153, Dövlət Reyestrində 837 nömrəli reyestr kitabının 77949 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********83- 05101-093005, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008) əmlak ipoteka qoyulur. - Həmin müqavilənin 1.6-cı bəndinə əsasən faizlər kredit məbləğinin Borc alanın hesabına daxil edildiyi tarixdən onun tam ödənildiyi tarixə qədər hesablanır. - Həmin müqavilənin 1.7-ci bəndinə əsasən kreditdən istifadəyə görə faizlərin hesablanması, hər ay 30 gün hesabı ilə götürülür və hər ayın 28-dən gec olmayaraq ödənilir. İş materiallarına əlavə olunmuş İddiaçı BOKT ASC ilə X7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli İpoteka müqaviləsinə əsasən İpoteka saxlayanla İpoteka verən arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 2017/00495-01 saylı Kredit Müqaviləsinə əsasən illik faiz dərəcəsi 24% olmaqla illik 36 (otuz altı) ay müddətinə 15.000 (on beş min) ABŞ dolları məbləğində verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Tərəflər bu Müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici FM consulting tərəfindən xx xxxxxx 2017-ci il tarixdə likvid dəyəri 117,000 (yüz on yeddi min) manat məbləğində qiymətləndirilir. -Həmin müqavilənin 6.1.1-ci bəndinə əsasən İpoteka verən xx.xx.2017-ci il tarixli kredit müqaviləsi və bu müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə, yaxud yerinə yetirməkdən imtina etdikdə, İpoteka saxlayan ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərrac vasitəsi ilə satılması üçün tədbirlər görmək hüququna malikdir. Müqavilədən də göründüyü kimi, hər iki tərəf müqavilənin şərtləri ilə razılaşaraq imza və möhürlə təsdiq etmişlər. -xx xxxxxx 2017-cü il tarixli 2017/00495-01 nömrəli Kredit Müqaviləsi üzrə X7 tərəfindən qeyd edilən 15.000 ABŞ dolları məbləğində olan kredit məbləğinin ödənilməsi barədə ödəniş qrafiki tərtib edilərək hər iki tərəfdən təsdiq edilmişdir. - xx xxxxxx 2017-ci il tarixli kreditinin verilməsinə dair köçürmədən görünür ki, xx xxxxxx 2017-ci il tarixdə X7 «xxxx» ASC-nin filialından 15.000 ABŞ dolları məbləğində vəsait götürmüşdür. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində olan 81.02 kv.m ümumi sahədən ibarət ev №186 , mənzil №23 (Dövlət Reyestrində 837 nömrəli reyestr kitabının 77949 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********83- 05101-093005, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017) əmlak ipoteka ilə yüklü edilmişdir. -İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2018-ci il tarixli borc haqqında arayışından görünür ki, cavabdeh X3 İddiaçı BOKT ASC-nə xx xxxxxx 2017-ci il tarixli, 2017/00495-01 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixə 16.256,79 (on altı min iki yüz əlli altı,79) ABŞ dolları əsas, 458,40 (dörd yüz əlli səkkiz,40) ABŞ dolları faiz, 2.595,00 (iki min beş yüz doxsan beş) ABŞ dolları cərimə, cəmi 16.256,79 (on altı min iki yüz əlli altı, 79) ABŞ dolları kredit borcu olduğu hesablanmışdır. İş materiallarına əlavə edilmiş, İddiaçı BOKT tərəfindən X4 ünvanlanmış xx xxxx 2018-ci il tarixli ***-**** saylı bildirişdən görünür ki, xx.xx.2017-ci il tarixli 2017/00495-01 saylı Kredit Müqaviləsi üzrə 13.203,39 ABŞ dolları əsas borc, 255,76 ABŞ dolları faiz borcu, 2.280,00 ABŞ dolları, ümumilikdə 15.739,25 ABŞ dolları borcu olduğunu, könüllü şəkildə tutmanın ipoteka predmetinə yönəldilməsi təklif edilmiş, əks təqsirdə məhkəməyə müracət olunacağı barədə xəbərdarlıq edilmişdir. -“xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli 01/218 nömrəli ekspert rəyindən görünür ki, X4 məxsus ünvan 2 ünvanda yerləşən 4 otaqlı mənzilin xx xxxx 2019-cu il tarixə olan bazar dəyəri 120.000 (yüz iyirmi min) manat təşkil edir. -Məhkəmə Ekspertiza Mərkəzinin 16962 saylı xx xxxx 2019-cu il tarixli ekspert rəyinin (ekspert X1) tədqiqat hissəsində göstərilmişdir ki, "İddiaçı" BOKT ASC ilə X9 arasında bağlanan xx.xx.2017-ci il tarixli, 2017/00495-01 saylı kredit müqaviləsi üzrə kredit alan illik faiz dərəcəsi 24% olmaqla 36 ay müddətinə, 15.000,00 ABŞ dolları məbləğində kredit üzrə hesabdan çıxarış məlumatlarına əsasən X6 xx.xx.2019-cu il tarixə 13.337,90 ABŞ dolları əsas kredit borcu, 2.800,96 ABŞ dolları ödənilməmiş faiz borcu mövcuddur . Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 145,00 (yüz qırx beş) manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh X7 öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iş üzrə hesabdan çıxarışlardan, ödəniş sənədlərindən və keçirilmiş ekspertiza tədqiqatının rəylərindən göründüyü kimi, borclunun kreditor qarşısında əsas borc, faiz borcu üzrə öhdəlikləri qalmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanm yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və hazırkı öhdəlik üzrə hüquq münasibətləri məhz onun təqsiri üzündən pozulması, xx xxxxxx 2017-ci il tarixli, 2017/00495-01 kredit müqaviləsi üzrə əsas borcun və ona hesablanmış cərimə pulunun ödənilməməsi, işin mübahisəsiz halları olmaqla, həmin faktlar iş materialları ilə də öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi də haqlı olaraq iddianı həmin hissədə təmin etmişdir. Məhkəmə kollegiyası həmçinin yüksək məbləğdə dəbbə pulunun 666,89 (altı yüz altmış altı dollar 89 sent ) ABŞ dolları həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəni yuxarıda qeyd edilən qaydada həll etmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, işin birinci instansiya icraatı zamanı iş üzrə məhkəmə ekspertizası keçirildiyindən, hazırda təkrar məhkəmə ekspertizasının keçirilməsinə hüquqi əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(81)-549/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kоllеgiyаsı şərh оlunаnlаrı nəzərə аlаrаq, Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı mаddələrini rəhbər tutaraq q ə t е t d i: Cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(81)- 549/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi, 14, 1193-cü məhəllə) kommersiya kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar