Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-580/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Nümayəndə və X3 «Tac» Kredit İttifaqının Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-733/2020 saylı qətnaməsindən (hakim Zaur Pirverdiyev) cavabdeh X4 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə və X3 «Tac» Kredit İttifaqı cavabdeh fərdi sahibkar Cavabdeh qarşı (VÖEN**********) iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 5000 manat kredit, 1075 manat faiz, 2150 manat cərimə borcu olmaqla, cəmi 8225 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2015-ci il tarixində «149/SKMF-122» saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən kreditverən həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit alana 5000 manat krediti SKMF-nun vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 12 ay olmaq şərtilə 36 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vermiş, kredit alan isə 361 manat faiz ödənişindən başqa hər hansı ödəniş etməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-733/2020 saylı qətnaməsi ilə Cavabdeh 5000 manat kredit, 1075 manat faiz, 250 manat cərimə borcu olmaqla, cəmi 6325 manat məbləğində borcun Nümayəndə və X3 "Tac" Kredit İttifaqının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin təkrar araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən borcla bağlı verilmiş maliyyə arayışında ödənişlər düzgün qeyd edilməmiş, cavabdehin həyata keçirdiyi ödənişlərin hesablanması üçün mühasibatlıq ekspertizası təyin edilməmişdir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı barədə xəbərdar edilmiş, iddiaçının qanuni təmsilçisi məhkəməyə yazılı ərizə ilə müraciət edərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-733/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh apelyasiya şikayətində iş üzrə qəbul edilmiş qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apelyasiya şikayətinin məzmunundan aydın olur ki, qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirilir. Məhkəmə qətnaməni həmin hissədə yoxlayaq hesab edir ki, iddianın təmin edildiyi hissədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı, o cümlədən işin faktiki hallarına uyğundur. İş materiallarındakı xx xxxxxx 2015-ci il tarixli 149/SKMF-122 saylı kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehə 5000 manat krediti SKMF-nun vəsaiti hesabina illik 6%-lə və güzəşt müddəti 12 ay olmaq şərtilə 36 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verməyi, cavabdeh bu müqavilə ilə aldığı krediti, ona hesablanmış faizi müqavilədə göstərilən digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdələrinə götürmüşlər. xx xxxxxx 2015-ci il tarixli 36 saylı kassa məxaric orderinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 5000 manat pul verilmişdir. xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin xx xxxxxx 2019-cu il tarixə 5000 manat kredit, 1075 manat faiz, 2150 manat cərimə borcu olmaqla cəmi 8225 manat borcu vardır. Maliyyə arayışından görünür ki, iddiaçı cəmi 361 manat ödəniş etmiş, həmin məbləğ faiz borcu üzrə silinmiş, tələb olunan faiz borcunun bir hissəsi kredit öhdəliyinin icrası bitdiyi tarixə, bir hissəsi həmin tarixdən sonra hesablanmış faiz borcudur. Kredit öhdəliyinin icra müddəti xx.xx.2018-ci il tarixdə bitdiyindən və 5000 əsas borc üzrə hər hansı ödəniş həyata keçirilmədiyindən müəyyən olunur ki, cavabdeh illik 6 faiz, 3 il üçün 18 % olmaqla, iddiaçıya xx.xx.2018-ci il tarixədək 900 manat faiz ödəməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etməyə haqlıdır. Birinci instansiya məhkəməsi işdəki sübutları nəzərə alaraq, MM-nin 385.1, 442, 448.1, 739.1, 739.2, 467-ci maddələrinə istinad edərək iddianın əsas və faiz borcu hissəsində tam, dəbbə pulu borcu hissəsində qismən təmin edilməsi barədə nəticəyə gəlmişdir. Cavabdeh apelyasiya şikayətində kredit öhdəliyi üzrə 361 manatdan artıq ödəniş etdiyini qeyd etsə də, bu barədə məhkəməyə sübut təqdim edilməmişdir. Apelyasiya şikayətinə əlavə edilmiş xx.xx.2015-ci il tarixdə iddiaçıya 500 manat ödəniş edilməsi barədə qəbzdə həmin ödənişin təyinatı kimi “üzvlük payı”, xx.xx.2015-ci ildə 100 manat ödənişi təsdiq edən qəbzdə isə ödənişin təyinatı kimi “komisyon haqqı” qeyd edildiyindən məhkəmə hesab edir ki, qeyd edilən qəbzlər kredit öhdəliyi üzrə ödənişləri təsdiq edən sübut kimi nəzərə alına bilməz. Mülki Prosessual Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya şikayətinin dəlilləri mötəbər sübutlarla təsdiq edilmədiyindən məhkəmə şikayəti əsassız hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)- 733/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-733/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-580/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-580/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver