Məhkəmə qərarları › İş №2-2(103)-580/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-580/2021

24.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-580/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1834/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15.03.2021-ci il tarixli qərardadından iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 14693,27 manat məbləğındə borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 20608 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15 mart 2021-ci il tarixli, e-2-2(113)-1834/2021 saylı qərardadı ilə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməməsi əsası ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinin tələbindən göründüyü kimi, elektron üsulla göndərilən sənədlər 3 iş günü keçdikdən sonra vergi ödəyicisinə çatdırılmış hesab olunur. Həmçinin, vergi ödəyicisi ilə vergi orqanı arasında bağlanmış və iş materiallarına əlavə edilmiş 27 noyabr 2015-ci il tarixli “Elektron sənəd mübadiləsi haqqında” Müqavilənin 4.1.7-ci bəndinə əsasən, vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifəsidir. İş materiallarına pretenziya sənədi kimi əlavə edilmiş “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan göründüyü kimi, 04.03.2021-ci il tarixli **********590900 nömrəli iddia ərizəsi 05.03.2021-ci il tarixdə elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilmişdir. Sözügedən iddia ərizəsi məhkəməyə 11.03.2021-ci il tarixdə təqdim edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına pretenziya sənədi kimi əlavə edilmiş Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan göründüyü kimi, 04.03.2021-ci il tarixli iddia ərizəsi 05.03.2021-ci il tarixdə elektron üsulla həm Bakı Kommersiya Məhkəməsinə, həm də Cavabdeh elektron kabinetinə göndərilmişdir. Sözügedən iddia ərizəsi də məhkəməyə 12.03.2021-ci il tarixdə təqdim edilmişdir. Göründüyü kimi hazırki işdə Mülki Prosessual Məcəllənin 152.1.4-cü maddəsi tətbiq edilə və iddia ərizəsi həmin əsasla geri qaytarıla bilməz. Bu baxımdan kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1834/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15.03.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar