Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-580/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı 03 noyabr 2014-cü il tarixli, 030/14 saylı ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-627/2022 nömrəli qətnaməsindən (hakim Leyla Əliyeva) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında bağlanılmış 03 noyabr 2014-ci il tarixli 030/14 saylı ipoteka müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 49/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı, X2, X1 və X4 xx.xx.2014-cü il tarixli, skmf-66 saylı baş kredit müqaviləsi üzrə əsas borca görə 1.492.497,50 manat, faiz borcuna görə 199.218,50 manat, cərimə borcuna görə 15.000 manat olmaqla cəmi 1.706.716 manat məbləğində borc, habelə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutulacaq məbləğ cavabdeh İddiaçı məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində mülkiyyətində olan 7.80 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C - tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D - tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248,7 kv.m. olan 1 mərtəbəli mağaza binasına yönəldilməsi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində mülkiyyətində olan 7.80 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli əmlak kompleksi kimi müəssisə və əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248,7 kv.m. olan 1 mərtəbəli mağaza binasının açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 12.400.000 manat müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 245 manat məbləğində pul vəsaitinin cavabdehlər İddiaçı, X2, X1 və X4 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X5, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.Wİ..F.T. Bik:CTREAZ 22 ) köçürülməsi qət edilmişdir. Kreditin təminatı olaraq RX Nömrəsi ******* seriyalı, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 7.80 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m olan 1 mərtəbəli əmlak kompleksi kimi müəssisə və əmlak kompleksi kimi müəssisənin tərkibi Liter A-tikintialtı sahəsi 96.1 kv.m, ümumi sahəsi 73.4 kv.m olan 1 mərtəbəli inzibati bina, liter B-tikintialtı sahəsi 525.3 kv.m ümumi sahəsi471.3 kv.m olan 1 mərtəbəli ferma, liter C-tikintialtı sahəsi 457.4 kv.m ümumi sahəsi 412.5 kv.m olan 1 mərtəbəli daş sexi, liter D-tikintialtı sahəsi 157.5 kv.m ümumi sahəsi 248.7 kv.m olan 1 mərtəbəli mağaza onunla bağlanan 030/2014 ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Qoyulmuş ipotekaya əsasən bank tərəfindən ona illik faiz dərəcəsi 6 faiz olmaqla 84 ay müddətinə 1.500.000 manat kredit verilmişdir. Kreditin götürülməsində məqsəd pomidor parnikinin inkişaf etdirərək istehsalının təşkil edilməsi olmuşdur və götürülmüş krediti tam təyinatı üzrə xərclənməyə başlamışdır. Lakin məlum pandemiya və dövlətlər arası sərhədlərin bağlanılması tam olaraq onu maddi cəhətdən iflic etməklə yanaşı iradəsindən aslı olmayan səbəblərə əsasən həmin sahənin fəaliyyətini dayandırmışdır. Onunla bank arasında bağlanılmış ipoteka müqaviləsinin 8-ci maddəsinə əsasən tərəflər onların iradəsindən aslı olmayan və bu müqavilə qüvvəyə mindiyi vaxtdan baş verən zəlzələ, yanğın və digər təbii fəlakət, habelə müharibə blokada, dövlət hakimiyyət orqanlarının aktları və hərəkətləri, yaxud digər qarşısıalınmaz qüvvə ilə bağlı hallarda bu müqavilədən irəli gələn öhdəliklərinin (ipoteka ilə təmin edilmiş öhdəliyin yerinə yetirilməməsi istisna olmaqla) yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımırlar. Göründüyü kimi kredit götürüləndən və ipoteka müqaviləsinə əsasən əmlakının ipoteka ilə yüklü ediləndən sonra 44 günlük vətən müharibəsi də daxil olmaqla COVİD-19 virusu yayılmağa başlamış və bütün dünya dövlətləri dövlət sərhədini giriş-çıxışa bağlamışdır. Belə olan halda ölkədən kənara pomidorun ixracı mümkünsüz olmuş və heç bir qazanc əldə etmək mümkün olmamışdır. Baş verən hadisələr ipoteka müqaviləsinin 8-ci bəndində göstərildiyi kimi tərəflərin iradəsindən aslı olmayan haldır. Belə olduğu halda onun əmlakımı ipoteka qoyaraq götürdüyü öhdəliyi qeyri iradi olaraq özündən asılı olmayan səbəblərə görə yerinə yetirmək iqtidarında deyildir. Bu baxımdan əmlak hüquqlarının qorunması vacib şərt kimi önə keçir. Krediti götürməkdə məqsəd sahibkarlıq fəaliyyətini daha da inkişaf etdirmək və qazanc əldə etməkdir. Lakin hazırkı halda ondan aslı olmayan səbəbə görə əmlaklarımın əldən çıxması və borclanma riski yarandığından ipoteka müqaviləsinə xitam verilməklə əmlakımı həmin yüklülükdən azad olunması zərurəti yaranmışdır. Bu eyni zamanda Mülki Məcəllənin 425-ci maddəsində nəzərdə tutulan vicdanlıq prinsipinə uyğundur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-627/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün qiymət verməmiş, ödənişin həyata keçirilməsində yaranmış problemlərin obyektiv səbəbini qiymətləndirməmiş, baş verən halların şəxsin iradəsindən asılı olmayan halla bağlı olduğunu qiymətləndirməmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2022-ci il tarixə təyin edilmiş, iddiaçıya işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirakı etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası izahatı, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-627/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (bank) ilə İddiaçı (müştəri) arasında bağlanmış xx.xx.2014-cü il tarixli skmf-66 saylı baş kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 84 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 1.500.000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (ipoteka saxlayan) ilə İddiaçı (ipoteka qoyan) arasında bağlanmış 03 noyabr 2014-cü il tarixli, 030/14 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı skmf-66 saylı xx.xx.2014-cü il tarixli baş kredit müqaviləsindən irəli gələn öhdəliyinin təminatı olaraq mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində olan 7,80 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 m2 olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1m2 , ümumi sahəsi 73,4 m2 , olan 1 mərtəbəli inzibati bina, Liter B – tikintialtı sahəsi 525,3 m2 , ümumi sahəsi 412,5 m2 olan 1 mərtəbəli daş sexi, Liter D – tikintialtı sahəsi 157,5 m2 , ümumi sahəsi 248,7 m2 olan 1 mərtəbəli mağaza binasını Cavabdeh ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-49/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı, X7, X8 və X3 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X2, X1 və X4 xx.xx.2014-cü il tarixli, skmf-66 saylı baş kredit müqaviləsi üzrə əsas borca görə 1.492.497,50 manat, faiz borcuna görə 199.218,50 manat, cərimə borcuna görə 15.000 manat olmaqla cəmi 1,706,716 manat məbləğində borc, habelə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutulacaq məbləğin cavabdeh İddiaçı məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində mülkiyyətində olan 7.80 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və Əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C - tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D - tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248,7 kv.m. olan 1 mərtəbəli mağaza binasına yönəldilməsi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində mülkiyyətində olan 7.80 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və Əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C - tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D - tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248,7 kv.m. olan 1 mərtəbəli mağaza binasının açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 12.400.000 manat müəyyən edilməsi qət edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi qeyd edilən mülki işin hazırda Bakı Apellyasiya Məhkəməsinin MK-nın icraatında olduğunu, icraatın hazırkı mübahisəyə baxıladək dayandırıldığını bildirmişdir. İpoteka müqaviləsinin 8-ci bəndinə əsasən tərəflər onların iradəsindən asılı olmayan və bu müqavilə qüvvəyə mindiyi vaxtdan baş verən zəlzələ, yanğın və digər təbii fəlakət, habelə müharibə blokada, dövlət hakimiyyət orqanlarının aktları və hərəkətləri, yaxud digər qarşısıalınmaz qüvvə ilə bağlı hallarda bu müqavilədən irəli gələn öhdəliklərinin (ipoteka ilə təmin edilmiş öhdəliyin yerinə yetirilməməsi istisna olmaqla) yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımırlar. İddiaçı müqavilənin qeyd edilən bəndinə istinad edərək göstərir ki, pandemiya ilə əlaqədar sahibkarlıq fəaliyyəti həyata keçirmək və gəlir əldə etmək imkanından məhrum olduğundan kredit öhdəliyini icra edə bilmədiyinə görə ipotekaya xitam verilməlidir. Məhkəmə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda və həmin Qanunla nəzərdə tutulmuş digər hallarda xitam verilir. Mülki Məcəllənin 527.1.-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Tərəflər arasında bağlanmış müqavilənin 14.3-cü bəndinə görə müqaviləyə aşağıdakı hallarda xitam verilir: a) İpoteka ilə təmin edilmiş öhdəlik ipoteka qoyan və ya üçüncü şəxs tərəfindən vaxtında tam həcmdə yerinə yetirildikdə; b) İpoteka ilə təmin edilmiş öhdəlik ipoteka qoyan və üçüncü şəxs tərəfindən vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə; v) İpoteka ilə təmin edilmiş öhdəlik və bu öhdəliklə bağlı ipoteka saxlayanın tələbləri ipoteka predmetinin bu müqavilədə nəzərdə tutulmuş qaydada realizə edilməsi nəticəsində tam həcmdə yerinə yetirildikdə; q) Tərəflərin razılığı ilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada tutmanın ipoteka qoyanın digər əmlakına yönəlməsi ilə ipoteka ilə təmin edilmiş öhdəlik və bu öhdəliklə bağlı ipoteka saxlayanın tələbləri tam həcmdə yerinə yetirildikdə; d) Bu müqaviləyə və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada ipoteka ilə yüklü edilmiş əmlak ipoteka saxlayanın mülkiyyətinə keçməklə ipoteka ilə təmin edilmiş öhdəlik və bu öhdəliklə bağlı ipoteka saxlayanın tələbləri tam həcmdə yerinə yetirildikdə. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka müqaviləsinə xitam verilməsinin əsasları qanunvericilikdə və tərəflər arasında bağlanmış müqavilədə dəqiq müəyyən olunduğundan və həmin əsaslardan hər hansı biri baş vermədiyindən müqaviləyə xitam verilməsi üçün əsaslar müəyyən olunmur. İpoteka müqaviləsinin 8-ci bəndi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin bənddə qeyd olunmuş hallar müqaviləyə xitam verilməsinin əsası kimi deyil, tərəflərin məsuliyyətinin azalması və ya məsuliyyətdən azad edən hallar kimi nəzərdə tutulmuşdur. Həmin bənddə istisna hal olaraq qeyd edilmişdir ki, ipoteka ilə təmin edilmiş öhdəliyin yerinə yetirilməməsi məsuliyyətdən azad edən hal hesab edilə bilməz. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)- 627/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-627/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-580/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-580/2022
22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver