Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-580/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-159/2025 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22-MZ2-1- 0-35-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, Cavabdeh4 bankdan 120 ay müddətinə, illik faiz dərəcəsi 30% olmaqla, 100000 manat məbləğində kredit limiti ayrılmışdır.
2. Müqavilənin təminatı kimi Cavabdeh1 ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 22- MZ2-1-0-35-21 nömrəli zaminlik müqaviləsi və Cavabdeh3 ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 22-MZ2-1-0-35-21 nömrəli zaminlik müqaviləsi göstərilmişdir. Razılaşma tərəflərin imzası ilə təsdiq edilmişdir.
3. İddiaçı ASC ilə Cavabdeh4 arasında xx.xx.2022-ci il tarixdə bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə 1,2 saylı əlavələr təqdim olunmuşdur.
4. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022- ci il tarixli, 22-MZ2- 1-0-35-21/2 nömrəli (kredit verilməsinə dair) razılaşmadan görünür ki, Cavabdeh4 bankdan 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,83% olmaqla, 30000 manat məbləğində kredit verilmişdir.
5. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Z/02656/23 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22-MZ2-1-0-35-21 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşma üzrə Cavabdeh4nın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
6. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22-MZ2-1- 0-35-21 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22- MZ2-1-0-35-21 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşma üzrə Cavabdeh4nın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
7. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22-MZ2-1- 0-35-21 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22-MZ2-1-0-35-21 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşma üzrə Cavabdeh4nın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
8. İş materiallarına ödəniş cədvəli, məxaric qəbzləri, hesabdan çıxarışlar əlavə edilmişdir.
9. İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ünvanladığı xx.xx.2024-cü il tarixli, KBD341 nömrəli pretenziya məktubundan görünür ki, borcun 5 gün müddətində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
10. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2024-cü il tarixə banka olan borcu 18543,95 manat əsas, 2465,97 manat faiz, 823,4 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 21833,32 manat təşkil edir.
11. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2024-cü il tarixə banka olan borcu 18395,45 manat əsas, 6104,05 manat faiz, 5616,36 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 30115,86 manat təşkil edir.
12. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2025-ci il tarixə banka olan borcu 18321,2 manat əsas, 6407,07 manat faiz, 6238,29 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 30966,56 manat təşkil edir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7369 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olanhesabdan çıxarış məlumatları, 24 fevral 2022-ci il tarixli, 22-MZ2-1-0-35-21 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh4 İddiaçı ASC-yə xx.xx.2024cü il tarixinə (pretenziya məktubunun göndərilməsi ilə bağlı) olan əsas borcu 19098,6 manat, faiz borcu üzrə 2235,26 manat, xx.xx.2024-cü il tarixinə (maliyyə arayışında göstərilən tarix) olan əsas borcu 18603,6 manat, faiz borcu üzrə 2502,5 manat, xx.xx.2024-cü il tarixinə (məhkəməyə müraciət olunan tarix) olan əsas borcu 18603,6 manat, faiz borcu üzrə 3014,1 manat təşkil edir. Qeyd edilmişdir ki, ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 24 fevral 2022-ci il tarixli, 22- MZ2-1-0-35-21 saylı kredit müqaviləsi üzrə cərimə bəndi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün yuxarıda göstərilən tarixlərə olmadığından Cavabdeh4 cərimə borcu hesablanmamışdır.
14. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh4 tərəfindən mübahisəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdə 495 manat, xx.xx.2024-cü il tarixdə 49,50 manat, xx.xx.2024-cü il tarixdə 99,50 manat və xx.xx.2025-ci il tarixdə 74.25 manat ödənişlər edilməklə, həmin ödənişlər əsas borca silinmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
15. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 18.543,95 manat əsas borc, 2465,97 manat faiz borcu və 205,85 manat cərimə borcu olmaqla, cəmi 21.215,77 manat borcun, 153,65 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh4 İddiaçı ASC-nin “Nərimanov” filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh4 İddiaçı ASCdən illik 22% olmaqla 36 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. 2024-cü ilin fevralın 16-dək Cavabdeh4 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 18543,95 manat əsas borc, 2465,97 manat faiz borcu və 823,4 manat cərimə borcu olmaqla cəmi 21833,32 manat borcu vardır. Cavabdeh4 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcunun 823,4 manat təşkil etməsinə baxmayaraq, 205,85 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 467, 472.1, 472.2, 501-ci maddələrinə istinad olunmuşdur.
17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-159/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 18321,20 manat əsas borc, 2235,26 manat faiz borcu, 205,85 manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150,37 manat olmaqla, cəmi 20912,68 manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 97,90 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada, 2,10 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır.
18. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixli, 22-MZ2- 1-0-35-21 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşma bağlanmış və Cavabdeh4 bankdan 120 ay müddətinə, illik faiz dərəcəsi 30% olmaqla, 100000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin razılaşma çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli, 22-MZ2-1-0-35-21/2 nömrəli (kredit verilməsinə dair) razılaşmasına əsasən Cavabdeh4 bankdan 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,83% olmaqla, 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ilə bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlər İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış kredit razılaşması üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Həmçinin qeyd olunmalıdır ki, zaminlik müqavilələrinin 1.1ci bəndinə əsasən bu müqavilələrin predmetini xx.xx.2021-ci il tarixli, 22-MZ2-1-0-35-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir; 1.2-ci bəndinə əsasən zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı ASC tərəfindən ayrılan vəsaitdir; 1.3-cü bəndinə əsasən müqavilələrin 1.1-ci yarımbəndində nəzərdə tutulan xx.xx.2021-ci il tarixli, 22- MZ2-1-0-35-21 kredit müqaviləsi üzrə ayrılmış kredit limiti qeyd olunan kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər daxilində borcalan tərəfindən dəfələrlə istifadə oluna bilər. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 18543,95 manat əsas borc, 2465,97 manat faiz borcunun tutulması təşkil edir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7369 saylı ekspert rəyini, xx.xx.2025-ci il tarixli maliyyə arayışını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas kredit borcu və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 18321,20 manat (on səkkiz min üç yüz iyirmi bir manat iyirmi qəpik) əsas borc, 2235,26 manat (iki min iki yüz otuz beş manat iyirmi altı qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, faiz borcunun tutulmasına dair iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Məhkəmə bu qənaətə gələrkən İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışını əsas götürmüşdür. Arayışda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borc 18321,2 manat təşkil edir. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə yuxarıda qeyd edilən qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarını nəzərə almışdır. Belə ki, cavabdehlərə göndərilən xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, cavabdehlərdən müqavilə üzrə borcun 5 gün müddətində ödənilməsi tələb olunmuş, həmin müddət ərzində borc ödənilməzsə, borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdehlər tərəfindən ödəniş edilmədiyindən kredit müqaviləsi bank tərəfindən birtərəfli qaydada ləğv edilmiş hesab edilməlidir. xx.xx.2024-cü il tarixli, 9/7369 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 24 fevral 2022-ci il tarixli, 22-MZ2-1-0-35-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh4 İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixinə (pretenziya məktubunun göndərilməsi ilə bağlı) olan faiz borcu 2235,26 manat təşkil edir. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 205,85 manat cərimə borcunun tutulması təşkil edir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən birgə qaydada 205,85 manat məbləğində cərimə məbləği tam şəkildə iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçı 153,65 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 150,37 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 97,90 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada, 2,10 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
19. Birinci instasniya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 385.1, 386.1, 739, 442, 448.1, 462.1, 465.2, 470, 472-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
20. Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, cavabdeh X3 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qətnaməyə diqqət yetirdikdə görünür ki, sonda məhkəmə iddiaçının xeyrinə cavabdehlərdən 205.85 manat cərimə tutmuşdur. Hesab edir ki, həmin cərimənin məbləği kifayət qədər yüksəkdir və həmin məbləğ cəmi 30 manat məbləğə endirilməlidir. Qətnamədən görünür ki, məhkəmə sübut kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə istinad edərək əsas borcun 18603,6 faiz borcunun, isə 3014,1 olması qənaətinə gələrək mülki işə hüquqi qiymət vermişdir. Hesab edir ki, məhkəmə sübuta düzgün qiymət verməmiş və bu halda yenidən ekspertiza təyin etməli idi. Bununla da məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
22. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
23. Mülki Məcəllənin: -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739 və 741-ci maddələrinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, qətnamədən Cavabdeh4 tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh4 şikayətində qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlilləri yalnız qətnamənin əsas, faiz və dəbbə pulu borcunun məbləğləri hissəsində dəyişdirilməsinə yönəldilmiş, odur ki, qətnamənin əsaslılığı əsas, faiz və dəbbə pulu borcunun tutulmasına dair iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, iş üzrə təqdim edilmiş sübutlar tətqiq edilərək müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixli, 22-MZ2-1-0-35-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma çərçivəsində bağlanmış kredit verilməsinə dair razılaşmaya əsasən cavabdehə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,83% olmaqla, 30000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 arasında zaminlik müqavilələrinə əsasən sonuncular Cavabdeh4 bank qarşısında öhdəliklərinə zamin durmuşlar. Cavabdeh4 kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka əsas və faiz borcu yaranmışdır.
29. Apellyasiya şikayətində mübahisələndirilən hallar kontekstində mübahisəyə hüquqi qiymət verilərək qeyd edilir ki, apellyasiya şikayətində cavabdeh birinci instansiya məhkəməsi tərəfindən hesablanmış dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğunu bildirir, eləcə də məhkəmə-mühasibatlıq ekpertizası üzrə ekspert rəyinin əsaslılığını mübahisələndirir.
İrəli sürülən birinci arqument ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəli kredit müqaviləsi üzrə kreditin qaytarılması öhdəliyinin gecikdirilməsinə görə cavabdehlərdən tutulacaq dəbbə pulu məbləğini 205,85 məbləğində müəyyənləşdirərkən həm kreditorun, həm də borclunun əmlak mənafeləri və digər əsaslı mənafelərini, eləcə də əsas borcun məbləğini nəzərə almışdır. Odur ki, həmin hissədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.
30. İrəli sürülən ikinci arqument ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən edilməsinə dair ekspert rəyinin mötəbərliyini mübahisələndirsə də, həmin rəyi şübhə altına ala biləcək konkret faktiki hallara istinad etməmişdir.
31. Bununla yanaşı o da qeyd edilməlidir ki, sözügedən ekspert rəyi ilə mübahisəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə, yəni pretenziya məktubunun cavabdehə göndərilməklə müqaviləyə vaxtından əvvəl xitam verildiyi tarixə olan əsas borcun 19098,6 manat, faiz borcunun isə 2235,26 manat məbləğində olması müəyyənləşdirilmişdir. Digər tərəfdən əsas borca münasibətdə vurğulanmalıdır ki, xx.xx.2024-cü il tarixindən etibarən qətnamənin qəbul edildiyi tarixədək cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 718,25 manat (495+49,5+99,5+74,25) məbləğində ödənişlər edilmiş və həmin ödənişlər əsas borca silinmişdir. Odur ki, adi riyazi hesablamaya əsasən (19098,6 -718,25) kollegiya kredit müqaviləsi üzrə əsas borcun məhkəmənin müəyyənləşdirdiyi 18321,20 manat məbləğindən az olmaması barədə qənaətə gəlir. Belə olan halda isə qətnamənin cavabdehin apellyasiya şikayətinə əsasən əsas borc hissəsində dəyişdirilməsi üçün əsas yoxdur.
32. Faiz borcuna dair hissədə isə məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsinə xitam verildiyi tarixə faiz borcu ekspert rəyi ilə 2235,26 manat məbləğində müəyyən edildiyindən və həmin tarixdən sonrakı dövrdə faiz borcu üzrə ödənişlər edilmədiyindən birinci instansiya məhkəməsi cavabdehlərdən tutulacaq faiz borcunu ekspert rəyinə uyğun olaraq 2235,26 manat məbləğində müəyyənləşdirməkdə haqlı olmuşdur.
33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin (mübahisələndirilən hissədə )qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndiirkən dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-159/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu Cavabdeh4 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Ziya Şirinov
Təranə Mahmudova