Məhkəmə qərarları › İş №2-2(103)-581/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-581/2021

24.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-581/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1782/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15.03.2021-ci il tarixli qərardadından iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15.03.2021-ci il tarixli, e-2-2(113)-1782/2021 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 70.2-1 və 70.2-1.3-cü maddələrinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. İş materiallarına pretenziya sənədi kimi əlavə edilmiş Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan göründüyü kimi, 23.11.2020-ci il tarixli **********083300 nömrəli iddia ərizəsi 24.11.2020-ci il tarixdə elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və onun tərəfindən 24.11.2020-ci il tarixdə oxunmuşdur. İddia ərizəsi məhkəməyə 09.03.2021-ci il tarixdə təqdim edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 12.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.4-cü maddəsinə əsasən iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırkı iş üzrə verilmiş iddia ərizəsi isə qeyd olunan prosessual normaların tələblərinə uyğun deyildir. Belə ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən həmin ərizənin Cavabdeh MTKya təqdim edilməsi barədə sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsini icraata qəbul etməmişdir. Şikayətin dəlillərinə dair kollegiya qeyd edir ki, iş materiallarına pretenziya sənədi kimi əlavə edilmiş vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat iddia ərizəsinin surətinin cavabdehə təqdim edilməsi barədə sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin hesabatda göndərilən sənədin məhz iddia ərizəsi olması qeyd olunmamışdır. Bundan başqa iddiaçının özünün də istinad etdiyi kimi həmin sənəd 24.11.2020-ci il tarixdə elektron üsulla cavabdehin elektron kabinetinə göndərilmiş, iddia ərizəsi isə bundan 3 ay 13 gün keçdikdən sonra, yəni 09.03.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Bu hal da onu deməyə əsas verir ki, həmin sənəd iddia ərizəsi deyil, məhz pretenziya sənədidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1782/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar