Məhkəmə qərarları › İş №2-2(103)-584/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-584/2022

03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-584/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan “X2” ASC-nin Cavabdeh MTK-ya qarşı kredit borcunun ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: kredit borcunun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin Cavabdeh MTK-ya qarşı kredit borcunun ödənilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-690/2022 nömrəli iş üzrə 15 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. "xxxx" ASC “bank”, “Azman MTK” “borc alan” olmaqla imzalanmış 29 fevral 2016cı tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən bu müqavilənin predmetini “bank”ın “borc alan”a 12 ay müddətinə, illik 7 faiz dərəcəsi ilə 20.000.000 manat məbləğdə kredit verməyi, “Borc alan”ın isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri “Bank”a qaytarmasına dair pul öhdəliyi təşkil edir. Bu müqavilə “Borc alanla" və ya ipoteka qoyanla bağlanmış 29 fevral 2016-cı ıl tarixli ipoteka, girov, zaminlik müqaviləsi ilə təmin edilir və kreditin qaytarılmasının təminatı ilə bağlı münasibətlər hamin müqavilə ilə tənzimlənir. “Borc alana” kredit tikinti fəaliyyətinin genişləndirilməsi məqsədi üçün verilir.

2. "xxxx" KB ASC “ipoteka saxlayan”, “Azman MTK” “ipoteka qoyan” olmaqla imzalanmış 08 aprel 2016-cı il tarixli 12 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən bu müqavilənin predmetini “bank”la “borc alan” arasında bağlanılmış 29 fevral 2016cı il tarixli 12 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə sonrakı ipoteka müqaviləsinin 2.1-ci bəndində göstərilən və mülkiyyət hüququ üzrə “sonrakı ipoteka qoyan”a məxsus olan daşınmaz əmlakın ipoteka ilə təkrar yüklü edilməsi barədə tərəflərin razılığa gəlmələri təşkil edir.

3. Azərbaycan Respublikası Mərkəzi Bankı “bank”, "xxxx" KB ASC “borc alan” olmaqla imzalnmış 14 may 2015-ci il tarixli KBO15-1688 nömrəli kredit müqaviləsinə əsasən “Bank” “Borc alana” 14 may 2015-ci il tarixindən etibarən 1079 gün müddətinə 20.000.000 manat məbləğdə banklararası kredit verir.

4. Azərbaycan Respublikası Mərkəzi Bankı “bank”, “İpoteka qoyan” Cavabdeh MTK, "xxxx" KB ASC “borc alan” olmaqla imzalanmış 27 may 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanda yerləşən 2,67339 ha torpaq sahəsi və 66,5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası (AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 avqust 2010-cu il tarixli çıxarışı, seriya NJA № 0100102, reyestr №**********5006301, qeydiyyat №1 1********) AR Mərkəzi Bankında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin: 1.2. İpoteka predmetinin ümumi dəyəri tərəfər arasında 130.000.000 n) manat məbləğdə qiymətləndirilmişdir; 1.3. Bu müqavilə əsasında ipoteka qoyulan əmlak 14 may 2015-ci il tarixdə Bakı şəhərində bağlanmış KB015-1688 nömrəli kredi müqaviləsinə əsasən “Bank”ın “Borc alan”a verdiyi 20.000.000 manat kreditin 27 aprel 2018-cl il tarixinədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizləri və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. Kredit müqaviləsi üzrə faizlər hər rübün axırıncı ayının 25-dən gec olmayaraq “Bank”a ödənilməlidir.

5. DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* nömrəli RX seriyalı çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası və 2,67339 ha torpaq sahəsi "xxxx" KB ASC-nin xeyrinə 35 ay müddətinə ipoteka ilə yüklü edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə xx.xx.2021-ci il tarixli 9/5045 nömrəli rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 29 fevral 2016-cı il tarixli 12 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh MTK-nın "xxxx" ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: - 20 fevral 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) 21.320.611,11 AZN: əsas borc üzrə 20.000.000 AZN, faiz borcu üzrə 1.320.611,11 AZN; - 28 yanvar 2020-ci il tarixə (iddia tarixinə illik 7%-lə hesablanmaqla) 24.718.605,90 AZN: əsas borc üzrə 19.816.350 AZN, faiz borcu üzrə 4.902.255,90 AZN; - 28 yanvar 2020-ci il tarixə (iddia tarixinə illik 5%-lə hesablanmaqla) 23.549.664,53 AZN: əsas borc üzrə 19.8116.350 AZN faiz borcu (7%) üzrə 810.961,11 AZN, faiz borcu (5%) üzrə 2.922.353,42 AZN.

7. Məhkəmə Ekspertizası Mərkəzinin birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə xx.xx.2021-ci il tarixli 9/1917 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “’Borc alan” Cavabdeh MTK tərəfindən "xxxx" KB ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: - xx.xx.2018-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixədək) əsas borc üzrə 19.701.371,79 manat, faiz borcu üzrə 2.120.377,07 manat; - xx.xx.2020-ci il tarixə əsas borc üzrə 19.701.371,79 manat, faiz borcu üzrə 4.130.512,90 manat; Cavabdeh MTK ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 82 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh MTKnın "xxxx" KB ASC -yə olan borcu aşağıdakı kimi müəyyən olunur: - əsas borc üzrə 19.701.371,79 manat, faiz borcu üzrə 3.945.490,26 manat; Cavabdeh MTK tərəfindən "xxxx" KB ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: - xx.xx.2018-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixədək) əsas borc üzrə 20.000.000 manat, faiz borcu üzrə 2.205.826,40 manat; - xx.xx.2020-ci il tarixə əsas borc üzrə 20.000.000 manat, faiz borcu üzrə 4.405.826,40 manat; Cavabdeh MTK ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 87 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh MTKnın "xxxx" KB ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: - əsas borc üzrə 20.000.000 manat; faiz borcu üzrə 4.039.159,74 manat; Cavabdeh MTK tərəfindən "xxxx" KB ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: - xx.xx.2018-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixədək) əsas borc üzrə 19.996.666,75 manat, faiz borcu üzrə 2.013.963,60 manat; - xx.xx.2020-ci il tarixə əsas borc üzrə 19.996.666,75 manat, faiz borcu üzrə 4.143.608,60 manat; Cavabdeh MTK ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 91 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh MTKnın "xxxx" KB ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: - əsas borc üzrə 19.996.666,75 manat, faiz borcu üzrə 3.788.667,77 manat; Cavabdeh MTK tərəfindən "xxxx" KB ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: - xx.xx.2018-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixədək) əsas borc üzrə 9.992.257,08 manat, faiz borcu üzrə 1.383.094,92 manat; - xx.xx.2020-ci il tarixə əsas borc üzrə 9.992.257,08 manat, faiz borcu üzrə 2.285.312,46 manat; Cavabdeh MTK ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 120 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh MTKnın "xxxx" KB ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: - əsas borc üzrə 9.992.257,08 manat, faiz borcu üzrə 2.203.292,69 manat; Cavabdeh MTK tərəfindən "xxxx" KB ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: - xx.xx.2018-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixədək) əsas borc üzrə 4.999.999,97 manat, faiz borcu üzrə 760.069,45 manat; -xx.xx.2020-ci il tarixə əsas borc üzrə 4.999.999,97 manat, faiz borcu üzrə 1.143.541,67 manat; Cavabdeh MTK ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 167 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh MTKnın "xxxx" KB ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: - əsas borc üzrə 4.999.999,97 manat, faiz borcu üzrə 1.108.680,56 manat; Cavabdeh MTK tərəfindən "xxxx" KB ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: - xx.xx.2018-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixədək) əsas borc üzrə 4.999.999,97 manat, faiz borcu üzrə 533.958,31 manat; - xx.xx.2020-ci il tarixə əsas borc üzrə 4.999.999,97 manat, faiz borcu üzrə 886.111,09 manat; Cavabdeh MTK ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 191 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh MTKnın "xxxx" KB ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: - əsas borc üzrə 4.999.999,97 manat, faiz borcu üzrə 854.097,20 manat; Cavabdeh MTK tərəfindən "xxxx" KB ASCdən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: - xx.xx.2018-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixədək) əsas borc üzrə 10.000.000,00 manat, faiz borcu üzrə 1.121.388,93 manat; - xx.xx.2020-ci il tarixə əsas borc üzrə 10.000.000 manat, faiz borcu üzrə 1.772.222,26 manat; Cavabdeh MTK ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 04 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh MTKnın "xxxx" KB ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: - əsas borc üzrə 10.000.000,00 manat, faiz borcu üzrə 1.713.055,59 manat.

8. İş üzrə əmlakın qiymətləndirilməsi keçirilmiş, Əmlak Ekspert Mərkəzinin 02 iyun 2021-ci il tarixli ƏEM/İ 07563/21 nömrəli rəyində göstərilmişdir ki, 08 aprel 2016-cı il tarixli 12 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh MTKya məxsus ünvan 1 ünvanda yerləşən 2,67339 ha torpaq sahəsi və 66,5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının 02 iyun 2021-ci il tarixə bazar dəyəri 32.214.000 manat, likvid dəyəri 27.300.000 manatdır.

9. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kollegiyası tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə xx.xx.2022-ci il tarixli 9/5293 nömrəli rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 08 may 2015-ci il tarixli 82 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh MTK-nın iddiaçı "xxxx" KB ASC-yə müqavilə müddətinin sonuna və maliyyə arayışında borcun hesablandığı tarixlərə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2018-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixədək) əsas borc üzrə 19.998.464,56 manat, faiz borcu üzrə 2.161.474,90 manat; xx.xx.2020-ci il tarixə müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən maliyyə arayışında borcun hesablandığı tarixə 5%-lə hesablanmaqla əsas borc üzrə 19.998.464,56 manat, faiz borcu üzrə 4.014.110,44 manat. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2016-cı il tarixli 12 nömrəli kredit müqaviləsi üzrə 19.716.350 manat əsas borc, 763.485,19 manat faiz borcu, 8.055.457,04 manat cərimə borcu, 4.548.452,41 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 33.083.744,64 manat, xx.xx.2015-ci il tarixli 82 nömrəli kredit müqaviləsi üzrə 20.000.000 manat əsas borc, 2.166.818,53 manat faiz borcu, 4.492.222,66 manat cərimə borcu, 3.447.222,22 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 30.106.263,41 manat, xx.xx.2015-ci il tarixli 87 nömrəli kredit müqaviləsi üzrə 20.000.000 manat əsas borc, 2.222.493 manat faiz borcu, 4.425.556,13 manat cərimə borcu, 3.425.000 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 30.073.049,13 manat, xx.xx.2015-ci il tarixli 91 nömrəli kredit müqaviləsi üzrə 20.000.000 manat əsas borc, 2.017.773,53 manat faiz borcu, 4.305.556 manat cərimə borcu, 3.369.444,44 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 29.692.773,97 manat, xx.xx.2015-ci il tarixli 120 nömrəli kredit müqaviləsi üzrə 10.000.000 manat əsas borc, 1.387.222,14 manat faiz borcu, 1.938.056,26 manat cərimə borcu, 1.618.055,56 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 14.943.333,96 manat, xx.xx.2015-ci il tarixli 167 nömrəli kredit müqaviləsi üzrə 5.000.000 manat əsas borc, 761.597,34 manat faiz borcu, 833.053,9 manat cərimə borcu, 747.222,22 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 7.341.873,46 manat, xx.xx.2015-ci il tarixli 191 nömrəli kredit müqaviləsi üzrə 5.000.000 manat əsas borc, 535.486,2 manat faiz borcu, 770.415,12 manat cərimə borcu, 718.750 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 7.024.651,32 manat, xx.xx.2016-cı il tarixli 4 nömrəli kredit müqaviləsi üzrə 10.000.000 manat əsas borc, 1.122.916,62 manat faiz borcu, 1.433.889,51 manat cərimə borcu, 1.388.888,89 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 13.945.695,02 manat, ümumilikdə 166.211.384,91 manat borcun, iş üzrə ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun və ipoteka predmetınə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun cavabdehdən tutularaq ona ödənilməsi, borcun mülkiyyət huququ üzrə cavabdehin mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 2,67339 ha torpaq sahəsi və 66,5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın ilk satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışından əldə olunmuş pul vəsaitinin cavabdehin ona olan kredit borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlak hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində həmin əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən xx.xx.2015-ci il tarixli 82 nömrəli kredit müqaviləsi üzrə 19.701.371,79 manat əsas borcun, 2.120.377,07 manat faiz borcunun, 1.970.137,12 manat cərimə məbləğinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 1.807.959 manatın, xx.xx.2015-ci il tarixli 87 nömrəli kredit müqaviləsi üzrə 20.000.000 manat əsas borcun, 2.205.826,4 manat faiz borcunun, 2.000.000 manat cərimə məbləğinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 1.833.333 manatın, xx.xx.2015-ci il tarixli 91 nömrəli kredit müqaviləsi üzrə 19.966.666,75 manat əsas borcun, 2.013.963,6 faiz borcunun, 199.996,67 manat cərimə məbləğinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 1.749.708,82 manatın, xx.xx.2015-ci il tarixli 120 nömrəli kredit müqaviləsi üzrə 9.992.257,08 manat əsas borcun, 1.387.222,14 manat faiz borcunun, 999.225,7 manat cərimə məbləğinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 791.053,6 manatın, xx.xx.2015-ci il tarixli 167 nömrəli kredit müqaviləsi üzrə 4.999.999,97 manat əsas borcun, 760.068,45 manat faiz borcunun, 499.999,9 manat cərimə məbləğinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 333.333,33 manatın, xx.xx.2015-ci il tarixli 191 nömrəli kredit müqaviləsi üzrə 4.999.999,7 manat əsas borcun, 533.958,31 manat faiz borcunun, 499.999,9 manat cərimə məbləğinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 312.500 manatın, xx.xx.2016-cı il tarixli 4 nömrəli kredit müqaviləsi üzrə 10.000.000 manat əsas borcun, 1.121.388,93 manat faiz borcunun, 1.000.000 manat cərimə məbləğinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 1.150.000 manatın, xx.xx.2016-cı il tarixli 12 nömrəli kredit müqaviləsi üzrə 19.716.350 manat əsas borcun, 763.485,19 manat faiz borcu 1.971.000 manatın, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 2.957.452 manat iddiaçının xeyrinə tutulması, cavabdehin mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 2,67339 ha torpaq sahəsi və 66,5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsinin həyata keçirilməsi, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması, ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması, ünvan 3 ünvanda yerləşən 2,67339 ha torpaq sahəsi və 66,5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilk satış qiymətinin 27.300.000 manat məbləğdə müəyyən olunması, cavabdehdən iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumun, ipoteka predmetmə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun iddiaçının xeyrinə, xx.xx.2021-ci il tarixli 9/1917 nömrəli məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 245 manatın, xx.xx.2021-ci il tarixli 9/5045 nömrəli məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 100 manatın Məhkəmə Ekspertizası Mərkəzinin, xx.xx.2021-ci il tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC-yə ödənilməli olan 500 manatın "xxxx" MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Qətnamənin əsaslarına görə, “Belə olan halda məhkəmə Cavabdeh MTK-nın "xxxx" KB ASC-yə borcunun yarandığını, eləcə də iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, iddiaçının müqavilələr üzrə yaranmış əsas və faiz borcunun, eləcə də, cərimə məbləği və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarına əsasən cavabdehdən tutulması tələbi qismən əsaslı olduğundan təmin edilməli; - 08 may 2015-ci il tarixli 82 nömrəli kredit müqaviləsi üzrə 19.701.371,79 manat əsas borc, 2.120.377,07 manat faiz borcu, 1.970.137,12 manat cərimə məbləği, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 1.807.959 manat ... “X1” ASC (LPO)-nun xeyrinə tutulmalıdır.”

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 462.1, 467, 442, 443.1, 448.1, 269, 319.1-ci, “İpoteka haqqında” AR Qanununun 34, 36, 39, 47 və 59-cu maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, xx.xx.2015-ci il tarixli 82 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləği hissədə qismən ləğv edilib, əsas borc məbləğinin tam təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə əsassız olaraq xx.xx.2015-ci il tarixli 82 nömrəli kredit müqaviləsi üzrə cavabdehin borclu olduğu əsas borc məbləğini məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən azaltmışdır. Mülki işin materiallarına əlavə edilmiş kred müqaviləsinə, maliyyə arayışına, hesabdan çıxarışa əsasən cavabdehin kredit müqaviləsi üzrə əsas borc məbləğinin 20.000.000 manat olduğu öz təsdiqini tapır. Sözügedən kredit müqaviləsi üzrə cəmi 1.359.848,12 manat ödəniş edilmiş və müqavilə şərtlərinə əsasən həmin ödəniş faiz borcundan silinmişdir. Məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsasən isə həmin kredit üzrə 1.652.171,23 AZN ödənilməsi göstərilir. Ekspertin bu mövqeyi səhvdir. Belə ki, xx.xx.2015, xx.xx.2015 və xx.xx.2015-ci il tarixlərdə verilmiş əks müxabirləşmələrə əsasən ümumilikdə 292.323,11 manat məbləğdə ödəniş cari hesabdan faiz borcuna silinmiş vəsait Cavabdeh MTK-ya aid cari hesaba geri qaytarılmışdır. Ekspert bankın təqdim etdiyi hesabdan çıxarışda bu məlumatları nəzərə almamış və bunun nəticəsi olaraq əsas borc məbləği əsassız olaraq azalmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

19. MPM: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız xx.xx.2015-ci il tarixli 82 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləği hissədə ləğvi tələb edildiyindən, məhkəmə aktı da eyni hissədə yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi xx.xx.2015-ci il tarixli 82 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləği ilə bağlı səhv nəticəyə gəlmişdir.

23. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kollegiyası tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə xx.xx.2022-ci il tarixli 9/5293 nömrəli rəyində qeyd olunmuşdur ki, xx.xx.2015-ci il tarixli 82 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh MTK-nın iddiaçı "xxxx" KB ASC-yə olan əsas borcunun məbləği 19.998.464,56 manat təşkil edir.

24. Həmin ekspert rəyi iş üzrə eyni Mərkəzin verdiyi üçüncü rəy olaraq əvvəlki ekspert rəylərini tamamlamaqla, dəqiqləşdirdiyi, həmçinin, rəydə aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi üçün, rəyin mötəbər sayılmamasına hər hansı əsas müəyyən edilmir.

25. Bu mənada, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə qismən razılaşaraq, hesab edir ki, qətnamə yoxlanılan hissədə dəyişdirilməli, xx.xx.2015-ci il tarixli 82 nömrəli kredit müqaviləsi üzrə əsas borcun məbləği 19.998.464,56 manat müəyyən edilməlidir.

26. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə xx.xx.2015-ci il tarixli 82 nömrəli kredit müqaviləsi üzrə əsas borcun məbləği hissədə düzgün olmamışdır, iddiaçının apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin yoxlanılan hissədə ləğvinə əsas verir. Bununla bağlı olaraq, iddiaçının şikayəti qismən təmin edilməli, qətnamə yoxlanılan hissədə müzakirə olunan qaydada dəyişdirilməli, ekspertiza tədqiqatının dəyəri cavabehə aid edilməlidir.

27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-690/2022 nömrəli iş üzrə 15 mart 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilsin. Qətnamənin nəticə hissəsində “08 may 2015-ci il tarixli 82 nömrəli kredit müqaviləsi üzrə 19.701.371,79 manat əsas borc” sözləri “08 may 2015-ci il tarixli 82 nömrəli kredit müqaviləsi üzrə 19.998.464,56 manat əsas borc” sözləri ilə əvəz edilsin. İddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar