Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-587/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMCyə qarşı xx.xx.2020-ci il tarixli, RQ-184 saylı müqavilə üzrə borcun, dövlət rüsumunun, mediasiya xərcinin tutulması, borcun ipoteka predmeti olan mənzillərə yönəldilməsi və s. tələbinə dair kommmersiya mübahisəsi üzrə iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli əlavə qərardadından verilmiş şikayətə və 03.04.23-cü il tarixli, e-2-2(113)-92/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya apellyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış RQ-184 nömrəli, xx.xx.2020-ci tarixli kredit müqaviləsinin 36 ay müddətinə bağlanıldığını, bu səbəbdən müqavilə üzrə faiz və cərimə borcunun artdığını qeyd edərək, cavabdeh "S.Steel Company” MMC arasında bağlanmış RG-184 nömrəli, xx.xx.2020-ci tarixli kredit müqaviləsi üzrə banka əsas borc üzrə 3.496.862,68 manat, faiz borcu üzrə 753.568,14 manat, cərimə borcu üzrə 247.646,86 manat, ümumilikdə 4.498.077,68 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 136,98 manat dövlət rüsumu və xidmət haqqının, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 3.039,04 manat dövlət rüsumunun və 4,56 manat bank xidmət haqqının və 200 manat mediasiya xərcinin tutulması, tutmanın Cavabdeh (əvvəlki adı "xxxx" LTD MMC) MMC-yə məxsus ünvan 1/əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi, əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, ipoteka predmeti olan əmlak kompleksi kimi müəssisənin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-92/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən RQ-184 nömrəli, xx.xx.2020-ci il kredit müqaviləsi üzrə 3.496.862,42 manat əsas borc, 753.568,14 manat faiz borcu, 150.000 manat məbləğində dəbbə pulu, ümumilikdə 4.400.430,56 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 2639,04 manat, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 138,85 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 3.300.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına Cavabdeh MMC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğin tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh MMC-yə qaytarılması, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh MMC-dən ümumi qaydada tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 135 manat hissəsi cavabdehdən, 10 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməsi, iddiaçı tərəfindən artıq ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli əlavə qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin boşaldılması tələbinə dair hissədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilmişdir. İddiaçı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli əlavə qərardadından və 03.04.23-cü il tarixli, e-2-2(113)-92/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 2(103)-587/2023 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və şikayət mümkün hesab edilərək baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-587/2023 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli əlavə qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, qərardad ləğv edilərək iş xitam verilmiş iddia tələbinə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6.-cı maddəyə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apelyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin boşaldılması tələbinə birinci instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalı olduğundan iddiaçının qətnamədən verdiyi apellyasiya şikayətinin mümkün sayılması barədə qərardad ləğv edilərək iş apellyasiya baxışından çıxarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-587/2023 nömrəli qərardadı ləğv edilsin. İş apellyasiya baxışından çıxalaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-587/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-587/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver