Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-590/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-nin “xxxxxxxxxxx” X2rşı “kredit müqaviləsi üzrə borcun tutulmasına” dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-72/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsindən (hakim Səbinə Nuriyeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh MMC-nin “xxxxxxxxxxx” X2rşı iddia ərizəsi məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr verərək (sonuncu dəfə xx.xx.2019-cu il tarixdə), cavabdehdən xx xxxxxx 2017-ci il tarixli CBHK-0039 nömrəli kredit müqaviləsi üzrə 356.000 manat əsas borcun, müqavilə müddətinin sonunda hesablanmış 26700 manat faiz borcunun, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 28975 manat faiz borcunun, xx xxxxx 2017- ci il tarixli CBHK- 0039-02 nömrəli kredit müqaviləsi üzrə 500.000 manat əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 56134 manat faiz borcunun, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 36320 manat faiz borcunun, xx xxxxxxx 2015-ci il tarixli 988H nömrəli kredit müqaviləsi üzrə ******* ABŞ dolları əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 1720 ABŞ dolları faiz borcunun, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-ci il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 137142 ABŞ dolları faiz borcunun, kredit müqavilələrinin, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 60 manat notariat xərcinin və 30 manat məbləğində məhkəmə üçün ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-72/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə xx xxxxxxx 2015-ci il tarixli 988H nömrəli kredit müqaviləsi üzrə 820.446,34 ABŞ dolları əsas, əsas borca görə illik 5 faiz dərəcəsi ilə 44782,70 ABŞ dolları faiz borcu olmaqla, cəmi 865.229,04 ABŞ dolları məbləğində pulun, xx.xx.2017-ci il tarixli CBHK-0039 nömrəli kredit müqaviləsi üzrə 355999,78 manat əsas, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə 26676,78 manat faiz borcu olmaqla, cəmi 382676,56 manat məbləğində pulun, xx.xx.2017-ci il tarixli CBHK-0039-02 nömrəli kredit müqaviləsi üzrə 500.000 manat əsas, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019- cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə 92453,16 manat faiz borcu olmaqla, cəmi 592453,16 manat məbləğində pulun, 30 manat notariat xərci və 30 manat məbləğində dövlət rüsumunun tutulması, cavabdehdən 245 manat ekspertiza xərcinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin qismən-xx xxxxxxx 2015-ci il tarixli 988H nömrəli və xx xxxxxx 2017-ci il tarixli, CBHK-0039 nömrəli kredit müqavilələri üzrə borcun tutulması hissəsində ləğv edilməsini, iddianın həmin hissədə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməlidir. Birinci instansiya məhkəməsi xx.xx.2019-cu il tarixli, 17940 nömrəli ekspert rəyi ilə razılaşmayaraq xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspert tərəfindən məhkəməyə xx.xx.2020-ci il tarixli, 29747 nömrəli ekspert rəyi tərtib edilərək göndərilmişdir. Qeyd edilən rəydə ekspert xx xxxxx 2017-ci il tarixli, CBHK0039-02 nömrəli kredit müqaviləsi əsasında borc üzrə düzgün nəticəyə gəlsə də, xx xxxxxxx 2015-ci il tarixli 988H nömrəli və xx xxxxxx 2017-ci il tarixli, CBHK- 0039 nömrəli kredit müqavilələri üzrə gəldiyi nəticəni əsaslı hesab etmək olmaz. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışı və hesabdan çıxarış məlumatlarına əsasən cavabdehin xx xxxxxxx 2015-ci il tarixli 988H nömrəli müqavilə üzrə ******* ABŞ dolları əsas, müqavilə müddətinin sonuna 1720 ABŞ dolları faiz borcu, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 137142 ABŞ dolları faiz borcu, xx xxxxxx 2017-ci il tarixli, CBHK-0039 nömrəli kredit müqaviləsi üzrə isə 356000 manat əsas, müqavilə müddətinin sonunda hesablanmış 26700 manat faiz borcu, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 28975 manat faiz borcu yaranmışdır. Göründüyü kimi xx xxxxxxx 2015-ci il tarixli 988H nömrəli və xx xxxxxx 2017-ci il tarixli, CBHK-0039 nömrəli kredit müqavilələri üzrə ekspert rəyində göstərilənlərlə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışı və hesabdan çıxarış məlumatları arasında əsas borc və faiz borcu arasında kifayət qədər fərq vardır. Görünən odur ki, sözügedən ekspert rəyində bu sənədlərə lazımi qaydada əhəmiyyət verilməmişdir. Bundan əlavə bildirmək istəyirik ki, iş üzrə obyektiv və düzgün qərar qəbul edilməsi üçün borcların düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir. Lakin məhkəmə əsaslılığı şübhə doğuran ekspert rəyini əsas götürərək sübut kimi qəbul edilmiş, xx xxxxxxx 2015-ci il tarixli 988H nömrəli və xx xxxxxx 2017-ci il tarixli, CBHK-0039 nömrəli kredit müqavilələri üzrə borc məbləğinin həqiqiliyini müəyyən etmək üçün təkrar ekspertiza keçirməkdən imtina etmişdir. Bu da nəticədə qanunsuz və əsassız qətnamə çıxarılmasına səbəb olmuşdur. İşə apelyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, iddiaçı tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək iş üzrə qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı KommersiyaMəhkəməsinin e-2-2 (113)-72/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda iş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən qismən-xx xxxxxxx 2015-ci il tarixli 988H nömrəli və xx xxxxxx 2017-ci il tarixli, CBHK-0039 nömrəli kredit müqavilələri üzrə iddianın təmin edilmədiyi hissədə mübahisələndirilir. Məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlayaraq hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İş materiallarından görünür ki, tərəflər arasında üç kredit müqaviləsi bağlanmışdır.
1. xx.xx.2015-ci il tarixli, 988H nömrəli kredit müqaviləsinə əsasən, 12 ay müddətinə, kreditdən istifadəyə görə illik 16 faiz olmaqla 2.000.000 ABŞ dolları;
2. xx.xx.2017-ci il tarixli, CBHK- 0039 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, kreditdən istifadəyə görə illik 20% olmaqla 356.000 manat;
3. xx.xx.2017-ci il tarixli, CBHK- 0039-02 nömrəli kredit müqaviləsinə əsasən 12 ay müddətinə kreditdən istifadəyə görə illik 20% olmaqla 500.000 manat məbləğində kredit verilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə kredit müqavilələri üzrə ödənilməmiş əsas borcun, kredit öhdəliyinin icra müddəti bitənədək müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə faizin və öhdəliyin icra müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış faizlərin tutulmasını xahiş etmişdir. İşə birinci instansiya qaydasında baxılarkən cavabdehin kredit müqavilələri üzrə borcunun hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 17940 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, kredit müqavilələrinin qeyd olunan şərtləri əsas götürülməklə və kredit müqavilələrinin müddəti bitdikdən sonra faiz məbləği illik 5 faiz dərəcəsi hesablanmaqla Cavabdeh MMC-nin “xxxxxxxxxxx” X3 xx.xx.2015-ci il tarixli 988H saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 820.446,34 ABŞ dolları əsas borc, 42845,53 ABŞ dolları faiz borcu, xx.xx.2019cu il tarixə 820446,34 ABŞ dolları əsas, 44782,70 ABŞ dolları faiz borcu, xx.xx.2017-ci il tarixli CBHK-0039 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 355999,78 manat əsas, 26676,78 manat faiz borcu və xx xxxxx 2017-ci il tarixli CBHK-0039-02 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 500.000 manat əsas borc, 92453,16 manat faiz borcu müəyyən edilmişdir. Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı tərəf iddia tələbinin həcminin artırılması barədə ərizə verərək kredit öhdəliyinin icra müddəti bitdiyi tarixdən sonra illik 5 %-lə faiz borcunun tutulmasını xahiş etdiyindən cavabdehin vəsatətinə əsasən iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 29747 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, öhdəliyin icra müddəti bitdikdən sonra əsas borca illik 5 % nəzərə alınmaqla cavabdehin xx.xx.2015-ci il tarixli 988H saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 820.446,34 ABŞ dolları əsas borc, 42.845,53 ABŞ dolları faiz borcu, xx.xx.2019-cu il tarixə 820446,34 ABŞ dolları əsas, 44.782,70 ABŞ dolları faiz borcu, xx.xx.2017-ci il tarixli CBHK-0039 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 355999,78 manat əsas, 26676,78 manat faiz borcu və xx xxxxx 2017-ci il tarixli CBHK-0039-02 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 500.000 manat əsas borc, 92. 453,16 manat faiz borcu müəyyən edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə işdəki sübutları və ekspert rəylərini nəzərə alaraq cavabdehin kredit müqaviləsi üzrə öhdəliyinin tam icra edilmədiyini və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəylərində qeyd edilmiş məbləğdə kredit borcu olduğunu müəyyən edərək, MM-nin 385.1, 386.1, 425.1, 442, 443.1, 448.1, 448.2, 739.1-ci maddələrinə istinad edərək iddianın yuxarıda qeyd edilmiş məbləğlərdə qismən təmin edilməsi barədə nəticəyə gəlmişdir. İddiaçı apelyasiya şikayətində məhkəmənin cavabdehin kredit borcunun məbləğinin iş üzrə verilmiş ekspert rəyləri əsasında müəyyənləşdirilməsinin düzgün olmadığını, həmin ekspert rəyləri ilə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı əsasında kəskin fərq olduğunu göstərmiş, lakin ekspert tərəfindən həyata keçirilmiş hesablamanın hansı hissədə düzgün olmadığını əsaslandıra bilməmişdir. Ekspertiza rəylərindən görünür ki, cavabdeh xx.xx.2015-ci il tarixli 988H saylı kredit müqaviləsi üzrə 1.561.719,48 ABŞ dolları məbləğində pul ödəmiş, həmin məbləğin 1.179.553,66 ABŞ dolları əsas borc, 382165,82 ABŞ dolları faiz borcundan silinmişdir. 2.000.000 ABŞ dolları kreditə bir il üçün 16 %-lə faiz hesablanarsa cavabdehin əsas borc üzrə heç bir ödəniş olmasaydı müqavilə müddəti üçün cəmi 320.000 ABŞ dolları faiz ödəməli olduğu və cavabdehin həmin məbləği tam ödədiyi müəyyən olunur. Eyni zamanda ekspert rəyindən görünür ki, xx.xx.2017-ci il tarixli, CBHK- 0039 nömrəli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 73695,61 manat məbləğində pul ödənilmiş, həmin məbləğin 0,22 manatı əsas borc üzrə, 73695,39 manatı faiz borcundan silinmişdir. Həmin müqavilə əsasında cavabdehə verilmiş 356.000 manat kreditə bir il üçün illik 20 %-lə faiz hesablanarsa cavabdehin əsas borc üzrə heç bir ödəniş olmasaydı müqavilə müddəti üçün cəmi 71200 faiz ödəməli olduğu və cavabdehin həmin məbləği tam ödədiyi müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ekspert rəyinin məhkəmə tərəfindən sübut kimi nəzərə alınmaması üçün əsaslar olmadığından cavabdehin xx.xx.2015-ci il tarixli 988H saylı və xx.xx.2017-ci il tarixli, CBHK- 0039 nömrəli kredit müqavilələri üzrə borcunun məbləğinin məhkəmə tərəfindən düzgün müəyyənləşdirilmədiyinə dair iddiaçının apelyasiya şikayəti əsassız hesab edilir. İşə baxmış birinci instansiya məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsini şərtləndirən hər hansı maddi və ya prosessual pozuntuya yol verildiyi müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı KommersiyaMəhkəməsinin e-2-2 (113)-72/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı KommersiyaMəhkəməsinin e-2-2 (113)-72/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.