Məhkəmə qərarları › İş №2-2(103)-590/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-590/2025

11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-590/2025 11.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh1 qarşı pulun tutulması və əmlak tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı icarə müqaviləsinin etibarsız hesab olunması və pulun tutulması tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X14 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2055/2022 nömrəli qətnaməsindən ilkin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı (icarəyə verən) ilə Cavabdeh1 (icarəçi) arasında 2019-cu il 7 dekabr tarixində icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi 18N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m olan qeyri-yaşayış sahəsinin 15 kv.m hissəsini aylıq 150 manata Cavabdeh1 icarəyə vermiş, icarə müddəti 2020-ci il 7 dekabr tarixədək müəyyən edilmişdir.

2. Eyni tərəflər arasında 2022-ci il 10 avqust tarixində bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi 18N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m olan qeyri-yaşayış sahəsinin 100 kv.m hissəsini aylıq 5.000 manata Cavabdeh1 icarəyə vermiş, icarə müddəti 2025-ci il 10 avqust tarixədək müəyyən edilmişdir. Həmin müqavilənin: - 5-ci bəndinə görə, icarəyə götürən 1 ay müddətinə icarə haqqını gecikdirərsə, icarəyə verən icarəyə götürənin qeyri-yaşayış sahəsindən çıxmasını tələb edəcək. - 8-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.

3. İcarəyə verən 2022-ci il 24 noyabr tarixində icarəçiyə bildiriş göndərərək icarə haqqının tam ödənilməməsi əsası ilə icarə müqaviləsinə birtərəfli qaydada 2022-ci il 24 dekabr tarixindən xitam veriləcəyini bildirmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

4. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək edərək 19.500 manat icarə haqqı borcunun, icarə müqaviləsinin xitam tarixi - 2022-ci il 24 dekabr tarixindən 2023-cü il 4 iyul tarixinə qədər olan dövr üzrə icarə obyektindən faktiki istifadəyə görə 31.665 manat və əldən çıxmış faydanın əvəzi olaraq 50.000 manat pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 195,75 manat və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, Bakı şəhəri, X18 küçəsi, 18N ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 100 kv.m hissəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ikinci icarə müqaviləsinin qüvvəyə minməsindən xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh razılaşdırılmış icarə haqqını tam ödəməməklə müqavilə öhdəliklərini kobud şəkildə pozmuşdur. Belə ki, indiyə kimi keçən müddət ərzində cavabdeh cəmi 3.000 manat pul ödəmiş və fərqli bəhanələrlə öhdəliklərindən yayınmışdır. İddiaçı tərəfindən 2022-ci il 24 noyabr tarixli bildiriş təqdim olunaraq icarə haqqının ödənilməməsinə görə icarə müqaviləsinə 2022-ci il 24 dekabr tarixindən xitam verildiyi bildirilərək, qalıq icarə haqqının ödənilməsi və müqavilənin şərtinə uyğun qaydada qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələb edilmişdir. Nəticə etibarilə, 2022-ci il 10 avqust tarixindən 2022-ci il 24 dekabr tarixinə kimi keçən dövr üzrə icarə haqqı məbləği 22.500 manat (4,5 ay * 5.000 manat) və ödənilmiş məbləğ 3.000 manat olmaqla, cavabdehin cəmi icarə haqqı borcu 19.500 manat təşkil edir.

6. Tərəflər arasındakı icarə münasibətlərinə 2022-ci il 24 dekabr tarixindən müqavilədə nəzərdə tutulmuş qaydada xitam verilməsinə baxmayaraq, iddiaçı həm mülkiyyətindəki əmlakını, həm də gözlənilən aylıq gəlirini əldə edə bilməmişdir. Cavabdeh daşınmaz əmlakı qanunsuz sahiblikdən geri verməmiş, nəticədə cavabdehin faktiki olaraq əmlakdan istifadə edərək bəhrə götürməsi nəticəsində iddiaçı 2022-ci il 24 dekabr tarixindən 2023-cü il 4 iyul tarixinə kimi 31.666 (6 ay * 5.000 + 5.000 /30 * 10 gün) manat gəlirdən məhrum olmuşdur. Bundan başqa, fərdi sahibkar X3 ilə iddiaçı arasında həmin yerin icarəyə verilməsinə dair notarial qaydada 2023-cü il 2 aprel tarixində ilkin müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, qeyri-yaşayış sahəsi (cavabdehin qanunsuz sahibliyindən azad olunub) icarəyə təhvil verilməyə uyğun olduğu halda tərəflər icarə müqaviləsi bağlayacaqlar. Bunun qarşılığında həmin sahibkar – gələcək icarəçi qismində iddiaçıya 50.000 manat birdəfəlik ödəniş edəcək və aylıq olaraq da, ödəmə mənbəyində vergilər xaric, 5.000 manat icarə haqqı ödəyəcəkdir. İddiaçı hesab edir ki, həmin məbləğ də əldən çıxmış fayda kimi ona ödənilməlidir.

7. Cavabdeh iddiaçıya və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, icarə haqqı kimi artıq ödənilmiş 30.600 manat və mağazanın qanunsuz qapadılmaları nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 35.000 manat pulun iddiaçıdan, verilmiş borca görə artıq ödənilmiş 40.000 manat pulun Cavabdeh2 cavabdehin xeyrinə tutulması, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci il 10 avqust tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2023-ci il 25 iyul tarixli e-2-2(113)-1773/2023 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, tərəflər arasında 2022-ci il 10 avqust tarixdə bağlanmış icarə müqaviləsinə əsasən 19.166,67 manat icarə haqqı borcu, icarə obyektinin qaytarılmasının gecikdirildiyi müddət üçün 2022-ci il 24 dekabr tarixdən 2023-cü il 4 iyul tarixədək hesablanmaqla 31.500 manat icarə haqqı borcu olmaqla ümumilikdə 50.666,67 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi 18N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m olan qeyri-yaşayış sahəsinin 100 kv.m hissəsinin cavabdehin sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq qeyd etmişdir ki, ilkin iddia tələbi 4 hissədən ibarətdir icarə haqqı borcunun tutulması; - İcarə müqaviləsinin xitam tarixixx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr üzrə icarə obyektindən faktiki İstifadəyə görə icarə haqqının tutulması; - Əldən çıxmış faydanın əvəzi olaraq pulun tutulması; - İcarə obyeki Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq İddiaçı təhvil verilməsi. İcarə haqqı borcunun tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlandıqdan sonra cəmi 3000 manat icarə haqqının ödənildiyini qeyd edir və xx.xx.2022-ci il tarixə qədər olan icarə haqqını tələb edir. Cavabdeh daha artıq məbləğin ödənilməsini təsdiq edən sübut təqdim etməmişdir. İcarə obyektinin hal-hazıradək cavabdehdə olması isə işin mübahisəsiz halıdır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçı icarə haqqını tələb etməkdə haqlıdır. Lakin tələbi qismən əsaslıdır. Belə ki, xx.xx.2022-xx.xx.2022-ci il (xx.xx.2022-ci il tarixdə müqavilə artıq ləğv edilmişdir) tarixlərini əhatə edən 4 ay 13 gün üçün ödənilməli icarə haqqı məbləği 22 166,67 (20 000 + 2166,67) manat təşkil edir: - 4 ay üçün: 20 000 manat (5000 * 4) - 13 gün üçün: 2166,67 manat ((5000 / 30) * 13) 70. Həmin məbləğdən isə 3000 manatı ödənilmişdir. Qalıq icarə haqqı borcu isə 19166,67 manat təşkil edir. b) İcarə müqaviləsinin xitam tarix – xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr üzrə icarə obyektindən faktiki istifadəyə görə icarə haqqının tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, icarə müqaviləsinin xitam tarixi – xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr üzrə icarə obyektindən faktiki İstifadəyə görə icarə haqqının tutulması tələbinə qiymət vermədən öncə məhkəmə müqavilənin birtərəfli qaydada ləğv olunmasını şərh etməyi zəruri hesab etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə bildiriş ünvanlayaraq icarə haqqı borcu ödənilmədiyindən müqavilənin 8-ci bəndinə istinad edərək müqaviləyə xx.xx.2022-ci tarixdən xitam verildiyini bildirmiş, qeyd olunan bildiriş xx.xx.2022-ci il tarixdə Cavabdeh1 tərəfindən qəbz imzalanaraq qəbul edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsində iddiaçı tərəfindən bildiriş ünvanlaraq obyektin boşaldılmasının tələb olunmasına istinad etmişdir. 76. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 5-ci bəndinə görə icarəyə götürən 1 ay müddətinə icarə haqqını gecikdirərsə, icarəyə verən icarəyə götürənin qeyriyaşayış sahəsindən çıxmasını tələb edəcək. Müqavilənin 8-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Məhkəmə qeyd emişdir ki, hazırkı iş üzrə iddiaçı icarə müqaviləsində və Mülki Məcəllənin 685.2.1-ci maddəsində qeyd olunan əsaslardan çıxış edərək müqavilənin xx.xx.2022-ci il tarixdən ləğvinə dair birtərəfli iradə ifadəsini qarşı tərəfə bildirməklə müqaviləni ləğv etmişdir. Lakin cavabdeh icarə obyektini hal-hazıradək icarəyə verənə qaytarmamışdır. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr üzrə icarə obyektindən faktiki İstifadəyə görə icarə haqqının tutulması tələbinin hüquqi əsasını Mülki Məcəllənin 697.2-ci maddəsi təşkil edir. Məhkəmə hesab etmişdir ki, iddiaçı Mülki Məcəllənin 697.2-ci maddəsinə əsasən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş icarə haqqının verilməsini cavabdehdən tələb etməkdə haqlıdır, lakin tələbi qismən əsaslıdır. Belə ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 6 ay 9 gün üçün icarə obyektindən faktiki istifadəyə görə ödənilməli olan məbləğ 31 500 (30000 + 1500) manat təşkil edir: - 6 ay üçün: 30000 manat ( 5000 * 5) - 9 gün üçün: 1500 manat ((5000 / 30) * 9) Odur ki, məhkəmə hesab etmişdir ki, 19166,67 manat icarə haqqı borcu, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 6 ay 9 gün üçün icarə obyektindən faktiki istifadəyə görə 31 500 manat icarə haqqı borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. c) Əldən çıxmış faydanın əvəzi olaraq pulun tutulması tələbi ilə bağlı məhkəmə əldən çıxmış faydanın əvəzi olaraq 50 000 manat pulun tutulması hissəsində ilkin iddia tələbini əsassız hesab etmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda dedikdə şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldə edilməmiş gəlirlərin məbləği müəyyən edilərkən zərərçəkmiş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyini güman etdiyi gəlirlərin reallığı (həqiqiliyi), kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri və s. müəyyən edilməlidir. İddiaçı qeyd olunan tələbinin əsasını təşkil edən sübut qismində məhkəməyə xx.xx.2023-cü il tarixli ilkin müqaviləni təqdim etmişdir. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, tərəflər arasında məhkəmə mübahisəsinin davam etdiyi və qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı mövcud olmadığı halda iddiaçının ilkin müqavilə bağlaması anlaşılan deyil. Həmçinin ilkin müqavilədə qeyd olunan 50000 manatın verilməsinin hüquqi əsası müqavilədən görünmür. Belə olan halda qeyd olunan müqavilədə təsbit olunan məbləğ adi mülki dövriyyə şəraitində əldə edilə biləcək gəlir kimi qiymətləndirilə bilməz. Digər tərəfdən ilkin müqavilə onu bağlamış tərəflər üçün öhdəlik yaratmır və Mülki Məcəllənin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Məhkəmə Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən bir daha vurğulayır ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Odur ki, ilkin iddia qeyd olunan hissədə təmin oluna bilməz. Məhkəmə qeyd etmişdir ki, icarə obyektinin Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq İddiaçı təhvil verilməsi tələbinin hüquqi əsasını Mülki Məcəllənin 697.1-ci maddəsi təşkil edir və qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur. Tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gələn icarə hüquq münasibətlərinə xx.xx.2022-ci il tarixdən xitam verildiyindən məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, 18 N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m. olan qeyri-yaşayış sahəsinin 100 kv.m. hissəsi Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq İddiaçı təhvil verilməlidir. Məhkəmə xərcləri ilə bağlı müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçı mediasiya prosesinə 200 manat xərc çəkmiş, 195,75 manat dövlət rüsumu ödəmiş, qarşılıqlı iddia üzrə iddiaçı isə 369 manat dövlət rüsumu ödəmişdir. lkin iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləğinin 391,16 manat olduğunu, 200 manat mediasiya xərci ödənildiyindən iddiaçının qeyd olunan hissədə dövlət rüsumu ödəməkdən azad olunduğunu, ilkin iddianın qismən təmin olunduğunu, qarşılıqlı iddianın rədd olunduğunu nəzərə alan məhkəmə hesab etmişdir ki, mediasiya posesinə çəkilmiş xərcinin əvəzi olaraq 100 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 95 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, qarşılıqlı iddiaçının çəkdiyi məhkəmə xərci özünə aid edilməlidir. Qarşılıqlı iddia ilə bağlı məhkəmənin mövqeyi belə olmuşdur ki, qarşılıqlı iddia ərizəsi 4 hissədən ibarətdir: xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab olunması; -Artıq ödənilmiş icarə haqqının İddiaçı tutulması; -Dəymiş zərərin əvəzinin İddiaçı tutulması; -Borc müqaviləsinə görə artıq ödənilmiş pulun Cavabdeh2 tutulması. a) xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab olunması tələbi ilə bağlı qeyd edilmişdir ki, Cavabdeh1 nümayəndəsi/vəkili X5 bildirmişdir ki, əqdin etibarsızlığının hüquqi əsasını Mülki Məcəllənin 339.4-cü maddəsi təşkil edir və birbaşa zorakılıq və ya hədələmə olmasa da, ümumi hadisələrin fonunda zorakılıq, hədə olmuşdur. Mülki Məcəllənin 339.4-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə bildirmişdir ki, qeyd olunan əsasla əqdin etibarsız hesab olunması üçün məhz etibarlılığı mübahisələndirilən əqdin bağlanması üçün şəxsə təsir olmalı, qeyd olunan təsir əqdin tərəfinə şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən real məcburetmə ilə ifadə olunmalıdır. Ümumi hadisələrin fonunda hədə və zorakılığın əqdin etibarsızlığına səbəb olması barədə arqument əqdin etibarlılığını şübhə altına almağa əsas vermir. Cavabdeh1 yaşı, cinsi, azad bazarın peşəkar subyekti olması, hüquq mühafizə orqanlarına dəfələrlə şikayət ərizələri ilə müraciət etməsi nəzərə alındıqda dolayı təsirlərin Cavabdeh1 onu real təhlükənin gözlədiyinə dair təlqin edə bilən məcburetmə kimi qiymətləndirilməsi ağlabatan deyil. Həmçinin məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 hüquq mühafizə orqanlarına verdiyi izahatlarında, eləcə də məhkəmənin hazırlıq iclaslarında verdiyi izahatlarında bildirmişdir ki, X9, X10 və Cavabdeh2 icarə obyektini bağlı saxlayaraq onu hədələmişlər, həmçinin onu məcburi notariat kontoruna aparıb hədələyərək icarə müqaviləsini bağlamağa məcbur etmişlər. Lakin məhkəmənin baxış iclaslarında sübutlar tədqiq olunarkən Cavabdeh1 təqdim etdiyi “whatsapp” yazışmaları və məhkəmənin suallarına verdiyi cavablar əsasında müəyyən olundu ki, Cavabdeh1 yeni icarə müqaviləsinin bağlanması üçün Cavabdeh2 özü müraciət etmişdir. Məhkəmə iclasında verdiyi izahatında Cavabdeh1 bildirmişdir ki, müxtəlif şəxslərə olan borclarının ödənilməsi məqsədi ilə kredit götürmək istəmiş, Cavabdeh2 kömək istəmiş, kreditin verilməsi üçün icarə müqaviləsinin daha uzun müddətə bağlanması zərurəti yarandığından yeni müqavilənin bağlanmasını xahiş etmiş və yeni icarə müqaviləsi bağlanmışdır. Belə olan halda aydın olur ki, əqd zorakılıq və ya hədə təsiri altında bağlanmamış, əksinə Cavabdeh1 təşəbbüsü ilə bağlanmışdır. Digər tərəfdən qarşılıqlı iddiaçı bildirib ki, icarə müqaviləsində 5000 manat yazıldığını bilməmişdir. Həmçinin bildirib ki, elə hesab etmişdir ki, 5000 manat yazılsa da, 1000 manat ödəyəcəkdir. Nümayəndəsi/vəkili isə bildirmişdir ki, icarə haqqının 5000 manat olmasından məhkəmə bildirişi və iddia ərizəsini aldıqda xəbərləri olmuşdur. Məhkəmənin baxış iclaslarında Cavabdeh1 təqdim etdiyi “whatsapp” yazışmaları tədqiq olunarkən müəyyən olunmuşdur ki, icarə müqaviləsi bağlandıqdan 1 gün sonra – xx.xx.2022-ci il tarixdə Əkbərov X4 Taleh İsax oğluna müraciət edərək icarə haqqının 5000 manat qeyd edilməsinə narazılığını yalnız icarə haqqının bu məbləğdə qeyd olunmasının ona kreditin verilməməsi ilə nəticələnə biləcəyinə görə ifadə etmişdir. Başqa əsasla etiraz etməmişdir. Yeni icarə müqaviləsinin Cavabdeh1 təşəbbüsü ilə bağlandığı, notarius tərəfindən müqavilə təsdiq olunarkən müqavilə tərəflərinə hüquq və vəzifələrinin, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq olunduğu, həmçinin “whatsapp” yazışmaları ilə xx.xx.2022-ci il tarixdə Cavabdeh1 icarə haqqının 5000 manat olması barədə xəbərdar olduğunun təsdiq olunduğu, qarşılıqlı iddiaçı tərəfin ziddiyyətli mövqeləri nəzərə alındıqda məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçının qeyd olunan mövqeyi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia icarə müqaviləsinin etibarsız hesab olunması hissəsində əsassızdır. 38. Artıq ödənilmiş icarə haqqının İddiaçı tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 özü qeyd olunan tələbinin əsası kimi icarə müqaviləsində icarə haqqının 150 manat qeyd edilsə də, tərəflər arasında icarə haqqı ilə bağlı fərqli razılaşmanın olduğuna istinad edir və bu razılaşmaya uyğun icarə haqqı ödədiyini təsdiq edir. Cavabdeh1 aylıq 1000 manat icarə haqqı ödədiyini qeyd edir və xx.xx.2019-cu il tarixli müqavilədə qeyd olunan 150 manatdan artıq hissəni geri tələb edir. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddianın qeyd olunan hissədə təmin olunması üçün hüquqi əsası mövcud deyildir. Belə ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olsa da, qeyd olunan əsas üzrə öhdəlik müəyyən edilməmişdir. Həmçinin hüquqi əsas olmadan, yəni qanuni əsas və ya müqavilə əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edilməsi halı da mövcud deyildir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı qeyd olunan məbləğdə pulu icarə obyektindən istifadəyə görə öz razılığı ilə icarə haqqı kimi icarəyə verənə ödəmişdir. Odur ki, icarəyə verən müqavilə əsası ilə qeyd olunan əmlakı əldə etmişdir. Həmçinin qeyd olunan tələb xx.xx.2019-cü il tarixli icarə müqaviləsinə əsasən irəli sürülür ki, həmin müqaviləyə artıq xitam verilmişdir. Hazırkı halda qarşılıqlı iddiaçının icarə haqqı barədə icarəyə verənlə şifahi razılaşaraq icarə haqqını ödədiyi halda sonradan geri tələb etməsi icarəyə verənin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi olub hüquqdan sui-istifadədir və hüquqdan sui-istifadə edilməsinə yol verilmir. Odur ki, qarşılıqlı iddia artıq ödənilmiş icarə haqqının tutulması hissəsində əsassızdır, təmin oluna bilməz. Qarşılıqlı iddianın dəymiş zərərin əvəzinin İddiaçı və borc müqaviləsinə görə artıq ödənilmiş pulun Cavabdeh2 tutulması tələbi ilə bağlı hissəsinə qiymət verərəkən məhkəmə qeyd etmişdir ki, hazırkı işdə qarşılıqlı iddiaçı, ümumiyyətlə, zərərin mövcud olmasını, yəni iddia etdiyi kimi mağazanın bağlanması nəticəsində ona zərər dəyməsini, zərərin miqdarını, zərərin İddiaçı tərəfindən öhdəliyin pozulması nəticəsində vurulmasını, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olmasını, zərər vuran şəxsin təqsirli olmasını, hansı tarixdə nə qədər zərər yaranmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirilməmişdir. Məhkəməyə təqdim olunan qiymətləndirmə rəyi xx.xx.2023-cü il tarixdə gül mağazasında mövcud olan gül, kol, ağac və dibçək bitkilərinin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı olub, məhv olmuş, zədələnmiş bitkilərlə əlaqəli deyildir. Qarşılıqlı iddiaçının sübut qismində məhkəmənin baxış iclasında şahid kimi dindirilən X2 ifadəsinə istinad edir. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, şahidin 2022-ci ilin yay aylarında mağazanın 1 ay 20 gün bağlı qalması (qarşılıqlı iddiaçı 22 gün bağlı qaldığını bildirir), sonrakı tarixdə bağlanmanın olmaması (qarşılıqlı iddiaçı sonrakı tarixlərdə müxtəlif vaxtlarda bağlandığını bildirir), borcun verilməsi vaxtı ilə bağlı ifadəsində qeyd etdikləri qarşılıqlı iddiaçının öz izahatı ilə uyğun gəlmir, ziddiyyət təşkil edir. Məhkəmə bildirmişdir ki, şahid ifadəsi ilə yuxarıda qeyd olunan sübutetmə predmetinə daxil olan halların sübut edilməsi hazırkı halda mümkün deyildir. Yalnız mötəbər sübutlar təqdim olunduğu halda şahid ifadələrinə qeyd olunan sübutlarla birlikdə qiymətləndirilməklə sübutetmə predmetinə daxil olan halların sübut edilməsində istinad oluna bilər. Digər tərəfdən qarşılıqlı iddiaçı icarə obyektininin bağlanması müddətləri və icarə obyektini bağlayan şəxslərin kimliyi ilə bağlı ziddiyyətli izahatlar vermişdir. Belə ki, bir halda Cavabdeh2, digər halda X7, üçüncü halda isə hər iki şəxsi qeyd etmişdir. Həmçinin məhkəməyə təqdim etdiyi “whatsapp” yazışmaları tədqiq olunarkən X10 tərəfindən icarə obyektinin bağlandığına dair fikirlər ifadə etdiyi görünmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia dəymiş zərərin tutulması hissəsində əsassız olduğundan təmin oluna bilməz. Borc müqaviləsinə görə artıq ödənilmiş pulun Cavabdeh2 tutulması tələbi ilə bağlı məhkəmə bildirilib ki, qeyd olunan tələblə bağlı da qarşılıqlı iddiaçı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə ki, qarşılıqlı iddiaçı ona Cavabdeh2 tərəfindən borc verilməsini, iddia etdiyi məbləğdə pulun Cavabdeh2 ödənilməsini və həmin pulun hüquqi əsas olmadan Cavabdeh2 verilməsini təsdiq edən sübutlar təqdim edə bilmir. Əksinə, Cavabdeh1 məhkəmənin hazırlıq iclaslarında bildirmişdir ki, borc 2021-ci ilin avqust ayında verilmişdir. Daha sonra 2021-ci ilin noyabr ayında verildiyini qeyd etmiş, hüquq mühafizə orqanlarına verdiyi izahatlarda qeyd olunan borcun 2022-ci ilin iyun ayında, dekabr ayında verildiyini ifadə etmişdir. Şahid kimi dindirilən X6 borcun verilməsi vaxtının dəqiq yadında olmadığını, 2022- ci ilin yay ayları və ya sentyabr ayında ola biləcəyini qeyd etmişdir. Həmçinin Cavabdeh1 qarşılıqlı iddia ərizəsində Cavabdeh2 icarəyə verənin adında ona borc verdiyinə, hüquq mühafizə orqanlarına verdiyi izahatlarda X10 və Cavabdeh2 tərəfindən (xx.xx.2023-cü il tarixli izahat), X10 tərəfindən borc verildiyinə (xx.xx.2023-cü il tarixli izahat) dair ziddiyyətli izahatlar vermişdir. Təqdim olunan ödəniş sənədləri və bank hesabından çıxarışdan ödənişlərin Cavabdeh2 edilməsi, təyinatı barədə birmənalı nəticəyə gəlmək mümkün olmur. Həmçinin məhkəmənin baxış iclaslarında tədqiq olunarkən qeyd olunan ödəniş sənələrinin bir çoxunun hazırkı mübahisə tərəflərinə aid olmadığı da müəyyən olunmuşdur. Odur ki, qeyd olunan hissədə də tələb əsassızdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır.

10. Birinci intsanisya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən MM-in 5.3, 16.1, 21.2, 157.2, 324, 337.1, 339.4, 385.1, 386, 421.1, 421.2, 421.3, 424.4, 443, 442, 448.1, 448.2, 685.2, 697.2, 700.1, 700.3-cü maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il qərarına istinad etmişdir.

11. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın rədd edildiyi (əldən çıxmış faydanın əvəzi olaraq pulun tutulması) hissəsində qismən ləğv edilməsi və ilkin iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

12. İlk iddia tələbi üzrə İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin rədd edildiyi hissədə məhkəmə ilk öncə qeyd edir ki, zərər çəkmiş, qarşı tərəfin vəzifəsini pozması nəticəsində əldə edə bilmədiyi gəlirin həcmini, bunlar arasında səbəbli əlaqəni sübut etməlidir. Məhkəmə qətnaməsinin digər hissəsində işin mübahisəsiz halı kimi məhkəmə təsdiq edir ki, Cavabdeh1 müqavilə şərtlərini pozmuşdur, davamında müqavilənin ləğv edilməsinə baxmayaraq icarə obyektini mülkiyyətçiyə geri təhvil vermir. Digər bir ifadə ilə, qarşı tərəfin vəzifəsini pozması və əldən çıxmış fayda ilə pozuntu halı arasında səbəbli əlaqə məhkəmənin qətnaməsi ilə təsdiq olunur. Əldən çıxmış faydanın məbləği ilə bağlı məhkəmə belə bir məntiqi ardıcıllıq qurur ki, məhkəmə mübahisəsinin davam etdiyi məqamda iddiaçının ilkin müqavilə bağlaması ağlabatan deyil, habelə 50000 manatın verilməsinin hüquqi əsası müqavilədən görünmür. Ona görə də, müqavilədə təsbit olunan məbləğ adi mülki dövriyyə şəraitində əldə edilə biləcək gəlir kimi qiymətləndirilə bilməz. Halbuki, bütün məntiqi yanaşmaların əsasında həmin obyektin çox işlək (“ходовой”) yerdə yerləşməsi və bu kimi pərakəndə biznes/sahibkarlıq fəaliyyəti üçün cazibəli olması durmalıdır/durur. Bunun məntiqi nəticəsidir ki, bu kimi tez zamanda qoyulan sərmayəni geri qaytaran (pay-back edən) obyektləri əldə tutmaq üçün sahibkarlar xüsusi səy göstərirlər. Məhz buna görə də, Cavabdeh1 məhkəmə proseslərini uzadaraq həmin obyektdə daha çox qalmağa çalışmaqdadır. Məhkəmə baxış iclaslarının sonlarında notariusa sorğu verilmə, əmlaka baxış və saya biləcəyimiz bu kimi saysız hesabsız (sırf məhkəmə icraatını uzatmağa yönəlik) addımlar Cavabdeh1 həmin obyektdə bir az daha çox qalmasına xidmət edir. Çünki cavabdehin öz etirafı ilə, həmin obyektdə gündəlik xalis qazanc 500-800 manat, 15 sentyabr/31 dekabr/14 fevral/8 mart/10 may kimi xüsusi günlərdə azı 150000-200000 manat məbləğindədir. Məhz belə qazanclı yeri əldə etmək və orda bu kimi çox gəlirli-xüsusi müştəri kontingenti olan obyekti işlətmək arzusunda olan işadamı iddiaçıya/mülkiyyətçiyə müraciət edərək qeyd olunan İlkin müqaviləni bağlamışdır. Qeyd olunanlara əsasən, belə bir müqavilənin bağlanması kifayət qədər anlaşılan və iş dünyasında təşəkkül tapan bir adətdir. Digər tərəfdən, “ilkin müqavilədə qeyd olunan 50.000 manatın verilməsinin hüquqi əsasının müqavilədən görünməməsi” barədə Məhkəmənin mövqeyi ilə razılaşmaq da mümkün deyil. xx.xx.2023-cü il tarixli müqavilənin 3-cü maddəsində aşkar qeyd olunur ki, icarə müqaviləsi bağlanılan gündən 3 iş günü ərzində mülkiyyətçiyə 50000 manat pul vəsaiti ödəniləcək. Göründüyü kimi, həmin məbləğin verilməsinin hüquqi əsası məhz bu maddədir. Ümumi olaraq məsələni təhlil etdikdə, obyektin işlək yerdə olması və yüksək qazanc potensiallı olması, iş dünyasındakı rəqabətlilik prinsipləri kontekstində xx.xx.2023-cü il tarixli müqavilə əsasında mülkiyyətçiyə ödəniləcək gəlir mülki dövriyyə şəraitində əldə edilə biləcək gəlir kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, Mülki Məcəllənin 390.7-ci maddəsində, əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Mülki Məcəllənin 10.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Burada iddiaçının hüquqdan sui-istifadə etməsindən hər hansı formada bəhs edilməməlidir. Çünki mülkiyyətindəki belə dəyərli əmlakına münasibətdə konstitusion təminatından məhrum olan bu vətəndaş cavabdehin saymazyana hərəkəti nəticəsində əmlakını geri götürə bilmir, cavabdehin öz malı kimi istifadə etməsinə görə güzəranını düzəldə bilmir, cavabdehin əmlakı zəbt etdiyinə görə gündəlik stress-əzab çəkir. Belə insanın hansı hüquq pozmasından və hüquqdan sui-istifadədən danışmaq olar?!

13. İlk iddia tələbi üzrə Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin baxış iclaslarında sübutlar tədqiq olunarkən Cavabdeh1 təqdim etdiyi “whatsapp” yazışmaları və məhkəmənin suallarına verdiyi cavablar əsasında müəyyən olundu ki, Cavabdeh1 yeni icarə müqaviləsinin bağlanması üçün Cavabdeh2 özü müraciət etmişdir. Məhkəmə iclasında verdiyi izahatında Cavabdeh1 bildirmişdir ki, müxtəlif şəxslərə olan borclarının ödənilməsi məqsədi ilə kredit götürmək istəmiş, Cavabdeh2 kömək istəmiş, kreditin verilməsi üçün icarə müqaviləsinin daha uzun müddətə bağlanması zərurəti yarandığından yeni müqavilənin bağlanmasını xahiş etmiş və yeni icarə müqaviləsi bağlanmışdır. Belə olan halda aydın olur ki, əqd zorakılıq və ya hədə təsiri altında bağlanmamış, əksinə Cavabdeh1 təşəbbüsü ilə bağlanmışdır. Digər tərəfdən qarşılıqlı iddiaçı bildirir ki, icarə müqaviləsində 5000 manat yazıldığını bilməmişdir. Həmçinin bildirir ki, elə hesab etmişdir ki, 5000 manat yazılsa da, 1000 manat ödəyəcəkdir. Məhkəmənin baxış iclaslarında Cavabdeh1 təqdim etdiyi “whatsapp” yazışmaları tədqiq olunarkən müəyyən olunmuşdur ki, icarə müqaviləsi bağlandıqdan 1 gün sonra – xx.xx.2022-ci il tarixdə Əkbərov X4 Taleh İsax oğluna müraciət edərək icarə haqqının 5000 manat qeyd edilməsinə narazılığını yalnız icarə haqqının bu məbləğdə qeyd olunmasının ona kreditin verilməməsi ilə nəticələnə biləcəyinə görə ifadə etmişdir. Başqa əsasla etiraz etməmişdir. Yeni icarə müqaviləsinin Cavabdeh1 təşəbbüsü ilə bağlandığı, notarius tərəfindən müqavilə təsdiq olunarkən müqavilə tərəflərinə hüquq və vəzifələrinin, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq olunduğu, həmçinin “whatsapp” yazışmaları ilə xx.xx.2022-ci il tarixdəCavabdeh1 icarə haqqının 5000 manat olması barədə xəbərdar olduğunun təsdiq olunduğu, qarşılıqlı iddiaçı tərəfin ziddiyyətli mövqeləri nəzərə alındıqda məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçının qeyd olunan mövqeyi əsassızdır. Məhkəmənin bu mövqeyi ilə razı deyilik. Birincisi ona görə ki, həmin obyektin real ölçüləri, təmiri, yerləşdiyi lokasiya nəzərə alınaraq bu məbləğ ağlabatan deyildir. Həmin ərazidə hətta bu obyektdən 2-3 dəfə böyük olan qeyri-yaşayış sahələrinin aylıq icarə haqqı ən yaxşı halda 1000-1500 manat arası dəyişir. Tərəfimdən məhkəməyə vəsatət verilərək, qiymətləndirilmə ekspertizasının keçirilməsi xahiş edilmişdir ki, real bazar qiyməti müəyyən edilsin və ilkin iddianın əsassız, habelə qarşılıqlı iddianın bu hissədə əsaslı olduğuna dair sübut toplanılsın. Təəssüf ki, məhkəmə bu vəsatəti təmin etməmişdir. Vəsatət təmin ediləcəyi halda məlum olacaqdır ki, həmin obyektin aylıq icarə haqqı heç bir halda 1000 manatdan artıq təşkil edə bilməz. Bundan başqa tərəfimdən vəsatət verilərək, hakimə yerli baxış keçirilməsi təklif olundu. Təəssüf ki, bu vəsatətim də təmin olmadı. Bundan sonra həmin obyektin videogörüntülərini məhkəməyə təqdim etdim, həmin görüntüdən aydın olur ki, obyekt təxmini 3m * 6m ölçüdə salon hissəsindən və təxmini 10m2 zirzəmi hissəsindən ibarətdir ki, toplamında 30m2 artıq deyildir, belə olan halda aylıq 5000 manat icarə haqqı olması absurddur. Şəhərin daha mərkəzi yerlərində daha böyük və daha təmirli obyektlər heç 5000 manata icarəyə vermirlər. Məhkəmə Qətnamədə həmin görüntülər barədə heç bir kəlimə qeyd etməmişdir. Məhkəmə həmçinin qeyd etməmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 aldanılması barədə dəfələrlə polis orqanlarına şikayətlər etmişdir. Qətnamədə məhkəmə ifadələri təhrif edərək hadisələrin axarını elə qələmə verir ki, guya Cavabdeh1 5000 manat aylıq icarə haqqına etirazı yalnız ona kredit verilməməsi qorxusundan irəli gəlmişdir. Cavabdeh1 təbiətcə çox sakit adamdır, konflikt etmir, etirazları da sakit mədəni formada ifadə edir. Bu konkret halda da zəng edib etirazını bildirib, vatsap yazışmasında da icarə haqqına dair qiyməti “anlaşılmamazlıq” kimi görüb və bu formada etiraz edib. Nəticədə, etirazinin hansı formasında ifadə edilməyindən asılı olmayaraq bu yenə də etirazdır. Məhkəmə kifayət qədər əsasın olmasına baxmayaraq bu hala düzgün qiymət verməmişdir. İlkin iddianın təmin edilmiş hissəsinə dair: Yuxarıda qeyd etdiyimiz kimi, icarə haqqı tərəflər arasında heç bir zaman 5000 manat məbləğində müəyyənləşdirilməmişdir. Müqavilədə 150 manat olub, buna baxmayaraq Cavabdeh1 1000 manat hər ay pul alınmışdır. Çoxsaylı sübutlardan aydın olur ki, hətta müqavilə saxtakarlıqla olsa da 5000 manat bağlandıqdan sonra da, iddiaçı(nümayəndələri) tərəfindən heç bir dəfə də olsun cavabdehə müraciət edilərək “bu ay 4000 manat bocun qaldı” kimi ifadələr işlədilməmişdir. Müqavilə bağlandığı vaxtdan sonra cavabdeh aylıq 1000 manatını ödəmiş, növbəti ay yenə ödəmiş lakin ona heç bir etiraz edilməmişdir. İcarə münasibətləri davam etdirilmişdir. Cavabdeh tərəf olaraq müqavilə üzrə borcu yalnız iddia veriləndən qətnamə qəbul edilən dövr ərzinə hər ay 1000 manat olmaqla qəbul edirik. İddiaçı tərəf iddiasının sübutu kimi yalnız onlar tərəfindən mübahisələndirilən, bağlandığı andan etibarsız olan müqaviləni göstərmişdir, başqa hər hansı sübut təqdim etməmişdir. İllərlə işlədiyin sahibkar sənə bir neçə ay 5000 manatdan hesablamaqla təxmini 20000 manat gəlirini səbəb göstərmədən ödəmir, sən də 3 ay gözlüyüb sakitçə məhkəməyə iddia qaldırırsan, başqa bu müddət ərzində də heç bir etitaz etmirsən? Bu heç də ağlabatan deyildir. Bu bir daha onu sübut edir ki, tərəflər arasında şifahi olaraq bir məbləğ razılaşdırılmışdır, sənəddə isə başqa məbləğ. Hesab edir ki, məhkəmə bu kimi hallara düzgün qiymət verməmişdir. Qarşılıqlı iddianın təmin edilməmiş hissəsinə dair: Müqavilədə nəzərdə tutulmuş (150 azn) məbləğdən artıq ödənilmiş (1000azn) icarə haqqının geri tələb edilməsinə dair iddiaya məhkəmə belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddianın qeyd olunan hissədə təmin olunması üçün hüquqi əsası mövcud deyildir. Belə ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olsa da, qeyd olunan əsas üzrə öhdəlik müəyyən edilməmişdir. Həmçinin hüquqi əsas olmadan, yəni qanuni əsas və ya müqavilə əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edilməsi halı da mövcud deyildir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı qeyd olunan məbləğdə pulu icarə obyektindən istifadəyə görə öz razılığı ilə icarə haqqı kimi icarəyə verənə ödəmişdir. Odur ki, icarəyə verən müqavilə əsası ilə qeyd olunan əmlakı əldə etmişdir.” Lakin məhkəmə bu yerdə tətbiq edilməsi lazım olan normanı kənara qoyaraq, məsələyə aidiyyatı olmayan maddi normalara istinad etmişdir, əsassız varlanma halları aşkar olsa da buna düzgün qiymət verməmişdir

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

14. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 18 dekabr tarixli 2-2(103)-883/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – icarə haqqı borcunun tutulması hissəsində dəyişdirilərək, iddiaçı ilə cavabdeh arasında 2022-ci il 10 avqust tarixində bağlanmış icarə müqaviləsinə əsasən 1.433 manat icarə haqqı borcu, icarə obyektinin qaytarılmasının gecikdirildiyi müddət üçün 2022-ci il 24 dekabr tarixindən 2023-cü il 4 iyul tarixinədək hesablanmaqla 6.300 manat icarə haqqı borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinin dəlilləri, ilk iddia tələbinin isə 50.000 manat əldən çıxmış fayda və icarə obyektinin cavabdehin qanunsuz sahibliyindən qaytarılması hissələrinə münasibətdə apardığı hüquqi qiymətləndirmə ilə tam razılaşmışdır.

16. İlkin iddia üzrə icarə haqqı borcunun tutulması və icarə müqaviləsinin xitam tarixi 2022-ci il 24 dekabr tarixindən 2023-cü il 4 iyul tarixinə qədər olan dövr üzrə icarə obyektindən faktiki istifadəyə görə icarə haqqının tutulması tələbləri ilə bağlı isə qeyd etmişdir ki, həmin hissədə birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, tutulan icarə haqqının məbləği ilə bağlı düzgün nəticəyə gəlməmişdir.

17. Məhkəmə hesab etmişdir ki, işin hallarını və tərəflər arasındakı mövcud olmuş münasibətləri nəzərə alaraq ödənilməli icarə haqqının 1000 manatdan hesablanması ağlabatan və ədalətlidir. Odur ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərini əhatə edən 4 ay 13 gün üçün ödənilməli icarə haqqı məbləği 4433 (4 000 + 433) manat təşkil edir: - 4 ay üçün: 4 000 manat (1000 * 4) - 13 gün üçün: 433 manat (1000 / 30) * 13) . 15. 2022-ci il 10 avqust tarixli icarə müqaviləsi bağlandıqdan sonra cavabdeh tərəfindən 3000 manat icarə haqqının ödənilməsi tərəflər arasında mübahisələndirilmədiyindən, ödənilmiş 3000 manat icarə haqqı çıxılmaqla qalıq icarə haqqı borcu isə 1433 manat təşkil etmişdir. Həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

18. İcarə müqaviləsinin xitam tarix – 2022-ci il 24 dekabr tarixdən 2023-cü il 4 iyul tarixə qədər olan dövr üzrə icarə obyektindən faktiki istifadəyə görə icarə haqqının tutulması tələbi ilə bağlı qeyd edilmişdir ki, hazırkı iş üzrə iddiaçı müqavilənin 2022-ci il 24 dekabr tarixdən ləğvinə dair birtərəfli iradə ifadəsini qarşı tərəfə bildirməklə müqaviləni ləğv etmişdir. Lakin cavabdeh icarə obyektini hal-hazıradək icarəyə verənə qaytarmamışdır. Odur ki, 2022-ci il 24 dekabr tarixdən 2023-cü il 4 iyul tarixədək 6 ay 9 gün üçün icarə obyektindən faktiki istifadəyə görə ödənilməli olan məbləğ 6300 (6000 + 300) manat təşkil edir: - 6 ay üçün: 6000 manat ( 1000 * 6) - 9 gün üçün: 300 manat ((1000 / 30) * 9) icarə haqqı borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 402.5, 421.1, 421.2, 421.3, 442, 448.1, 448.2, 560, 685.2, 697.2, 700.1, 700.2, 700.3, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası “Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarınavə MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

20. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirildiyi hissədə ləğv edilməsi və ilkin iddianın tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

21. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilməmiş hissəsində (dükanın qanunsuz bağlanması zamanı vurulmuş maddi zərər hissəsində) ləğv edilərək, həmin hissənin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsindəki ilk icraat:

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024cü il 7 iyun tarixli 2-2(102)-247/2024 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, iddiaçının kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən-cavabdehdən icarə haqqı borcunun tutulması hissəsində ləğv edilmiş, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

23. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti üzrə hüquqi qiymətləndirmə apararaq qeyd etmişdir ki, ilkin iddia üzrə icarə haqqının tutulduğu hissədə apellyasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən, işin materiallarında mövcud olan sənədlərdən, hər hansı ay üçün icarə haqqı kimi 5.000 manatın ödənilməsi müəyyən edilmir, əksinə, göründüyü kimi ilkin iddia üzrə cavabdeh tərəfindən icarə obyektindən istifadəyə görə 1.000 manat məbləğində icarə haqqı ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin hallarını və tərəflər arasındakı mövcud olmuş münasibətləri nəzərə alaraq ödənilməli icarə haqqının 1.000 manatdan hesablanması ağlabatan və ədalətlidir. Məhkəmə apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyini ziddiyyətli, əsassız və qanunsuz hesab edərək qeyd etmişdir ki, mübahisələndirilən qətnamənin özündən aydın olur ki, müvafiq dövr üzrə icarə haqqının tutulmasına dair iddia tələbi mübahisəli qeyri-yaşayış sahəsinin 100 kv.m hissəsinin cavabdehə icarəyə verilməsi haqqında 2022-ci il 10 avqust tarixində notarial qaydada bağlanılmış icarə müqaviləsindən irəli gəlmiş və həmin müqavilədə aylıq icarə haqqı 5.000 manat müəyyən edilmişdir. Cavabdehin qarşılıqlı iddia tələblərindən birini isə məhz həmin icarə müqaviləsinin etibarsız hesab edilməsi təşkil etmiş, lakin işə baxan məhkəmələr qarşılıqlı iddianı bütövlükdə, o cümlədən sözügedən iddia tələbini rədd etmişlər. Apellyasiya məhkəməsi bir tərəfdən, 2022-ci il 10 avqust tarixli notarial qaydada bağlanılmış icarə müqaviləsinin etibarsızlığı üçün əsasların mövcud olmaması qənaətinə gəlsə də, digər tərəfdən, həmin müqavilənin tərkib hissəsini təşkil edən şərtlərdən birini (aylıq icarə haqqının 5.000 manat müəyyən edilməsi) hazırkı mübahisəsinin həllinə tətbiq etməmiş, əvəzində isə “ağlabatanlıq” və “ədalətlilik” meyarlarına görə həmin qiymətdən 5 dəfə aşağı olan qiymətə (1.000 manat) istinad etmişdir. Halbuki, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər tətbiq edilir. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya MM-də nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə” 2018-ci il 11 iyun tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, tərəflər hüquq və öhdəliklərini müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. 26. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin özünün etibarlı saydığı müqavilənin qiymətə dair şərtini kənara qoyaraq, mübahisəyə digər qiyməti tətbiq etməsi bir tərəfdən, istinad olunan normanın tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə, digər tərəfdən isə, məhkəmənin mübahisəli müqavilənin etibarlı olmasına dair öz mövqeyinə də zidd olmuşdur. Malların, işlərin, xidmətlərin, istifadənin (icarənin) qiymətlərinin müəyyən edilməsi zamanı “ağlabatanlıq” və “ədalətlilik” meyarlarına istinad o zaman mümkündür ki, ya ortada olan yazılı müqavilənin qiymətə dair etibarlı hesab edilən şərtləri mövcud olmasın, ya da tərəflər arasındakı işgüzar münasibətlər faktiki əsaslarla, yəni şifahi qaydada əldə olunmuş razılaşmalar əsasında formalaşmış olsun. Hazırkı halda isə tərəflər arasında etibarlı yazılı müqavilənin və onun qiymətə dair müddəalarının mövcudluğu elə işə baxan məhkəmələrin öz qətnamələrindən görünməkdədir. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi qanunu səhv tətbiq etmiş, nəticədə MPM-in 217.3- cü maddəsinin tələblərini pozaraq tərəflər arasındakı qarşılıqlı münasibətlər barədə yanlış qənaətə gəlmiş, bununla da MPM-in 217.1-ci maddəsinə zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

24. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-in 398-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 20 sentyabr tarixli 2-2(103)-742/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın 19.166,67 manat icarə haqqı borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi MPM-in 372.6-cı maddəsinə istinadla apellyasiya baxışının hədlərini müəyyən edərək qeyd etmişdir ki, kassasiya instansiyası apellyasiya instansiyasının qətnaməsinin ilk iddia tələbinin 19.166,67 manat icarə haqqı borcunun tutulması hissəsində ləğv etdiyi və yeni baxışa qaytardığı üçün birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı yalnız həmin hissədə yoxlanılır. Ona görə də apellyasiya baxışının predmetini yalnız qarşılıqlı iddiaçının apellyasiya şikayətinin ilkin iddianın 19.166,67 manat icarə haqqı borcunun tutulması hissəsində mübahisələndirilməsi təşkil edir. Belə ki, ilkin iddiaçının apellyasiya şikayətinə və qarşılıqlı iddiaçının apellyasiya şikayətinin digər hissələrinə apellyasiya və kassasiya instansiyası tərəfindən münasibət bildirilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin 19166,67 manat icarə haqqı borcunun tutulması hissəsi əsaslı və qanuni olduğundan, qarşılıqlı iddiaçının apellyasiya şikayəti təmin edilə bilməz.

28. Məhkəmə hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin özünün etibarlı saydığı müqavilənin qiymətə dair şərtini kənara qoyaraq, mübahisəyə digər qiyməti tətbiq etməsi bir tərəfdən, istinad olunan normanın tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə, digər tərəfdən isə, məhkəmənin mübahisəli müqavilənin etibarlı olmasına dair öz mövqeyinə də zidd olmuşdur. Malların, işlərin, xidmətlərin, istifadənin (icarənin) qiymətlərinin müəyyən edilməsi zamanı “ağlabatanlıq” və “ədalətlilik” meyarlarına istinad o zaman mümkündür ki, ya ortada olan yazılı müqavilənin qiymətə dair etibarlı hesab edilən şərtləri mövcud olmasın, ya da tərəflər arasındakı işgüzar münasibətlər faktiki əsaslarla, yəni şifahi qaydada əldə olunmuş razılaşmalar əsasında formalaşmış olsun. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, qarşılıqlı iddiaçının apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin 19166,67 manat icarə haqqı borcunun tutulması hissəsi əsaslı və qanuni olduğundan qarşılıqlı iddiaçının apellyasiya şikayəti təmin edilə bilməz. Belə ki, işdən görünmüşdür ki, İddiaçı (icarəyə verən) ilə Cavabdeh1 (icarəçi) arasında xx.xx.2019cu il tarixdə icarə müqaviləsi bağlanmış, icarəyə verən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi 18 N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m. olan qeyri-yaşayış sahəsinin 15 kv.m. hissəsini aylıq 150 manata Cavabdeh1 icarəyə vermiş, icarə müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı (icarəyə verən) ilə Cavabdeh1 (icarəçi) arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmış, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi 18 N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m. olan qeyri-yaşayış sahəsinin 100 kv.m. hissəsini aylıq 5000 manata Cavabdeh1 icarəyə vermiş, icarə müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında bağlanmış 2019-cu il 7 dekabr tarixində icarə müqaviləsində Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi 18 N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m. olan qeyri-yaşayış sahəsinin 15 kv.m. hissəsinin, 2022-ci il 10 avqust tarixli icarə müqaviləsində isə 100 kv.m. hissəsinin icarəyə verildiyi qeyd olunsa da, faktiki olaraq hər iki müqavilə üzrə eyni qeyri-yaşayış sahəsinin icarəyə verilməsi müəyyən edilir. İddiaçı xx.xx.2022-ci il tarixdə icarə haqqı tam ödənilmədiyindən Cavabdeh1 bildiriş göndərərək icarə müqaviləsinə birtərəfli qaydada xx.xx.2022-ci il tarixdən xitam veriləcəyi ilə bağlı iradəsini ifadə etmişdir. Birinci instansiya məhkəməsi 2022-ci il 10 avqust tarixli icarə müqaviləsinin etibarsız hesab olunması tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdeh əqdin etibarsızlığının əsası kimi zorakılıq, hədə təsiri altında əqdin bağlanmasını göstərmişdir. Qeyd olunan əsasla əqdin etibarsız hesab olunması üçün məhz etibarlılığı mübahisələndirilən əqdin bağlanması üçün şəxsə təsir olmalı, qeyd olunan təsir əqdin tərəfinə şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən real məcburetmə ilə ifadə olunmalıdır. Ümumi hadisələrin fonunda hədə və zorakılığın əqdin etibarsızlığına səbəb olması barədə arqument əqdin etibarlılığını şübhə altına almağa əsas vermir. Cavabdehin yaşı, cinsi, azad bazarın peşəkar subyekti olması, hüquq mühafizə orqanlarına dəfələrlə şikayət ərizələri ilə müraciət etməsi nəzərə alındıqda dolayı təsirlərin cavabdehə onu real təhlükənin gözlədiyinə dair təlqin edə bilən məcburetmə kimi qiymətləndirilməsi ağlabatan deyil. Həmçinin cavabdeh hüquq mühafizə orqanlarına verdiyi izahatlarında, eləcə də məhkəmənin hazırlıq iclaslarında verdiyi izahatlarında bildirmişdir ki, X9, X10 və Cavabdeh2 icarə obyektini bağlı saxlayaraq onu hədələmişlər, həmçinin onu məcburi notariat kontoruna aparıb hədələyərək icarə müqaviləsini bağlamağa məcbur etmişlər. Lakin məhkəmənin baxış iclaslarında sübutlar tədqiq olunarkən cavabdehin təqdim etdiyi “whatsapp” yazışmaları və məhkəmənin suallarına verdiyi cavablar əsasında müəyyən olunmuşdur ki, cavabdeh yeni icarə müqaviləsinin bağlanması üçün Cavabdeh2 özü müraciət etmişdir. Məhkəmə iclasında verdiyi izahatında cavabdeh bildirmişdir ki, müxtəlif şəxslərə olan borclarının ödənilməsi məqsədi ilə kredit götürmək istəmiş, Cavabdeh2 kömək istəmiş, kreditin verilməsi üçün icarə müqaviləsinin daha uzun müddətə bağlanması zərurəti yarandığından yeni müqavilənin bağlanmasını xahiş etmiş və yeni icarə müqaviləsi bağlanmışdır. Belə olan halda aydın olmuşdur ki, əqd zorakılıq və ya hədə təsiri altında bağlanmamış, əksinə, cavabdehin təşəbbüsü ilə bağlanmışdır. Digər tərəfdən cavabdeh qeyd etmişdir ki, icarə müqaviləsində 5.000 manat yazıldığını bilməmiş, 5.000 manat yazılsa da, 1.000 manat ödəyəcəyini hesab etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) isə bildirmişdir ki, icarə haqqının 5.000 manat olmasından məhkəmə bildirişi və iddia ərizəsini aldıqda xəbərləri olmuşdur. Birinci instansiya məhkəməsinin baxış iclaslarında cavabdehin təqdim etdiyi “whatsapp” yazışmaları tədqiq olunarkən müəyyən olunmuşdur ki, icarə müqaviləsi bağlandıqdan 1 gün sonra 2022-ci il 11 avqust tarixində Cavabdeh2 müraciət edərək icarə haqqının 5.000 manat qeyd edilməsinə narazılığını yalnız icarə haqqının bu məbləğdə qeyd olunmasının ona kreditin verilməməsi ilə nəticələnə biləcəyinə görə ifadə etmiş, başqa əsasla etiraz etməmişdir. Yeni icarə müqaviləsinin cavabdehin təşəbbüsü ilə bağlandığı, notarius tərəfindən müqavilə təsdiq olunarkən müqavilə tərəflərinə hüquq və vəzifələrinin, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq olunduğu, həmçinin “whatsapp” yazışmaları ilə 2022-ci il 11 avqust tarixində cavabdehin icarə haqqının 5.000 manat olması barədə xəbərdar olduğunun təsdiq olunduğu, cavabdeh tərəfin ziddiyyətli mövqeləri nəzərə alındıqda məhkəmə cavabdehin qeyd olunan mövqeyinin və qarşılıqlı iddia tələbinin icarə müqaviləsinin etibarsız hesab olunması hissəsində əsassız olması nəticəsinə gəlmişdir. Məhkəmə ilk iddia tələbinin icarə haqqı borcunun tutulması tələbinə aid hissəsinə münasibətdə MM-in 700.1-ci maddəsinin dispozisiya şərtlərinin mövcud olması qənaətinə gəlmişdir. Belə ki, iddiaçı 2022-ci il 10 avqust tarixli icarə müqaviləsi bağlandıqdan sonra cəmi 3.000 manat icarə haqqının ödənildiyini qeyd edərək, 2022-ci il 24 dekabr tarixinə qədər olan icarə haqqını tələb etmişdir. Cavabdeh daha artıq məbləğin ödənilməsini təsdiq edən sübut təqdim etməmişdir. İcarə obyektinin hazıradək cavabdehdə olması isə işin mübahisəsiz halıdır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçı icarə haqqını tələb etməkdə haqlı olsa da, tələbi qismən əsaslıdır. Belə ki, 2022-ci il 10 avqust – 2022-ci il 23 dekabr (2022ci il 24 dekabr tarixində müqavilə artıq ləğv edilmişdir) tarixlərini əhatə edən 4 ay 13 gün üçün ödənilməli icarə haqqı məbləği 22.166,67 (20.000 + 2.166,67) manat təşkil edir (4 ay üçün 20.000 manat (5.000*4) - 13 gün üçün: 2.166,67 manat ((5.000 / 30) * 13). Həmin məbləğdən isə 3.000 manatı ödənilmişdir. Qalıq icarə haqqı borcu isə 19.166,67 manat təşkil edir. İlkin iddiaçı apellyasiya şikayətində iddianın bu hissədə qismən təmin edilməsini mübahisələndirməmişdir. Göründüyü kimi məhkəmə 10 avqust 2022-ci il tarixli icarə müqaviləsini əsas götürərək, icarə haqqının 5000 manat məbləğində olmasını, icarə haqqından yalnız 3000 manat ödənilməsini, qarşılıqlı iddiaçının müqavilənin etibarsız olmasına dair dəlilinin əsassız olmasını müəyyən etmişdir. Məhkəmə müqavilənin etibarlılığını yoxlamış, qarşılıqlı iddianı rədd etmiş, bu nəticə ilə apellyasiya məhkəməsi razılaşmış və kassasiya məhkəməsi qətnaməni bu hissədə qüvvədə saxlamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddianın aylıq 5000 manat icarə haqqının cavadehdən tutulması hissəsinə qiymət verilməlidir. Belə ki, cavabdeh apellyasiya şikayətində icarə haqqının məbləği ilə bağlı qeyd edir ki, iddiaçı ilə 1000 manat məbləğlə razılaşmış, 12 ay 1000 manat ödəmiş və iddiaçı buna etiraz etməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 2023-cü il 8 iyul tarixli qərardan müəyyən olunmuşdur ki, araşdırma zamanı izahatı alınmış iddiaçının göstərmiş olduğu, ünvan 5 ünvanında yerləşən qeyriyaşayış sahəsi 4 il olar ki, mülkiyyətindədir. Vəziyyətini yaxşılaşdırmaq və ailəsinin maddi ehtiyaclarının qarşılanması üçün həmin yeri 2019-cu ildən icarəyə vermişdir. Özünün xanım olması və həyat yoldaşının da başının qarışıq olmasına görə həmin obyektin icarəyə verilməsində ona kömək etmələrini yaxın qohumu, Vergi Xidmətinin əməkdaşı olan Cavabdeh2 və Eyvaz Atayevdən xahiş etmişdir. Buna görə Cavabdeh2 etibarnamə də vermişdir ki, özü rahat lazımi işləri həyata keçirsin. Onlar icarə obyektinə onun tapşırığı ilə nəzarət etmiş, aylıq icarə haqqını alıb ona vermişlər. İlk 12 ay ona 1.000 manat, sonradan isə aylıq 5.000 manat ödəniş edilmiş, bəzən ödənişlərin gecikməsi olmuş, səbəbi də cavabdehin icarə haqlarını vaxtında ödəməməsi olmuşdur. İddiaçının cinayət təqibi orqanına verdiyi qeyd edilən izahatdan görünür ki, 2019- cu il tarixli icarə müqaviləsi bağlanandan sonra 12 ay 1000 manat ödəniş edilməsini qəbul etmiş, sonra 5000 manat ödəniş edilməsini qeyd etmişdir. Göründüyü kimi iddiaçının şifahi şəkildə cavabdehlə icarə haqqının 5000 manat məbləğində razılaşması iddiası yalnız cavabdeh tərəfindən irəli sürülmüş, iddiaçı bununla razılaşmamış və müqavilə şərtinə əsaslanmışdır. Bu təqdirdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə şifahi razılaşmasına dair heç bir sübut təqdim etməmişdir. Yalnız cavabdehin izahatı ilə etibarlı müqavilə şərtində müəyyən edilən xüsusatın inkar edilməsi mümkünsüzdür. Cavabdehin iddiaçının niyə görə icarə pulunu tələb etməməsi ilə bağlı dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçının icarə haqqını tələb etməsi onun hüququdur və onun hüquqdan istifadə etməməsi ziyanına şərh edilə bilməz, həmçinin müqavilə şərtini qüvvədən sala bilməz. Bununla yanaşı, M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. Məhkəmə haqlı olaraq icarə haqqı məbləğini müqaviləyə əsasən müəyyən etmiş və cavabdehdən tutulması qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur

29. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-in 398.1, 398.2, 398.3, 442, 448.1, 448.2, 560, 685.2.1, 700.1, 700.2, 700.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 aprel tarixli Qərarına istinadla əsaslandırmışdır.

30. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin dəyişdirildiyi hissədə ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş edilmişdir.

Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat:

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2025-ci il tarixli 2-2(102)-36/2025 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 20 sentyabr tarixli, 2-2(103)-742/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

32. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına görə tərəflər arasında 2019-cu il 7 dekabr tarixdə icarə müqaviləsi bağlanmış, icarəyə verən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi 18 N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m. olan qeyri-yaşayış sahəsinin 15 kv.m. hissəsini aylıq 150 manata cavabdehə icarəyə vermiş, icarə müddəti 2020-ci il 7 dekabr tarixədək müəyyən edilmişdir. Bundan sonra tərəflər arasında 2022-ci il 10 avqust tarixli icarə müqaviləsi bağlanmış, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi 18 N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m. olan qeyri-yaşayış sahəsinin 100 kv.m. hissəsini aylıq 5000 manata cavabdehə icarəyə vermiş, icarə müddəti 2025-ci il 10 avqust tarixədək müəyyən edilmişdir. İcarə haqqı tam ödənilmədiyindən icarəyə verən 2022-ci il 24 noyabr tarixdə icarəçiyə bildiriş göndərərək icarə müqaviləsinə birtərəfli qaydada 2022-ci il 24 dekabr tarixdən xitam veriləcəyi ilə bağlı iradəsini ifadə etmişdir. İşin materiallarından, o cümlədən iddia ərizəsindən göründüyü kimi, iddiaçının qeyd olunan icarə müqavilələrinə əsasən icarə haqqının tutulması tələbi iki dövrü əhatə etmişdir; 2022-ci il 10 avqust-2022-ci il 24 dekabr və 2022-ci il 24 dekabr- 2023-cü il 5 iyul tarixləri üçün icarə haqqının ödənilməsi. İlk kassasiya baxışında da apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hər iki dövr üzrə icarə haqqı borcunun tutulması hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Buna baxmayaraq, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız 2022-ci il 10 avqust-2022-ci il 24 dekabr dövrü üzrə olan icarə haqqı borcuna hüquqi qiymət verilmiş, icarə obyektindən faktiki istifadə edilən ikinci dövr üzrə icarə haqqının tutulması tələbinə ümumiyyətlə hüquqi qiymət verilməmiş, bununla da MPM-nin 218.3-cü maddəsinin tələbləri pozulmuşdur. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya baxışının hədləri düzgün müəyyən edilməmiş, nəticədə MPM-nin 372-ci maddəsinin də tələbləri pozulmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab etmişdir ki, kassasiya instansiyasının əvvəlki qərarında ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, işin yeni apellyasiya baxışı zamanı məhkəmə aktının kassasiya qaydasında ləğv edilən hissəsinə uyğun olaraq, apellyasiyanın hədləri düzgün müəyyən edilməli, iddiaçının həm müqavilə dövrü, həm də icarə obyektindən faktiki istifadə olunduğu dövr üzrə icarə haqqının tutulması tələbinə hüquqi qiymət verilməlidir. Belə ki, MM-in 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydalarıhissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Yeni apellyasiya baxışı zamanı yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırılmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməlidir.

33. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-in 398, 442, 448, 560, 675, 685, 700, -ci maddəsinə, M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:

34. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin rədd edilməsini və qətnamənin dəyişdirilməməsini xahiş etdi.

35. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

36. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 697.2-ci maddəsinə əsasən gər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; -700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

37. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6-cı maddəsinə görə yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.

38. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

Apellyasiya baxışının hədləri:

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İlkin iddiaçı həmin qətnaməni əldən çıxmış faydanın əvəzi olaraq pulun tutulması tələbinə dair iddianın rədd edilməsi hissəsində, ilkin cavabdeh isə ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilmiş hissəsində mübahisələndirmişdir. İcarəyə verən 2022-ci il 24 noyabr tarixində icarəçiyə bildiriş göndərərək icarə haqqının tam ödənilməməsi əsası ilə icarə müqaviləsinə birtərəfli qaydada 2022-ci il 24 dekabr tarixindən xitam veriləcəyi ilə bağlı iradəsini ifadə etmişdir. Hazırda ilkin iddiaçı

42. Həmin apellyasiya şikayətləri əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehdən icarə haqqı tutulması hissəsində qətnaməni dəyişdirmiş, qalan mübahisələndirilən hissədə isə qətnaməni dəyişdirilmədən saxlanılmışdır. İddiaçının və cavabdehin kassasiya şikayəti əsasında işə baxan kassasiya instansiya məhkəməsi isə həmin qətnaməni yalnız icarə haqqının tutulması hissəsində ləğv etmiş və həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarmışdır. Odur ki, hazırda qətnamənin əsaslılığı ilkin cavabdehin apellyasiya şikayəti əsasında icarə haqqı tutulmasına dair ilkin iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası hesab edir ki, ilkin cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə yoxlanılan hissədə dəyişdirilməlidir.

44. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin İddiaçı (icarəyə verən) ilə ilkin Cavabdeh1 (icarəçi) arasında 2019-cu il 7 dekabr tarixində icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi 18N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m olan qeyri-yaşayış sahəsinin 15 kv.m hissəsini aylıq 150 manata Cavabdeh1 icarəyə vermiş, icarə müddəti 2020-ci il 7 dekabr tarixədək müəyyən edilmişdir.

45. Eyni tərəflər arasında 2022-ci il 10 avqust tarixində bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi 18N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m olan qeyri-yaşayış sahəsinin 100 kv.m hissəsini aylıq 5.000 manata Cavabdeh1 icarəyə vermiş, icarə müddəti 2025-ci il 10 avqust tarixədək müəyyən edilmişdir. 24 dekabr 2022-ci ildə ilkin iddiaçı icarə haqqının ödənilməməsi ilə əlaqədar icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə ilkin cavabdeh bildiriş göndərmək müqaviləni vaxtından əvvəl ləğv etmişdir.

46. Hazırda ilkin iddiaçı 10 avqust 2022-ci il tarixli müqaviləsi üzrə 2022-ci il 24 dekabr tarixədək, yəni müqaviləyə xitam verildiyi tarixədək olan müddət üçün 19.500 manat icarə haqqının və 2022-ci il 24 dekabr tarixindən 2023-cü il 4 iyul tarixinə qədər olan dövr üzrə icarə obyektindən faktiki istifadəyə görə icarə haqqının tutulmasını tələb edir.

47. Kollegiya ilk növbədə müqaviləyə xitam verildiyi tarixədək olan müddət üçün 19.500 manat icarə haqqı borcunun tutulması hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, xx.xx.2022-xx.xx.2022-ci il (xx.xx.2022-ci il tarixdə müqavilə artıq ləğv edilmişdir) tarixlərini əhatə edən 4 ay 13 gün üçün ödənilməli icarə haqqı məbləği 22.166,67 (20 000 + 2166,67) manat təşkil edir: - 4 ay üçün: 20 000 manat (5000 * 4) - 13 gün üçün: 2166,67 manat ((5000 / 30) * Həmin məbləğdən isə 3000 manatı ödənilmişdir. Qalıq icarə haqqı borcu isə 19166,67 manat təşkil edir. Odur ki, ilkin iddiaçı müqavilənin qüvvədə olduğu müddət üçün 19166,67 manat məbləğində icarə haqqının tutulmasını tələb etməkdə haqlıdır.

48. 2022-ci il 24 dekabr tarixindən 2023-cü il 4 iyul tarixinə qədər olan dövr( 6 ay 9 günlük müddət) üzrə icarə obyektindən faktiki istifadəyə görə icarə haqqının tutulması tələbinə gəldikdə kollegiya qeyd edilməlidir ki, ilkin iddiaçı hazırkı iddia ərizəsi ilə birlikdə müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 100 kv.m-lik hissəsindən istifadə etməyin cavabdeh X8 və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin qərardad ləğv edilmiş, mülki iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

49. Göründüyü kimi obyektdə faktiki istifadəyə görə icarə haqqı tələb edilən müddətə daxil olan 1 aylıq dövr ərzində (xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arası dövr) ilkin cavabdehə mübahisəli obyektdən istifadə edilməsini qadağan edən məhkəmə qərardadı qüvvədə olmuşdur. Odur ki, kollegiya hesab edir ki, həmin 1 aylıq müddət üçün ilkin iddiaçı faktiki istifadəyə görə icarə haqqını tələb etməkdə haqlı deyildir.

50. Beləliklə, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arası 1 aylıq dövr çıxılmaqla 5 ay 9 gün üçün icarə obyektindən faktiki istifadəyə görə ödənilməli olan məbləğ 26.500 (30000 + 1500) manat təşkil edir: - 5 ay üçün: 30000 manat ( 5000 * 5) - 9 gün üçün: 1500 manat ((5000 / 30)

51. Odur ki, kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsinin icarə obyektindən faktiki istifadəyə görə icarə haqqının tutulması hissəsində dəyişdirilməli, icarə obyektindən faktiki istifadəyə görə 2023-cü il 4 iyul tarixinədək olan dövr üçün tutulacaq icarə haqqı borcu 26.500 manat məbləğində, buna müvafiq olaraq icarə haqqına görə ümumi tutulacaq məbləğ isə 45.666,67 manat məbləğində müəyyənləşdirilməlidir.

52. Məhkəmə xərclərinə gəldikdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti verilərkən ilkin cavabdeh tərəfindən ödənilmiş 198 manat məbləğində dövlət rüsumunun şikayətin təmin olunmuş hissəsinə mütənasib hissəsinin əvəzi olaraq 20 manat məbləğində pul ilkin iddiaçıdan tutularaq ilkin cavabdehə ödənilməlidir.

53. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2055/2022 nömrəli qətnaməsi icarə obyektindən faktiki istifadəyə görə icarə haqqının və ümumi tutulacaq icarə haqqının məbləğləri hissəsində hissəsində dəyişdirilsin. İcarə obyektindən faktiki istifadəyə görə ilkin cavabdehdən ilkin iddiaçının xeyrinə tutulacaq icarə haqqı məbləği 26500 manat, ümumilikdə tutulacaq icarə haqqı məbləği isə 45.666,67 manat məbləğində müəyyən edilsin. Qalan yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ilkin cavabdeh tərəfindən ödənilmiş 198 manat məbləğində dövlət rüsumunun şikayətin təmin olunmuş hissəsinə mütənasib hissəsinin əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti ilkin iddiaçıdan tutularaq ilkin cavabdehə ödənilsin. Qətnamədən Cavabdeh1 tərəfindən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar