Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-591/2023 04.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “X4” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, X1 və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Quliyevanın katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-377/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 71 ünvanında yerləşən 252,6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsi "xxxx" MMC-nin mülkiyyətindədir.
2. "xxxx" MMC “mülkiyyətçi” ilə "xxxx" MMC “idarə edən” arasında RQL-06/01/20- 101 saylı 06 yanvar 2020-ci il tarixli daşınmaz əmlakın idarəetməyə verilməsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən mülkiyyətçi siyahısı bu müqavilənin müvafiq əlavələrində göstərilən obyektləri idarə edənin icarəsinə və idarəetməsinə verir və idarə edəni obyektin səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, idarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir.
3. RQL-06/01/20-101 saylı 06 yanvar 2020-ci i tarixli müqaviləyə 12 yanvar 2020-ci il tarixli əlavə 2-yə əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 71 ünvanında yerləşən 252,6 kv.m ümumi sahədən ibarət qeyri- yaşayış sahəsi mülkiyyətçi tərəfindən idarə edənin idarəetməsinə verilir.
4. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin mülkiyyətindədir.
5. "xxxx" MMC “mülkiyyətçi” ilə "xxxx" MMC “idarə edən” arasında 27 dekabr 2017ci il tarixli FOT-27/12/17-853 saylı daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən mülkiyyətçi siyahısı bu müqavilənin müvafiq əlavələrində göstərilən obyektləri idarə edənin icarəsinə və idarəetməsinə veriri və idarə edəni obyektin səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, idarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir.
6. 27 dekabr 2017-ci il tarixli FOT-27/12/17-853 saykl daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında müqaviləyə 01 aprel 2020-ci il tarixli əlavə 1-ə əsasən ünvan 2 ünvanında yerləşən binada, ümumi sahəsi 26.8 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin 20 il müddətinə icarə və idarəetməyə verilməsi "xxxx" MMC və "xxxx" MMC arasında razılaşdırılmışdır.
7. İcarəyə verən İddiaçı MMC ilə Cavabdeh Akif oğlu arasında 07 yanvar 2020 tarixli 20/002 nömrəli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 71 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 140.00 kv.m. təşkil edən qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi isə verilən əmlakı qəbul edib icarə haqqını bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür.
8. “İcarəyə verən İddiaçı MMC ilə Cavabdeh Akif oğlu arasında 18 mart 2020 tarixli 20/110 nömrəli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən icarəyə verən ünvan 2 ünvanında yerləşən binada, ümumi sahəsi 26.8 kv.m. təşkil edən qeyriyaşayış sahəsini icarəyə verməyi, icarəçi isə verilən əmlakı qəbul edib icarə haqqını bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür.
9. Tərəflər arasında 07 yanvar 2020-ci il tarixli 20/002 nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə 06 aprel 2020-ci il tarixli əlavə razılaşma bağlanmış və razılaşmaya əsasən icarə müqaviləsinin 2.2-ci yarımbəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir. İcarə müddəti 21 may 2020-ci il tarixindən başlayır və bu müqavilənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona vaxtından əvvəl xitam verilməyincə 6 yanvar 2025-ci il tarixində saat 23:59-da başa çatır.
10. Tərəflər arasında 18 mart 2020 tarixli 20/110 nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə 29 yanvar 2021-ci il tarixli əlavə razılaşma bağlanmış və razılaşmaya əsasən icarə müqaviləsinin 3.1-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir. 3.1 bu müqavilə üzrə icarə haqqı başlama tarixindən etibarən aşağıda göstərilən qaydada və məbləğdə ödəniləcəkdir. 3.1.1 icarə müddətinin xx.xx.2020-xx.xx.2021-ci il tarixləri aralığında olan dövrü ərzində bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlaklara görə ƏDV xaric 2.010 manat məbləğində aylıq icarə haqqı; 3.1.2 xx.xx.2021-ci il tarixindən etibarən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlaklara görə ƏDV xaric 2.412 manat məbləğində aylıq icarə haqqı.
11. 07 yanvar 2020-ci il tarixli 20/002 nömrəli müqaviləyə xitam verilməsi barədə 23 dekabr 2020-ci il tarixli razılaşmaya əsasən tərəflərin qarşılıqlı razılığına əsasən icarə müqaviləsinə 31 dekabr 2020-ci il tarixində xitam veriləcəkdir. 3-cü bəndə əsasən tərəflər təsdiq edirlər ki, icarəçinin xitam tarixinədək icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcu ƏDV daxil 16.380,11 manat təşkil edir. İcarəçi bu bənddə qeyd edilmiş borc məbləğinin 50%-ni 01 aprel 2021-ci il tarixinədək, qalan 50%-ni isə 1 iyul 2021-ci il tarixinədək ödəyərək, xitam tarixindən etibarən 6 ay ərzində borc öhdəliyinin tam həcmdə icrasını təmin edir.
12. 18 mart 2020-ci il tarixli 20/110 nömrəli müqaviləyə xitam verilməsi barədə 30 dekabr 2021-ci il tarixli razılaşmaya əsasən tərəflərin qarşılıqlı razılığına əsasən icarə müqaviləsinə 31 dekabr 2021-ci il tarixində xitam veriləcəkdir. 3-cü bəndə əsasən tərəflər təsdiq edirlər ki, icarəçinin xitam tarixinədək icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcu ƏDV daxil 25.697,42 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
13. İddiaçı “X4” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 71 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 140.00 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 07 yanvar 2020-ci il tarixli, 20/002 №-li müqavilə üzrə ƏDV daxil 12380.11 AZN (on iki min üç yüz səksən manat, on bir qəpik), Azərbaycan Respublikası, ünvan 2 ünvanında yerləşən binada, ümumi sahəsi 26.8 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 18 mart 2020-ci il tarixli, 20/110 №-li Müqavilə üzrə ƏDV daxil 25697.42 AZN (iyirmi beş min altı yüz doxsan yeddi Azərbaycan manatı, qırx iki qəpik) olmaqla, hər iki İcarə müqaviləsi üzrə ƏDV daxil 38077.53 AZN (otuzsəkkiz min yetmiş yeddi manat, əlli üç qəpik) əsas borc və hər iki icarə müqaviləsi üzrə 11900.00 AZN (on bir min doqquz yüz manat, 00 qəpik) dəbbə pulu üzrə borc olmaqla, ümumilikdə 49977.53 AZN (qırx doqquz min doqquz yüz yetmiş yeddi manat əlli üç qəpik) məbləğində pul vəsaitinin, habelə qanunvericiliklə müəyyən edilmiş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın da daxil olduğu 239.94 AZN məbləğində dövlət rüsumunun, cəmi 50217.47 AZN (əlli min iki yüz on yeddi manat, qırx yeddi qəpik) məbləğin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı bildirir ki, 1-ci müqaviləyə xitam razılaşmasında göstərilmiş ümumi borc məbləğinin ƏDV daxil 4000.00 AZN-lik hissəsi 28 sentyabr 2021-ci il tarixində cavabdeh tərəfindən ödənilsə də, qalıq borc məbləğinin ödənişi təmin edilməmişdir. 2-ci icarə müqaviləsinə xitam razılaşmasında göstərilmiş ümumi borc üzrə heç bir ödəniş edilməmişdir. İddiaçı üçün kommersiya baxımından səmərəli olmasa belə, borc məbləğinin ödənilməsi üçün cavabdehə bütün güzəştlər edilmiş və borcu hissə-hissə ödəməklə, cavabdehin öz öhdəliklərini təmin etməsi üçün kifayət qədər vaxt verilmişdir. Lakin iddiaçının tərəflər arasında yaranmış mübahisəni mövcud olan əməkdaşlıq münasibətləri çərçivəsində könüllü şəkildə həll etməsi səylərinə cavabdeh tərəfindən əməli tədbir şəklində heç bir müsbət yönümlü cavab verilməmiş və onun üçün yaradılmış bu fürsətlər dəyərləndirilməmişdir. Həmçinin, hər iki icarə müqaviləsi üzrə davam edən icarə müddətləri ərzində iddiaçı tərəfindən cavabdeh barəsində icarə haqqının ödənişində davamlı güzəştlər edilməklə, icarə müqaviləsi 1 üzrə icarə müddətinin xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığını əhatə edən dövrü üzrə icarə haqqının 25%-i həcmində, 2020-ci ilin iyun ayı üzrə icarə haqqının 50%-i həcmində, 2020ci ilin iyul ayı üzrə icarə haqqının 100%-i həcmində, 2020-ci ilin avqust ayı üzrə icarə haqqının 50%-i həcmində, 2020-ci ilin oktyabr və noyabr ayları üzrə icarə haqqının 25%-i həcmində, 2020-ci ilin dekabr ayı üzrə icarə haqqının 80%-i həcmində, o cümlədən icarə müqaviləsi 2 ilə əlaqədar 2021-ci ilin yanvar ayı üzrə icarə haqqının 90%-i həcmində, 2021-ci ilin aprel və may ayları üzrə icarə haqqının 50%-i həcmində silsilə endirimlər tətbiq edilmişdir. Mübahisənin bir daha məhkəməyə qədər könüllü olaraq həll edilməsinə nail olmaq məqsədilə 25 fevral 2022-ci il tarixində cavabdehə yaranmış borc məbləğinin ödənilməsinin təmin edilməsi haqqında iddiaçı tərəfindən FMG-01/22/055 №-li pretenziya bildirişi göndərilmişdir. Lakin cavabdeh sözügedən pretenziya bildirişinə də məhəl qoymamış və keçən müddət ərzində müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Bununla da, iddiaçı yuxarıda istinad edilən icarə müqavilələrində təsbit olunmuş dəbbə pulu tətbiq etmək hüququndan istifadə etməklə əsas borc məbləğindən əlavə 28 iyul 2022-ci il tarixinə kimi (həmin tarix daxil olmaqla) hər iki icarə müqaviləsi üzrə 14757.33 AZN məbləğində dəbbə pulu hesablasa da, güzəşt olaraq göstərilmiş məbləğin yalnız 11900.00 AZN məbləğində olan hissəsini cavabdehdən tələb edir və cavabdeh tərəfindən müvafiq dəbbə pulu məbləğinin ödənişi əsas borc məbləğinə əlavə olaraq təmin edilməlidir.
15. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, mübahisə iki il bundan qabaq bağlanmış iki ayrı-ayrı icarə müqavilələri üzrə yaranmış borcdan irəli gəlir. Müqavilələrdən birinin xx.xx.2020-ci il tarixdə, digərinin isə xx.xx.2020-ci il tarixdə bağlanmasına diqqət edərək nəzərə almaq lazımdır ki, tərəflər arasında hər iki müqavilə üzrə biznes münasibətləri məhz COVİD-19 pandemiyasının başladığı və sərt karantin qaydalarının bütün dünyada olduğu kimi ölkədə də tətbiq olunduğu ərəfəyə rast gəlmişdir. Baxmayaraq ki, ilkin müqavilə üzrə ödəniş tarixi cavabdeh tərəfindən icarəyə götürülmüş ofis təmir edildiyi üçün 21 may 2020-ci il tarix müəyyən edilmişdir, lakin həmin tarix özü 3 saatlıq “sms” ilə və ciddi karantin şərtləri altında ölkədə hərəkət azadlığı məhdudlaşdırıldığından faktiki olaraq biznes mühiti də çökmüş və ofis də bağlı olmuşdur. Eyni vəziyyət ikinci müqavilə üzrə də təkrarlanmışdır. Lakin karantin tədbirlərinin bir az yumşaldıldığı 2021-ci ilin əvvəllərinə qədər olan dövrdə ofisi təyinatına uyğun işlədə bilməsə də, iddiaçı bu dövrü faktiki olaraq tamamilə icarə dövrü kimi hesablamışdır. Həmçinin heç bir icarə müqaviləsi üzrə icarə haqları da düzgün hesablanmamışdır. Məhz bu və sadalanan səbəblərdən mediasiya prosesində və həmin proses ərəfəsində iddiaçının səlahiyyətli nümayəndələri ilə keçirilmiş əlavə görüşdə mübahisənin sülh yolu həll edilməsinə dair razılıq əldə edilməmişdir. İcarə haqlarının və dəbbə pulunun hesablanmasında peşəkar mütəxəssis yanaşması olmalıdır ki, məhkəmə yekun nəticəyə gələrkən qanuni və əsaslı qətnamə qəbul edə bilsin. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir.
16. Əlavə olaraq cavabdeh qeyd etmişdir ki, 1-ci obyekti icarəyə götürdükdə ona bir neçə ay müddət verilmiş, lakin təmir vaxtı nəzərə alınmamışdır. Daha sonra bəzi aylarda pandemiya dövrü olduğuna görə bir neçə ay güzəşt də olunmuşdur. Qarşı tərəflə əlaqə saxlayıb, fəaliyyət göstərmədiklərini, bunun nəzərə alınmasını xahiş etsələr də, cavabına “mail” vasitəsilə müraciət etmələrini, rəhbərliyin baxacağını bildirmişlər. Qarşı tərəfə rəsmi məktub da yazmış, bildirilmişdir ki, borc hesablanarkən rəsmi fəaliyyət göstərmədiyi dövrü də hesablayıblar. Daha sonra onların təklifi ilə 2-ci yeri də icarəyə götürmüşlər. Yeni il ərəfəsində icarə obyektini plomblamış və bu dövrdə də icarə haqqı hesablamışlar. Həmçinin dəbbə pulu olmayan bir dövrdə də dəbbə pulu da hesablamışlar. Mühasib olmadığı üçün və iddiaçı tərəfindən irəli sürülmüş məbləğin daha dəqiq olması üçün ekspertiza keçirilməlidir. İddia əsas borc hissədə əsassızdır, pandemiya dövrünə düşdüyünə görə həmin hissə nəzərə alınmamalıdır.
17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-377/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 07 yanvar 2020-ci il tarixli, 20/002 №-li müqavilə üzrə ƏDV daxil 12380.11 AZN (on iki min üç yüz səksən manat, on bir qəpik), 18 mart 2020-ci il tarixli, 20/110 №-li müqavilə üzrə ƏDV daxil 25697.42 AZN (iyirmi beş min altı yüz doxsan yeddi manat, qırx iki qəpik) əsas borc, hər iki müqavilə üzrə cəmi 1740 (bir min yeddi yüz qırx manat) dəbbə pulu, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 210 manat mediasiya xərci, 29,94 manat dövlət rüsumunun “X4” MMCnin xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maliyyə-mühasibatlıq ekspertizasına dair vəsatətini əsassız olaraq qəbul etməkdən imtina etmişdir. İddiaçı tərəfindən hesablanmış borc reallığa uyğun gəlmir. Borc əsassız olaraq şişirilmiş və faktiki işləmədiyi dövrlər də borc olaraq iddia tələbinə daxil edilmişdir. Məhkəmə isə bu uyğunsuzluğa diqqət yetirməmiş və onu aradan qaldıracaq araşdırma aparmamışdır. Belə ki, tərtib edilmiş təhvil-təslim aktı ilə 2021-ci ilin noyabr və dekabr ayları üçün elektron qaimə tərtib edilmişdir. Halbuki həmin aylar ərzində heç bir fəaliyyət olmamışdır. İcarəyə götürdüyü hər iki obyekt üzrə fəaliyyəti COVİD-19 pandemiyasının ən sərt dövrünə təsadüf etmişdir. Bu isə onun uzun müddət fors-major şəraitində müqavilə öhdəliklərində qalmağına səbəb olmuşdur. Məhkəmə fors major hal olaraq COVİD-19 pandemiyası dövrünü nəzərə almamış və iddiaçı tərəfindən faktiki olaraq fəaliyyət göstərmədiyi dövrün də borclu olduğum dövr olaraq tanımışdır. Halbuki mülki qanunvericiliyin tələbinə əsasən müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz etdi.
22. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. Mülki Məcəllənin 448.4-cü maddəsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir.
24. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
25. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
26. Həmin Məcəllənin 700.1-ci maddəsinin tələblərinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
27. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
30. Belə ki, icarə haqqının tutulması barədə tələblərin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.
31. Hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcuddur.
32. Belə ki, 07 yanvar 2020-ci il tarixli 20/002 nömrəli müqaviləyə xitam verilməsi barədə razılaşmaya əsasən tərəflərin qarşılıqlı razılığına əsasən icarə müqaviləsinə 31 dekabr 2020-ci il tarixində xitam veriləcəkdir. 3-cü bəndə əsasən tərəflər təsdiq edirlər ki, icarəçinin xitam tarixinədək icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcu ƏDV daxil 16.380,11 manat təşkil edir. İcarəçi bu bənddə qeyd edilmiş borc məbləğinin 50%-ni 01 aprel 2021-ci il tarixinədək, qalan 50%-ni isə 1 iyul 2021-ci il tarixinədək ödəyərək, xitam tarixindən etibarən 6 ay ərzində borc öhdəliyinin tam həcmdə icrasını təmin edir.
33. 18 mart 2020-ci il tarixli 20/110 nömrəli müqaviləyə xitam verilməsi barədə razılaşmaya əsasən tərəflərin qarşılıqlı razılığına əsasən icarə müqaviləsinə 31 dekabr 2021-ci il tarixində xitam veriləcəkdir. 3-cü bəndə əsasən tərəflər təsdiq edirlər ki, icarəçinin xitam tarixinədək icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcu ƏDV daxil 25.697,42 manat təşkil edir.
34. EBAY seriyalı 004164 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 914,84 manat, EBAY seriyalı 108471 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 2846,16 manat, EBAY seriyalı 867760 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 486,79 manat, EBAZ seriyalı 515680 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 2846,16 manat, EBBB seriyalı 081343 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 2846,16 manat, EBBC seriyalı 587258 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 2846,16 manat, EBBF seriyalı 761324 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 2846,16 manat, EBBH seriyalı 438255 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 2846,16 manat, EBBK seriyalı 189731 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 2846,16 manat, EBBL seriyalı 692601 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 2846,16 manat, EBBO seriyalı 931581 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 2846,16 manat, "xxxx" MMC tərəfindən Cavabdeh Akif oğluna icarə haqqı üzrə ödənilməsi üçün təqdim edilmişdir.
35. EBAK seriyalı 840748 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 2.065 manat, EBAN seriyalı 560989 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 2.065 manat, EBAQ seriyalı 683778 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 4.130 manat, EBAQ seriyalı 802554 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 4.130 manat, EBAT seriyalı 113663 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 2.065 manat, EBAV seriyalı 261935 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 826 manat "xxxx" MMC tərəfindən Cavabdeh Akif oğluna icarə haqqı üzrə ödənilməsi üçün təqdim edilmişdir.
36. İddiaçı MMC tərəfindən Cavabdeh Akif oğluna göndərilməsi üçün müxtəlif tarixlərdə hesab-fakturalar tərtib edilmiş, 01 yanvar 2021-ci il tarixli hesabfakturada 20/110 nömrəli müqavilə üzrə 1.809 manat, 01 aprel 2021-ci il tarixli hesab-fakturada 20/110 nömrəli müqavilə üzrə 1.206 manat, 01 may 2021-ci il tarixli hesab-fakturada 20/110 nömrəli müqavilə üzrə 1.206 manat, 01 may 2020ci il tarixli hesab-fakturada 20/002 nömrəli müqavilə üzrə 310,48 manat, 01 iyun 2020-ci il tarixli hesab-fakturada 20/002 nömrəli müqavilə üzrə 1.750 manat, 01 iyul 2020-ci il tarixli hesab-fakturada 20/002 nömrəli müqavilə üzrə 3.500 manat, 01 avqust 2020-ci il tarixli hesab-fakturada 20/002 nömrəli müqavilə üzrə 1.750 manat, 01 oktyabr 2020-ci il tarixli hesab-fakturada 20/002 nömrəli müqavilə üzrə 875 manat, 01 noyabr 2020-ci il tarixli hesab-fakturada 20/002 nömrəli müqavilə üzrə 875 manat, 01 dekabr 2020-ci il tarixli hesab-fakturada 20/002 nömrəli müqavilə üzrə 2.800 manat endirim qeyd edilmişdir.
37. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektlərini cavabdehə icarəyə vermiş, lakin cavabdeh müqavilələr üzrə öz öhdəliklərini pozaraq, icarə haqlarını tam olaraq iddiaçıya ödəməmiş və bunu müqavilələrə xitam verilməsi barədə qarşılıqlı razılaşmalarda təsdiq etmişdir.
38. Hazırda cavabdehin müqavilələr üzrə tələb olunan məbləğlərə etiraz etməsinin əsasını iddiaçı tərəfindən pandemiya dövrünün nəzərə alınmadan artıq hesablanması olmuşdur.
39. Həmin dəlillərə dair kollegiya qeyd edir ki, iddiaçı tərəfindən icarə müqaviləsi müddətində müəyyən aylar üzrə ödəniş məbləğinə endirim edilmiş və ya ümumiyyətlə hesablanmamışdır. Müəyyən güzəştlərin edilməsini cavabdeh tərəf də etiraf etmişdir.
40. Bundan əlavə cavabdeh tərəfindən iddiaçıya aylıq ödənilməli olan məbləğin hesablanmaması, az hesablanması və ya müqavilənin qüvvədə qalmasının mümkünsüzlüyü barədə müraciətin edilməsi ilə bağlı tərəflər arasında imzalanmış müqavilədə razılaşdırılmış qaydada hər-hansı bir müraciət təqdim edilməmişdir. Göründüyü kimi cavabdeh hal-hazırda etirazında pandemiya ilə bağlı məhdudiyyətlərin olmasına əsaslansa da, 07 yanvar 2020-ci il tarixli müqaviləyə 31 dekabr 2020-ci il tarixdə, 18 mart 2020-ci il tarixli müqaviləyə 31 dekabr 2021ci ildə xitam verilməsinə razılaşaraq bu tarixə qədər müqavilə münasibətlərini davam etdirmiş və xitam tarxinə qədər olan borcları qəbul etmişdir.
41. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı müqavilələr üzrə ödənilməli olan, lakin ödənilməyən 12380.11 AZN və 25697.42 AZN məbləğində icarə haqqının ödənilməsini tələb etməkdə tam haqlıdır.
42. Cərimə borcunun tutulması tələblərinə dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
43. Tərəflər arasında bağlanmış 20/002 nömrəli 07 yanvar 2020-ci il tarixli müqavilənin 7.3 və 18 mart 2020 tarixli 20/110 nömrəli müqavilənin 7.2-ci bəndində nəzərdə tutulmuşdur ki, icarəçi müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində yol verilmiş hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i (sıfır tam onda bir faizi) məbləğində icarəyə verənə dəbbə pulu ödəyəcək.
44. İcarə müqavilələri üzrə ödənilməli olan məbləğlərlə hazırki iddianın verildiyi tarixi müqayisə edərək və sadə riyazi hesablama apararaq kollegiya hesab edir ki, iddiaçı birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdə cərimə pulunu tələb etməkdə haqlıdır.
45. Apellyasiya şikayətinin dəlillərini isə kollegiya əsassız hesab edir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi iddiaçı tərəfindən icarə müqaviləsi müddətində müəyyən aylar üzrə ödəniş məbləğinə endirim edilmiş və ya ümumiyyətlə hesablanmamışdır. Bundan əlavə, cavabdeh Mülki Məcəllənin 448.4-cü maddəsinə uyğun olaraq pandemiya ilə əlaqədar öz öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədar iddiaçıya məlumat verməmişdir. Əksinə, karantin rejiminin yenicə elan edildiyi 06 aprel 2020-ci il tarixdə tərəflər arasında 07 yanvar 2020-ci il tarixli 20/002 nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə əlavə razılaşma bağlanmış və razılaşmaya əsasən icarə müddətinin 21 may 2020-ci il tarixindən başlaması və bu müqavilənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona vaxtından əvvəl xitam verilməyincə 06 yanvar 2025-ci il tarixində başa çatması qeyd olunmuşdur. Həmçinin, icarə müqavilələri üzrə ödənilməli olan borc məbləğləri xitam razılaşmaları ilə, dəbbə pulunun məbləği isə sadə riyazi hesablama ilə müəyyən edildiyindən kollegiya qeyd edir ki, iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi üçün əsaslr mövcüd deyil.
46. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-377/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Fuad Abdıyev
Aida Hüseyn