Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-592/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2161/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15.04.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçıin Cavabdeh Firmasından çıxmasının təmin edilməsi, İddiaçıə, Cavabdeh Firmasından çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilən nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin dəyərinin Cavabdeh Firmasından tutularaq ödənilməsi və 1000 manat məbləğindəki hüquqi xidmət xərci və 30 manat məbləğindəki dövlət rüsumu, cəmi 1030 manatın Cavabdeh firmasından tutularaq İddiaçıə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin tədbiri barədə məhkəməyə ərizə təqdim edərək, işin icraatı yekunlaşana qədər, cavabdehin mülkiyyətində olan Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmiş Abşeron rayonu Masazır kəndində 0,6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərinə həbsin qoyulması, həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi, girov (ipoteka) və ya başqa formada yüklü edilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15.04.2021-ci il tarixli e-2-2(113)-2161/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 28.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq (158.1.1); müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək (158.1.2); mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək (158.1.3). Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxılana kimi cavabdehin mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində 0,6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə iddianın təmini tədbiri seçilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh firmasının təsisçilərindən biri olmaqla Cavabdeh firmasında 25 % (62500 manat dəyərində 62,5 pay) əmlak şəkilində paya sahibdir. Hazırki iddia tələbi isə İddiaçıə Cavabdeh Firmasından çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilən nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin dəyərinin Cavabdeh Firmasından tutularaq ödənilməsindən ibarətdir. Göründüyü kimi iddia təmin olunduğu təqdirdə ən azı iddiaçının xeyrinə 62500 manat məbləğində pulun tutulması qət ediləcək. Həmin məbləğdə pul vəsaitinin könüllü və ya vaxtında ödənilməyəcəyi qənaətinə gəlmək üçün isə kifayət qədər əsaslar vardır. Ona görə də, həmin məbləğin tutulması üzərinə həbs qoyulmuş torpaq sahəsinə yönəldilməklə qətnamənin icrasında yarana biləcək çətinliklər aradan qaldırıla bilər. Bununla yanaşı kollegiya hesab edir ki, digər hissələrdə ərizə təmin edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan torpaq sahəsinin üzərinə həbs qoyulması ilə ərizədə göstərilən digər növ iddianın təmin tədbirləri (torpaq sahəsinin özgəninkiləşdirilməsi, girov (ipoteka) və ya başqa formada yüklü edilməsinin qadağan edilməsi) əhatə olunur. Ona görə də, həmin hissələrdə ərizənin təmin edilməsinə zərurət yoxdur. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə qismən təmin edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2161/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15.04.2021-ci il tarixli qərardadı ləğv edilsin. Ərizə qismən təmin edilsin. Cavabdeh firmasının mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində 0,6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qalan hissədə ərizə təmin edilməsin. Qərardad dərhal icra edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-592/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-592/2021
24.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver