Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-597/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Cavabdehin nümayəndəsi X3 və iddiaçı Cavabdeh1 iştirakları ilə İddiaçı Cavabdeh1 Cavabdeh3 ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1500/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən (hakim Leyla Əliyeva) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Cavabdeh3 ASC-yə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 70 ünvanında yerləşən kommersiya obyektinə "Cavabdeh3" ASC tərəfindən əsassız hesablanmış su borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nizami rayonu, Qara Qarayev 70 unvanında yerləşən qeyri-yaşayış sahəsində yerləşən kommersiya obyekti iddiaçının istifadəsindədir. 2018-ci ilin əvvəlində su sayğacının kart oxuyucusu işləmədiyinə görə Nizami rayon su idarəsinə müraciət etdikdən sonra Cavabdeh3 ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş, su sayğacı sökülərək laboratoriyaya göndərilmişdir. Smart su sayğacının alt və üst plombları yerində idi. Təxminən 1 həftə sonra iddiaçı su idarəsinə dəvət edilmiş və 71 manat ödəməklə sayğacın quraşdırılıb təhvil veriləcəyi deyilmişdir. İddiaçı tərəfindən pul ödənildikdən sonra sayğac quraşdırılmışdır. O gündən bu günədək sayğac işlək vəziyyətdədir. Sentyabr ayının ortaları Cavabdeh3 ASC-nin əməkdaşları obyektə yaxınlaşıb bildirdilər ki, 9 ay bundan qabaq dəyişdirilən sayğacda müdaxilə olunduğundan cərimə tətbiq olunmuşdur. xx xxxxxx 2019-cu ildə müraciətə alınmış xx.xx.2019-cu il tarixli, 03/02-3/1/680 saylı cavab məktubunda 1519.20 manat borcun olduğu bildirilmişdir. İddiaçı tərəfindən heç bir müdaxilə olunmamış və Cavabdeh3 ASC-nin nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş və heç bir qanun pozuntusu və ya müdaxilə olunmadığı təqdirdə sayğac Cavabdeh3 ASC-nin nümayəndələri tərəfindən sökülərək laboratoriyaya aparılmış, daha sonra sayğac quraşdırılmışdır. Plomblar sayğacın üzərində olmuşdur. Hesab edir ki, əgər bu borc həqiqətən vardısa yeni sayğac quraşdırılmadan öncə bildirilməli və yuxarıda qeyd olunan qaydada ölçü götürülməli idi. Su sayğacına heç bir müdaxilə edilmədiyi halda 1519.20 manat borcun hesablanması əsassızdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ASC tərəfindən qanunsuz və əsassız hesablanmış 823 kub.m. su sərfiyyatına görə 1519,20 manat məbləğində borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1500/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh3 ASC tərəfindən iddiaçı Cavabdeh1 hesablanmış 1335,2 manat məbləğində borcun silinməsi, iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 manat hissəsinin Cavabdeh3 ASC-dən tutularaq ilkin iddia üzrə Cavabdeh1 ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1500/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəfindən “Gül Mağazası” adı altında fəaliyyət göstərən Nizami rayonu Qara Qarayev prospekti ev 70/B ünvanda yerləşən obyektə quraşdırılmış Alfasu-15 markalı, zavod nömrəsi 50107620 və plomb nömrəsi M250765 su sayğacının istismara yararsız olduğu üçün 2017-ci ilin əvvəlində onun təmir edilməsi və ya yenisi ilə əvəz edilməsi məqsədilə Nizami Rayon Su Kanal İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq Cavabdeh3 ASC-nin əməkdaşları tərəfindən obyektin su sayğacı yoxlanılaraq kart oxuyucusunun işlək vəziyyətdə olmadığı aşkarlanmış və dövri sınaq yoxlamadan keçirilməsi üçün çıxarılmışdır. Bununla bağlı ******* saylı xx.xx.2017-ci il tarixli iş əmri tərtib olunmuşdur. Suölçən cihaza müdaxilə olub-olmamasının müəyyən edilməsi üçün sayğac Nəzarət Ölçü Cihazları İdarəsinin Suölçən X1 təqdim edilmişdir. Müayinə nəticəsində sayğaca müdaxilə edildiyi və təmirə yararsız olması barədə xx xxxxxx 2017-ci il tarixli, **********235 saylı rəy tərtib edilmişdir. Həmin rəy əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 4 nömrəli əlavəsinə uyğun olaraq dəymiş ziyan hesablanmışdır. Tərəf bu məbləği ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmi istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq hesablanır. Qaydaların 6.16-cı bəndinə əsasən su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar edildikdə, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununn 72-ci maddəsinə əsasən bu qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisənə vurulmuş maddi ziyanı ödəyir, qanunvericilklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Məhkəmənin iclasında iştirak edən Cavabdeh3 ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçı Cavabdeh1 apellyasiya şikayəti ilə razı olamadığını bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1500/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Smart-kart tipli su sayğacının dəyişdirilməsi barədə məlumatın surətindən görünür ki, xx.xx.2017-ci il tarixə ünvan 2 ünvanında yerləşən Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsində olan su sayğacının kart oxuyucusu işləmədiyinə görə dəyişdirilmiş, plomblanıb abonentə təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh3 ASC Nəzarət Ölçü Cihazları İdarəsi “Suölçən X2”nın verdiyi xx xxxxxx 2017-ci il tarixli, **********235 saylı rəyin surətindən görünür ki, su sayğacına müdaxilə olunmuş, sayğac təmirə və istismara yararsızdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh3 ASC Nizami rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən 041493 saylı üzləşmə aktı tərtib edilmiş, aktda Cavabdeh1 1518,40 manat məbləğində borcunun olduğu göstərilmişdir. Lakin həmin akt iddiaçı Cavabdeh1 tərəfindən imzalanmamışdır. İş materiallarında olan Abonent haqqında məlumatın surətindən görünür ki, Cavabdeh1 borcu 1519,20 manat təşkil edir. İş materiallarında olan Cavabdeh3 ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2019-cu il tarixli, 03/02-3/1/680 saylı məktubun surətindən görünür ki, Laboratoriyanın xx.xx.2017-ci il tarixli, 79586/0030235 saylı rəyinə əsasən sayğacda müdaxilə aşkar olunduğundan, həmçinin təmirə və istismara yararsız olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.15-ci bəndinə əsasən 823 kub.m. əlavə sərfiyyat hesablanmışdır. Yaranmış 1519,20 manat borcun ödənilməsi tövsiyə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Cavabdeh1 iddiası qismən təmin edilməklə 1335,2 manat məbləğində borc silinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bildirir ki, məhkəmə iddianı qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, xx.xx.2017-ci ildə Cavabdeh3 ASC-nin əməkdaşları tərəfindən Cavabdeh1 istifadəsində olan ünvan 4 ünvanında yerləşən kommersiya obyektində quraşdırılmış su sayğacına baxış keçirilmiş və su sayğacının kart oxuyucusu işləmədiyinə görə sayğac dəyişdirilmişdir. Cavabdeh3 ASC Nəzarət Ölçü Cihazları İdarəsi “Suölçən X2”nın verdiyi xx xxxxxx 2017-ci il tarixli, **********235 saylı rəylə obyektdən çıxarılmış sayğaca müdaxilə edildiyi, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Aşkar edilmiş pozuntuya görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.15-ci bəndinə əsasən 823 kub.m. əlavə sərfiyyat hesablanmışdır. Birinci instansiya məhkəməsi qeyri-yaşayış sahəsinin daxilində yerləşən su sayğacına müdaxilə edilməsinin laboratoriyanın rəyi ilə təsdiq edildiyini nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh3 ASC yol verilmiş pozuntuya görə abunəçiyə əlavə sərfiyyat hesablamaqda haqlı olmuşdur. Məhkəmə su sayğacına hər ay cavabdehin əməkdaşları tərəfindən baxış keçirildiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı Cavabdeh1 sayğaca müdaxiləyə görə əlavə sərfiyyat bir aylıq müddət üçün hesablanmalı və “Sudan istifadə Qaydaları”na əsasən 92 m3 həcmində müəyyən edilməlidir. Həmin sərfiyyata görə borc 184 manat (içməli suya görə 92 m3x1=92 manat, çirkab suya görə 92 m3x1= 92 manat) məbləğində hesablanmalıdır. Artıq hesablanmış 1335,2 manat məbləğində borc isə silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə halı aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini həmin Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq müəyyənləşdirir və hesablaşma aparır. Həmin qaydaların 4 nömrəli əlavəsinə əsasən kommersiya təşkilatlarında sayğaca müdaxilə halında diametri 15 mm olan borular üçün saatlıq su sərfi 0,61 m3 , iş saatları 5, iş günləri 30 olmaqla, sərf edilmiş suyun həcmi bir aylıq müddət üçün 92 m3 həcmində müəyyən edilməlidir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan da göründüyü kimi hazırkı işdə iddiaçıya sayğaca müdaxiləyə görə əlavə sərfiyyat “Sudan istifadə Qaydaları”nın 4 nömrəsində nəzərdə tutulmuş qaydada 9 aylıq müddət üçün (92m3x9m3) 823 m3 həcmində hesablanmışdır. “Sudan istifadə Qaydaları”nın 6.15-ci bəndindən göründüyü kimi əlavə sərfiyyat sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün müəyyənləşdirilməli idi. Bu səbəbdən də birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı Cavabdeh1 sayğaca müdaxiləyə görə əlavə sərfiyyat bir aylıq müddət üçün hesablanmalı və “Sudan istifadə Qaydaları”na əsasən 92 m3 həcmində müəyyən edilməlidir. Həmin sərfiyyata görə borc 184 manat (içməli suya görə 92 m3x1=92 manat, çirkab suya görə 92 m3x1= 92 manat) məbləğində hesablanmalıdır. Artıq hesablanmış 1335,2 manat məbləğində borc isə silinməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərində qətnamənin qismən ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsaslar müəyyən olunmur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1500/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh3 ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1500/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-597/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-597/2020
25.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver