Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-598/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı dövlət qeydiyyat nişanının geri qaytarılması Açar söz: avtomobilin dövlət qeydiyyat nişanı Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı dövlət qeydiyyat nişanının geri qaytarılması tələbi barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-1103/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.xx.xx.2016-cı il tarixdə verilmiş AC seriyalı 675329 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin sürətindən görünür ki, **-AA-*** dövlət qeydiyyat nişanı İddiaçı MMC-yə məxsus olmuş, 2013-cü il buraxılışı olan “Mercedes Benz S400” minik markalı avtomobilə təhkim edilmişdir. 2.İşdəki pretenziya məktubundan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin məktublarından, cavabdeh tərəfindən təqdim edilmiş A452 X7 əlavə razılaşmadan və eyni tarixli protokoldan görünür ki, Cavabdeh MMC-nin mülkiyyətində olmuş «Mercedes Benz S63 AMG» minik markalı 10PP176 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-ci il tarixdə “X1” müqaviləyə əsasən X8 lizinqə verilmiş, xx.xx.2019-cu il tarixdə sözügedən nəqliyyat vasitəsinə **-AA-*** dövlət qeydiyyat nişanı təhkim olunmuşdur. Lizinq müqaviləsi üzrə öhdəlik xx.xx.2021-ci il tarixli müqavilə əsasında X11 ötürülmüş, nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə X2 geri götürülərkən **-AA-*** dövlət qeydiyyat nişanı ilə birgə götürülmüşdür. İddiaçı pretenziya məktubu ilə müraciət edərək ona məxsus dövlət qeydiyyta nişanının qaytarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanının Cavabdeh MMC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, **-AA-*** dövlət qeydiyyat nişanı İddiaçı MMC-yə məxsusdur və həmin nömrə İddiaçı MMC-nin mülkiyyətində olan avtomobillərdə istifadə edilmişdir. X9 ilə lizinq verən Cavabdeh MMC arasında bağlanmış A452 nömrəli, 18 sentyabr 2018-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinin surətindən görünür ki, X9 lizinq obyekti olan 2014-cü il buraxılışlı, «Mercedes Benz S63 AMG» minik markalı avtomobili bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürmüşdür.12 iyul 2019-cu il tarixli X1 A452 saylı X7 əlavə razılaşmadan görünür ki, A452 nömrəli X10 üzrə öhdəliklər X8 ötürmüşdür. Sözügedən lizinqə götürülmüş «Mercedes Benz S63 AMG» minik markalı avtomobili lizinq müqaviləsi üzrə X12 tərəfindən alındıqdan sonra həmin avtomobilə X5 qardaşı X6 təsisçisi olduğu İddiaçı MMC-yə məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanı təhkim olunmuşdur. Yəni, sözügedən dövlət qeydiyyat nişanı mülkiyyətçi İddiaçı MMC-nin razılığı ilə müvəqqəti olaraq X5 idarə etdiyi və lizinqə götürdüyü «Mercedes Benz S63 AMG» minik markalı avtomobilə təhkim edilmişdir. Bundan sonra, iddiaçı Cavabdeh MMC cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 iyul 2019- cu il tarixli A452 saylı daxili lizinq müqaviləsinin və həmin müqavilə üzrə öhdəliklərin ötürülməsinə dair X12 arasında bağlanmış 09 iyul 2020-ci il tarixli razılaşmanın ləğv olunması və hesablanmış 19824 ABŞ dolları məbləğində borc və 8774 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 28598 ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə olan manat ekvivalentinin, həmçinin, avtomobilin nasazlığı üçün hesablanmış 13000 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun X2 tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)- 2800/2021 saylı iş üzrə qəbul etdiyi 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X2 9364 ABŞ dolları əsas borc, 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9564 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə olan Azərbaycan manatı məzənnəsi ilə tutularaq iddiaçı Cavabdeh MMC-nin xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X2 tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1357/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)- 2800/2021 saylı iş üzrə qəbul etdiyi 08 oktyabr 2021-ci il tarixli qətnaməsi əsas borcun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, cavabdeh X2 iddiaçı Cavabdeh MMC-nin xeyrinə ödənilməli olan əsas borcun məbləği 6261 ABŞ dolları məbləğində müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3365/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1357/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmə qərarı qanuni qüvvəyə mindiyindən icraya yönəldilmiş, “Mercedes Benz S63” minik markalı avtomobil Cavabdeh MMC-yə təhvil verildiyindən həmin avtomobilin üzərində İddiaçı MMC-yə məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanı da qalmışdır və həmin dövlət qeydiyyat nişanı da avtomobillə birlikdə Cavabdeh MMC tərəfindən X3 onun iradəsinə zidd olaraq götürülmüşdür. Hazırda İddiaçı MMC-yə məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanı Cavabdeh MMC tərəfindən əsassız olaraq istifadə edilməkdədir. Odur ki, hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Hesab edirəm ki, İddiaçı MMC-yə məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanı cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılmalıdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1103/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia rədd edilmişdir.
6. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən müəyyən etmişdir ki, **-AA-*** dövlət qeydiyyat nişanı xx.xx.2016-cı il tarixdən İddiaçı MMC-yə məxsus “Mercedes Benz S400” minik markalı avtomobilin üzərində olmuş, xx.xx.2019-cu il tarixdən isə nəqliyyat vasitəsinin qeydiyyatını həyata keçirən orqan tərəfindən sözügedən dövlət qeydiyyat nişanı Cavabdeh MMC-yə məxsus 2014-cü il buraxılışlı, «Mercedes Benz S63 AMG» minik markalı avtomobilə təhkim edilmişdir. İddiaçı MMC məhkəməyə müraciət edərək əvvəllər mülkiyyətində olan və razılığı ilə lizinqə götürülən və hazırda geri qaytarılmış Cavabdeh MMC-nin avtomobilinə təhkim edilmiş **-AA-*** dövlət qeydiyyat nişanının geri qaytarılmasını xahiş etmişdir.
7. Məhkəmə hesab etmişdir ki, hazırki tələb təmin edilə bilməz, belə ki, dövlət qeydiyyat nişanları avtonəqliyyat vasitələrini fərqləndirən nişanı olmaqla, nəqliyyat vasitəsinin qeydiyyatını həyata keçirən orqan tərəfindən nəqliyyat vasitəsi istismar olduğu dövr ərzində fiziki və hüquqi şəxslərə istifadəyə verilir. Göründüyü kimi, dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin qeydiyyatını həyata keçirən orqan (dövlət) tərəfindən verildiyinə görə və İddiaçı MMC-nin **-AA-*** dövlət qeydiyyat nişanına mülkiyyət hüququ olmadığından, iddiaçının hazırki tələblə bağlı məhkəməyə müraciət etməklə subyektiv hüququ yoxdur. Hətta sözügedən hüquq olsaydı belə, dövlət qeydiyyat nişanları avtonəqliyyat vasitələrinin sahiblərinin mülkiyyətinə keçməməklə, həmin nişanların təhkim edilməsi və dəyişdirilməsi nəqliyyat vasitəsinin qeydiyyatını həyata keçirən orqan (dövlət) tərəfindən həyata keçirildiyindən iddia təmin edilə bilməz.
8. Məhkəmə iddiaçının nümayəndəsi, vəkilin izahatında dövlət qeydiyyat nişanının İddiaçı MMC tərəfindən pulla alınması ilə bağlı qeyd edir ki, dövlət qeydiyyat nişanları nəqliyyat vasitəsinin sahibinə alqı-satqı müqaviləsinə əsasən satılmır, sadəcə olaraq üzərində olan rəqəm və hərflərin kombinasiyasından asılı olaraq müxtəlif məbləğlərdə dövlət rüsumu ödənilir və şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinə təhkim edilir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1103/2023 nömrəli qətnaməsininləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-2800/2021 saylı iş üzrə qəbul etdiyi 08 oktyabr 2021-ci il tarixli qətnaməsi E.Vəliyev tərəfindən tam icra edilmiş, E.Vəliyev Cavabdeh MMC-yə 2014-cü il buraxılışlı, «Mercedes Benz S63 AMG» minik markalı avtomobilə görə qalıq borcu tam ödənmişdir. 12 iyul 2019-cu il tarixli X1 A452 saylı X7 Əlavə razılaşmadan görünür ki, A 452 nömrəli X10 üzrə öhdəliklər X8 ötürülmüşdür. Avtomobil lizinqə götürülsə də, Cavabdeh MMC avtomobilə dair dövlət qeydiyyat nişanı verməyib. Yəni **-AA-*** dövlət qeydiyyat nişanı Cavabdeh MMC tərəfindən E.Vəliyevə verilməyib. Ona görə də avtomobil E.Vəliyevdən alınanda **-AA-*** dövlət qeydiyyat nişanı da E.Vəliyevə, E.Vəliyev isə həmin dövlət qeydiyyat nişanını mülkiyyətçisi "xxxx" MMC-yə təhvil verməli idi. Cavabdeh MMC İddiaçı MMC ilə bu dövlət qeydiyyat nişanını şərikinə almamışdır ki, indi onu özünə götürsün. Cavabdeh MMC əsassız olaraq varlanmış, İddiaçı MMC-yə məxsus dövlət qeydiyyat nişanını heç bir əsas olmadan ələ keçirmiş, mənimsəmişdir. Tərəfimizdən pretenziya məktubu ilə cavabdehə müraciət olunaraq, İddiaçı MMC-yə məxsus olan **-AA- *** dövlət qeydiyyat nişanının bizə geri qaytarılması xahiş edilmiş, əks halda eyni tələblə məhkəməyə müraciət edəcəyimizə dair xəbərdar olunmuşdur. Lakin buna baxmayaraq, cavabdeh bizə heç bir cavab məktubu göndərməmiş, müraciətimizi cavabsız qoymuşdur. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanının Cavabdeh MMC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommerisya Məhkəməsinin 2-2(113)-1103/2023 saylı, xx.xx.2023-cü il tarixli əsassız qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İşə baxılması sonun dəfə xx.xx.2023-cü il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsi üzürü səbəb göstərmədən iclasda iştirak etməmiş, əvvəlki iclaslarda nümayəndə və vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.
12. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər.
13. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
732-ci maddə-əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 736.3-cü maddə-əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. 736.4-cü maddə-əgər kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı üçüncü şəxslərin istifadəsinə verirsə, şübhə halında kirayəyə verən əşyanın qaytarılmasını üçüncü şəxslərdən də istənilən vaxt tələb edə bilər.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu 29-cu maddə- İ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. İİ. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. İİİ. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir. Vİ. Bu maddənin İİİ, İV və V hissələrində nəzərdə tutulmuş hallarda dövlət qeydiyyat nişanının əvvəlki (sonuncu) sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə verilməsinə görə, həmin şəxs “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunu ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
217.2-ci maddə-qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 385.1.1-ci maddə- maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddə-maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
14. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
15. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1103/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilərək Cavabdeh MMC-nin mülkiyyətində olan «Mercedes Benz S63 AMG» minik markalı avtomobilə təhkim edilmiş **-AA-*** dövlət qeydiyyat nişanı cavabdehdən alınaraq əvvəlki sahibi İddiaçı MMC-yə qaytarılmalıdır.
16. Məhkəmə ilk öncə qeyd edir ki, işə baxmış birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın hüquqi əsasını müəyyən etməli olduğu halda mübahisənin Mülki Məcəllənin hansı normaları ilə tənzimlənməli olduğunu göstərməmişdir.
17. İddia ərizəsində qeyd edilənlər və işdəki sübutlara əsasən müəyyən edilmişdir ki, **-AA-*** dövlət qeydiyyat nişanının əvvəlki sahibi İddiaçı MMC olmuş və həmin nişan 2016-cı ildə verilmiş qeydiyyat şəhadətnaməsinə əsasən hüquqi şəxsin mülkiyyətində olan “Mercedes Benz S400” markalı avtomobilə təhkim olunmuş, xx.xx.2019-cu il tarixdə həmin nişan Cavabdeh MMC-yə əvəzsiz istifadəyə verilmişdir. Cavabdeh MMC qeyd edilən dövlət qeydiyyat nişanına görə hər hansı ödəniş etmədiyi və nəqliyyat vasitəsi xx.xx.2021ci il tarixdə X2 geri götürülərkən **-AA-*** dövlət qeydiyyat nişanı əvvəlki sahibinə qaytarılmadığı üçün məhkəmə hesab edir ki, İddiaçı MMC MM-nin 732, 736-cı maddələrinə əsasən əvəzsiz istifadəyə verdiyi nişanın onun sahibliyinə qaytarılmasını tələb etməyə haqlıdır.
18. Birinci instansiya məhkəməsi düzgün olmayaraq qeyd etmişdir ki, İddiaçı MMC **-AA-*** dövlət qeydiyyat nişanını cavabdehdən geri tələb etməyə nişana mülkiyyət hüququ olmadığı üçün subyektiv hüququ yoxdur. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Yol hərəkəti haqqında” Qanunun 29-cu maddəsindən və “Dövlət rüsumu” haqqında Qanunun 18.65.6.2-ci maddəsindən göründüyü kimi, dövlət qeydiyyat nişanı müvafiq dövlət rüsumu ödənilməklə əldə edilir və nişana qanuni sahiblik hüququ yaranır.
19. Qanunda eyni zamanda qeyd edilir ki, nəqliyyat vasitəsi özgəninkiləşdirilərkən dövlət qeydiyyat nişanı bir qayda olaraq saxlanılır, lakin nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə nişan bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada verilir. “Yol hərəkəti haqqında” Qanunun 29-cu maddəsinin Vİ hissəsində dövlət qeydiyyat nişanının əvvəlki sahibi, nişana sərəncam vermək hüququna malik şəxs anlayışlarından istifadə edilir. Məhkəmə “Yol hərəkəti haqqında” Qanunda qeyd edilənlrə əsasən belə nəticəyə gəlir ki, dövlət qeydiyyat nişanının qanuni sahibi və nişana sərəncam vermək hüququ olan şəxs-həmin nişanın əldə edilməsi üçün dövlət rüsumu ödəmiş və ya nişanın təhkim edildiyi nəqliyyat vasitəsini həmin nişanla bir yerdə əldə etmiş şəxs sayılır. Cavabdeh MMC hazırkı halda bu şəxslərə aid olmadığından **-AA-*** dövlət qeydiyyat nişanı İddiaçı MMC-nin sahibliyinə qaytarılmalıdır.
20. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 1103/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilərək Cavabdeh MMC-nin mülkiyyətində olan «Mercedes Benz S63 AMG» minik markalı avtomobilə təhkim edilmiş **-AA-*** dövlət qeydiyyat nişanı cavabdehdən alınaraq əvvəlki sahibi İddiaçı MMC-yə qaytarılmalıdır.
21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1103/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilərək Cavabdeh MMC-nin mülkiyyətində olan «Mercedes Benz S63 AMG» minik markalı avtomobilə təhkim edilmiş **-AA-*** dövlət qeydiyyat nişanı cavabdehdən alınaraq əvvəlki sahibi İddiaçı MMC-yə qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.