Məhkəmə qərarları › İş №2-2(103)-599/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-599/2022

07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-599/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil1, Vəkil2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-207/2021 saylı qətnaməsindən ləğv prosesində olan QSC “Bank Standard” KB və Cavabdeh1 MMC tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB ( ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 25 sentyabr 2014-cü il tarixli kredit verilməsi haqqında 1xx/xx/3365/14 saylı kredit müqaviləsi üzrə 4.888.889,30 manat məbləğində əsas borc, 536.704,79 manat məbləğində faiz borcu, 667.469,30 manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 724.503,67 manat məbləğində faiz məbləği, ümumilikdə isə 6.817.567,06 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) cavabdehlər cavabdehə və "xxxx" ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bank) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan Bankın 2014-cü il 22 may tarixli, KBU14-1592 nömrəli kredit müqaviləsi üzrə 9.250.000 manat məbləğində əsas, 231.780,88 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 9.481.780,88 manat, 25 sentyabr 2014-cu il tarixli KBO14-1618 nömrəli kredit müqaviləsi üzrə 5.194.444,45 manat məbləğində əsas, 633.395,64 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5.257.840,09 manat olmaqla, cəmi 14.739.620,97 manat məbləğində kredit borcunun ödənilməsi üçün tutmanın "xxxx" ASC-yə məxsus ünvan 1 ünvanında 1,43973 ha torpaq sahəsində yerləşən 14987,2 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə və cavabdehə məxsus ASC-nin nominal dəyəri 24 manat olan 843.113 ədəd sənədsiz adlı səhmə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə iddiaçı tərəfindən açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına Bankın qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 21 sentyabr tarixli qərardadı ilə Mərkəzi Bankın "xxxx" ASC-yə və cavabdehə qarşı (üçüncü şəxs Bank) kredit müqavilələrinə əsasən yaranmış borc üzrə tutmanın ipoteka predmetləri olan əmlaklara yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiyməti göstərilməklə açıq hərracdan satılaraq borcun ödənilməsi barədə e-2-2(113)-2429/2020 saylı iş iddiaçının cavabdehə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə e-2-2(113)-2351/2020 saylı işlə bir icraatda birləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 2 dekabr tarixli e-2-2(113)-207/2021 saylı qərardadı ilə Mərkəzi Bankın "xxxx" ASC-yə və cavabdehə qarşı (üçüncü şəxs Bank) kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tutmanın əmlaklara yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti göstərilməklə açıq hərracdan satılaraq borcun ödənilməsi tələbinə dair hissədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilmişdir Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-207/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən 25 sentyabr 2014cü il tarixli 1xx/xx/3365/14 saylı kredit müqaviləsi üzrə 3.943.698,7 manat (üç milyon doqquz yüz qırx üç min altı yüz doxsan səkkiz manat yetmiş qəpik) məbləğində əsas, 246.481,1 manat (iki yüz qırx altı min dörd yüz səksən bir manat on qəpik) məbləğində faiz borcu, 150.000 (bir yüz əlli min) manat məbləğində dəbbə pulu, müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 591.554,8 manat (beş yüz doxsan bir min beş yüz əlli dörd manat səksən qəpik) məbləğində faiz borcu, cəmi 4.931.734,6 (dörd milyon doqquz yüz otuz bir min yeddi yüz otuz dörd manat altmış qəpik) manat məbləğində borc, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankına ödənilməsi, tələb üzrə tutma xx.xx.2015-ci il tarixli 1xx/xx/3365/14 saylı sonrakı girov müqaviləsi üzrə bank qarşısında girovla yüklü edilmiş cavabdehin mülkiyyətində olan "xxxx" ASC-nin hər birinin nominal dəyəri 24 (iyirmi dörd) manat və ümumi dəyərləri 20.234.712 (iyirmi milyon iki yüz otuz dörd min yeddi yüz on iki) manat olan 843.113 (səkkiz yüz qırx üç min yüz on üç) ədəd sənədsiz adlı səhminə yönəldilməsi və həmin qiymətli kağızların açıq hərracda (fond birjasında) satılması qət edilmişdir. Həmin qətnamədən ləğv prosesində olan QSC “Bank Standard” KB və Cavabdeh1 MMC apellyasiya şikayəti vermişdir. İş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən Bakı Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixdə sorğu verərək Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2021-ci il tarixli qərardaddan şikayət verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə daxil olduğundan işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6.-cı maddəyə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apelyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə baxılması üçün iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Kommersiya mübahisəsi üzrə e-2-2(103)-599/2022 saylı iş apelyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan elektron kabinetə yerləşdirildiyi tarixdən 10 gün müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar