Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-599/2023 18.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı X3 Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Xəyal Əjdər oğlu Sarıyevdən və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-499/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı X6 ilə Cavabdeh MMC arasında 25 may 2019-cu il tarixli, HX 042/0519 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X6 istifadəsində olan avtokran ilə ("MAZ 5334 yük" markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1986-ci il olan) Cavabdeh verdiyi sifarişlər və müəyyən etdiyi texnika əsasında xidmətləri icra etməyi, "X1 Company" MMC bu xidmət müqabilində X4 xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı X6 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən HX 042/0519 saylı, 25 may 2019-cu il tarixli xidmət müqaviləsi üzrə yaranmış 2903 manat borcun və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, müqaviləyə əsasən iddiaçıya məxsus olan "MAZ 5334 yük" markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1986-ci il olan avto kran Cavabdeh istifadəsinə verilmişdir. Qeyd edilən, HX 042/0519 saylı, 25 may 2019-cu il tarixli xidmət müqaviləsinin 2-ci maddəsinə görə, texnika üçün aylıq xidmət haqqı vergilər daxil 3870,96 manat haqq ödəyir. Cavabdeh tərəfindən bir sıra ödənişlər olunsa da, lakin cavabdeh üzərinə düşən öhdəlikləri tam şəkildə icra etməkdən boyun qaçırır. Belə ki, bu günədək iddiaçıya ödənilməli olan 2903 manat miqdarında pul vəsaitinin ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət edilsə də, cavabdeh pul vəsaitini ödəməkdən boyun qaçırır.
4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-499/2023saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. İddiaçı X6 həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, cavabdehin indiyə qədər ona ödədiyi məbləğləri məhkəməyə təqdim etmiş və ümumi olaraq 2903 manat məbləğində borcun qaldığını bildirmişdir. Məhkəməyə təqdim etdiyi müqavilə və bank sənədlərindən aydındır ki, tərəflər arasında münasibətlər olmuşdur.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil Şəmsəddin oğlu apellyasiya şikayətini müdafiə etdi.
10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
12. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
14. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
17. Belə ki, tərəflər arasında xidmət müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
18. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
19. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.
20. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
21. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən icraçı istifadəsində olan avtokran ilə sifarişçinin verdiyi sifarişlər və müəyyən etdiyi texnika əsasında xidmətləri icra etməyi, sifarişçi isə bu xidmət müqabilində icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.
22. İddiaçı da bildirir ki, o, müqavilə üzrə işləri yerinə yetirmiş, lakin cavabdeh həmin işlərin dəyərini ona ödəməmişdir.
23. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
24. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir.
25. Belə ki, iddiaçı cavabdehə 2903 manat dəyərində xidmətlər göstərdiyini (işlər gördüyünü) bildirsə də, bunu təsdiq edən heç bir sübutu (təhvil-təslim və ya üzləşmə aktı, elektron qaimə və s.) məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
26. İddiaçının təqdim etdiyi sənədlər isə cavabdehin əvvəlki xidmətlərə (işlərə) görə iddiaçıya ödənişlərin etdiyini təsdiq edir və hazırki mübahisə predmetinə aidiyyatı yoxdur.
27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
28. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-499/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Xəyal Sarıyev
Vüsalə Baxışova