Məhkəmə qərarları › İş №2-2(103)-60/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-60/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-60/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətinin “Alov” zavoduna və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətinə qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, e-2-2 (113)-42/2020 saylı qətnaməsindən (hakim Zaur Pirverdiyev) cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətinin “Alov” zavoduna və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlərdən xx.xx.2016-cı il tarixli, CBHK-0025/02 saylı kredit müqaviləsi üzrə 300000 ABŞ dolları əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış11833 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 33334 ABŞ dolları faiz borcunun, ümumilikdə 345167 ABŞ dolları kredit borcunun, xx.xx.2016-cı il tarixli, CBHK-0025/01 nömrəli kredit müqaviləsi üzrə 120000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 4854 manat faiz borcunun, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019- cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 14467 manat faiz borcunun, ümumilikdə 139321 manat kredit borcunun, xx.xx.2017-ci il tarixli, CBHK-0025- 07 kredit müqaviləsi üzrə 150000 manat əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 12625 manat faiz borcunun, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 15646 manat faiz borcunun, ümumilikdə 178271 manat kredit borcunun, xx xxxxxx 2017-ci il tarixli, CBHK 0025-06 kredit müqaviləsi üzrə 450000 manat əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 45250 manat faiz borcunun, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 48688 manat faiz borcunun, ümumilikdə 543938 manat kredit borcunun, xx.xx.2016-cı il tarixli, CBHK-0025 nömrəli kredit müqaviləsi üzrə 158000 manat əsas borcun, 6531 manat faiz borcunun, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 19180 manat faiz borcunun, ümumilikdə 183711 manat kredit borcunun, xx xxxx 2016-cı il tarixli, CBHK 0024 kredit müqaviləsi üzrə 236000 manat əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 6294 manat faiz borcunun, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 29337 manat faiz borcunun, ümumilikdə 271631 manat kredit borcunun, kredit müqavilələrinin, zəmanət məktublarının, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 87 manat notariat xərcinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 mart 2020-ci il tarixli, e-2-2 (113)-256/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətinin “Alov” zavodundan və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətindən xx.xx.2016-cı il tarixli, CBHK-0025/02 saylı kredit müqaviləsi üzrə 300000 ABŞ dolları əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 11833 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 33334 ABŞ dolları faiz borcu, ümumilikdə 345167 ABŞ dolları kredit borcu ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, xx.xx.2016-cı il tarixli, CBHK-0025/01 nömrəli kredit müqaviləsi üzrə 120000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 4854 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 14467 manat faiz borcu, ümumilikdə 139321 manat kredit borcu, xx.xx.2017-ci il tarixli, CBHK-0025-07 kredit müqaviləsi üzrə 150000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 12625 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 15646 manat faiz borcu, ümumilikdə 178271 manat kredit borcu, xx xxxxxx 2017-ci il tarixli, CBHK 0025-06 kredit müqaviləsi üzrə 450000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 45000 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 48688 manat faiz borcu, ümumilikdə 543688 manat kredit borcu, xx.xx.2016-cı il tarixli, CBHK-0025 nömrəli kredit müqaviləsi üzrə 158000 manat əsas borc, 6531 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 19180 manat faiz borcu, ümumilikdə 183711 manat kredit borcu, xx xxxx 2016-cı il tarixli, CBHK 0024 kredit müqaviləsi üzrə 236000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 6294 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 29337 manat faiz borcu, ümumilikdə 271631 manat kredit borcu, kredit müqavilələrinin, zəmanət məktublarının, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 87 manat notariat xərcinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyəti apelyasiya şikayəti verərək qətnamənin qismən ona aid hissədə ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması nəzərdə tutulmuşdur. “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyəti ilə iddiaçı arasında yazılı zaminlik müqaviləsi bağlanmadığından iddia birliyə qarşı hissədə rədd edilməlidir. Bu mövqe “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2, 471-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında da öz əksini tapmışdır. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsələr də cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətinin "Alov" zavodunun nümayəndəsi iclasda iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında apelyasiya şikayətinə yazılı etirazın məzmununa uyğun izahat verərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 11 mart 2020-ci il tarixli, e-2-2 (113)-256/2020 saylı qətnaməsi qismən- Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətinə qarşı hissədə ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyəti tərəfindən ona aid hissədə mübahisələndirildiyindən apelyasiya baxışının predmetini həmin hissə təşkil edir. xx xxxxx 2016-cı il tarixli 02/163 saylı zəmanət məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətinin “Alov” Zavoduna 1 il müddətinə ayrılacaq 120000 manat məbləğində kreditin əsas və faiz məbləğlərinin vaxtı-vaxtında ödənilməsinə zəmanət verilmişdir. xx xxxx 2016-cı il tarixli 02/237 saylı zəmanət məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətinin “Alov” Zavoduna 1 il müddətinə ayrılacaq 350000 ABŞ dolları məbləğində kreditin əsas və faiz məbləğlərinin vaxtı-vaxtında ödənilməsinə zəmanət verilmişdir. xx xxxxxx 2017-ci il tarixli, 02/55 nömrəli zəmanət məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətinin “Alov” Zavoduna 1 il müddətinə ayrılacaq 150000 manat məbləğində kreditin əsas və faiz məbləğlərinin vaxtı-vaxtında ödənilməsinə zəmanət verilmişdir. xx xxxxxx 2017-ci il tarixli 02/31 nömrəli zəmanət məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətinin “Alov” Zavoduna 6 ay müddətinə ayrılacaq 450000 manat məbləğində kreditin əsas və faiz məbləğlərinin vaxtı-vaxtında ödənilməsinə zəmanət verilmişdir. xx xxxxx 2016-cı il tarixli 02/156 saylı zəmanət məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətinin “Alov” Zavoduna 1 il müddətinə ayrılacaq 180000 manat məbləğində kreditin əsas və faiz məbləğlərinin vaxtı-vaxtında ödənilməsinə zəmanət verilmişdir. xx xxxx 2016-cı il tarixli 02/127 saylı zəmanət məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətinin “Alov” Zavoduna 1 il müddətinə ayrılacaq 270000 manat məbləğində kreditin əsas və faiz məbləğlərinin vaxtı-vaxtında ödənilməsinə zəmanət verilmişdir. İddiaçı qeyd edilən zəmanət məktublarına istinad edərək Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətinin “Alov“ Zavodunun kredit öhdəliklərinin təmin edilməsinə zəmanət verdiyini, buna görə də kredit borcunun həm borclu, həm də zamindən müştərək qaydada tutulmalı olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2, 471-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da ilk növbədə zaminin maraqları qorunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi zəmanət məktubları müqavilə-iki tərəfli əqd formasında tərtib edilmədiyindən, həmin məktublarda zəmanət verilmiş kredit müqaviləsinin tərəfləri, tarixi, nömrəsi, hansı faiz dərəcəsi ilə kredit verildiyi, ödənilməli olan faizin ümumi məbləği qeyd edilmədiyindən həmin məktublara zaminlik müqaviləsi kimi hüquqi qiymət verilə və zaminliklə bağlı öhdəlik yarada bilməz. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 471-ci maddəsinin tələbini və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyi nəzərə almadan iddianı “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətinə qarşı hissədə təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 11 mart 2020-ci il tarixli, e-2-2 (113)-256/2020 saylı qətnaməsi qismən- Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətinə aid hissədə ləğv edilməli, iddia “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətinə qarşı hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətinin apelyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 11 mart 2020-ci il tarixli, e-2-2 (113)-256/2020 saylı qətnaməsi qismən- Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətinə aid hissədə ləğv edilsin. İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin iddiası Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətinə qarşı hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar