Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-60/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “alqısatqı müqavilələrinin etibarsızlığı, qeydiyyat şəhadətnamələrinin ləğvi, nəqliyyat vasitələrinin qaytarılması və ya dəyərinin ödənilməsi, əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 2-2(113)-478/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" MMC və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyat şəhadətnaməsi AD131941, AD131942, AD131943, AD131944, qeydiyyat nişanı ** ZJ ***, ** ZJ ***, ** ZJ ***, ** ZJ *** olan özünlü yarımqoşqular və AD131835, AD131836, AD131940 qeydiyyat şəhadətnaməsi, ** JP ***, ** JP ***, ** JP *** dövlət qeydiyyat nişanı olan MACK brendinə məxsus yük nəqliyyat vasitələrinin Cavabdeh MMC-nin adına rəsmiləşdirilməsinə əsas olan sənədlər, alqı-satqı müqavilələrinin etibarsız hesab edilərək, həmin nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, sözügedən nəqliyyat vasitələrinin "xxxx" MMC-yə qaytarılması, bu mümkün olmadıqda, həmin nəqliyyat vasitələrinin balans dəyəri olan 524955,96 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən alınaraq iddiaçıya ödənilməsi, bu müddət ərzində iddiaçının qeyd edilən nəqliyyat vasitələrinin icarəyə verilməsindən məhrum olduğu üçün 1438841,43 manat məbləğində əldən çıxmış faydanın, eləcə də 1772 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı bildirir ki, "xxxx" MMC-də aparılan daxili yoxlamalar zamanı MMC-nin mülkiyyətində olan nəqliyyat vasitələrinin və yarımqoşquların dəqiq siyahısının tərtib edilməsi və mövcudluğunun yoxlanılması məqsədi ilə aidiyyəti dövlət qurumu olan Azərbaycan Respublikası BDYPİ-yə sorğu göndərilmişdir. BDYPİ tərəfindən 29 may 2019-cu il tarixli, 016-48820-1219 nömrəli cavab məktubunun qoşma sənədlərində, "xxxx" MMC-yə məxsus nəqliyyat vasitələri və yarımqoşquların siyahısı, onlara dair qeydiyyat məlumatları təqdim olunmuşdur. Aparılan araşdırmanın nəticəsi olaraq, siyahıdan bir sıra nəqliyyat vasitələrinin və yarımqoşquların "xxxx" MMC-nin adına idxal olunmasına baxmayaraq, "xxxx" MMC-nin qeydiyyatında olmaması aşkarlanmışdır. Bunlar qeydiyyat şəhadətnaməsi AD131941, AD131942, AD131943, AD131944, qeydiyyat nişanı ** ZJ ***, ** ZJ ***, ** ZJ ***, ** ZJ *** olan özünlü yarımqoşqular və AD131835, AD131836, AD131940 qeydiyyat şəhadətnaməsi, ** JP ***, ** JP ***, ** JP *** dövlət qeydiyyat nişanı olan MACK brendinə məxsus yük nəqliyyat vasitələridir. Yenidən həmin nəqliyyat vasitələrinin qeydiyyat məlumatlarının əldə edilməsi üçün BDYPİ-yə müraciət ünvanlanmış və 01 aprel 2022-ci il tarixli, 016- 37118-1222 nömrəli cavab məktubuna əsasən yuxarıda qeyd olunan 4 ədəd özünlü yarımqoşqu və 3 ədəd MACK brendinə məxsus yük nəqliyyat vasitələrinin 8 fevral 2018-ci il tarixdə yeni şəhadətnamələr verilməklə, Cavabdeh MMC-nin adına qeydiyyata alındığı aşkar edilmişdir. Sözügedən 4 ədəd özünlü yarımqoşqu və 3 ədəd MACK brendinə məxsus yük nəqliyyat vasitələrinin "xxxx" MMC-nin qeydiyyatından çıxarılaraq, Cavabdeh MMC-nin qeydiyyata salınmasına dair hər hansı alqı-satqı müqaviləsi, bank köçürməsi və ya digər əsasverici sənədlər mövcud deyil və "xxxx" MMC tərəfindən həmin nəqliyyat vasitələri heç vaxt özgəninkiləşdirilməmişdir. "xxxx" MMC-nin rəhbərliyində və digər aidiyyəti məsul şəxslərində həmin nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi barədə məlumat olmamış, ümumiyyətlə MMC tərəfindən belə bir razılıq verilməmişdir.
3. İddiaçı hesab edirik ki, həmin nəqliyyat vasitələri qeyri-qanuni üsullarla, saxta əqd və müqavilə tərtib etmək yolu ilə "xxxx" MMC-nin mülkiyyətindən çıxarılaraq, Cavabdeh MMC-nin adına rəsmiləşdirilmişdir. Qeyd olunan səbəblərdən Azərbaycan Respublikası Abşeron rayon Prokurorluğuna şikayət verilmiş, Abşeron rayon Prokurorluğu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən işin mülki xarakterli olduğu bildirilərək, məhkəməyə müraciət edilməsi tövsiyə edilmiş, məhkəmə tərəfindən şəxslərin əməllərində cinayət əlamətləri aşkara çıxarsa, bu barədə prokurora məlumat verilə biləcəyi qeyd edilmişdir. Qeyd olunan 4 ədəd özünlü yarımqoşqu və 3 ədəd MACK brendinə məxsus yük nəqliyyat vasitələrinin Cavabdeh MMC-nin adına rəsmiləşdirməsi üçün əsas olmuş sənədlərin (alqı-satqı müqaviləsi) surətlərinin əldə edilməsi üçün Azərbaycan Respublikası BDYPİ-yə vəkil sorğusu göndərilmiş, lakin BDYPİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda nəqliyyat vasitələrinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin (alqı-satqı müqaviləsi və s.) surətlərini almağa yalnız təhqiqat, istintaq və məhkəmə orqanlarının hüququ olduğu qeyd edilmişdir. "xxxx" MMC yarımqoşqu və yük avtomobillərinin Cavabdeh MMC-nin mülkiyyətinə keçməsi və BDYPİ-nin Qeydiyyat şöbəsində qeydiyyata alınması üçün hər hansı bir sənəd vermədiyindən və belə sənədləşməyə əsas ola biləcək əqd bağlamadığından BDYPİ tərəfindən aparılmış qeydiyyat əməliyyatları qanuni hesab oluna bilməz. "xxxx" MMC-yə məxsus yuxarıda qeyd olunan nəqliyyat vasitələri mülkiyyətçi "xxxx" MMC-nin iradə ifadəsi, razılığı olmadan qeyri-qanuni yolla Cavabdeh MMC-nin adına rəsmiləşdirildiyindən, qeyd edilən nəqliyyat vasitələrinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olan əqdlər etibarsız hesab edilməlidir. Qeyd edilən nəqliyyat vasitələri "xxxx" MMC-yə qaytarılmalı, bu mümkün olmadıqda isə onların dəyəri ödənilməlidir. Nəqliyyat vasitələrinin balans dəyəri 524955,96 manat təşkil edir. "xxxx" MMC sözügedən yük avtomobillərinin və qoşquların ondan qanunsuz olaraq alınması nəticəsində həmin nəqliyyat vasitələrinin aylıq icarəyə verilməsindən əldə edilən gəlirlərdən məhrum olmuşdur. Göstərilənlərə əsasən yuxarıda qeyd edilmiş nəqliyyat vasitələrinin qanunsuz olaraq Cavabdeh MMC-nin adına qeydiyyata alındığı xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər keçən müddət ərzində ƏDV daxil olmaqla 1438841,43 manat dəyərində icarə haqqı gəlirindən məhrum olmuşdur.
4. Cavabdeh iddiaya etiraz edir, eyni zamanda iddia müddətinin ötürülməsi barədə ərizə ilə müraciət edərək bildirir ki, sözügedən 4 ədəd özünlü yarımqoşqu və 3 ədəd MACK brendinə məxsus yük nəqliyyat vasitələrinin əsassız şəkildə Cavabdeh MMC-nin adına rəsmiləşdirilməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş müqavilələrin kserosurətlərində heç bir qanun pozuntusu müəyyən edilməmişdir. İddiaçı "xxxx" MMC alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirir. Lakin etibarsız əqdlərə şamil edilən iddia müddəti 1 ildir. Odur ki, iddiaçı iddia müddətinin vaxtını ötürməklə məhkəməyə müraciət etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 2-2(113)-478/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, qeydiyyat şəhadətnaməsi AD131941, AD131942, AD131943, AD131944, qeydiyyat nişanı **-ZJ-***, **-ZJ-***, **-ZJ-***, **- ZJ-*** olan özünlü yarımqoşqular və AD131835, AD131836, AD131940 qeydiyyat şəhadətnaməsi, **-JP-***, **-JP-***, 99- JP-294 dövlət qeydiyyat nişanı olan MACK brendinə məxsus yük nəqliyyat vasitələrinin Cavabdeh MMC-nin adına rəsmiləşdirilməsinə əsas olan alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, nəqliyyat vasitələrinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
6. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş etmişdir.
7. Cavabdeh MMC də apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın qismən təmin edilən hissədə ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş müqaviləyə əsasən həmin dövr ərzində mübahisəli əmlakların icarəyə verilməsi zamanı qiymətlərin nə qədər olması öz əksini tapır. Lakin, məhkəmə qeyd olunan halı nəzərə almamışdır. Həmçinin, iddia tələbi nəqliyyat vasitələrinin "xxxx" MMC-yə qaytarılması, bu mümkün olmadıqda, həmin nəqliyyat vasitələrinin balans dəyəri olan 524955,96 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən alınaraq iddiaçıya ödənilməsi təşkil etmişdir. Məhkəmə həmin nəqiyyat vasitələrinin hal-hazırda saz vəziyyətdə mövcüdluğunu araşdırmadan hesab etmişdir ki, həmin nəqliyyat vasitələri geri qaytarılmalıdır. Odur ki, iddia tələbi nəqliyyat vasitələrinin balans dəyərinin tutulması hissəsində də təmin edilməli idi.
9. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsinə əlavə etdiyi Abşeron Rayon Prokurorluğuna ünvanladığı şikayət ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən göndərilmiş xx.xx.2019-cu il tarixli, 016-48820-1219 nömrəli cavab məktubu ilə məktubun qoşmasında əks etdirilən bir sıra nəqliyyat vasitələrinin "xxxx" MMC-nin qeydiyyatında olmaması aşkarlanmışdır. Göründüyü kimi iddiaçının həmin tarixdən yəni, 2019-cu ildən nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsindən məlumatı olmuşdur. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Hazırkı tələb ilə bağlı iddiaçının hüququnun pozulduğunu bildiyi an xx.xx.2019-cu il tarixdir. İddiaçı isə 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçı tərəfindən verilmiş iddia əqdlərin etibarsızlığına şamil edilən iddia müddəti ötürülməklə verildiyindən formal xarakter daşıyır və heç bir hüquqi əhəmiyyətə malik deyildir. Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqavilələrin əsillərinin məhv olunduğu bildirilərək, müqavilələrin surətləri məhkəməyə təqdim olunmuşdur. Məhkəmə həmin müqavilələrdəki iddiaçıya məxsus olan möhürdə bəzi hərflərin yazılışında fərqlərin olduğun qeyd edərək, xüsusi biliyə malik ekspert qismində çıxış etmişdir. Bu xüsusatın yoxlanılması məqsədilə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilməmiş, əlavə araşdırma aparılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
14. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
15. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
16. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 17.Həmin Məcəllənin 354.1-ci maddəsinə sasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
18. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
19. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 20.Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 21.Həmin Məcəllnin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir.
24. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt.
25. Əqdlərin etibarsız hesab edilməsi əsasları isə Mülki Məcəllənin 337.1 və 339-350-ci maddələrində göstərilmişdir.
26. Hazırki işdə də iddiaçı əqdin subyekt tərkibinə aid edilən şərtin pozulduğuna, yəni müqavilələrin onun tərəfindən bağlanmadığına istinad edərək, müqavilələrin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür.
27. Belə ki, iddiaçı bildirir ki, "xxxx" MMC-nin rəhbərliyində və digər aidiyyəti məsul şəxslərində mübahisəli nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi barədə məlumatı olmamış, ümumiyyətlə MMC tərəfindən belə bir razılıq verilməmiş, həmin nəqliyyat vasitələri qeyri-qanuni üsullarla, saxta əqd və müqavilə tərtib etmək yolu ilə "xxxx" MMC-nin mülkiyyətindən çıxarılaraq, Cavabdeh MMC-nin adına rəsmiləşdirilmişdir.
28. Cavabdeh isə bildirir ki, həmin müqavilələrin qeyri-qanuni üsullarla tərtib edilməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi barədə iddia əsaslıdır.
30. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən göndərilən xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, **-ZJ-***, **-ZJ-***, **-ZJ- ***, **-ZJ-*** dövlət qeydiyyat nişanlı özünlü yarımqoşqular və **-JP-***, **-JP-***, **- JP-*** dövlət qeydiyyat nişanlı MACK markalı yük nəqliyyat vasitələri "xxxx" MMC-nin mülkiyyətində olmuş və xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh MMC-nin mülkiyyətinə keçmişdir.
31. Həmin məktuba qeydiyyat hərəkətləri barədə kompüter çıxarışları və aşağıdakı sənədlərin kserosurətləri əlavə edilmişdir: 1) Cavabdeh MMC-nin nümayəndəsi və "xxxx" MMC-nin nümayəndəsi xx.xx.2018-ci il tarixdə ərizələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə müraciət edərək, **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun alqı-satqısının rəsmiləşdirilməsini xahiş etmişlər. xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə satılmışdır. xx.xx.2018-ci il tarixli nəqliyyat vasitələrinin təhvil-təslim aktına əsasən sözügedən yarımqoşqu "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 2) Cavabdeh MMC-nin nümayəndəsi və “Aztexnika LTD" MMC-nin nümayəndəsi xx.xx.2018-ci il tarixdə ərizələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə müraciət edərək, **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun alqısatqısının rəsmiləşdirilməsini xahiş etmişlər. xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə satılmışdır. xx.xx.2018-ci il tarixli nəqliyyat vasitələrinin təhvil-təslim aktına əsasən sözügedən yarımqoşqu "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 3) Cavabdeh MMC-nin nümayəndəsi və "xxxx" MMC-nin nümayəndəsi xx.xx.2018-ci il tarixdə ərizələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə müraciət edərək, **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun alqı-satqısının rəsmiləşdirilməsini xahiş etmişlər. xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə satılmışdır. xx.xx.2018-ci il tarixli nəqliyyat vasitələrinin təhvil-təslim aktına əsasən sözügedən yarımqoşqu "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 4) Cavabdeh MMC-nin nümayəndəsi və "xxxx" MMC-nin nümayəndəsi xx.xx.2018-ci il tarixdə ərizələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə müraciət edərək, **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun alqı-satqısının rəsmiləşdirilməsini xahiş etmişlər. xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə satılmışdır. xx.xx.2018-ci il tarixli nəqliyyat vasitələrinin təhvil-təslim aktına əsasən sözügedən yarımqoşqu "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 5) Cavabdeh MMC-nin nümayəndəsi və "xxxx" MMC-nin nümayəndəsi xx.xx.2018-ci il tarixdə ərizələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə müraciət edərək, **-JP-*** dövlət qeydiyyat nişanlı MACK brendinə məxsus yük nəqliyyat vasitəsinin alqı-satqısının rəsmiləşdirilməsini xahiş etmişlər. xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən **-JP-*** dövlət qeydiyyat nişanlı MACK brendinə məxsus yük nəqliyyat vasitəsi "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə satılmışdır. xx.xx.2018-ci il tarixli nəqliyyat vasitələrinin təhviltəslim aktına əsasən sözügedən yük nəqliyyat vasitəsi "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 6) Cavabdeh MMC-nin nümayəndəsi və "xxxx" MMC-nin nümayəndəsi xx.xx.2018-ci il tarixdə ərizələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə müraciət edərək, **-JP-*** dövlət qeydiyyat nişanlı MACK brendinə məxsus yük nəqliyyat vasitəsinin alqı-satqısının rəsmiləşdirilməsini xahiş etmişlər. xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən **-JP-*** dövlət qeydiyyat nişanlı MACK brendinə məxsus yük nəqliyyat vasitəsi "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə satılmışdır. xx.xx.2018-ci il tarixli nəqliyyat vasitələrinin təhviltəslim aktına əsasən sözügedən yük nəqliyyat vasitəsi "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 7) Cavabdeh MMC-nin nümayəndəsi və “Aztexnika LTD" MMC-nin nümayəndəsi xx.xx.2018-ci il tarixdə ərizələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə müraciət edərək, **-JP-*** dövlət qeydiyyat nişanlı MACK brendinə məxsus yük nəqliyyat vasitəsinin alqı-satqısının rəsmiləşdirilməsini xahiş etmişlər. xx.xx.2018ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən **-JP-*** dövlət qeydiyyat nişanlı MACK brendinə məxsus yük nəqliyyat vasitəsi "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə satılmışdır. xx.xx.2018-ci il tarixli nəqliyyat vasitələrinin təhvil-təslim aktına əsasən sözügedən yük nəqliyyat vasitəsi "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.
32. Qeyd olunan sənədlərin kserosurətlərində "xxxx" MMC-nin nümayəndəsinin vəzifəsi və ad-soyadı qeyd edilməmişdir.
33. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi xx.xx.2023-cü il tarixli, 3- 13-16/2-55979/2023 nömrəli məktubunda isə göstərilmişdir ki, nəqliyyat vasitələrinin ilkin və sonrakı qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir.
34. Beləliklə, müəyyən edilir ki, Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərin əsilləri mövcüd deyil. Eyni zamanda, həmin sənədlərin iddiaçının adından kim tərəfindən imzalanması qeyri-müəyyəndir.
35. Həmin sənədlərdə "xxxx" MMC-nin adından olan möhür əkslərinə dair isə qeyd edilir ki, apellyasiya baxışı zamanı həmin məsələnin aydınlaşdırılması məqsədilə iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli 9/9381-5/1694 №-li ekspert rəyi verilmişdir.
36. Həmin rəyin nəticə hissəsində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş işin birinci cildinin 51-53, 56-59, 62-64, 67, 69-71, 74-76, 79, 81, 82, 85, 86, 88, 89-cu vərəqələrində olan 08 fevral 2018-ci il tarixli nəqliyyat vasitənin alqı-satqı müqaviləsinin (10ZJ221 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitənin), eyni tarixli ərizənin və nəqliyyat vasitələrinin təhvil-təslim aktının, 08 fevral 2018-ci il tarixli nəqliyyat vasitənin alqı-satqı müqaviləsinin (10ZJ223 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitənin), eyni tarixli ərizənin və nəqliyyat vasitələrinin təhvil-təslim aktının, 08 fevral 2018-ci il tarixli nəqliyyat vasitənin alqı-satqı müqaviləsinin (10ZJ224 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitənin), eyni tarixli ərizənin və əmrin, 08 fevral 2018-ci il tarixli nəqliyyat vasitənin alqı-satqı müqaviləsinin (10ZJ225 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitənin), eyni tarix ərizənin və nəqliyyat vasitələrinin təhvil-təslim aktının, 08 fevral 2018-ci il tarixli nəqliyyat vasitənin alqı-satqı müqaviləsinin (99JP291 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitənin), eyni tarixli ərizənin və əmrin, 08 fevral 2018-ci il tarixli nəqliyyat vasitənin alqı-satqı müqaviləsinin (99JP293 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitənin) və eyni tarixli ərizənin, 08 fevral 2018-ci il tarixli nəqliyyat vasitənin alqı-satqı müqaviləsinin (99JP294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitənin), eyni tarixli ərizənin və nəqliyyat vasitələrinin təhvil-təslim aktının kserosurətlərində olan "xxxx" MMC-nin möhür əksləri elektrofotoqrafik çoxaldıcı çap qurğusunda (surətçəxaran və s.) çap edilmişdir. Tədqiqata təqdim edilmiş sənədlərdəki möhür əksləri və nümunə qismində təqdim edilmiş sənədlərdəki möhür əksləri surət olduğu üçün onların müqayisəli tədqiqatı aparılmadı.
37. Həmin rəyin tədqiqi hissəsində isə göstərilmişdir ki, aparılmış tədqiqatlar nəticəsində tədqiq olunan şəhadətnamənin balnkında aşağıdakı əlamətlər müəyyən edildi: yazıların, təsvirlərin məzmunu təşkil edən işarələrin cizgilərinin fasiləli yazılışı, onların kənarlarının dəqiq olmaması, yəni girintili-çıxıntılı olması, sənədin üzərində müxtəlif quruluşlu nöqtəvari və xətvari formada qara rəngli rəngləyiçi maddə qalıqlarının olması, üzərində məzmuna aid olmayan əlavə ləkələr, xətlər, işarələr vardır, onların aşağı və yuxarı hissələrinin işıqlanma fonları bərabər səviyyədə olmayıb (tünd qara, açıq), müxtəlifdir. Göstərilən əlamətlərə əsasən belə nəticəyə gəlindi ki, tədqiqat təqdim edilmiş sənədlərdəki "xxxx" MMC-nin möhür əksləri elektrofotoqrafi çoxaldıcı çap qurğusunda (surətçıxaran və s.) çap edilmişdir.
38. Qeyd olunanlardan müəyyən edilir ki, mübahisələndirilən nəqliyyat vasitələrinə dair bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələri və onlara aid digər sənədlərin iddiaçı tərəfindən imzalanması və möhürlə təsdiq edilməsi öz təsdiqini tapmır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, həmin əqdlərin subyekt tərkibinə aid edilən şərti pozulmuşdur.
39. Bu baxımdan, kollegiya hesab edir ki, həmin alqı-satqı müqavilələri özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlərdir və ona görə də, həmin hissədə iddia əsaslıdır. 40.Eyni zamanda, Mülki Məcəllənin 337.4-cü maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, mübahisələndirilən nəqliyyat vasitələrinə dair cavabdehin adına verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi tələbləri də əsaslıdır.
41. Belə ki, həmin maddənin tələblərinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
42. Nəqliyyat vasitələrinin geri qaytarılması tələbinə dair qeyd edilir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 43.Bu baxımdan, kollegiya hesab edir ki, iddia tələbləri mübahisəli nəqliyyat vasitələrinin geri qaytarılması hissəsində də əsaslıdır. 44.Eyni zamanda, iddiaçı tərəfindən nəqliyyat vasitələrinin geri qaytarılması mümkün olmadığı təqdirdə, onların balans dəyəri olan 524955,96 manat məbləğində vəsaitin cavabdehdən tutulması tələbi də irəli sürülmüşdür.
45. Mülki Prosessual Məcəllənin əmlakın alınması ilə bağlı qətnamələrə aid tələbləri müəyyən edən 222.1-ci maddəsində də müəyyən edilmişdir ki, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 46.Birinci instansiya məhkəməsi isə Mülki Prosessual Məcəllənin qeyd olunan imperativ göstərişini nəzərə almamışdır. 47.Bu baxımdan, apellyasiya icraatında iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertlər qarşısında həll edilməsi üçün aşağıdakı suallar qoyulmuşdur: **-ZJ-*** **-ZJ-***, **-ZJ-***, **-ZJ-*** dövlət qeydiyyat nişanlı özünlü yarımqoşqular (hər birinin istehsal ili 2015) və MACK Yük markalı **-JP-***, **-JP-***, **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin (hər birinin istehsal ili 2014) hal-hazıra olan orta bazar qiyməti nə qədər təşkil edir? Həmin yarımqoşqu və nəqliyyat vasitələri ekspertiza tədqiaqatına təqdim edilmədiyi halda analoji (markaları, ban növü, istehsal ili eyni olan) yarımqoşqu və nəqliyyat vasitələrinin hal-hazıra olan orta bazar qiyməti nə qədər təşkil edir?
48. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/9381- 5/1694 №-li ekspert rəyində qeyd edilmişdir ki, tədqiqat obyektləri olan nəqliyyat vasitələrinin və yarımqoşquların texniki vəziyyəti barədə məlumatın təqdim edilməsi barədə vəsatət təmin edilmədiyinə görə ekspert qarşısında qoyulmuş həmin sullara cavab vermək mümkün olmamışdır.
49. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavəəmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
50. Həmin ekspertizanın icrası ilə bağlı ekspert tərəfindən tədqiqat obyektləri olan nəqliyyat vasitələrinin və yarımqoşquların texniki vəziyyəti barədə məlumatın təqdim edilməsi barədə vəsatət verilmiş və həmin vəsatət tərəflərə göndərilmişdir.
51. Lakin vəsatətdə göstərilən məlumatlar təqdim edilməmiş və bu səbəbə görə ekspert tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
52. Mübahisələndirilən müqavilələr əsasında nəqliyyat vasitələrinin cavabdehin mülkiyyətinə keçdiyini və həmin nəqliyyat vasitələrinin iddiaçının sahibliyində olmadığını nəzərə alaraq kollegiya hesab edir ki, ekspert vəsatətində göstərilən məlumatları cavabdeh təqdim etməli idi. Lakin o, həmin məlumatları təqdim etməmiş və nəticədə iş üzrə təyin olunmuş məhkəmə ekspertizasının keçirilməsi mümkün olmamışdır.
53. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
54. Bu baxımdan, kollegiya hesab edir ki, mübahisəli nəqliyyat vasitələrinin balans dəyərlərnin iddia ərizəsində qeyd edildiyi məbləğlərdə olması faktı təsdiq edilmiş hesab edilməlidir.
55. Ona görə də, həmin hissədə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməli və mübahisəli nəqliyyat vasitələrinin geri qaytarılması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
56. İddiaçının apellyasiya şikayətinin digər dəlilləri isə əsaslı hesab edilə bilməz.
57. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir.
58. Həmin Məcəllənin 443.4-cü maddəsində isə göstərilmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
59. Lakin iddiaçı qeyd olunan maddənin dispozisiya şərtlərinə uyğun olaraq fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni başqa şəxs və ya şəxslərlə icarə müqaviləsi bağlanması ilə bağlı danışıqlar apardığını, bununla bağlı razılığın əldə olunduğunu, mübahisəli nəqliyyat vasitələri onda olmadığına görə həmin müqavilələrin bağlanmasının mümkün olmadığını və nəticədə əldə edə biləcək gəlirdən mərhum olduğunu təsdiq edən sübutları təqdim etməmişdir.
60. İddiaçının başqa nəqliyyat vasitələrinə dair icarə müqavilələri bağlaması isə mübahisəli nəqliyyat vasitələrinə münasibətdə Mülki Məcəllənin 443.4-cü maddəsi baxımından tədbirlər görməsi və hazırlıq işlərinin aparması anlamına glmir. Ona görə də, iddiaçının digər nəqliyyat vasitələrinə dair təqdim etdiyi sübutların araşdırılmasına zərurət yoxdur.
61. İddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə cavabdehin dəlillərinə dair qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.
62. Konstitusiya Məhkəməsinin qeyd olunan Qərardakı hüquqi mövqeyə görə fərdimüəyyən əşyalara (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) dair bağlanmış əhəmiyyətsiz əqdlərə dair iddia müddəti şamil edilmir.
63. Hazırki mübahisənin predmeti olan müqavilələr də yuxarıda qeyd olunanlara əsasən əhəmiyyətsiz əqdlərdir. Ona görə də, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə cavabdehin dəlilləri əsassızdır.
64. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “nəqliyyat vasitələrinin geri qaytarılması” hissəsində dəyişdirilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən tərəflər arasında bölüşdürülməlidir.
65. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 2-2(113)-478/2023 saylı qətnaməsi qismən, yəni “nəqliyyat vasitələrinin geri qaytarılması” hissəsində dəyişdirilsin. Dövlət qeydiyyat nişanı **-ZJ-***, **-ZJ-***, **-ZJ-***, **-ZJ-*** və hər birinin balans dəyəri 38.036,04 manat olan özünlü yarımqoşqular və dövlət qeydiyyat nişanı **-JP-***, **- JP-***, **-JP-*** və hər birinin balans dəyəri 124.270,6 manat olan MACK markalı yük nəqliyyat vasitələri Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə qaytarılsın, qətnamə icra olunan vaxt həmin nəqliyyat vasitələri mövcud olmadığı halda isə onların balans dəyərləri həcmində pul vəsaiti Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 1086 manat məbləğində dövlət rüsumunun 26,7 %-i, yəni 290 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Həmin dövlət rüsumunun qalan hissəsi və apellyasiya şikayətinin verilməsinə görə Cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu müvafiq olaraq iddiaçı və cavabdehin özlərinə aid edilsin. İş üzrə keçirilmş məhkəmə ekspertizasının dəyəri olan 70 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Ziya Şirinov
Vüsalə Baxışova