Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-600/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “xxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “xxxxxxxxxxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddiası üzrə iddianı təmin etmə tədbiri görülməsi barədə ərizənin təmin edilməməsinə dair Bakı Kommersiya Məhkəməsinin (hakim Aytən Əliyeva) e-2-2(113)-2266/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı “xxxxxxxxxxxx” MMC tərəfinfən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxx” MMC Cavabdeh MMC-yə qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdehdən icarə haqlarına görə 479092,98 manat məbləğində borcun. 100.000 manat cərimənin və texnikaya dəymiş 250.000 manat məbləğində maddi zərərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə məxsus ədəd minik markalı, 9 ədəd yük markalı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması və dövlət yol polisinin cərimə duracağında saxlanması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-2266/2020 saylı qərardadı ilə ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-yə məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmaması məhkəmə gedişatında cavabdehin sözügedən nəqliyyat vasitələrini özgəninkiləşdirməsinə və bilərəkdən onları əldən çıxarmasına şərait yaradacaqdır. Bu isə qeyd edildiyi kimi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edən halın yaranmasına səbəb olacaqdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2266/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilsə də, cavabdeh məhkəmə iclasında üzürlü səbəb olmadan iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı “xxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2266/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddianın təmin edilməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan, icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmə tədbiri görülməsi barədə ərizə təqdim etmiş iddiaçı bu tədbir görülmədiyi halda qətnamənin icrasının hansı səbəbdən mümkün olmayacağını və ya çətinləşəcəyini əsaslandırmağa borcludur. İddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olmalıdır, iddia tələbinə qeyri-mütənasib olan hər hansı iddianı təmin etmə tədbiri görülməsi qanunsuzdur. Bu hüquqi mövqe “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında da öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının təqdim etdiyi ərizədə iş üzrə iddianı təmin etmə tədbirinin görülməsinin hansı zərurətdən irəli gəldiyi əsaslandırılmadığından ərizə təmin oluna bilməz. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddianı təmin etmə tədbiri olaraq cavabdehin əmlakları üzərinə hansı ardıcıllıqla həbs qoyulmalı olduğu MPM-nin 158.3-cü maddəsində nəzərdə tutulmuşdur. Hazırkı halda iddiaçının üzərinə həbs qoyulmasını tələb etdiyi yük markalı nəqliyyat vasitələri bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan əsas vəsaitlərə aid olduğundan nəzərə alınmalıdır ki, həmin əmlaklar üzərinə həbs qoyulması yalnız həmin maddədə nəzərdə tutulmuş birinci və ikinci növbə əmlaklar olmadığı halda mümkündür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-2266/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı “xxxxxxxxxxxx” MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-2266/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-600/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-600/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver