Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-601/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1378/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.04.2021-ci il tarixli qərardadından iddiaçı "İddiaçı" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı" MMC Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30/2020 saylı 01.05.2020-ci il tarixli müqavilə üzrə icarə obyekti üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi, icarə obyektində olan mülkiyyətlərində olan hazır məhsullar və xammalın cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçının sərəncamına verilməsi, "İddiaçı" MMC-nin hüquqi ünvanında icarəçi kimi fəaliyyətinə Cavabdeh1 MMC tərəfindən qoyulan məhdudiyyətin nəticəsi olaraq bu günə ******* manat miqdarında maddi zərərin və ******* manat əldən çıxmış faydanın, işgüzar nüfuza vurulmuş zərərə görə ******* manat həcmində pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi və 30 manat dövlət rüsumunun, bundan əlavə məhkəməyə müraciət edilməsi ilə bağlı olan çəkilən xərclər, vəkillə bağlanan müqavilə üzrə 20000 manatın alınıb "İddiaçı" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "İddiaçı" MMC-nin müqavilə üzrə istifadəsində olan və əmlakının olduğu əraziyə onların, rəhbərliyin, təsisçilərin, iştirak payı olanın, müəssisədə çalışan bütün işçilərin əraziyə, anbar, əkin sahəsinə, istehsal sahəsinə giriş-çıxışına, istehsal prosesinin bərpasına, məhsulların çıxışına, daşınmasına Cavabdeh1 MMC tərəfindən məhkəmə qərarı olmadan qoyulan məhdudiyyətin qadağan edilməsi, əraziyə daxil olmağa şərait yaradılmasının Cavabdeh1 MMC-yə həvalə edilməsi, həmçinin onların mülkiyyətində olan əmlaklardan (kartof, xammal, qablaşdırma və s) istifadə edilməsinin cavabdehə qadağan edilməsi, bu məhsullardan istifadə edilməsi, istehsal prosesində istifadəsi və satışının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12.02.2021-ci il tarixli, e-2-2(113)-1378/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, 01 may 2020-ci il tarixli 30/2020 nömrəli icarə müqaviləsinə əsasən Qəbələ rayonu, Nic və Nohurqışlaq kəndlərində yerləşən "Cavabdeh1" MMC-yə məxsus ümumi sahəsi 201,33 ha olan Qaş torpaqlarından İddiaçı MMC-nin sahiblik və istifadəsinə maneələrin törədilməsinin cavabdeh "Cavabdeh1" MMCyə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh1 MMC qərardaddan şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-408/2021 saylı, 29.03.2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 MMC-nin şikayətinin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1378/21 saylı 12.02.2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddiaçı «xxxx» MMC-nin iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Daha sonra iddiaçı "İddiaçı" MMC iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, 30/2020 saylı 01.05.2020-ci il tarixli müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklərinin icra edilməsi (2.2 bəndində göstərilənlər; “İcarəyə verən” tərəfindən maneələr və müdaxilələr olmadan, “İcarəçi”nin əmlakdan sərbəst və müqavilənin şərtləri əsasında müdaxiləsiz istifadəsini təmin etmək) "İddiaçı" MMC-nin hüquqi ünvanında icarəçi kimi fəaliyyətinə Cavabdeh1 MMC tərəfindən qoyulan məhdudiyyətin nəticəsi olaraq bu günə ******* manat miqdarında maddi zərərin və ******* manat əldən çıxmış faydanın, işgüzar nüfuza vurulmuş zərərə görə ******* manat həcmində pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi və 30 manat dövlət rüsumunun, bundan əlavə məhkəməyə müraciət edilməsi ilə bağlı olan çəkilən xərclər, vəkillə bağlanan müqavilə üzrə 20000 manatın alınıb "İddiaçı" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı "İddiaçı" MMC yenidən ərizə təqdim edərək iddia təmin tədbiri qismində torpağın (Qəbələ rayonu, Nic və Nohurqışlaq kəndinin Qaş torpaqları 201,33 ha sahə) özgəninkiləşdirilməsinə, girov qoyulmasına, başqa şəxslərin istifadəsinə və sahibliyinə verilməsinə qadağa qoyulması, torpağın (Qəbələ rayonu, Nic və Nohurqışlaq kəndinin Qaş torpaqları 201,33 ha sahə) vahid istehsal zəncirinin elementi kimi Ortaq şirkətin idarəetməsində saxlanmasına qarşı hər hansı növ maneələrin (işçilərin, təsisçilərin giriş-çıxışına məhdudiyyətlər, elektrik, qaz, su təchizatının dayandırılması və bununla məhdudlaşmayan hər hansı maneələr və tədbirlər) Cavabdeh1 MMC-yə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.04.2021-ci il tarixli e-2-2(113)-1378/2021 saylı qərardadı ilə ərizə rədd edilmişdir. İddiaçı "İddiaçı" MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 28.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2 isə şikayətə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işdə iddianın təmini tədbirinin seçilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, işə mahiyyəti üzrə baxılan vaxt mübahisəli torpaq sahəsinin özgəninkiləşdirildiyi və ya başqa şəxslərin istifadəsinə və sahibliyinə verildiyi halda əlavə cavabdehlər cəlb olunmaqla qətnamənin icrasında yarana biləcək çətinliklər aradan qaldırıla bilər. Torpağın vahid istehsal zəncirinin elementi kimi Ortaq şirkətin idarəetməsində saxlanmasına qarşı hər hansı növ maneələrin (işçilərin, təsisçilərin giriş-çıxışına məhdudiyyətlər, elektrik, qaz, su təchizatının dayandırılması və bununla məhdudlaşmayan hər hansı maneələr və tədbirlər) cavabdehə qadağan edilməsi məsələsinə isə hazırki iş üzrə verilmiş birinci iddianın təmini tədbiri barədə ərizəyə baxılan vaxt qiymət verilmişdir. Göründüyü kimi iddia tələblərinin təmin ediləcəyi təqdirdə qətnamənin icrasının qeyrimümkün olması və ya icrada hər hansı çətinliyin yarana biləcəyi və bu halların iddianın təmin etmə tədbiri barədə ərizədə göstərilən tədbirlər nəticəsində aradan qaldırılacağı qənaətinə gəlmək üçün əsaslar yoxdur. Bu baxımdan kollegiya hesab edir ki, ərizə təmin edilə bilməz. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "İddiaçı" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1378/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-601/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-601/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver