Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-602/2022 26.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qızı katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdehlərin nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh4, Cavabdeh5, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə qarşı icarə müqaviləsi üzrə mübahisələr tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, e-2-2(113)-133/2021 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), аçıq məhkəmə iclаsındа bахаrаq m ü ə y y ə n е t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) cavabdehlər Cavabdeh2 (Cavabdeh2 MMC) və Cavabdeh1nə (Cavabdeh1 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli icarə müqaviləsinə əsasən yaranmış 2079185,95 AZN məbləğində borc pulun Cavabdeh2 MMC-dən alınıb "xxxx" MMC-nin xeyrinə ödənilməsi, bundan əlavə "xxxx" MMCyə məxsus olmuş 34 ədəd “Volvo” markalı ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JG ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JF ***. ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin Cavabdeh1 MMC-nin adına rəsmiləşdirilməsinə dair sənədlər və qeydiyyatı ləğv edilməklə, həmin nəqliyyat vasitələrinin "xxxx" MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" LTD MMC ilə Cavabdeh2 MMC arasında xx.xx.2015-ci il tarixdə 10 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən ("xxxx" MMC) müqavilənin əlavələrində qeyd olunmuş icarə obyektini (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) bu müqavilə şərtləri çərçivəsində istifadə üçün icarəçiyə (Cavabdeh2 MMC) verməyi, icarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq, “AZ Transport-A" MMC-nin ehtiyat hissələri satışına, texniki servis, dynafleet və icarə xidmətlərinə görə “Aztexnika LTD" MMC-yə əsas məbləği 1762021,99 AZN olmaqla, ƏDV daxil 2079185,95 AZN məbləğində borcu yaranmışdır. Qeyd edilmiş mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb olunmuş, bundan əlavə borcun ödənilməsi, eləcə də icarə müqaviləsinə əsasən cavabdehin istifadəsində olan 52 ədəd “Volvo” markalı nəqliyyat vasitəsinin "xxxx" MMC-yə qaytarılması barədə xx.xx.2020-ci il tarixdə müvafiq pretenziya məktubu göndərilmişdir. Cavabdeh pretenziya məktubunu 16 mart 2020-cı ildə qəbul etməsinə baxmayaraq, hər hansı bir tədbir görməmiş və "xxxx" MMC-yə olan icarə borcu ödənilməmiş və nəqliyyat vasitələri geri qaytarılmamışdır. Bu səbəbən "xxxx" MMC xx.xx.2020-ci il tarixli məktubla Cavabdeh2 MMC-yə yenidən məktubla müraciət edərək, tərəflər arasında bağlanmış 18 fevral 2015-ci il tarixli icarə müqaviləsinin 7.2-ci bəndinə əsasən məktub təqdim edildiyi tarixdən 10 gün sonra müqaviləyə birtərəfli xitam veriləcəyini bildirmişdir. Müqavilənin ləğv edilməsinə baxmayaraq, Cavabdeh2 MMC onun istifadəsinə verilmiş 34 ədəd «Volvo» markalı ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JG ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JF ***. ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini "xxxx" MMC-yə geri qaytarmamışdır. Bu səbəbdən "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Baş X13 İdarəsinə müvafiq məktub göndərilərək qeyd edilən 34 ədəd “Volvo” markalı nəqliyyat vasitəsinin saxlanılaraq "xxxx" MMC-yə təhvil verilməsi xahiş edilmişdir. Lakin BDYPİ tərəfindən göndərilən cavab məktubunda "xxxx" MMC-yə məxsus olmuş qeyd edilən 34 ədəd “Volvo” markalı nəqliyyat vasitəsinin "xxxx" MMC-nin adından qeydiyyatdan çıxarılaraq Bakı şəhərində yerləşən Cavabdeh1 MMC-nin adına rəsmiləşdirildiyi bildirilmişdir. "xxxx" MMC hər hansı bir vaxt göstərilən avtonəqliyyat vasitələrinin Cavabdeh1 MMC-nin mülkiyyətinə keçməsi və BDYPİ-nin Qeydiyyat şöbəsində qeydiyyata alınması üçün hər hansı bir sənəd verməmiş və belə sənədləşməyə əsas ola biləcək əqd bağlamamaşdır. Lakin göstərildiyi kimi, belə sənədləşməyə əsas ola biləcək əqd bağlamadığından BDYPİ tərəfindən aparılmış qeydiyyat əməliyyatları qanuni hesab oluna bilməz. Daha sonra iddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası DİN BDYPİ, Cavabdeh4 və Mənuçehr X6 qarşı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, icarə müqavilələrinə əsasən yaranmış 2079185,95 AZN məbləğində borc pulun cavabdeh “Az Transport-A’’ MMC-dən alınıb "xxxx" MMC-nin xeyrinə ödənilməsi, "xxxx" MMC-yə məxsus olmuş 35 ədəd «Volvo» markalı ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JG ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin "xxxx" MMC-yə satılmasına dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeyd edilən 35 ədəd avtomobilə dair verilmiş texniki şəhadətnamələrin ləğv edilməsi, həmin qeyd edilən 35 ədəd avtomobilin "xxxx" MMC-nin mülkiyyətində olması barədə verilmiş texniki şəhadətnamələrin bərpa edilməsi və avtomobillərin mülkiyyətçi "xxxx" MMC-yə qaytarılması, 2020-ci ilin aprel ayından halhazıradək keçən 8 aylıq müddətdə mülkiyyətçi "xxxx" MMC-nin 35 ədəd yük avtomobilindən məhrum olması və nəticədə bu müddət ərzində icarə haqlarından əldə edəcəyi faydanın əldən çıxması nəticəsində ona dəymiş ******* manat məbləğində ziyanın cavabdeh Mənuçehr X2 alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə və cavabdeh Mənuçehr X4 əməlində cinayətin əlamətləri aşkar edildiyinə görə bu barədə prokurora məlumat verilməsi üçün xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizənin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli icarə müqaviləsinə əsasən aylıq 500 manat icarə haqqı müqabilində verilmiş 52 ədəd avtomobilə görə 60 ay müddətində yaranmış icarə haqqının, yəni 500x52x60=1560000 (bir milyon beş yüz altmış min) manat icarə haqı və 280800 (iki yüz səksən min səkkiz yüz) manat ƏDV olmaqla, ümumilikdə ******* (bir milyon səkkiz yüz qirx min səkkiz yüz) manat pul vəsaitinin Cavabdeh2 MMC-dən alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, "xxxx" MMC-yə məxsus olmuş 35 ədəd “Volvo” markalı ** JA *** ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JG ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin Cavabdeh1 MMC-yə satılmasına dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeyd edilən 35 ədəd avtomobilə dair verilmiş texniki şəhadətnamələrin ləğv edilməsi, həmin qeyd edilən 35 ədəd avtomobilin "xxxx" MMC-nin mülkiyyətində olması barədə verilmiş texniki şəhadətnamələrin bərpa edilməsi və həmin yük avtomobillərinin mülkiyyətçi "xxxx" MMCyə qaytarılması, 2020-ci ilin aprel ayından noyabr ayınadək keçən 8 aylıq müddətdə mülkiyyətçi "xxxx" MMC-nin 35 ədəd yük avtomobilindən məhrum olması və nəticədə bu müddət ərzində icarə haqlarından əldə edəcəyi faydanın əldən çıxması nəticəsində ona dəymiş 5000x35x8=1400000 manat məbləğində ziyanın müştərək qaydada cavabdehlər Mənuçehr X10 və Cavabdeh4 alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə və cavabdehlər Mənuçehr X10 və Cavabdeh4 əməlində cinayətin əlamətləri aşkar edildiyinə görə bu barədə prokurora məlumat verilməsi üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, e-2-2(113)-133/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2ndən ******* (bir milyon beş yüz altmış min) manat icarə haqqı və 280800 (iki yüz səksən min səkkiz yüz) manat ƏDV olmaqla, ümumilikdə ******* (bir milyon səkkiz yüz qirx min səkkiz yüz) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmuş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olmuş 35 ədəd «Volvo» markalı ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JG ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin Cavabdeh1nə satılmasına dair alqısatqı müqavilələri etibarsız hesab edilmiş, Həmin müqavilələr əsasında həmin nəqliyyat vasitələrinə verilmiş texniki şəhadətnamələr ləğv edilmiş, 35 ədəd ədəd avtomobilin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olması barədə verilmiş texniki şəhadətnamələr bərpa edilmiş, Nəqliyyat vasitələrinin mülkiyyətçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması nəzərə alınmış, cavabdeh Mənuçehr X2 vurulmuş ziyana görə 70000 (yetmiş min) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmuş, iddia qalan hissədə təmin olunmamışdır. İddiaçı "xxxx" LTD MMC və cavabdehlər Cavabdeh2 MMC ilə "xxxx" MMC ayrıayrılıqda həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Cavabdehlərin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icarə müqavilələri real müqavilə münasibətini əks etdirmir. Tərəflər arasında icarə müqavilələri bağlansa da, faktiki olaraq tərəflər arasında icarə münasibətləri mövcud olmamışdır. Həmçinin nəqliyyat vasitələrinin təhvil-təslim aktları da mövcud deyildir. Bundan başqa iddiaçı tərəf icarə müqavilələri üzrə icarə haqqının tutulma tarixini icarə müqavilələri bağlandığı tarixdən, yəni xx.xx.2015-ci il tarixdən müqaviləyə birtərəfli xitam verildiyi tarixə (2020-ci ilin aprel ayı) qədər hesablamışdır. Əlavə olaraq iddiaçı icarə müqavilələri üzrə ödənilməli olan məbləği elektron qaimə formasında "xxxx" MMC-yə göndərməli olduğu halda bunu etməmişdir. Mövcud təcrübədə isə pul məbləğləri bir şirkətdən digər şirkətin hesabına elektron qaimə vasitəsilə köçürülür. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-872/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" LTD MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 133/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, yəni Cavabdeh2 MMC-dən cəmi 1.840.800 manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmiş, qətnamənin digər mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-143/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsi ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 28 sentyabr tarixli, 2-2(103)-872/2020 saylı qətnaməsi qismən cavabdehdən 1.840.800 manat məbləğində icarə haqqının tutulması barədə - iddiaçının iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Qətnamənin qalan mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə qərarında tərəflər arasında olan icarə münasibətlərinin yenidən araşdırılmasını tövsiyə edərək qeyd etmişdir ki, ““Baxılan işin müəyyən edilmiş hallarına görə icarə müqavilələrini icarəyə verən (iddiaçının) adından Cavabdeh5, icarəçi (cavabdehin) adından isə P.Cavabdeh5 imzalamış, onlar ata və oğuldur. Belə olan halda, müvafiq təhvil-təslim aktı tərtib edilmədən də müvafiq nəqliyyat vasitələrinin cavabdehin icarəsinə verilməsi, dövrü olaraq icarə haqqının tələb edilməməsi istisna olunmur. Bu baxımdan tərəflərin dəlillərinə qiymət verilərkən məhkəmə, tərəflərin icarə münasibətləri sahəsindəki formalaşmış işgüzar adətlərini, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, tərəflərin sonrakı hərəkətlərini nəzərə almalıdır. İşgüzar adətlərin nəzərə alınması, müqavilə şərtlərinin təfsir edilərək qiymətləndirilməsi MM-in 10.1 və 404.2-ci maddələrinin tələblərindən irəli gəlir (bax yuxarıda §56 ). Lakin baxılan iş üzrə məhkəmə tərəfindən müqavilənin təfsiri zamanı MM-nin 404-cü maddəsinə göstərilən halların nəzərə alınması və qiymətləndirilməsi müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası MMnin 404-cü maddəsinin pozulmasına dair kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Digər tərəfdən MM-nin 433.1 və 433.2-ci maddələrinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Öhdəliyin icrasını tənzimləyən, qeyd olunan ümumi normaların hazırki mübahisəyə tətbiqi belə qənaətə gəlməyə əsas verir ki, hətta nəqliyyat vasitələrinin təhvil-təslim aktı tərtib edilməsə belə, əgər həmin nəqliyyat vasitəsindən cavabdeh real olaraq istifadə etmişsə, icarə obyektinin təhvil verilməsi öhdəliyi icarəyə verən ixtiyarlı şəxsə (kreditora, bu hal üçün icarəçiyə) icra edilmiş sayılır. Bu mənada, məhkəmənin araşdırmalı olduğu məsələ təhvil-təslim aktının formal olaraq tərtib edilməməsindən daha çox, real olaraq cavabdehin həmin nəqliyyat vasitəsindən istifadə edib-etməməsidir. Bununla bağlı Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, iddiaçının zərərçəkən şəxs qismində tanındığı cinayət işi üzrə istintaq dövründə iddiaçıya məxsus 71 ədəd nəqliyyat vasitəsi, qoşqu vasitələri və ağır texnika 2020-ci il 05 avqust tarixli təhvil-təslim aktına əsasən, iddiaçının nümayəndəsinə təhvil verilmişdir. Belə olan halda, həmin texnikaların hansı hüquqi əsasla və icarə müqaviləsinin bağlandığı 2015-ci il 18 fevral tarixindən deyil, başqa vaxtdan cavabdehin istifadəsində olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd olunan akt əsasında iddiaçıya təhvil verilmiş nəqliyyat vasitələrinin həm də sözügedən icarə müqavilələrinin predmeti olmasını nəzərə alaraq, həmin aktla bağlı apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsini (bax yuxarıda §40) MPM-nin 88 və 217-ci maddəsinin tələblərinə uyğun hesab etmir. İşin materiallarından göründüyü kimi, icarə müqavilələrinin Abşeron rayonu 1 saylı Notariat Kontorunın notariusu X5 tərəfindən təsdiq edilmişdir (İV cild i.v. 77). Göründüyü kimi, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin tələblərinə əməl edilib-edilməməsinin aydınlaşdırılması, icarə haqqının tutulmalı olduğu dövrün dəqiqləşdiilməsi baxımından əhəmiyyətlidir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, sadalanan maddi normalarını tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir” Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehlərin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni cavabdeh "xxxx" MMC-dən ümumilikdə ******* (bir milyon səkkiz yüz qırx min səkkiz yüz) manat pul vəsaitinin tutulması hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-143/2022 saylı,xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 28 sentyabr tarixli, 2-2(103)-872/2020 saylı qətnaməsi qismən cavabdehdən 1.840.800 manat məbləğində icarə haqqının tutulması barədə - iddiaçının iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edildiyindən və qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanıldığından, hazırkı apellyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 1.840.800 manat məbləğində icarə haqqının tutulması hissəsində yoxlanılır. İş materiallarında olan: - İcarədar qismində “Aztexnika LTD" MMC ilə icarəçi qismində Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli icarə müqavilələrinə əsasən icarədar 52 ədəd nəqliyyat vasitəsini aylıq icarə haqqı 500 manat olmaqla 10 il müddətinə icarəçiyə icarəyə vermişdir. - “Aztexnika LTD" MMC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, icarəyə verilmiş nəqliyyat vasitələrinin icarə haqqı üzrə Cavabdeh2 MMC-nin “Aztexnika LTD" MMC-yə ******* manat icarə haqqı və 280800 manat ƏDV olmaqla borcu yaranmışdır. - xx.xx.2019-cu il tarixli 082173 nömrəli elektron qaimədən görünür ki, “Aztexnika LTD" MMC ilə Az Transport-A” MMC arasında bağlanmış müqavilələrə əsasən ümumi dövriyyə 12770,68 manat təşkil etmişdir. - xx.xx.2019-cu il tarixli 400144 nömrəli elektron qaimədən görünür ki, “Aztexnika LTD" MMC ilə Az Transport-A” MMC arasında bağlanmış müqavilələrə əsasən ümumi dövriyyə 8127,62 manat təşkil etmişdir. - xx.xx.2020-ci il tarixli 072021 nömrəli elektron qaimədən görünür ki, “Aztexnika LTD" MMC ilə Az Transport-A” MMC arasında bağlanmış müqavilələrə əsasən ümumi dövriyyə 35400 manat təşkil etmişdir. - “Aztexnika LTD" MMC-nin arayışında qeyd edilmişdir ki, bazar araşdırmasına əsasən 2015-2020-ci il tarixləri arasında “Volvo” markalı yəhərli dartıcıların aylıq ortalama icarə qiyməti 5000 manat ekvivalenti civarındadır. - “Aztexnika LTD" MMC tərəfindən Cavabdeh2 MMC-yə məktub ünvanlanaraq icarəyə verilmiş 52 ədəd nəqliyyat vasitəsi üzrə müqavilə bağlanan tarixdən heç bir ödəniş edilmədiyini bildirərək, nəqliyyat vasitələrinin təhvil verilməsini xahiş etmişdir. - “Aztexnika LTD" MMC tərəfindən Cavabdeh2 MMC-yə xx.xx.2020-ci il tarixli, AZT/X/127 nömrəli məktub ünvanlanaraq ,10 gün müddətində icarə müqaviləsinə birtərəfli qaydada xitam veriləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. - “Aztexnika LTD" MMC xx.xx.2020-ci il tarixli, AZT/X/132 nömrəli məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə müraciət edərək, icarə müqaviləsinə xitam verildiyini bildirib, qeyd olunan avtonəqliyyat vasitələrinin qeyri-qanuni istifadəsinin aşkarlandığı zaman saxlanılaraq “Aztexnika LTD" MMC-nin mülkiyyətinə qaytarılmasını xahiş etmişdir. - Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 5(003)-190/2020 nömrəli qərarına əsasən mübahisə predmeti olan nəqliyyat vasitələrinin “Aztexnika LTD" MMC-yə qaytarılmasından ötrü saxlanılaraq Xəzər RPİ-nin müvəqqəti avtomobil duracağına yerləşdirilməsi qərara alınmışdır. - Xəzər RPİ-nin İstintaq şöbəsinin xx.xx.2021-ci il tarixli “Cinayət işinin icraatına xitam verilməsi barədə” qərarına əsasən Mənuçehr X4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir. Həmin qərarda göstərilmişdir ki, Mənuçehr X10 tərəfindən xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı ilə 71 ədəd nəqliyyat vasitələri, qoşqu vasitələri və ağır texnikalar “Aztexnika LTD" MMC-nin nümayəndəsi qismində iştirak edən Nümayəndə1 təhvil verilmiş, ona görə də cinayət işinin icraatına xitam verilmişdir. - Cavabdeh2 MMC-nin xx.xx.2014-cü il tarixli, 02 nömrəli əmrinə əsasən X1 Cavabdeh2 MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. - Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixdə “Aztexnika LTD" MMC-nin qanuni təmsilçisi Nümayəndə1 olmuşdur. Çıxarışda əvvəlki qanuni təmsilçi bölməsində Cavabdeh5 qeyd olunmuşdur. - “Aztexnika LTD" MMC-nin xx.xx.2018-ci il tarixli, AZT-001/05 nömrəli əmrinə əsasən “Aztexnika LTD" MMC-nin cari möhürünün xx.xx.2018-ci il tarixdən istifadəsi dayandırılmış və həmin tarixdən yeni möhürün hazırlanması üçün aidiyyəti quruma müraciət olunmuşdur. - Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Mənuçehr X8r və həmin hüquqi şəxs xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarından göründüyü kimi işə baxan məhkəmə iddia tələbini icarə haqqqının tutulması hissəsində təmin edərkən ona istinad etmişdir ki, icarə müqavilələri bağlandıqdan sonra nəqliyyat vasitələrinin icarəçiyə verilməsini təsdiq edən təhvil-təslim aktları tərtib olunmasa da (cavabdehin nümayəndəsi də etirazının əsaslarından biri kimi həmin hala istinad etmişdir), işdə olan sübutlarla müəyyən olunmuşdur ki, nəqliyyat vasitələri xx.xx.2020-ci il tarixdə Cavabdeh2 MMC-dən alınaraq “Aztexnika LTD" MMC-nin nümayəndəsi qismində iştirak edən Nümayəndə1 təhvil verilmişdir. Bu hal icarə müqavilələri bağlandıqdan sonra icarəyə verilmiş nəqliyyat vasitələrinin “Aztexnika LTD" MMC tərəfindən Az Transport-A” MMC-yə təhvil verilməsini təsdiq edir. Məhkəmə icarə haqqının icarə müqavilələrinin bağlandığı tarixdən hesablanması ilə bağlı iddiaçının dəlillləri ilə razılaşmışdır. Belə ki, cavabdehin nümayəndəsi icarə müqavilələrinin real müqavilələr olmaması (etirazın əsaslarından biri kimi) və avtomobillərin daha sonrakı tarixlərdə iddiaçıya təhvil verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də Cavabdeh2 MMC-nin yuxarıda göstərilən müqavilələrə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, Cavabdeh2 MMC-dən ******* manat icarə haqqı (52x60ayx500manat=1560000) və 280800 manat ƏDV olmaqla, ümumilikdə ******* manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2 -ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı “Aztexnika LTD" MMC ilə Cavabdeh2 MMC-yə arasında bağlanmış xx.xx.2015-ci il tarixli icarə müqavilələrinə əsasən nəqliyyat vasitələri 10 il müddətinə aylıq icarə haqqı 500 manat olmaqla Cavabdeh2 MMC-yə icarəyə verilmişdir. Cavabdeh2 MMC icarə müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən “Aztexnika LTD" MMC Cavabdeh2 MMC-yə məktub ünvanlayaraq, icarəyə verilmiş 52 ədəd nəqliyyat vasitəsi üzrə müqavilə bağlanan tarixdən heç bir ödəniş edilmədiyini bildirib, nəqliyyat vasitələrinin təhvil verilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “Aztexnika LTD" MMC xx.xx.2020-ci il tarixdə Cavabdeh2 MMC-yə məktubla müraciət edərək, 10 gün müddətində icarə müqavilələrinə birtərəfli qaydada xitam veriləcəyi ilə bağlı xəbərdarlıq etmişdir. “Aztexnika LTD" MMC xx.xx.2020-ci il tarixli, AZT/X/132 nömrəli məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə müraciət etmiş və icarə müqavilələrinə xitam verildiyini bildirərək Cavabdeh2 MMC-yə icarəyə verilmiş avtonəqliyyat vasitələrinin qeyriqanuni istifadəsinin aşkarlandığı zaman saxlanılaraq “Aztexnika LTD" MMC-nin mülkiyyətinə qaytarılmasını xahiş etmişdir. Həmin məktuba Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 016-35274-1220 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, qeyd olunan nəqliyyat vasitələri Cavabdeh1 MMC-nin adına rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası mübahisə predmeti olan icarə haqqının tutulması ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə icarə haqqının tutulmalı olduğu dövrün dəqiqləşdiilməsi vacib əhəmiyyət daşıyır. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında olan Xəzər rayon Məhkəməsinin 5(003)-190/2020 saylı, 23 iyul 2020-ci il tarixli qərarına əsasən ********* saylı cinayət işi üzrə Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi,polis kapitanı Müşfiq Qocayevin 21 iyul 2020-ci il tarixli vəsatəti təmin edilmiş və cinayət işi üzrə qeyd edilən avtomobillərin olduqları yerlər müəyyən edilərək, müəyyən istintaq hərəkətləri keçirildikdən sonra mülkiyyətçisi olan "xxxx" MMC-yə qaytarılmasından ötrü saxlanılaraq Xəzər RPİ-nin müvəqqəti avtomobil duracağına yerləşdirilməsi qərara alınmışdır. AR MM-nin 433.1 və 433.2-ci maddələrinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Öhdəliyin icrasını tənzimləyən, qeyd olunan ümumi normaların hazırki mübahisəyə tətbiqi belə qənaətə gəlməyə əsas verir ki, hətta nəqliyyat vasitələrinin təhvil-təslim aktı tərtib edilməsə belə, əgər həmin nəqliyyat vasitəsindən cavabdeh real olaraq istifadə etmişsə, icarə obyektinin təhvil verilməsi öhdəliyi icarəyə verən ixtiyarlı şəxsə (kreditora, bu hal üçün icarəçiyə) icra edilmiş sayılır. Bu mənada, məhkəmənin araşdırmalı olduğu məsələ təhvil-təslim aktının formal olaraq tərtib edilməməsindən daha çox, real olaraq cavabdehin həmin nəqliyyat vasitəsindən istifadə edib-etməməsidir. Bununla bağlı Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, iddiaçının zərərçəkən şəxs qismində tanındığı cinayət işi üzrə istintaq dövründə iddiaçıya məxsus 71 ədəd nəqliyyat vasitəsi, qoşqu vasitələri və ağır texnika 2020-ci il 05 avqust tarixli təhvil-təslim aktına əsasən, iddiaçının nümayəndəsinə təhvil verilmişdir. Belə olan halda, həmin texnikaların hansı hüquqi əsasla və icarə müqaviləsinin bağlandığı 2015-ci il 18 fevral tarixindən deyil, başqa vaxtdan cavabdehin istifadəsində olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd olunan akt əsasında iddiaçıya təhvil verilmiş nəqliyyat vasitələrinin həm də sözügedən icarə müqavilələrinin predmeti olmasını nəzərə alaraq qeyd edir ki, iddiaçının zərərçəkən şəxs qismində tanındığı cinayət işi üzrə istintaq dövründə iddiaçıya məxsus 71 ədəd nəqliyyat vasitəsi, qoşqu vasitələri və ağır texnika 2020-ci il 05 avqust tarixli təhvil-təslim aktına əsasən iddiaçının nümayəndəsinə təhvil verilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi haqlı olaraq icarə haqqının icarə müqavilələrinin bağlandığı tarixdən hesablanması ilə bağlı iddiaçının dəlilllərinə əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 MMC-dən ******* manat icarə haqqı (52x60ayx500manat=1560000) və 280800 manat ƏDV olmaqla, ümumilikdə ******* manat məbləğində pul iddiaçının xeyrinə tutulmasına dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, e- 2-2(113)-133/2021 nömrəli qətnaməsi mübahisələndirən icarə haqqının tutulması hissəsində qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə, məhkəmə kоllеgiyаsı şərh оlunаnlаrı nəzərə аlаrаq, Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 404-1-ci mаddələrini rəhbər tutub q ə t е t d i: Cavabdeh2 verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, e-2-2(113)- 133/2021 nömrəli qətnaməsi qismən, cavabdeh "xxxx" MMC-dən ümumilikdə ******* (bir milyon səkkiz yüz qırx min səkkiz yüz) manat pul vəsaitinin tutulması hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-602/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-602/2022
26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver