Məhkəmə qərarları › İş №2-2(103)-602/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-602/2025

18.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-602/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: yükdaşıma xidmətlərinin göstərilməsi müqaviləsi, daşıyıcı, ekspeditor, daşıma zamanı yaranan məsuliyyətin həddi, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, Cavabdeh3 və onun nümayəndəsi (vəkili) Vəkil4 iştirakı ilə İddiaçı Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 10 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) və Cavabdeh3 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı (sifarişçi) ilə Cavabdeh3 (icraçı) arasında 08 yanvar 2024-cü il tarixdə 01 nömrəli “Nəqliyyat xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmış, müqaviləyə görə sifarişçi, nəqliyyat daşıma xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada normal və ya soyuduculu yükdaşıma nəqliyyatları vasitəsi ilə beynəlxalq və ölkə daxili daşıma xidmətləri göstərməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 1.2-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcmi və dəyəri müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair təhvil-təslim aktı və icraçı tərəfindən təqdim edilən elektron qaimə-faktura ilə müəyyənləşdirilir.

3. Müqavilənin 5.1-ci bəndinə görə, icraçı xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır; 5.2-ci bəndinə əsasən, icraçının təqsiri nəticəsində təsadüfən xidmət göstərməsi nəticəsində sifarişçinin əmlakının məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə təhvil verildiyi vaxtadək icraçının üzərinə düşür; 5.3cü bəndinə görə, icraçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır.

4. İcraçı və sifarişçi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il təhvil təslim aktına görə 2431 manat dəyərində, xx.xx.2024-cü il təhvil təslim aktına görə 2057 manat dəyərində, xx.xx.2024-cü il təhvil təslim aktına görə 2337,5 manat dəyərində, xx.xx.2024-cü il təhvil təslim aktına görə 2337,5 manat dəyərində beynəlxalq yük daşınması xidməti icraçı tərəfindən sifarişçiyə təhvil verilmişdir.

5. İcraçı tərəfindən sifarişçiyə xx.xx.2024-cü il tarixli müqavilə əsasında xx.xx.2024-cü il tarixdə 2431 manatlıq, xx.xx.2024-cü il tarixdə 2057 manatlıq, xx.xx.2024-cü il tarixdə 2337,5 manatlıq hesab-fakturalar göndərilmişdir.

6. İcraçı tərəfindən sifarişçiyə beynəlxalq yük daşınması xidmətinə görə (Rusiya-Azərbaycan) 09 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı, 10519433 nömrəli 2431 manat məbləğində, 10 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı, 11993920 nömrəli 2337,5 manat məbləğində, 17 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı, 11077564 nömrəli 2057 manat məbləğində, 17 sentyabr 2024-cü il tarixli MT 2409 seriyalı, 11077728 nömrəli 2057 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

7. İddiaçı tərəfindən “Urussa” markalı günəbaxan yağına görə "xxxx" ASC-yə 11 dekabr 2024-cü il tarixli MT2412 seriyalı 10814730 nömrəli 519,99 manat məbləğində elektron qaimə-faktura təqdim olunmuşdur.

8. İddiaçı tərəfindən “Urussa” markalı günəbaxan yağına və “Karmen” markalı buğda ununa görə "xxxx" MMC-yə 02 dekabr 2024-cü il tarixli MT2412 seriyalı, 10080838 nömrəli 1142,99 manat məbləğində elektron qaimə-faktura təqdim olunmuşdur.

9. İddiaçı tərəfindən “Urussa” markalı günəbaxan yağına, yağ mayasına və “Karmen” markalı buğda ununa görə X3 04 dekabr 2024-cü il tarixli MT2412 seriyalı, 10178113 nömrəli 1369,99 manat məbləğində, 06 dekabr 2024-cü il tarixli MT2412 seriyalı, 10458435 nömrəli 926,69 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

10. 29 oktyabr 2024-cü il tarixli CMR-ə görə, “Urussa” markalı hər biri 5 litr olan 1500 ədəd qutu (ümumi çəkisi 21 705 kq) günəbaxan yağının qiyməti ümumi 1 975 500 rubl təşkil edir, malı daşıyacaq nəqliyyat vasitələrinin dövlət nömrə nişanları ** NY *** və ** YE ***, alıcı İddiaçı, daşıyıcı “Fast and Smart Logistics” LLC-dır.

11. Rusiya Federasiyasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli yük qaiməsində göstərilmişdir ki, hər biri 5 litr olmaqla 4500 ədəd qutuda cəmləşdirilən yükün alıcısı İddiaçı, daşıyıcısı Murad Qasımovdur; bu sənəd Murad Qasımov tərəfindən imzalanmışdır.

12. Rusiya Federasiyasının gömrük orqanı tərəfindən tərtib olunmuş yük gömrük bəyannaməsinə əsasən, ümumi dəyəri 1 975 500 rubl təşkil edən malları alacaq olan şəxs İddiaçıdır.

13. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən 1 975 500 rubl vəsait onun tərəfindən Rusiya Federasiyasının hüquqi şəxsi olan satıcı “Resurs Yuq” şirkətinə ödənilmişdir.

14. ** NY *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Cavabdeh2, ** YE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Cavabdeh4 mülkiyyətindədir.

15. Cavabdeh2 tərəfindən ** NY *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin idarə olunması üçün X5 xx.xx.2034-cü il tarixinədək qüvvədə olan etibarnamə verilmişdir.

16. Səbuhi və Mehri Hüseynov(a)lar ər-arvaddırlar.

17. İddiaçı dəyərini “Resurs Yuq” şirkətinə ödəyərək əldə etdiyi malın həmin şirkətdən təhvil alınması üçün X5 etibarnamə vermişdir.

18. İddiaçı dəyərini “Resurs Yuq” şirkətinə ödəyərək əldə etdiyi 1 975 500 rubl dəyərində, hər biri 5 litr olmaqla 4500 ədəd qutuda cəmləşdirilən (21 705 kq) bitki yağı Azərbaycan Respublikasına daşınması üçün sürücü X4 idarə etdiyi, Cavabdeh2 məxsus ** NY *** dövlət qeydiyyat nişanlı dartıcıya qoşulan Cavabdeh4 aid ** YE *** dövlət qeydiyyat nişanlı yarımqoşquya yüklənmiş, xx.xx.2024-cu il tarixdə Rusiya Federasiyasının ərazisində X4 idarə eldiyi ** NY *** dövlət qeydiyyat nişanlı dartıcıya qoşulan ** YE *** dövlət qeydiyyat nişanlı yarımqoşquda yanğın baş vermiş, nəticədə yanmqoşquda yedəşdirilmiş 4600 ədəd hər biri 5 litr həcmli (21 705 kq) plastik qutu yanaraq məhv olmuşdur.

19. Həmin yanğın hadisəsi ilə bağlı Rusiya Federasiyasının Dağıstan Respublikası üzrə Bİ-nin Yujno-Suxokumsk şəhəri, Noqay və Tarumovski rayonları üzrə 9 saylı Nəzarət və Profilaktik İşlər İdarəsinin müstəntiqinin “Cinayət işinin başlanmasından imtina haqqında” xx.xx.2025-ci il tarixli qərarında göstərilmişdir ki, “...Federal Yanğın Xidmətinin X2 Məhkəmə Ekspertizası Müəssisəsinin gəldiyi nəticəyə görə, ... Dağıstan Respublikası, Koçubey-Minvodı Federal magistral yolu, 32-ci kilometr ünvanında ** NY *** dövlət nişanlı “MAN” yarımqoşqusunda baş vermiş yanğının ən çox ehtimal edilən səbəbi təkərin sürtünmə nəticəsində yanması olub”.

20. İddiaçı İsmayıl qızı ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixdə “Hüquq xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmış, müqavilənin predmeti olaraq İddiaçı Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı Bakı Kommersiya Məhkəməsində irəli sürəcəyi iddia tələbi üzrə hüquqi yardımın göstərilməsi müəyyənləşdirilmiş, xidmət haqqı 1000 manat razılaşdırılmışdır.

21. İddiaçı İsmayıl qızı tərəfindən hüquqi yardım göstərilməsi məqsədilə "xxxx" MMC-nin hesabına xx.xx.2024-cü il tarixdə 1000 manat köçürülmüş, Vəkil2 isə xx.xx.2024-cü il tarixdə 320 manat ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

22. İddiaçı (iddiaçı) Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 (cavabdeh və ya cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 08 yanvar 2024-cü il tarixli 1 nömrəli “Nəqliyyat (daşıma) xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən 60 525 manat məbləğində əsas zərər, 5400 manat məbləğində əldən çıxmış fayda məbləği olmaqla cəmi 65 400 manatın, 286,2 manat dövlət rüsumunun, 1000 manat hüquqi yardıma görə xərcin və 320 manat vəkil xərcinin cavabdehlərdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 08 yanvar 2024-cü il tarixdə Cavabdeh3 ilə arasında 1 nömrəli “Nəqliyyat (daşıma) xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmış, müqaviləyə əsasən nəqliyyat daşıma xidmətlərinin göstərilməsini sifariş verib Cavabdeh3 razılaşdırlmış xidmət haqqı ödəməyi, Cavabdeh3 isə onun müəyyən etdiyi qaydada daşıma xidmətlərini göstərməyi öhdələrinə götürmüşlər. Müqavilə üzrə Cavabdeh3 xidmətlərini həyata keçirmək üçün müxtəlif növ mallar verilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən icraçının təqsiri nəticəsində xidmət göstərilməsi zamanı sifarişçinin əmlakının məhv olması və ya zədələnməsi riski icraçının sifarişçiyə təhvil verdiyi vaxtadək icraçının üzərinə düşür. İcraçı tərəfindən daşınma prosesində mallarından bir hissəsi, xüsusilə yağlar təhvil verilmədən yanğın zamanı məhv olmuşdur. Yanğın baş vermiş yükdaşıma nəqliyyat vasitəsinin mülkiyyəti iki şəxsə məxsusdur. Belə ki, nəqliyyat vasitəsinin dartıcı hissəsininə dair mülkiyyət hüququ Cavabdeh2, yarımqoşqu hissəsinin mülkiyyət hüququ isə Cavabdeh4 məxsusdur. Bu halda, malların məhv olmasına görə Cavabdeh3 yük daşıyan nəqliyyat vasitəsinin sahibləri ilə birlikdə məsuliyyət daşıyır. Müqaviləyə əsasən, Cavabdeh3 tərəfindən ödənilməli olan məhsulların zərərinin məbləği 60 000 (altımış min) manat (ƏDV daxil) müəyyən edilmişdir. Cavabdehlər zərər vurmaqla əldə edəcəyi gəlirlərin də qarşısını almışlar. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin məbləği tərəfindən banka depozitə qoyulsaydı ən azı illik 9 faiz gəliri olardı. Bu yolla hesablama aparılanda cavabdehlərin zərərin əvəzini ödəməməsi onun 5400 (beş min dörd yüz manat) manat faydasının əldən çıxmasına səbəb olmuşdur. Beləliklə, zərərin cəmi miqdarı 65 400 (altımış beş min dörd yüz manat) manat təşkil edir. Müqavilə üzrə 60 0000 (altımış min) manat zərərin ödənilməsi üçün 15 noyabr 2024-cü il tarixində cavabdehlərə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, həmin məbləğin 3 (üç) gün ərzində ödənilməsi xahiş olunmuşdur.

24. Sonradan iddiaçının nümayəndəsi “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr təqdim etmiş, iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədilə 4500 ədəd balon bitki yağınının alınması üçün ödənilmiş 35 600 manatın, malın gətirilməsi üçün çəkilən daşıma xərci, gömrük xərcləri və 18% əlavə dəyər vergisi nəzərə almaqla 9200 manatın, əldən çıxmış fayda olaraq 15 725 manatın və 5400 manatın, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumun əvəzi olaraq 286,2 manatın, hüquqi xidmət göstərilməsi ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 1000 manatın, iddiaçının məhkəmədən vəkillə təmsil olunması üçün çəkilmiş xərcin əvəzi olaraq 320 manatın, cəmi isə 67 531,2 manatın cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Ərizə(lər) belə əsaslandırılmışdır ki, İddiaçı sifarişi ilə ona məxsus malların daşınması xidmətinin göstərilməsi ilə bağlı onunla Cavabdeh3 arasında işgüzar münasibətlər yaranmış, yükdaşıma ilə əlaqədar onların arasında şərtləri razılaşdırılmış müqavilə şifahi formada olmuşdur. Cavabdeh3 yükdaşıma xidmətini göstərmiş, İddiaçı malları təhvil aldıqdan sonra xidmətin razılaşdırılmış dəyərini ona ödəmişdir. Bu fakt Cavabdeh3 özü tərəfindən də məhkəmə iclasında verdiyi izahatda təsdiq olunmuşdur. 2024-cü ilin əvvəlində isə İddiaçı və Cavabdeh3 daşıma xidmətlərinin göstərilməsi ilə bağlı müqavilənin yazılı formada bağlanması barədə razılığa gəlmiş, İddiaçı (sifarişçi) və Cavabdeh3 (icraçı) arasında xx.xx.2024-cü il tarixdə yazılı formada “Nəqliyyat (daşıma) xidmətlərinin göstərilməsi haqqında” 01 №-li müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər razılığa gəlmişlər ki, sifarişçi, nəqliyyat daşıma xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəyir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada normal və ya soyuduculu yükdaşıma nəqliyyatları vasitəsi ilə beynəlxalq və ölkə daxili daşıma xidmətləri göstərir. Müqavilənin 5.1-ci bəndinə görə, icraçı xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır, 5.2-ci bəndinə əsasən, icraçının təqsiri nəticəsində təsadüfən xidmət göstərməsi nəticəsində sifarişçinin əmlakının məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə təhvil verildiyi vaxtadək icraçının üzərinə düşür, 5.3-cü bəndinə görə, icraçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. İddiaçı və Cavabdeh3 arasında xx.xx.2024-cü ıl tarixdə bağlanmış bu müqavilə əsasında iddiaçıya məxsus malların Rusiya Federasiyasından Azərbaycana gətirilməsi barədə iddiaçının verdiyi sifariş cavabeh Cavabdeh3 tərəfindən icra edilmiş, mallar gətirilərək İddiaçı təhvil verilmiş, bununla bağlı tərəflər arasında hər hansı mübahisə yaranmamışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı Rusiya Federasiyasının Stavropol vilayətinin Nevinnomısk şəhərində fəaliyyət göstərən "xxxx" MMC-dən 21 705 kq həcmində, 1 975 500 rubl dəyərində bitki yağı məhsulu əldə etmiş və həmin malın Azərbaycana gətirilməsi barədə Cavabdeh3 sifariş vermişdir. Sifarişi qəbul edən Cavabdeh3 həmin yükdaşımanı həyata keçirmək üçün əvvəllər də tanıdığı Cavabdeh2 müraciət etmişdir, Cavabdeh2 malların daşınması üçün özünə və Cavabdeh4 məxsus nəqliyyat vasitələri (dartıcı və yarımqoşqu) barədə məlumatı Cavabdeh3 ötürmüşdür. Cavabdeh3 özünün seçimi ilə müəyyən etdiyi sürücülərin məlumatlarını İddiaçı göndərmiş, sonuncu həmin sürücülərə etibarnamə vermişdir. İddiaçı və ya onun nümayəndəsi Elmar həmin sürücülərlə bilavasitə görüşməmiş, onlara daşıma ilə bağlı hər hansı göstəriş verməmişlər. Sürücülər malların daşınması barədə bütün göstərişləri Cavabdeh3 almış, onun göstərişlərini yerinə yetirmişlər. Belələliklə, İddiaçı dəyərini “Resurs" MMC-yə ödəyərək əldə etdiyi 1 975 500 rubl dəyərində, hər biri 5 litr olmaqla 4500 ədəd qutuda cəmləşdirilən (21 705 kq) bitki yağı sürücü X4 idarə etdiyi, Cavabdeh2 məxsus ** NY *** dövlət qeydiyyat nişanlı dartıcıya qoşulan, Cavabdeh4 aid ** YE *** dövlət qeydiyyat nişanlı yarımqoşquya yüklənmiş, malın Azərbaycana gətirilməsi üçün nəqliyyat vasitəsi yola çıxmışdır. xx.xx.2024-cu il tarixdə Rusiya Federasiyasının ərazisində X4 idarə eldiyi ** NY *** dövlət qeydiyyat nişanlı dartıcıya qoşulan ** YE *** dövlət qeydiyyat nişanlı yarımqoşquda yanğın baş vermiş, nəticədə yanmqoşquda yerəşdirilmiş 4600 ədəd hər biri 5 litr həcmli (21 705 kq) plastik qutu yanaraq məhv olmuşdur. Baş vermiş yanğın barədə Totiq Nəcəfova məlumat verilmiş, o isə öz növbəsində bu barədə mal sahibi İddiaçı övladı (eyni zamanda nümayəndəsi) Elmar Cəbrini məlumatlandırmış, yanğını əks etdirən videogörüntünü də whatsap vasitəsilə Elmara göndərmişdir. Cavabdeh3, İddiaçı əldə etdiyi malların tam və təhlükəsiz qaydada Rusiya Federasiyasından Azərbaycana gətirilməsi və İddiaçı təhvil verilməsi barədə üzərinə öhdəlik götürmüş, lakin müqavilə üzrə öhdəliklərini pozmuş, öhdəliklərini lazımınca icra etməmiş, İddiaçı ona verdiyi sifarişi yerinə yetirməmiş, İddiaçı məxsus malların sonuncuya təhvil verilməsini təmin etməmişdir. Nəticədə İddiaçı maddi zərərə uğramışdır ki, həmin zərərin məbləği 60 000 manat təşkil edir. İddiaçı məxsus malların daşınmasını təmin edən nəqliyyat vasitələri Cavabdeh2 və Cavabdeh4 məxsus olmuş, məhz Cavabdeh2 və Cavabdeh4 həmin nəqliyyat vasitələrinin malların tam və təhlükəsiz təyinat yerinə çatdırılması üçün istifadəyə yararlılığına görə cavabehlik daşımışlar. Bu baxımdan, İddiaçı dəymiş maddi zərərə görə məsuliyyət Cavabdeh3 ilə yanaşı, həm də Cavabdeh2 və Cavabdeh4 üzərinə qoyulmalıdır. Bunlardan başqa, İddiaçı sahibkarlıq fəaliyyətinin bir qolu da mütamadi olaraq Rusiya Federasiyasından əldə edərək Azərbaycana gətirdiyi bitki yağını restoran, kafe və pitseriyalara topdan və pərakəndə satmaqdan ibarətdir. İddiaçı məhkəməyə təqdim etdiyi elektron qaimələrdən görünür ki, onun tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə 389,99 manat manat dəyərində, xx.xx.2024-cü il tarixdə X3 1369,9991 manat dəyərində, xx.xx.2024-cü il tarixdə X3 77,99 manat dəyərində, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə 51,99 manat dəyərində bitki yağı (günəbaxan yağı) satılmışdır. Qeyd olunan qaimə-fakturalardan da göründüyü kimi, bitki yağının 1 qutusunun (5 litr) satış qiyməti ƏDV daxil 13,5 manat təşkil etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə əldə etdiyi, lakin cavabdehlərin üzərinə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində ona çatdırılmayan bitki yağının həcmi 4500 qutu olmuşdur. İddiaçı hər bir qutunun sonradan realizəsi nəticəsində əldə edəcəyi gəlir 60 000 manat təşkil edir. Göründüyü kimi, cavabdehlərin təqsiri üzündən İddiaçı maddi zərər vururmuşdur, bu zərərin məbləği 60 525 manat təşkil edir. Bundan başqa, İddiaçı cavabdehlərin təqsiri üzündən 5400 manal məbləğində əldə edə biləcəyi faydadan da məhrum olmuşdur, həmin məbləğ də cavabehlər tərəfindən qarşılanmalıdır. Bunlardan başqa, İddiaçı hazırki mübahisə ilə bağlı hüquqi yardım almaq üçün "xxxx" MMC ilə müqavilə bağlamış, MMC-yə 1000 manat, vəkilə isə 320 manat ödəmişdir. Bundan əlavə, İddiaçı iddia ərizəsini məhkəməyə verərkən 286,2 manat dövlət rüsumu ödəmişdir.

26. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı ilə Cavabdeh3 arasında yük daşınması müqaviləsi mövcuddur, həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Belə ki, həmin müqavilə üzrə iddiaçıya məxsus malların ölkəyə idxal edilməsi dəfələrlə Cavabdeh3 sifariş verilmiş, sonuncu özünün tapdığı, iddiaçının tanımadığı daşıyıcılar vasitəsilə malları daşıyaraq iddiaçıya dəfələrlə təhvil vermiş, daşıma haqqı Cavabdeh3 göndərdiyi elektron qaimələr əsasında iddiaçı tərəfindən ona ödənilmişdir. Lakin sonuncu yük daşınması zamanı iddiaçıya məxsus olan malların yanaraq tam məhv olması barədə Cavabdeh3 telefonla iddiaçıya məlumat vermiş, yanğın hadisəsinin videosunu ona “Whatsapp” proqramı vasitəsilə göndərmişdir. Yanğının hansı səbəbdən baş verməsi iddiaçıya məlum deyildir. İddiaçının müqaviləsi Cavabdeh3la olsa da, iddiaçı hesab edir ki, dəymiş zərər müştərək qaydada həm də digər cavabdehlərdən tutulmalıdır, belə ki, yük onların mülkiyyətində olmuş nəqliyyat vasitəsində daşınmışdır.

27. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 iddia tələbinə etiraz edərək izahatlarında bildirmişdir ki, iddiaçı özü ondan yazılı müqavilə bağlamağı xahiş etmiş, müqaviləni oxumadan onu imzalamışdır. Malları daşıyan sürücülər iddiaçı tərəfindən vəsaitin birbaşa onlara köçməsini istəmədikləri üçün o, iddiaçı ilə sürücülər arasında vasitəçi rolunu oynamış, iddiaçıdan sifarişi aldıqdan sonra malları daşıya biləcək olan uyğun maşın və sürücü tapmış, mallar çatdırıldıqdan sonra öz adından iddiaçıya elektron qaimə vermiş, ödənişlər ona ödənildikdən sonra o, həmin vəsaitdən özünə çatası az bir məbləği götürmüş, qalan pulu sürücülərə ödəmişdir. Hesab edir ki, hazırkı iddia tələbi ona qarşı verilə bilməz, iddia sürücü Murad Qasımova, habelə nəqliyyat vasitələrinin mülkiyyətçilərinə qarşı qaldırılmalıdır. Belə ki, nəqliyyat vasitələrinin mülkiyyətçiləri daşıma başlanmazdan əvvəl maşınların sazlığını yoxlamalı idilər. Maşının yük hissəsində olan nöqsan səbəbindən yanğın çıxmış, yük alışaraq tam məhv olmuşdur, hadisəni görmüş sürücülər ona yanğının maşında olan nasazlıq səbəbindən çıxmasını bildirmişlər. Bundan əlavə, həmin ay Rusiya Federasiyasında kənar qüvvənin təsirindən bir neçə maşına zərər dəymişdir.

28. Cavabdeh3 nümayəndəsi (vəkili) də iddia ərizəsinə etiraz edib iddianın rədd olunmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış müqavilə etibarsızdır, cavabdeh həmin müqaviləni formal olaraq imza etmiş, oxumamış, şərtləri ilə tanış olmamış, iddiaçı ilə daşıyıcılar arasında sadəcə vasitəçi rolunu oynamışdır.

29. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi (vəkili) iddianın təmsil etdiyi şəxsə aid hissədə rədd olunmasını xahiş etmiş, bildirmişdir ki, nəqliyyat vasitəsində hər hansı nasazlıq olmamış, sürücü Murad Qasımova etibarnamə verilmiş, yanğın hadisəsi nəticəsində maşının içərisində olan mal yanaraq məhv olsa da, bunda Cavabdeh4 hər hansı təqsiri olmamışdır.

30. Cavabdeh2 nümayəndəsi (vəkili) də iddianın Cavabdeh2 aid hissədə rədd olunmasını xahiş etmiş, bildirmişdir ki, nəqliyyat vasitəsində hər hansı nasazlıq olmamış, sürücü Murad Qasımova etibarnamə verilmiş, yanğın hadisəsi nəticəsində maşının içərisində olan mal yanaraq məhv olsa da, bunda Cavabdeh2 hər hansı təqsiri olmamış, avtomobilin sürücüsü hər hansı məsuliyyətə cəlb edilməmişdir.

31. Birinci instansiya məhkəməsinin 10 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh3 35 600 manatın, 196,80 manat dövlət rüsumunun, 320 manat hüquqi yardıma görə xərcin, ümumilikdə 36 116,80 (otuz altı min bir yüz on altı manat səksən qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

32. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

32.1. Materiallardan görünür ki, Cavabdeh3 qarşı yönəlmiş iddia tələbi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 01 nömrəli yük daşınması müqaviləsindən irəli gəlir. 32.2. İddiaçı özünə məxsus olan dəyəri 35 600 manat təşkil edən malların daşınmasını ekspeditor Cavabdeh3 həvalə etdiyini, sonuncunun özünün tapdığı daşıycı və sürücülər vasitəsilə malların daşınmasını həyata keçirdiyini, lakin sonuncu daşıma zamanı malların Rusiya Federasiya ərazisində daşıma prosesi gedişində yanaraq məhv olması səbəbindən ona zərər dəydiyini iddia edir. 32.3. Cavabdeh3 müqavilənin etibarlılığını mübahisələndirsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir. 32.4. Bundan əlavə, həmin müqavilə üzrə tərəflər arasında daha əvvəl də mütəmadi olaraq yük daşınmalarının həyata keçirildiyi, daşınmaların təhvili ilə bağlı iddiaçı ilə Cavabdeh3 arasında təhvil aktlarının imzalandığı, daşıma haqlarının Cavabdeh3 təqdim etdiyi fakturalar əsasında iddiaçı tərəfindən ödənildiyi, iddiaçının sifarişlərini məhz Cavabdeh3 qəbul etdiyi, malları daşıyacaq nəqliyyat vasitələrinin, habelə sürücülərin Cavabdeh3 tərəfindən daşınmaya cəlb edildiyi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. 32.5. Bu səbəbdən məhkəmə Cavabdeh3 müqavilənin etibarsız hesab edilməli olması barədə arqumentini əsassız hesab edir, yaranmış məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirir. 32.6. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı dəyəri 35600 manat təşkil edən, hər biri 5 litr olan 1500 ədəd qutu (ümumi çəkisi 21705 kq) günəbaxan yağının Rusiya Federasiyasından Azərbaycana daşınmasını ekspeditoru olan Cavabdeh3 sifariş etmiş, sonuncu malların daşınması üçün əlavə daşıyıcıları işə cəlb etmiş, mallar digər cavabdehlərin mülkiyyətində olan nəqliyyat vasitələrinə yüklənmiş, nəqliyyat vasitəsi yolda, hərəkətdə olan zaman nəqliyyat vasitəsində baş vermiş yanğın səbəbindən yük yerində olan həmin mallar yanaraq tam məhv olmuşdur. 32.7. Malların tam məhv olmasını cavabdehlər Cavabdeh2 və Cavabdeh4 nümayəndələri məhkəmə iclasında təsdiq etmiş, habelə Cavabdeh3 tərəfindən iddiaçıya göndərilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş video görüntü ilə müəyyən edilmiş, göstərilən fakt ümumiyyətlə məhkəmə araşdırması zamanı proses işirakçıları tərəfindən mübahisələndirilməmişdir. 32.8. İddiaçının mülkiyyətində olan malların yanaraq məhv olması, bununla ona ümumilikdə malın dəyərini təşkil edən 35600 manat məbləğdə zərər dəyməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddiaçı hazırda həmin zərəri tələb etməklə haqlıdır. 32.9. Göstərilən zərər yalnız Cavabdeh3 tutulmalıdır. Belə ki, iddiaçı ilə müqavilə bağlayaraq onların daşınmasının həyata keçirilməsi Cavabdeh3 həvalə edilmiş, daşımaya nəqliyyat vasitələri sonuncu tərəfindən cəlb edilmişdir. Bu səbəbdən, iddiaçının ekspeditoru olan Cavabdeh3 həmin daşıyıcılar, habelə nəqliyyat vasitələrinin mülkiyyətçilərinin vurduğu zərərə görə iddiaçı qarşısında məsuliyyəti birbaşa özü daşıdığı üçün iddiaçıya dəymiş zərər Cavabdeh3 tutularaq iddiaçıya ödənilməli, iddia digər cavabdehlərə aid hissədə təmin edilməməlidir. 32.10.Məhkəmə iddianı ikinci, 9200 manat daşıma, vergi və gömrük xərclərinin tutulması hissəsində əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə ümumiyyətlə daşıma, vergi və gömrük xərclərinin ödənilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. 32.11. Məhkəmə iddianı qalan, əldən çıxmış faydanın tutulması hissəsində də əsassız hesab edir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehlərin vurduğu zərərlə əlaqədar olaraq ona əldən çıxmış fayda şəklində zərər dəydiyini, malın ona vaxtında çatdırılması halında qazanc əldə edə biləcəyini bildirsə də, göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, həmin qazancın əldə edilməsi ilə bağlı aparılmış hazırlıq işləri ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. 32.12.Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 35600 manat borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. 32.13.Bundan başqa iddia ərizəsində nümayəndəyə çəkilmiş xərcin əvəzi olaraq 1000 manat və 320 manat vəkil xərcinin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən çəkilmiş 320 manat vəkil xərci Cavabdeh3 tutularaq iddiaçıya ödənilməli, qalan xərc iddiaçının özünə aid edilməlidir. Belə ki, hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli EM- 1821VK- 18537/24 nömrəli müqavilədən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 17 saylı Vəkil Bürosuna 320 manat hüquqi xidmət haqqı ödənilmişdir.

33. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 324.1-ci, 337.1-ci, 337.2-ci, 337.3-cü, 337.4-cü, 351.2-ci, 351.3-cü, 354.2-ci, 850.1-ci, 852.1-ci, 859.1-ci, 859.2-ci, 1096-cı, 1099.1-ci maddələrinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarlarına istinad etmişdir.

34. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin edilməməsi ilə bağlı hissədə - ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, işi hərtərəfli, tam və obyektiv araşdırmadığını, maddi hüquq normalarını, xüsusilə Mülki Məcəllənin 850.1-ci, 851-ci, 858.3-cü, 859-cu maddələrini düzgün tətbiq etmədiyini, tətbiq olunmalı normaları tətbiq etməyərək əldən çıxmış fayda tələbi üzrə səhv nəticəyə gəldiyini, hüquqi yardım xərcini hesablayarkən ödənilmiş vəsaiti nəzərə almadığını irəli sürmüşdür.

35. Qətnamədən Cavabdeh3 da apellyasiya şikayəti verərək onun ləğv və iddianın ona münasibətdə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, iddiaçı ilə müqavilənin görünüş üçün bağlandığı, həmin müqavilənin əslində “broker” müqaviləsi olduğu, yanğın hadisəsi zamanı avtomobili idarə etmiş Murad Qasımovun onun işçisi olmaması səbəbilə məsuliyyətinin yaranmadığı, məhkəmənin yanğının səbəbini aydınlaşdırmaq üçün ekspertiza təyin etmədiyi, sübutlara düzgün hüquqi qiymət vermədiyi, obyektiv araşdırma aparmayaraq qanunsuz nəticəyə gəldiyi arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

36. Apellyasiya şikayət(lər)inə qarşı yazılı etiraz(lar) verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

37. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili), həmçinin Cavabdeh3 və onun nümayəndəsi (vəkili) hər biri öz apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, digər cavabdehlərin nümayəndələri (vəkilləri) isə apellyasiya şikayətlərinin əsassız olduğunu bildirmişlər.

38. Cavabdeh3 hakimlərin ona ünvanladığı suallara cavab verərkən həmçinin bildirmişdir ki, Səbuhi və Mehri Hüseynov(a)ları əvvəllər tanımamış, onların vasitəsilə daha əvvəl yük daşıtdırmamış, özünün də daxil olduğu WhatsApp sürücü qrupuna yazaraq Səbuhini həmin qrupdan tapmış və onunla daşıma barədə razılaşmış, sürücü Muradı isə daşımaya Səbuhi özü cəlb etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

40. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir

41. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

42. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

43. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

44. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

45. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

46. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

47. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

48. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

49. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

50. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

51. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

52. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

53. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

54. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

55. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

56. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

57. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

58. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

59. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

60. Maddə 850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.

61. Maddə 851. Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.

62. Maddə 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

63. Maddə 852.2. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir.

64. Maddə 852.3. Ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərənin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir.

65. Maddə 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd.

66. Maddə 852.5. Ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir.

67. Maddə 855.1. Yük göndərən yükün lazımınca qablaşdırılmasını təmin etməlidir. O, qablaşdırmanın zahirən görünməyən qüsurları üçün məsuliyyət daşıyır.

68. Maddə 855.2. Öz növbəsində daşıyıcı yükü daşımaya qeyd-şərtsiz qəbul edərkən mövcud olmuş zahirən görünən qüsurların nəticələri üçün məsuliyyət daşıyır.

69. Maddə 859.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır.

70. Maddə 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.

71. Maddə 859.3. Əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar.

72. Maddə 859.4. Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır.

73. Maddə 859.5. Daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir: 859.5.1. daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa; 859.5.2. əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verdikdə.

74. Maddə 861.1. Daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir.

75. Maddə 861.2. Ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

76. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

78. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

79. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

80. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

81. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

82. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

84. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iddiaçının iddia tələbi üzrə sübuta yetirilməli olan halların dairəsini düzgün müəyyənləşdirməmiş və bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.

85. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

86. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

87. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

88. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün işin faktiki halları və tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır (§ 50, 51).

89. İşin faktiki hallarından, iddiaçının Cavabdeh3la xx.xx.2024-cü il tarixdə “Nəqliyyat (daşıma) xidmətlərinin göstərilməsi haqqında” müqavilə, həmçinin Cavabdeh3la Səbuhi və Mehri Hüseynov(a)lar arasında daşımanın həyata keçirilməsi üçün şifahi müqavilə bağlandığı müəyyən olunur və bu baxımdan ilk növbədə sözügedən müqavilələr üzrə münasibətlərə aydınlıq gətirilməsi zəruridir.

90. İddiaçı məhz xx.xx.2024-cü il tarixli müqaviləyə istinadən Cavabdeh3, ona məxsus malların daşınmasını təmin edən nəqliyyat vasitələri Cavabdeh2 və Cavabdeh4 məxsus olduğu üçün isə həm də onların daşıyıcı qismində öhdəliklər daşıdığını irəli sürmüşdür.

91. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin daşıma (yük daşınması) müqaviləsi ilə bağlı müddəaları (§ 59-73) nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, həmin müqavilə üzrə tərəflərin məsuliyyətinin həddini müəyyənləşdirmək üçün onların hüquqi statuslarına aydınlıq gətirilməlidir.

92. Yük daşınması ilə bağlı xidmətlərin göstərilməsi barədə bağlanan müqavilənin tərəfinin “daşıyıcı” statusunda ola bilməsi üçün, onun haqq müqabilində yükü olduğu yerdən təyinat yerinə daşmağı həyata keçirməyi öhdəsinə götürməsi və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olması şərtdir (§ 61).

93. İşin müəyyən olunan hallarına görə, Cavabdeh3 müvafiq daşınmanı təmin etməyə imkan verən nəqliyyat vasitələrinə malik deyildir və o, xx.xx.2024-cü il tarixli müqavilə üzrə iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmək üçün daşınmanı digər cavabdehlərə həvalə etmişdir.

94. İşin tərəflərin (nümayəndələrinin) izahatları əsasında müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə bir-neçə dəfə yük daşınması həyata keçirilmiş, daşınma ilə bağlı xərclər Cavabdeh3 ödənilmiş və daşımanı bilavasitə həyata keçirən şəxslərə muzd onun tərəfindən verilmiş, sonuncu dəfə daşınan yük Rusiya Federasiyası ərazsində yanıb məhv olduğu üçün tərəflər arasında mübahisə yaranmışdır.

95. Başqa sözlə, Cavabdeh3 həm əvvəllər, həm də hazırkı mübahisəyə səbəb olan daşınma prosesi zamanı daşınmanı üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə öz adından, lakin yük göndərənin hesabına təşkil edən, daşımanın dəyəri və özünün muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd alan şəxs olmuşdur və bu səbəblə o, daşıyıcı deyil, ekspeditor olaraq qəbul oluna bilər (§ 62).

96. Daşıyıcılarla münasibətlərdə yük göndərənin hüquq və vəzifələrinə malik olan və daşıyıcıları öz məsuliyyəti ilə seçən ekspeditor daşınma prosesi ilə bağlı yaranan zərərə görə o halda cavabdehlik daşıyır ki, yük göndərənin göstərişlərindən kənara çıxmış olsun və daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirə bilməsin; əks halda o, daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyacaqdır (§ 63, 64, 66).

97. İşin hallarından müəyyən edilən odur ki, daşınma prosesinin təşkili ilə bağlı yük göndərənin Cavabdeh3 hər hansı göstərişi olmasa da, Cavabdeh3 daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirə bilməmişdir.

98. Belə ki, onun özünün bildirdiyinə görə daşımanı həyata keçirəcək şəxs(lər)i əvvəldən tanımamış, onların vasitəsilə daha əvvəl yük daşıtdırmamış, Səbuhini özünün də daxil olduğu WhatsApp sürücü qrupuna yazaraq həmin qrupdan tapmış və onunla daşıma barədə razılaşmış, tanımadığı sürücü Muradı daşımaya Səbuhi cəlb etmişdir.

99. Göründüyü kimi Cavabdeh3, beynəlxalq yük daşınmasını həyata keçirəcək daşıyıcını müəyyənləşdirərkən heç bir xüsusi araşdırma (həmin şəxslərin əvvəllər beynəlxalq daşıma həyata keçirib-keçirmədikləri, bazarda formalaşan imicləri, sürücünün şəxsi keyfiyyətləri, o cümlədən peşəkarlıq dərəcəsi və s.) aparmamış, beləliklə də, daşınma prosesi ilə bağlı yaranan zərərə görə ekspeditor qismində cavabdehlik daşımasına zəmin yaratmışdır.

100. Başqa sözlə, iddiaçıya dəymiş ziyan, aşağıda şərh olunanlar nəzərə alınmaqla ekspeditor qismində həm də Cavabdeh3 tutulmalıdır.

101. İşin hallarından görünür ki, daşınmanın həyata keçirildiyi nəqliyyat vasitələri ər-arvad olan Cavabdeh2 və Cavabdeh4 məxsus olmuş, Cavabdeh2 tərəfindən nəqliyyat vasitəsinin idarə olunması üçün X5 etibarnamə verilmiş, müvafiq daşıma sənədlərində daşıyıcının məhz Murad Qasımov olduğu göstərilmişdir (§ 12, 15, 16, 17).

102. Yük itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəməlidir, bundan başqa o, çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır (§ 69, 70).

103. Yükün itirilməsinə və ya məhvinə görə daşıyıcının məsuliyyəti o halda istisna olunur ki, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı itirilmə və ya məhv olma riskini proqnozlaşdırıla bilən etsin; itirilməyə və ya məhv olmaya yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi səbəb olsun; itirilmə və ya məhv olma daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar nəticəsində baş versin.

104. İşin hallarından görünən odur ki, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı baxımından yükün məhv olma riski olmamış, hadisəyə yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi səbəbiyyət verməmişdir; belə olan halda, daşıyıcının (iş üzrə digər cavabdehlərin) məsuliyyət daşıyıb-daşımadıqları, yanğının onların “lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar nəticəsində” baş verib-vermədiyinin müəyyənləşdirilməsindən asılıdır.

105. Daşınan malın məhvi ilə nəticələnən yanğının səbəbi barədə tam dəqiq məlumat olmasa da, iddiaçının nümayəndəsinin ehtimalına görə yanğın qoşqunun təkərindəki sürtünmədən, Cavabdeh4 nümayəndəsinin (vəkilinin) bildirməsinə görə isə daşınan yağ və onun qutusu arasındakı sürtünmədən yaranmışdır (bax. iş səh.133- 134).

106. Rusiya Federasiyasında həmin yanğınla bağlı araşdırma aparan müstəntiqin qərarında da “ən çox ehtimal edilən səbəb kimi təkərin sürtünmə nəticəsində yanması” göstərilmişdir.

107. Kollegiya hesab edir ki, əgər yanğın qoşqunun təkərindəki sürtünmədən yaranmışdırsa, bu, daşıyıcının avtomobilinin lazımi keyfiyyətdə olmadığı, yaxud avtomobilə vaxtında qulluq göstərilmədiyi qənaətinə gəlməyə əsas yaradır - belə hal isə “lazımi vicdanlılıq şəraitində qarşısı alınması mümkün olmayan hal” olaraq qiymətləndirilə bilməz.

108. Əgər yanğın daşınan yağ və onun qutusu arasındakı sürtünmədən yaranmışdırsa, bu o deməkdir ki, yük lazımınca qablaşdırılmamışdır – belə olan halda da daşıyıcı, yükü daşımaya qeyd-şərtsiz qəbul edərkən mövcud olmuş həmin çatışmazlığın nəticələri üçün məsuliyyət daşıyır (§ 68) – çünkü şübhəsizdir ki, daşıyıcı lazımi vicdanlılıq göstərsəydi, qablaşdırmanın lazımi qaydada aparılmasını təmin edə bilərdi.

109. Beləliklə, iddiaçıya məxsus yükün məhvinə görə daşıyıcının məsuliyyətini istisna edən hallar mövcud deyildir və digər cavabdehlərə qarşı iddia tələbini rədd etməklə birinci instansiya məhkəməsi işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

110. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, daşınma zamanı məhv olmuş malın dəyəri qismində 1 975 500 rubl (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 tutulub iddiaçıya ödənilməlidir.

111. İddiaçının “malın gətirilməsi üçün çəkilən daşıma xərci, gömrük xərcləri və 18% əlavə dəyər vergisi nəzərə alınmaqla 9200 manatın xeyrinə tutulması” tələbini kollegiya əsassız hesab edir; belə ki, iddiaçı daşıma xərci ödədiyinə dair hər hansı sübut təqdim etməmiş, daşınan yük Azərbaycan Respublikasına gətirilmədiyi (Rusiya ərazisində məhv olduğu) üçün gömrük rüsumları, eləcə də ƏDV ödəməmişdir.

112. İddiaçının “əldən çıxmış fayda olaraq 15 725 manatın və 5400 manatın xeyrinə tutulması” tələbi də əsaslı hesab oluna bilməz.

113. Belə ki, o, “15 725 manatın tutulması” tələbini bitki yağının 1 qutusunun (5 litr) satış qiymətinin ƏDV daxil 13,5 manat təşkil etdiyi, ona çatdırılmayan bitki yağının həcminin 4500 qutu olduğu, buna görə də göstərilən məbləğdə fayda itirdiyi; “5400 manatın tutulması” tələbini isə “əldə edəcəyi gəliri depozit hesabına qoymaq imkanından məhrum edildiyi” arqumentləri ilə əsaslandırmışdır.

114. Kollegiyanın qənaətinə görə, bu tələblər kifayət qədər əsaslandırma aparılmadan və zəruri aydınlıq gətirilmədən, mal iddiaçıya çatdırılmış olsaydı qazanacağı məbləğin əldə olunması üçün apardığı hazırlıq işləri barədə sübutlar təqdim edilmədən irəli sürülmüşdür, eyni zamanda daşıyıcının özünün də müvafiq daşıma zamanı zərərə məruz qaldığı (avtomobilin yanması) və həm daşıyıcının, həm də ekspeditorun heç bir qazanc əldə etmədikləri nəzərə alındığında, təmin olunmamalıdır.

115. Kollegiya Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq qeyd edir ki, iddia ərizəsini verərkən iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi qismində 196,80 manat, hüquqi xidmət göstərilməsi ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 1320 manat Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 alınıb iddiaçıya ödənilməli, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

116. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh3 apellyasiya şikayəti təmin olunmasın. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1160/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10 mart 2025-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbi qismən təmin edilsin. Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 zərərin əvəzi qismində 1 975 500 (bir milyon doqquz yetmiş min beş yüz) rubl (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), dövlət rüsumunun əvəzi qismində 196,80 (yüz doxsan altı manat 80 qəpik) manat, hüquqi xidmət göstərilməsi ilə bağlı çəkilmiş xərcin əvəzi qismində 1320 (min üç yüz iyirmi) manat müştərək qaydada tutulub İddiaçı ödənilsin. İddia tələbləri qalan hissələrdə təmin olunmasın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar