Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-605/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2430/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İKF-dən 4.900.000 manat maddi ziyan, 400 manat mediasiya xərci və 2890 manat dövlət rüsumunun, məhkəmə qətnaməsi qəbul edilib icra olunanadək hər ay üçün əlavə 100.000 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, cavabdeh "xxxx" X2rşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC və "xxxx" MMC-nin hazırkı iş üzrə cavabdeh qismində cəlb edilməklə - "xxxx" MMC-dən almış olduğu maye qazlara görə cəmi 186.292,24 manatın Cavabdeh İKF-nin xeyrinə tutulması, cavabdeh "xxxx" MMC-dən 21 yanvar 2023-cü il tarixdən 01 mart 2023-ci il tarixədək olan dövrdə aldığı 153,3 ton maye oksigenin dəyəri olan 54.268,20 manat gecikdirilmiş borcuna 01 mart 2023-cü il tarixdən başlayaraq qətnamə icra edilən günədək Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun faizlərin Cavabdeh İKF-nin xeyrinə tutulması, cavabdeh "xxxx" MMC 03 sentyabr 2023-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək olan dövrdə aldığı maye oksigenə görə 132.024,04 manat gecikdirilmiş borcuna 03 sentyabr 2023-cü il tarixdən başlayaraq qətnamə icra edilən günədək Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun faizlərin Cavabdeh İKF-nin xeyrinə tutulması, cavabdeh "xxxx" MMC-dən mənfəət olaraq 50.000 manatın “ÇinarServis” İKF-nin xeyrinə tutulması, "xxxx" MMC-dən gecikdirdiyi 346.427,35 manat borcuna 01 oktyabr 2021-ci il tarixdən başlayaraq qətnamə icra edilən günədək Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun faizlərin Cavabdeh İKF-nin xeyrinə tutulması, Sazişin 13-cü bəndində qeyd edilən ərizələrin verilməsinin cavabdehlər İddiaçı MMC, "xxxx" MMC və "xxxx" MMC-nin üzərinə qoyulması, cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən müştərək qaydada 5.000.000 pulun tutulması, məhkəmə xərclərinə görə 8830 manatın və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 5590 manat məbləğində pul vəsaitinin Cavabdeh İKF-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2430/2024 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Cavabdeh X4 həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, MPM-in 155-ci maddəsində nəzərdə tutulmuş normalardan belə nəticəyə gəlmək olar ki, qarşılıqlı iddia cavabdehin ilkin iddiaya qarşı müstəqil maddi hüquqi tələbi və müdafiə vasitəsidir. İlkin və qarşılıqlı iddiaya birlikdə baxılması tərəflər arasındakı mübahisənin daha tez həll edilməsinə imkan verir, öz aralarında əlaqəli olan tələblərə dair ziddiyyətli qərarların çıxarılmasının qarşısını alır. Qeyd olunan maddi hüquq normalarının birgə təfsirindən müəyyən olunur ki, qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə - iddiaçıya qarşı irəli sürülə bilər. Qarşılıqlı iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokurora və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Lakin, cavabdeh qarşılıqlı iddia ərizəsində İddiaçı MMC ilə yanaşı "xxxx" MMC və "xxxx" MMC də cavabdehlər qismində qeyd edilmiş və onlara qarşı da iddia tələbi irəli sürülmüşdür. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi prosessual baxımdan düzgün olaraq qarşılıqlı iddia ərizəsini icraata qəbul etməmişdir. Ona görə də kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır, şikayətin dəlilləri isə formal mülahizələrə əsaslandığı üçün əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2430/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-605/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-605/2024
04.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver