Məhkəmə qərarları › İş №2-2(103)-606/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-606/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-606/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-132/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22 aprel 2024-cü il tarixli qərardadından Cavabdeh8 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, e-2-2(113)-132/2023 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh6 və digərlərinə qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilmsi və s. tələblərə dair iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh6 və Cavabdeh8 müştərək qaydada İddiaçıASC-nin xeyrinə 09 iyul 2018-ci il tarixli, 6-BİZ-3-0-105-18 saylı baş kredit müqaviləsinə bağlanmış 09 iyul 2018-ci il tarixli, 6-BİZ-3-0-105-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə 412034 (dörd yüz on iki min otuz dörd) manat əsas borc, 64890,98 manat (altmış dörd min səkkiz yüz doxsan manat doxsan səkkiz qəpik) faiz, 869,50 manat cərimə borcu olmaqla, cəmi 477794,48 manat kredit borcu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumu və 120 (yüz iyirmi) manat xidmət haqqı, 07 avqust 2018-ci il tarixli, 6-BİZ-4-0-123- 18 saylı baş kredit müqaviləsinə bağlanmış 09 avqust 2018-ci il tarixli, 6-BİZ-4-0-123-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə 258153 manat əsas borc, 41151,55 manat faiz, 543,34 manat cərimə borcu olmaqla, cəmi 299847,89 manat kredit borcu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumu və 120 (yüz iyirmi) manat xidmət haqqı, 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ-5-0-182-18 saylı baş kredit müqaviləsinə bağlanmış 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ-5-0-182-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə 212174 manat əsas borc, 32759,70 manat faiz, 742,63 manat cərimə borcu olmaqla, cəmi 245676,33 manat kredit borcu, 400 (dörd yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 857 manat (səkkiz yüz əlli yeddi manat) və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu və 90 (doxsan) manat xidmət haqqının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın 09 iyul 2018-ci il tarixli, 6- BİZ-3-0-105-18 saylı baş kredit müqaviləsinə bağlanmış 9 iyul 2018-ci il tarixli, 6-BİZ-3-0- 105-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə Cavabdeh8 məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində yerləşən 4 otaqlı, 261.37 kv.m ümumi, 66.2 kv.m yaşayış, 195.17 kv.m yardımçı sahədən ibarət 15K nömrəli fərdi yaşayış evinə, Cavabdeh8 məxsus, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0.11668 ha sahədən ibarət torpaq sahəsinə, Cavabdeh8 məxsus, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə və Cavabdeh8 məxsus, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 0.12 ha sahədən ibarət torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin Cavabdeh8 qaytarılması, tutmanın 07 avqust 2018-ci il tarixli, 6-BİZ-4-0-123-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 09 avqust 2018-ci il tarixli, 6-BİZ-4-0-123-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə Cavabdeh8 məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsində yerləşən 2 otaqlı, 55.5 kv.m ümumi, 36.8 kv.m yaşayış sahədən ibarət 40 nömrəli evin 2 nömrəli mənzilinə, Cavabdeh8 məxsus, ipoteka predmeti olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 4-cü küçə, 12 nömrəli həyətyanı sahə ünvanında yerləşən 0.06 ha sahədən ibarət torpaq sahəsinə, Cavabdeh2 məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən 2 otaqlı, 47.7 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 3 nömrəli mənzilinə və Cavabdeh3 məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 3 otaqlı, 118.9 kv.m ümumi, 61.4 kv.m yaşayış və 57.5 kv.m yardımçı sahədən ibarət 115 nömrəli evin 87 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin müvafiq olaraq Cavabdeh8, Cavabdeh2 və Cavabdeh3 qaytarılması, tutmanın 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ-5- 0-182-18 saylı baş kredit müqaviləsinə bağlanmış 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ-5-0- 182-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə Cavabdeh8 məxsus, ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə, Cavabdeh8 məxsus, ipoteka predmeti olan ünvan 6 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə və Cavabdeh7 məxsus, ipoteka predmeti olan ünvan 7 ünvanında yerləşən 85.7 kv.m ümumi sahədən ibarət 135 nömrəli mənzilinə yönəldilsin, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin müvafiq olaraq Cavabdeh8 və Cavabdeh7 qaytarılması, ipoteka predmeti olan, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində yerləşən 4 otaqlı, 261.37 kv.m ümumi, 66.2 kv.m yaşayış, 195.17 kv.m yardımçı sahədən ibarət 15K nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 360000 manat, ünvan 1 ünvanında yerləşən 0.11668 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiymətinin 96000 manat, ünvan 2 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiymətinin 66000 manat, ünvan 3 ünvanında yerləşən 0.12 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiymətinin 99000 manat, Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsində yerləşən 2 otaqlı, 55.5 kv.m ümumi, 36.8 kv.m yaşayış sahədən ibarət 40 nömrəli evin 2 nömrəli mənzilin ilkin satış qiymətinin 122000 manat, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 4- cü küçə, 12 nömrəli həyətyanı sahə ünvanında yerləşən 0.06 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiymətinin 34000 (otuz dörd min) manat, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən 2 otaqlı, 47.7 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 3 nömrəli mənzilin ilkin satış qiymətinin 64000 (altmış dörd min) manat, Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 3 otaqlı, 118.9 kv.m ümumi, 61.4 kv.m yaşayış və 57.5 kv.m yardımçı sahədən ibarət 115 nömrəli evin 87 nömrəli mənzilin ilkin satış qiymətinin 261000 (iki yüz altmış bir min) manat, ünvan 5 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiymətinin 95000 (doxsan beş min) manat, ünvan 6 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiymətinin 95000 (doxsan beş min) manat və ünvan 7 ünvanında yerləşən 85.7 kv.m ümumi sahədən ibarət 135 nömrəli mənzilin ilkin satış qiymətinin 118000 manat müəyyən edilməsi, ipoteka predmetləri olan, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində yerləşən 4 otaqlı, 261.37 kv.m ümumi, 66.2 kv.m yaşayış, 195.17 kv.m yardımçı sahədən ibarət 15K nömrəli fərdi yaşayış evinə, ünvan 1 ünvanında yerləşən 0.11668 ha sahədən ibarət torpaq sahəsinə, ünvan 2 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə, ünvan 3 ünvanında yerləşən 0.12 ha sahədən ibarət torpaq sahəsinə, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 4-cü küçə, 12 nömrəli həyətyanı sahə ünvanında yerləşən 0.06 ha sahədən ibarət torpaq sahəsinə, ünvan 5 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə, ünvan 6 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh8 həmin əmlaklardan çıxarılması və əmlakların boşaldılaraq təhvil verilməsi, ipoteka predmeti olan, Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsində yerləşən 2 otaqlı, 55.5 kv.m ümumi, 36.8 kv.m yaşayış sahədən ibarət 40 nömrəli evin 2 nömrəli mənzilinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi, ipoteka predmeti olan, ünvan 7 ünvanında yerləşən 85.7 kv.m ümumi sahədən ibarət 135 nömrəli mənzilinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh7 və Cavabdeh5 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq təhvilverilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pulun cavabdehlər Cavabdeh6ndən və Cavabdeh8 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 1100 (min yüz) manat pulun cavabdehlər Cavabdeh6ndən və Cavabdeh8 müştərək qaydada tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh8 həmin qətnamədən 14 noyabr 2023-cü il tarixdə apellyasiya şikayəti vermiş, Bakı Kommersiya Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, e-2-2(113)-132/2023 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh8 tərəfindən şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-307/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2-2(113)-132/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, e-2-2(113)-132/2023 saylı qətnaməsindən Cavabdeh8 tərəfindən yenidən apellyasiya şikayəti verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2-2(113)-132/2023 saylı qərardadı ilə həmin apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh8 həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə istinad edərək qeyd etmişdir ki, Cavabdeh8 prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayəti həmin formaya uyğun tərtib etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən prosessual normaların tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən edilən formaya uyğun tərtib edilmədiyi qənaətinə gəlsə də, bunun nədə ifadə olunmasını, yəni konkret olaraq həmin 2 saylı Əlavədə müəyyən edilən hansı tələblərin pozulduğunu göstərməmişdir. Eyni zamanda, Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayətindən müəyyən edilir ki, həmin şikayət prosessual qanunvericiliyin qeyd olunan tələblərinə uyğun forma və məzmunda tərtib edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin müəyyən etdiyi əsasa görə geri qaytarıla bilməz. Göstərilən halları və Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərini nəzərə alaraq və həmin Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün (apellyasiya şikayətinin qaytarılması üçün digər əsaslar olmadığı halda prosessual müddətin bərpası barədə ərizəyə münasibt bildirilməklə) iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh8 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-132/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22 aprel 2024-cü il tarixli qərardadı ləğv edilsin. Müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Ziya Şirinov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar