Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-607/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı “xxxx” ASC-nin (bundan sonra - iddiaçı) nümayəndəsi X1 qızının, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 (bundan sonra - cavabdehlər) vəkili və nümayəndəsi Vəkil iştirakı ilə iddiaçının cavabdehlərə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair ilk iddia, Cavabdeh3 iddiaçıya qarşı əmlakın girovdan azad edilməsi tələbi barədə qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-147/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlərin apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə 160.878,30 manat əsas, 10.929,80 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla faiz borcu, 40.509,19 manat cərimə borcu olmaqla, cəmi 212.317,29 manat manat borcun tutulması, ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlərin DƏDRX Bakı şəhər ərazi idarəsində qeydiyyata alınmasına dair 41,42 manat dövlət rüsumu və 21,30 manat xidmət haqqının Cavabdeh1 MMC-dən tutulması, tutmanın Cavabdeh3 məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 108,4 kv.m. olan 3 otaqlı 107 nömrəli mənzilə yönəldilməsi və Cavabdeh3 qeyd olunan mənzildən istifadə hüququna xitam verilməsi, tutmanın Cavabdeh2 məxsus ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 148,95 kv.m. olan 4 otaqlı 11 nömrəli mənzilə yönəldilməsi və Cavabdeh2 qeyd olunan mənzildən istifadə hüququna xitam verilməsi, ünvan 1-nin boşaldılması və ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, ünvan 2-in boşaldılması, ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, hər iki ipoteka predmetinin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 da iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, 08.07.2016-cı il tarixli 022/16 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri Nəsimi rayonu Dağıstan küçəsi ev 36, 107 nömrəli mənzilin girovdan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15.02.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən 156.892,30 manat əsas borc, kredit müddəti bitdikdən sonrakı vaxt üçün hesablanmış 10.929,80 manat məbləğdə faiz borcu, 2.000 manat cərimə, tutmanın ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı bildirişlərin reyestrdə qeydə alınması üçün 41,42 manat dövlət rüsumu, 21,30 manat xidmət haqqı və 30,4 manat dövlət rüsumu olmaqla, cəmi 169.915,22 manat məbləğdə pulun iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh3 məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 108,4 kv.m. olan 3 otaqlı 107 saylı mənzilə və Cavabdeh2 məxsus ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 148,95 kv.m. olan 4 otaqlı 11 saylı mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda həmin məbləğin müvafiq olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qaytarılması, Cavabdeh3 məxsus ünvan 1-nin ilkin satış qiymətinin 211.000 manat və Cavabdeh2 məxsus ünvan 2-in ilkin satış qiymətinin 300.000 manat məbləğdə müəyyən edilməsi, göstərilən mənzillər satıldıqda Cavabdeh3 və Cavabdeh2 müvafiq olaraq həmin mənzillərdən istifadə hüquqlarına xitam verilməsi və mənzillərin boşaldılması, Cavabdeh1 MMC-dən tutulmaqla, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 manatın Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, 400 manatın “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmiş, ilk iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdehlər ondan apellyasiya şikayətləri verərək, ləğv edilib, işin faktiki halları əsasında qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətlərinin dəlillərinə görə, qarşılıqlı iddianın təmin olunmaması ilə bağlı məhkəmənin mövqeyi başadüşülən deyildir. Belə ki, məntiqi baxımdan yanaşdıqda, ipoteka predmeti olan daşınmaz əmlakların dəyərinin müəyyən olunması ilə bağlı məhkəmə tərəfindən ekspert rəyinin əldə olunması o deməkdir ki, həmin əmlakların dəyəri kredit borcundan kifayət qədər çoxdursa, daha doğrusu, Cavabdeh2 mülkiyyətində olan ev kredit borcunun ödənilməsinin təmini üsulu kimi kifayət edirsə, onda Cavabdeh3 mülkiyyətində olan evin ipotekada qalması zərurəti aradan qalxmalıdır. Lakin məhkəmə əldə olunan ekspert rəyləri ilə müəyyən etsə də ki, Cavabdeh2 mülkiyyətində olan evin likvid dəyəri 300.000 manatdır (hansı ki, evin bu dəyəri real dəyərindən kifayət qədər aşağıdır) və cavabdehin qalıq kredit borcu 156.892,30 manat manatdır, məhkəmə qarşılıqlı iddia ərizəsini təmin etməli idi. Əks təqdirdə, evlərin dəyərləndirilməsi ilə bağlı məhkəmə tərəfindən mülki işin ekspertizaya göndərilməsi ilə bağlı qərar qəbul olunması məntiqi baxımdan başadüşülən deyildir. Məhkəmənin “İpoteka haqqında” Qanunun 48-ci maddəsinə istinad etməsi və həmin maddədə göstərilən hallardan hər hansı birinin olmaması səbəbindən qarşılıqlı iddianın təmin olunmaması qənaətinə gəlməsi qanuni hesab edilə bilməz. Belə ki, “İpoteka haqqında” Qanunun 48.1.5-ci maddəsinə əsasən, ipotekaya xitam verilməsi əsaslarından biri də bu Qanunla nəzərdə tutulmuş digər hallardır. Həmin maddədə digər halların nəzərdə tutulması o deməkdir ki, ipotekanın xitam edilməsinin konkret əsaslarından ibarət olmayan digər hansısa bir əsasda da ipotekaya xitam verilə bilər. Nəzərə alsaq ki, ipoteka öhdəliyin təmini üsullarından biridir və Cavabdeh2 mülkiyyətində olan evin dəyəri qalıq kredit borcundan təxminən 100 faiz artıqdır, onda Cavabdeh3 əmlakının girovda qalması onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehlərin vəkili və nümayəndəsi şikayətlərə uyğun izahat vermiş, iddiaçının nümayəndəsi şikayətləri qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşin mübahisəsiz hallarına görə, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 08 iyul 2016-cı il tarixli 7865/H saylı kredit müqaviləsinə əsasən borc alana illik 12% olmaqla 36 ay müddətə 420.000 manat məbləğdə kredit verilmiş, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə 08 iyul 2016-cı il tarixli 021/16 və 022/16 saylı ipoteka müqavilələri ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məxsus olan ünvan 2 və ünvan 1 iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, hər iki mənzilə tutmanın yönəldilməsinə dair bildirişlər dövlət qeydiyyatına alınmışdır. İddiaçının 04.02.2021-ci il tarixli maliyyə arayışına görə Cavabdeh1 MMC-nin 08 iyul 2016-cı il tarixli 7865/H saylı kredit müqaviləsi üzrə iddiaçıya 04.02.2021-ci il tarixə kredit öhdəliyi üzrə əsas borcu 160.878,30 manat, faiz borcu 10.929,80 manat, cərimə faiz borcu 40.509,19 manat olmaqla, cəmi 212.317,29 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.01.2021-ci il tarixli 9/3681 saylı ekspert rəyinə əsasən Cavabdeh1 MMC-nin 08.07.2019-cu il tarixə əsas borcu 160.689,31 manat, faiz borcu 4.203,64 manat, 19.06.2020-ci il tarixə əsas borcu 156.892,30 manat, faiz borcu 0 manat məbləğdədir. “xxxx” MMC-nin 21.0.2021-ci il tarixli ƏEM/Y 70-070/21 saylı qiymətləndirmə rəyinə görə Cavabdeh3 məxsus ünvan 1-nin 21.01.2021-ci il tarixə bazar dəyəri 235.000 manat, likvid dəyəri 211.000 manat, Cavabdeh2 məxsus ünvan 2-in 21.01.2021-ci il tarixə bazar dəyəri 315.000 manat, likvid dəyəri 300.000 manatdır. Apellyasiya şikayətlərinin dəlilləri isə yalnız Cavabdeh3 məxsus ünvan 1-nin girovdan azad edilməməsinin qanunsuzluğu ilə bağlıdır və hazırkı işə apellyasiya qaydasında baxılmanın hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının qeyd olunan hissədə yoxlanılmasından ibarətir. Həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... qanunvericilikdə ipotekaya xitam verilməsi halları konkret olaraq göstərilmişdir. Hazırkı iş üzrə “İpoteka haqqında” Qanunun 48-ci maddəsində qeyd olunan hər hansı bir halın mövcud olması öz təsdiqini tapmadığından məhkəmə qarşılıqlı iddianı əsassız sayır və belə qənaətə gəlir ki, qarşılıqlı iddia rədd olunmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Bu kontekstdə hüquqi qiymətləndirmə aparıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı, apellyasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Belə ki, ipoteka predmeti olan daşınmaz əmlakların likvid dəyərinin kredit borcundan çox olması və kredit borcunun tam ödənilməsinə kifayət edəcəyi indiki halda ehtimaldır, məhkəmə qərarı isə ehtimallarla əsaslandırıla bilməz. “İpoteka haqqında” Qanunun 48.1.5-ci maddəsi isə ipotekaya xitam verilməsinin əsaslarından biri kimi məhz həmin Qanunla nəzərdə tutulmuş digər halları ehtiva edir ki, cavabdehlərin şikayətlərində istinad etdikləri “digər hansısa bir əsas” qeyd olunan şərtə cavab verməməklə, adıçəkilən Qanunda təsbit edilən hal deyil. Beləliklə, Konstitusiya Məhkəməsinin 20.05.2011-ci il tarixli qərarının şərhinə əsaslanan məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi, bütövlükdə isə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilmişdir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianın qismən təmin, qarşılıqlı iddianın isə rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-147/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-607/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-607/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver