Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-607/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdeh Cavabdeh X18 Cəmiyyətinə qarşı Açar söz: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, üçüncü şəxs X3, nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh X18 Cəmiyyətinə qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-298/2020 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.xx.xx.2008-ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehə 36 ay müddətinə, 33 faizlə 100.000 manat məbləğində və 12 ay müddətinə, 33 faizlə 5000 manat məbləğində plastik kart krediti verməyi, cavabdeh isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər.
2. xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehə 60 ay müddətinə, illik 7 faiz olmaqla 300000 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər.
3. MH seriyalı ******* saylı xx.xx.2008-ci il tarixdə verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567.8 kv.m ümumi, 1056.8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmışdır.
4. MH seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, cavabdehə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567.8 kv.m ümumi, 1056.8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi xx.xx.2008-ci il tarixli 185/08/PB saylı ipoteka müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına ipoteka ilə yüklü edilmişdir.
5. İşdəki MA seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, cavabdehə məxsus qeyri yaşayış sahəsinin “A” tikilisinin 9,6 kv.m 23 saylı ticarət sahəsi üzərindəxx.xx.2009-cu il tarixdə X6, “A” tikilisinin 28,8 kv.m 20 saylı yeməkxana, 52,1 kv.m 21, 22, 50, 51 saylı ticarət sahəsi, 62 kv.m sahəsi olan 52 saylı ticarət talvarı üzərində xx.xx.2009-cu il tarixdə X4 mülkiyyət hüququ qeydə alınmış, Cavabdeh X18 Cəmiyyətinin xx.xx.2010-cu il tarixdə mülkiyyətində qalan sahə 1460,3 kv.m (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) təşkil etmişdir.
6. İş materiallarının 56-cı vərəqinə əlavə edilmiş çıxarışdan görünür ki, cavabdehin mülkiyyətində qalan sahəyə dair ipotekanın əlavə qeydiyyatı aparılmışdır.
7. 19 noyabr 2019-cu il tarixli Maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsi üzrə 299703.91 manat əsas, 62136.68 manat faiz, 4178.61 manat hesablanmış dəbbə pulu olmaqla cəmi 366019.20 manat borcu vardır.
8. 19 noyabr 2019-cu il tarixli Maliyyə arayışından surətindən görünür ki, cavabdehin iddiaçıya xx.xx.2008-ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsi üzrə 58780.79 manat əsas, 35812.71 manat hesablanmış faiz, 3348.04 hesablanmış dəbbə pulu olmaqla cəmi 97941.54 manat borcu vardır.
9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 oktyabr 2020-ci il tarixli M230/20 saylı qiymətləndirmə hesabatından görünür ki, cavabdehə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567.8 kv.m ümumi, 1056.8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid dəyəri 320.000 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə xx.xx.2018-ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsi üzrə 58780.79 manat əsas, 35812.71 manat hesablanmış faiz, 3348.04 hesablanmış dəbbə pulu olmaqla, cəmi 97941.54 manat və xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsi üzrə isə 299703.91 manat əsas, 62136.68 manat faiz, 4178.61 manat hesablanmış dəbbə pulu olmaqla, cəmi 366019.20 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, kredit müqavilələri üzrə tələbin cavabdehə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567.8 kv.metr ümumi, 1056.8 kv.metr əsas, 511 kv.metr köməkçi sahədən ibarət qeyri- yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış sahəsinin dəyərinin 100000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında xx.xx.2008ci il tarixli, 185/08/PB saylı və xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqavilələri imzalanmışdır. Müvafiq olaraq xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 36 ay müddətinə, 33 faizlə 100000 manat və 12 ay müddətinə, 33 faizlə 5000 manat məbləğində plastik kart krediti, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə isə 60 ay müddətinə, illik 7 faiz olmaqla 300000 manat məbləğində kredit verilmişdir. xx.xx.2008ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsinin təminatı kimi xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Daha sonra isə xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsinin təminatı kimi, həmin ipoteka müqaviləsinə xx.xx.2008-ci il tarixli 1 saylı əlavə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567.8 kv.m ümumi, 1056.8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka (girov) müqavilələri və onlara edilən əlavələr notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 03 iyul 2013-cü il tarixli, 243/13/PBŞ saylı kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya xx.xx.2008-ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsi üzrə 58780,79 manat əsas, 35812,71 manat hesablanmış faiz, 3348,04 hesablanmış dəbbə pulu olmaqla, cəmi 97941.54 manat və xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsi üzrə isə 299703,91 manat əsas, 62136,68 manat faiz, 4178,61 manat hesablanmış dəbbə pulu olmaqla cəmi 366019,20 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibət bildirmir. Cavabdeh kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinin ödənilməsinə yönəldilməlidir. İpoteka müqaviləsində girov qoyulmuş cavabdehə məxsus olan əmlak 100.000 manat dəyərində qiymətləndirilmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-298/2020 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia qismən təmin edilərək Cavabdeh X18 cəmiyyətindən İddiaçı Bank Olmayan Kredit X14 Cəmiyyətinin xeyrinə xx.xx.2018ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsi üzrə 58780,79 manat əsas, 35812,71 manat hesablanmış faiz, 3348,04 hesablanmış dəbbə pulu olmaqla, cəmi 97941,54 manat və xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsi üzrə isə 299703,91 manat əsas, 62136,68 manat faiz, 4178,61 manat hesablanmış dəbbə pulu olmaqla, cəmi 366019,20 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutulması, tələbin likvid qiyməti 320.000 manat müəyyən edilməklə Cavabdeh X18 cəmiyyətinə məxsus Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567.8 kv.metr ümumi, 1056.8 kv.metr əsas, 511 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış sahəsinin hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
13. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh ilə iddiaçı arasında xx.xx.2008-ci il tarixli, 185/08/PB saylı və xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqavilələri bağlanmış, iddiaçı cavabdehə xx.xx.2008-ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə, 33 faizlə 100000 manat məbləğində və 12 ay müddətinə, 33 faizlə 5000 manat məbləğində plastik kart krediti, xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsinə əsasən isə 60 ay müddətinə, illik 7 faiz olmaqla 300.000 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul etməyi, müqavilələrdə göstərilən müddətlərdə və qaydalarda kredit və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567.8 kv.m ümumi, 1056.8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsini ipoteka predmeti kimi iddiaçıya təqdim etmiş və bu barədə xx.xx.2008-ci il tarixli 185/08/PB saylı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 320.000 manat məbləğində müəyyən edilmişdir. Cavabdehin iddiaçıya xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsi üzrə 299703.91 manat əsas, 62136.68 manat faiz, 4178.61 manat hesablanmış dəbbə pulu olmaqla cəmi 366019.20 manat, xx.xx.2008-ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsi üzrə 58780.79 manat əsas, 35812.71 manat hesablanmış faiz, 3348,04 hesablanmış dəbbə pulu olmaqla cəmi 97941.54 manat borcu vardır.
14. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, cavabdeh iddiaçıya olan borcun ödənildiyinə dair məhkəməyə sübutlar təqdim edə bilmədiyindən iddia borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində qanuni və əsaslıdır.
15. İpoteka predmetinin likvid qiyməti müstəqil qiymətləndirici tərəfindən 320.000 manat müəyyən edildiyindən məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti iddia ərizəsində qeyd edildiyi kimi 100.000 manat deyil, həmin məbləğdə müəyyən edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. Bu qətnamədən X7 apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-298/2020 nömrəli qətnaməsinin qismən mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində 6 ünvanında 1 və 2-ci mərtəbədə yerləşən 20,7 kv.m sahədən ibarə olan qeyriyaşayış sahəsinə aid hissədə ləğv edilməsini, həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, məhkəmə iddia tələbini "xxxx" ASC-yə məxsus ünvan 2 ünvanında 1-ci və 2-ci mərtəbəsində yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi hissəsində tam olaraq təmin etmişdir. Onun mülkiyyət hüququm bu hissədə pozulmuşdur. ünvan 2 ünvanında 1-ci və 2-ci mərtəbəsində yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının bütün sahəsi "xxxx" ATSC-yə məxsus deyildir. Həmin qeyri-yaşayəş sahəsinin 1-ci mərtəbəsində yerləşən 20.7 kv.m ümumi, 20.7 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə üçüncü şəxsin mülkiyyətindədir. Ancaq buna baxmayaraq məhkəmənin qətnaməsi ilə onun mülkiyyətində olan 20.7 kv.m ümümi, 20.7 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə də tutma yönəldilərək açıq hərracda satılması barədə qərar qəbul edilmişdir. Daha sonra Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, iş № e-2-2(113)-298/2020 saylı icra vərəqəsi icra olunması üçün Səbail rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Səbail rayon İcra və probasiya şöbəsi “X2 Mərkəzi” MMC-yə sifariş məktubu ilə müraciət edərək BakıKommersiya Məhkəməsinin xx.xx.2021ci il tarixli, iş № e-2- 2(113)-298/2020 saylı icra vərəqəsində göstərilmiş borcun tutulması üçün likvid qiyməti 320000 (üç yüz iyirmi min) manat müəyyən edilməklə "xxxx" ASC-yə məxsus ünvan 2 ünvanında 1-ci və 2-ci mərtəbəsində yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının açıq hərrac yolu ilə satılmasını təşkil etməsini xahiş etmişdir. Hərracın nəticələrinə dair yekun protokoldan görünür ki, ipoteka predmeti olan "xxxx" ASC-yə məxsus ünvan 2 ünvanında 1-ci və 2-ci mərtəbəsində yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi “X2 Mərkəzi” MMC tərəfindən keçirilmiş 03 mart 2021-ci il tarixli açıq hərracda X10 tərəfindən alınmışdır. Gördüyünüz kimi, tam mülkiyyət hüququ üzrə mənə məxsus olan qeyri-yaşayış sahəsi də hərracda vətəndaş X1 onun mülkiyyətinə verilmişdir. Əslində isə cavabdeh "xxxx" ATSC-nin Daşınmaz Əmalakın Dövlət Reyestri İdarəsinin 1 saylı Bakı Ərazi İdarəsində 740 kv.m olaraq qeydə alınmışdır. Belə ki, qeyri-yaşayış sahəsini açıq hərracda əldə edən vətəndaş X10 Daşınmaz Əmlakın Dövlət Reyestri İdarəsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi 6 ünvanında 1-ci və 2-ci mərtəbəsində yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Daşınmaz Əmalakın Dövlət Reyestri İdarəsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən onun müraciəti təmin edilməyərək cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X16 küçəsi 6 ünvanında yerləşən əmlak 740.2 kv.m olmaqla daşınmaz əmlakın dövlət reyestrində "xxxx" ATSC-nin adına qeydiyyata alınmışdır. Belə bir cavaba uyğun olaraq vətəndaş X10 Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi 6 ünvanında 1-ci və 2- ci mərtəbəsində yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1821/2022 saylı , xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı X8 iddia tələbi məhkəmə tərəfindən qismən təmin olunaraq Bakı şəhəri, Səbail rayonu, X15 küçəsi 6 ünvanında 1-ci və 2-ci mərtəbəsində yerləşən 740.2 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylıBakıƏrazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Gördüyünüz kimi, Bakı İnzibati Məhkəməsi tərəfindən iddiaçının iddia tələbi "xxxx" ATSC-nin mülkiyyətində həmin an mövcud olan kv.m qeyri-yaşayış sahəsinə görə təmin edilməmişdir. Həmin məhkəmə qətnaməsindən təsadüfən xəbərdar olan kimi ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1821/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, mənim üçüncü şəxs kimi işə cəlb edilməyim və inzibati işin mahiyyəti üzrə yenilənməsi barədə qərar qəbul edilməsini xahiş etdim.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İşə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmiş, tərəflərin iştirakının təmin edilməsi üçün xx.xx.2023-cü il tarixə təxirə salınmış, tərəflər məhkəmə iclasının vaxtı barədə xəbərdar edilsələr də (nümayəndələrin elektron kabinetinə bildiriş yerləşdirilməklə) məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında apellyasiya şikayəti vermiş X7 iş üzrə mütəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
20. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu 6.1-ci maddə-ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. 14.1-ci maddə-ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: 14.1.1. ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə; 14.1.2. əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; 14.1.4. ipoteka predmeti özgəninkiləşdirildikdə.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
385.1.4-cü maddə- birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 390-cı maddə-məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
21. Qətnamə üçüncü şəxs tərəfindən tutma yönəldilmiş ipoteka predmetinin sahəsi ilə bağlı hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
22. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-298/2020 nömrəli qətnaməsi ipoteka predmetinə tutma yönəldilməsi hissəsində dəyişdirilməli, tutma yönəldilmiş Cavabdeh X18 cəmiyyətinin mülkiyyətində olan, ünvan 5 ünvanında yerləşən binanın 1 və 2-ci mərtəbələrindəki qeyri yaşayış sahəsinin ümumi sahəsi 1460,3 kv.m (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) müəyyən edilməlidir.
23. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki 20,7 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi üzərində xx.xx.2008-ci il tarixdə verilmiş MH seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Çıxarışa əsasən X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
24. İşdəki sübutlar araşdırılaraq müəyyən edilmişdir ki, xx.xx.2008-ci il tarixli 185/08/PB saylı ipoteka müqaviləsi bağlanarkən Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində 6 nömrəli binada yerləşən və cavabdehin mülkiyyətində olan qeyriyaşayış sahəsinin ümumi sahəsi 1567.8 kv.m olsa da, sonradan həmin sahənin bir hissəsi ipoteka saxlayanın razılığı ilə özgəninkiləşdirilmiş, cavabdehin mülkiyyətində qalmış hissə 1460,3 kv.m təşkil etmiş, bununla əlaqədar ipotekanın xx.xx.2010-cu il tarixdə əlavə qeydiyyatı aparılmışdır.
25. Buna baxmayaraq birinci instansiya məhkəməsi işdəki sübutu nəzərə almadan qətnamədə tutma yönəldilmiş və cavabdehin mülkiyyətində olan ipoteka predmetinin ümumi sahəsini 1567.8 kv.m göstərmiş, nəticədə qətnamə icra edilərkən cavabdehin mülkiyyətində olmayan, digər şəxslərə, o cümlədən X5 məxsus əmlaka da Cavabdeh X18 cəmiyyətinin kredit borcuna görə tutma yönəldilmişdir. Buna görə də məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə ipoteka predmetinə tutma yönəldilməsi hissəsində dəyişdirilməli, tutma yönəldilmiş Cavabdeh X18 cəmiyyətinin mülkiyyətində olan, ünvan 5 ünvanında yerləşən binanın 1 və 2-ci mərtəbələrindəki qeyri yaşayış sahəsinin ümumi sahəsi 1460,3 kv.m (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) kimi qeyd edilməlidir. Üçüncü şəxs apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini xahiş etdiyindən apellyasiya şikayəti qismən təmin edilir.
26. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)- 298/2020 nömrəli qətnaməsi ipoteka predmetinə tutma yönəldilməsi hissəsində dəyişdirilməli, tutma yönəldilmiş Cavabdeh X18 cəmiyyətinin mülkiyyətində olan, ünvan 5 ünvanında yerləşən binanın 1 və 2-ci mərtəbələrindəki qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1460,3 kv.m (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) müəyyən edilməlidir.
27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-298/2020 nömrəli qətnaməsi ipoteka predmetinə tutma yönəldilməsi hissəsində dəyişdirilsin. Tutma yönəldilmiş Cavabdeh X18 cəmiyyətinin mülkiyyətində olan, ünvan 5 ünvanında yerləşən binanın 1 və 2-ci mərtəbələrindəki qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1460,3 kv.m (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.