Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-61/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin cavabdeh Cavabdeh” MMC-yə qarşı «kredit müqavilələri üzrə borcun tutulması tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-10/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı ləğv prosesində olan “xxxx” ASC Cavabdeh” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə: -19 mart 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsi üzrə 97300 manat əsas borc, 61162,90 manat faiz borcu, 36553,37 manat cərimə olmaqla, ümumilikdə 195016,27 manat; -29 noyabr 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə 150000 manat əsas borc, 93965,70 manat faiz borcu, 36681,49 manat cərimə olmaqla, ümumilikdə 280647,19 manat, -30 noyabr 2011-ci il tarixli, 69K/11 №-li kredit müqaviləsi üzrə 38792,40 manat əsas borc, 6382,31 manat faiz borcu, 5718,43 manat cərimə olmaqla, ümumilikdə 50893,14 manat; -13 dekabr 2011-ci il tarixli, 72K/11 №-li kredit müqaviləsi üzrə 60000 manat əsas borc, 36770,63 manat faiz borcu, 24824,84 manat cərimə olmaqla ümumilikdə 121595,47 manat, -22 dekabr 2011-ci il tarixli, 74K/11 №-li kredit müqaviləsi üzrə 3790,26 manat əsas borc, 2319,51 manat faiz borcu, 1552,73 manat cərimə olmaqla, ümumilikdə 7662,50 manat məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə bank tərəfindən cavabdehə tərəflər arasnda bağlanmış: -19 mart 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 14% dərəcəsi ilə 97300 manat ; -29 noyabr 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 14% dərəcəsi 150000 manat; -30 noyabr 2011-ci il tarixli, 69K/11 №-li müqaviləyə əsasən 24 ay müddətinə, illik 14% dərəcəsi ilə 120000 manat; -13 dekabr 2011-ci il tarixli, 72K/11 №-li kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 14% dərəcəsi ilə 60000 manat; -22 dekabr 2011-ci il tarixli, 74K/11 №-li kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 14% dərəcəsi ilə 18200 manat - məbləğində kredit vəsaitləri verilmiş, bununla da iddiaçı müqavilə öhdəliklərinini yerinə yetirmiş, lakin cavabdeh müqavilələrdə nəzərdə tutulan borcunuköhdəlikləri lazımınca yerinə yetirilməmiş, qeyd olunan borclarını banka qaytarmamışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-10/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək aşağıdakılar qət olunmuşdur: - cavabdehdən 19 mart 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsi üzrə 97300 manat əsas borc, 21770,81 manat faiz borcu, 7000 manat dəbbəpulu olmaqla olmaqla ümumilikdə 126070,81 manat, 29 noyabr 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə 150000 manat əsas borc, 685,49 manat faiz borcu, 10000 manat dəbbə pulu olmaqla ümumilikdə 160685,49 manat və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 13 manat məbləğində pul vəsaitinin pul vəsaiti tutularaq iddiaçıya ödənilsin; - iddia qalan hissədə rədd edilsin; - mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 43 manat məbləğində hissəsi cavabdehdən, 57 manat məbləğində hissəsi iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuzdur. Belə ki, xx xxxxxx 2011-ci il tarixli 72K/11 saylı və xx xxxxxx 2011-ci il tarixli 74K/11 saylı kredit müqavilələri üzrə iddia müddətinin tətbiq edilməsi əsassızdır. İlk növbədə ona görə ki, xx xxxxxx 2011-ci il tarixli 74K/11 saylı kredit müqaviləsinin bitmə tarixi tərəfimizdən təqdim edilən maliyyə arayışı və digər sənədlərdə, o cümlədən xx xxxxxx 2020-ci il tarixli, 9169 saylı ekspert rəyində xx.xx.2014-cü il qeyd edilir. Belə olduğu təqdirə iddia müddəti keçmiş hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarın 1-ci bəndinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər.İkinci tərəfdən isə kredit borcu üzrə öhdəliklərini yerinə yetirməyən şəxs isə borcunu ödəməlidir. İddia müddəti ilə bağlı ərizəni alaraq, elə həmin məhkəmə prosesində iddia müddətini tətbiq edərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarmışdır. Bu isə işə bərabərlik prinsiplərinin və obyektivliyin pozulması ilə baxılması deməkdir. Çünki hakim işin tam obyektiv araşdırılması üçün iddiaçının iddia müddəti ilə bağlı ərizəyə mövqeyini öyrənməli idi. Belə ki, iddia müddətinin tətbiqi məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. İddia müddəti tətbiq edilən edilən müqavilələrdən birini MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitdə böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəfin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, iş üzrə cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv olunmasını və həmin hissədə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Qanunun bu normalarını nəzərə alaraq məhkəmə, hesab edir ki, xx xxxx 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsi üzrə hesablanmış 36553,37 manat dəbbə pulunun məbləğiazaldılaraq 7000 manat, xx xxxxxx 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə hesablanmış 36681,49 manat cərimənin məbləği azaldılaraq 10000 manatməbləğində müəyyən edilməlidir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat. Lakin məhkəmə məhz bu məbləğdə dəbbə pulunun saxlanılmasını və necə hesablanmasınıəsaslandırmamış və bu hissədə qanunsuz vəədalətsiz nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Ə.Yusubov, eləcə də cavabdehin nümayəndəsi (vəkili), Vəkil apellyasiya şikayətlərini müdafiə etdiklərini bildirərək, hər biri öz şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsələri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə tərəflərin apellyasiya şikayətləri təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tərəflərin apellyasiya şikayətlərindən görünür ki,onlar arasında qeyd olunan beş kredit müqaviləsinin bağlanması və həmin müqavilələrdə nəzərdə tutulan kredit vəsaitlərinin cavabdehə verildiyi işin mübahisələndirilməyən hallarını təşkil edir. Həmçinin onların apellyasiya şikaytlərindən göründüyü kimi, iddiaçı tərəf qətnamənin təmin edilməyən, cavabdeh isə təmin edilən hissəsində ləğv olunmasını xahiş edərək, hər biri öz şikayətinin təmin olunmasını xahiş edir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə, qeyd olunan beş kredit müqavaləsinin hər biri üzrə mühüm şərtlərinə aydınlıq gətrmiş, maliyyə arayışları və borcalanın ödənişləri təhlil olunmuş, daha sonra iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə verilmiş ekspert rəyinin nəticələrinin təhlilini aparmış, işin həmin sübutlarla müəyyən edilən hallarınıq hüquqi qiymətləndirməsini apardıqdan sonra iddianın qismən təmin olunması bardə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, iş materiallarından görünür ki, 13 dekabr 2011-ci il tarixli, 72K/11 №- li və xx xxxxxx 2011-ci il tarixli, 74K/11 №-li 24 ay müddətnə bağlanmış iki kredit müqaviləsi üzrə müqavilə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət müvafiq olaraq xx xxxxxx 2013-cü il və xx xxxxxx 2013-cü il tarixlərdə bitmiş və həmin tarixdən də iddia müddətinin axımı başlanmışdır (İşdə olan maliyyə arayışlarına əsasən həmin müqavilələr üzrə sonuncu ödəniş xx xxxxxxxx 2012-ci il tarixdə aparılmışdır). Mülki Məcəlləsinin 373.2-ci maddəsi isə nəzərədə tutur ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır Mülki qanunvericiliyin qeyd olunan tələbləri baxımıdan adıçəkilən xx.xx.2011-ci il tarixli 72K/11 №-li kredit müqaviləsi üzrə iddia müddəti -xx.xx.2016-cı il tarixdə, xx.xx.2011-ci il tarixli, 74K/11 №-li müqavilə üzrə isə iddia müddəti - 22 dekabr 2016cı il tarixdə başa çatmış olur. İşdən isə görünür ki, iddiaçı həmin müqavilələr üzrə borc tələbinnə dair iddia ərizəsi ilə məhkəməyə – 2017-ci ildə (xx.xx.2017-ci il tarixdə) müraciət etmiş, bununla da üç illik iddia müddətini ötürmüşdür. Mülki Məcəlləsinin 375.2-ci maddəsi isə nəzərədə tutur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir və iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin həmin müqavilələrə münasibətdə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ilə həmin hissədə iddianın rədd edilməsi qanuni və əsaslıdır. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin tədqiq olunan iki müqavilə üzrə iddia müddətinin tətbiq edilməsinin əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Digər kredit müqavilələri üzrə cavabdehin borc öhdəliklərinə gəldikdə isə iddiaçişdə olan 11 fevral 2017-ci il tarixli maliyyə arayışlarına əsasən müəyyən olunur ki, onun həmin tarixə olan borcları aşağıdakılardan ibarətdir: - 19 mart 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsi üzrə 97300 manat əsas borc, 61162,90 manat faiz borcu, 36553,37 manat cərimə olmaqla ümumilikdə 195016,27 manat; -29 noyabr 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə 150000 manat əsas borc, 93965,70 manat faiz borcu, 36681,49 manat cərimə olmaqla ümumilikdə 280647,19 manat; -30 noyabr 2011-ci il tarixli, 69K/11 №-li kredit müqaviləsi üzrə 38792,40 manat əsas borc, 6382,31 manat faiz borcu, 5718,43 manat cərimə olmaqla ümumilikdə 50893,14 manat- borcu olduğu təsbit olunur. İşdə olan, iddiaçının cavabdehə ünvanladığı 14 dekabr 2015-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, kreditin ödənilməsi məqsədilə 13 oktyabr 2015ci il tarixdə 105200 manat, 27 oktyabr 2015-ci il tarixdə 26200 manat, 08 dekabr 2015-ci il tarixdə 33584 manat və 30000 manat məbləğində ödənişlər həyata keçirilmişdir. İşdən görünür ki, kredit müqavilələri üzrə cavabdehin banka olan borcunun həqiqiliyinin müəyyən elilməsi üçün birinci instansiya məhkəməsi 14 mart 2019-cu il tarixli qərardadı ilə məhkəmə – mühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərfindən verilmiş 10 yanvar 2020-ci il tarixli, 30430 №-li ekspert rəyi ilə həmin üç müqavilə üzrə ekspert tədqiqatının nəticələri aşağıdakı kimi müəyyən olunmuşdur: - 19 mart 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsi üzrə cavabdehin banka müddətin sonu olan19 mart 2014-cü il tarixinə olan borcu - 97300 manat əsas borc, 21770,81 manat faiz borcu olmaqla, ümumilikdə 119070,81 manat təşkil edir; -29 noyabr 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə müddətin sonuna olan borcu – 29 noyabr 2013-cü il tarixə 150000 manat əsas borc, 26885,49 manat faiz borcu olmaqla ümumilikdə 176885,49 manatdır. Həmin müqavilə üzrə 27 oktyabr 2015-ci il tarixdə 26200 manat məbləğində ödəniş edilmiş və faiz borcuna silinmişdir. Lakin hesablamalar 29 noyabr 2013-cü il tarixə (müqavilə müddətinin sonunadək) aparıldığından 26200 manat məbləğində ödəniş nəzərə alınmamışdır; -30 noyabr 2011-ci il tarixli, 69K/11 №-li kredit müqaviləsi üzrə müddətin sonuna olan borcu – 30 noyabr 2013-cü il tarixə 120000 manat əsas borc, 23226,42 manat faiz borcu olmaqla ümumilikdə 143226,42 manat müəyyən edilir. Həmin müqavilə üzrə 27 oktyabr 2015-ci il tarixdən 08 dekabr 2015-ci il tarixədək 168784 manat məbləğində ödəniş edilmiş, həmin məbləğin 81207,60 manat əsas borca, 85576,40 manatı isə faiz borcuna silinmişdir. Lakin hesablamalar 30 noyabr 2013-cü il tarixə (müqavilə müddətinin sonunadək) aparıldığından 168784 manat məbləğində ödəniş nəzərə alınmamışdır.» Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə, qeyd olunan üç müqavilə üzrə cavabdehin banka olan borcunu hesablayarakən ekspert rəyinin qeyd olunan göstəricilərini əsas götürməklə aşağıdakı nəticəyə gəlmişdir «19 mart 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsi üzrə borcu müddətin sonuna – 19 mart 2014-cü il tarixə 97300 manat əsas borc, 21770,81 manat faiz borcu olmaqla ümumilikdə 119070,81 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı; 29 noyabr 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə 27 oktyabr 2015-ci il tarixdə aparılmış və faiz borcuna silinmiş 26200 manat hesablanmış faiz borcundan çıxılaraq (26885,49-26200) faiz borcunun məbləği 685,49 manat müəyyən olunmalı, müddətin sonuna – 29 noyabr 2013-cü il tarixə 150000 manat əsas borc, 685,49 manat faiz borcu olmaqla ümumilikdə 150685,49 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 30 noyabr 2011-ci il tarixli, 69K/11 №-li kredit müqaviləsi üzrə 27 oktyabr 2015-ci il tarixdən 08 dekabr 2015-ci il tarixədək aparılmış və əsas borca silinmiş 81207,60 manat, faiz borcuna silinmiş 85576,40 manat hesablanmış borcdan çıxıldıqda əsas borcun məbləğinin 38792,40 manat olması, faiz borcu üzrə isə 62349,98 manat artıq ödəniş edilməsi müəyyən olunur. Belə olduğu təqdirdə faiz borcu üzrə artıq ödənilmiş 62349,98 manat pul vəsaitindən 38792,40 manat əsas borc çıxılarsa, belə nəticəyə gəlinir ki həmin müqavilə üzrə cavabdehin iddiaçıya borcu yoxdur və 23557,58 manat məbləğində artıq ödəniş aparılmışdır.» Məhkəmə kollegiyası məhkəmənin ekspert rəyinin qeyd olunan nəticələrini sübut əhəmiyyətli məlumatlar kimi qəbul etməsi ilə razılaşır. Çünki, rəydən görünür ki, mübahisələndirilən kredit müqavilələri üzrə cavabdehin əsas və faiz borcu üzrə hərtərəfli tədqiqat aparılmış, hər müqavilə üzrə qrafik şəkilində, cavabdehin ödənişləri nəzərə alınmaqla onun əsas və müqavilə müddətinə olan faiz borcu araşdırılaraq aylar üzrə müəyyənləşdirilmişdir. Bu baxımdan, məhkəmənin qətnamədə təsbit olunan qeyd olunan mövqeyini əsaslı sayır. Eyni zamanda, qətnamədən görünür ki, məhkəmə: 19 mart 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsi üzrə cavabdehin əsas borcuna 36553,37 manat; 29 noyabr 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə cavabdehin əsas borcuna 36681,49 manat miqdarında cərimə hesablanmasını əsaslı saymamış və bunu onunla əsaslandırmışdır ki, həmin müqavilələr üzrə cavabdeh tərəfindən öhdəliklər ilk dövrlərdən tam icra olunmamışdır. Yəni, həmin 2 müqavilə üzrə sonuncu ödəniş xx xxxxxxxx 2012-ci il tarixdə aparılmış, lakin iddiaçı tərəfindən məhkəməyə hətta müqavilələrin müddəti bitdikdən təxminən 3 il keçdikdən sonra müraciət olunmuş, bu müddət ərzində zərərin artmasına iddiaçının özü tərəfindən şərait yaradılmışdır. Daha sonra, məhkəmə qeyd etmişdir ki, Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab etmişdir ki, 19 mart 2012-ci il tarixli, 24K/12 №- li kredit müqaviləsi üzrə hesablanmış 36553,37 manat dəbbə pulunun məbləği azaldılaraq 7000 manat, 29 noyabr 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə hesablanmış 36681,49 manat cərimənin məbləği azaldılaraq 10000 manat məbləğində müəyyən edilməlidir.» İddiaçının 30 noyabr 2011-ci il tarixli, 69K/11 №-li kredit müqaviləsi üzrə cərimə tələbinə gəldikdə isə, cavabdeh həmin müqavilə üzrə banka olan əsas borc və faiz borcunu artıqlaması ilə ödədiyi halda ona cərimə tətbiq edilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə də razılaşır. Çünki, iddiaçının qeyd olunan iki müqavilə üzrə cərimə tələbindən aydın görünür ki, ödənilməsi tələb olunan cərimələr borclunun əmlak vəziyyətinə və onun bütün əsaslı məafelərinə münasibətdə həddindən artıq tənasübsüzdür. Qeyd olunanlar onun deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin qətnamənin iddianın təmin olunan hissəsini mübahisələndirən dəlilləri tamamilə əsassızdır. Beləliklə də müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi nəticələr iş materallarında olan sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğundur. Bu mənada, məhkəmə kollegiyası qətnamə ilə iddianın qismən təmin olunmasını MPM-in 385.2-ci maddəsinin tələbi baxımından, faktlar nöqteyinəzərindən mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətlərinin həmin qətnamənin onların xeyrinə aid olmayan hissələrində əsassız olduğunu vurğulayan, formal xarakterli mülahizə və dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayətləri təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 10/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Tərəflərin apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-10/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-61/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-61/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver