Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-611/2021 16.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.10.2017-ci il tarixli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2-2(81)-1118/2017 saylı qətnaməsindən iş üzrə tərəf olmayan “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC BOKT Cavabdeh MMC-yə (maraqlı şəxslər “xxxx” MMC, “xxxx” X4 və X1) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin cəmi 496959822,55 ABŞ dolları (əsas borc 466106276,39 ABŞ dolları, faiz borcu 30853546,16 ABŞ dolları), 208022,03 avro (əsas borc 3 Avro, faiz borcu 208019,03 Avro), 24779798,23 manat (əsas borc 7767070,44 manat, faiz borcu 17012727,79 manat) kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi, əmlaklar üzərində cavabdehin mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.10.2017-ci il tarixli 2-2(81)-1118/2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Maraqlı şəxslər “xxxx” MMC və “xxxx” X4 ayrı-ayrılıqda apelyasiya şikayəti verərək həmin qətnamənin qismən, yəni borc tələbinin cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi, əmlaklar üzərində cavabdehin mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması hissəsində ləğv edilməsini xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsinin 23.10.2018-ci il tarixli 2-2(103)-451/2019 saylı qətnaməsi ilə maraqlı şəxslər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “xxxx” X2 apelyasiya şikayətlərinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 oktyabr 2017-ci tarixli, 2-2(81)-1118/2017 saylı qətnaməsinin mübahisələndirilən hissədə borc tələbinin cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi, əmlaklar üzərində cavabdehin mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Maraqlı şəxs “xxxx” MMC həmin qətnamədən kasasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.05.2019-cu il tarixli 2-2(102)-232/2019 saylı qərarı ilə kasasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsi İnzibati- İqtisadi Kollegiyasının 23 oktyabr 2018-cu il tarixli 2-2(103)-451/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.10.2017-ci il tarixli 2- 2(81)-1118/2017 saylı qətnaməsi icraya yönəldilmişdir. Bundan sonra iş üzrə tərəf olmayan “xxxx” MMC apelyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.10.2017-ci il tarixli 2-2(81)-1118/2017 saylı qətnaməsinin borc tələbinin Cavabdeh MMC-yə məxsus daşınar və daşınmaz əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi, əmlaklar üzərində Cavabdeh MMC-nin mülkiyyət hüququna xitam verilməsi və İddiaçı QSC BOKT-ın mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC BOKT-nın yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin öhdəliyinin qoyulması hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməməsi xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbləri tam təmin olunmuş, maraqlı şəxslər “xxxx” MMC və “xxxx” X4 həmin qətnamə ilə razılaşmayıb ondan apellyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsi qətnaməyə hüquqi qiymət verərək apelyasiya şikayətlərinin təmin edilməməsi və mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması nəticəsinə gəlmiş, eyni zamanda həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə tərəf olmayan “xxxx” MMC isə apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.10.2017-ci il tarixli 2-2(81)-1118/2017 saylı qətnaməsinin yenə də həmin hissələrdə ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.10.2017-ci il tarixli 2- 2(81)-1118/2017 saylı qətnaməsinin hazırda mübahisələndirilən hissələrinə artıq yuxarı instansiya məhkəmələri tərəfindən baxılaraq hüquqi qiymət verilmişdir. Qeyd olunan halları və “M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 iyun 2017-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işə “xxxx” MMC-nin apellyasiya şikayətinə əsasən yenidən apellyasiya qaydasında baxıla bilməz. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinin tələblərini rəhbər tutaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qətnamədən verilən apellyasiya şikayətinin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1118/2017 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05.10.2017-ci il tarixli qətnaməsindən iş üzrə tərəf olmayan “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-611/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-611/2021
16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver