Məhkəmə qərarları › İş №2-2(103)-612/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-612/2020

05.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-612/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu, Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi və cavabdeh LPO “xxxxxxxxx” ASC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı «Naiqin K “xxxxxxxxxxxxx” MMC-nin cavabdehlər ləğv prosesində olan (“LPO”) “xxxxxxxxx” ASC və Cavabdeh2 MMC-yə qarşı “kredit tarixçəsi haqqında məlumat verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-1559/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Naiqin K “xxxxxxxxxxxxx” MMC cavabdehlər LPO “xxxxxxxxx” ASC və Cavabdeh2 MMC-yə qarşı “Kredit tarixçəsi haqqında məlumat verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naiqin K “xxxxxxxxxxxxx” MMC ilə “xxxxxxxxx” ASC arasında bağlanılmış xx xxxx 2009-cu il tarixli 52 saylı kredit müqaviləsi üzrə öhdəlik iddiaçı tərəfindən tam icra edildiyinə görə kredit tarixçəsi haqqında pozitiv (düzgün) məlumatın verilməsi haqqında LPO “xxxxxxxxx” ASC-nin və həmin məlumatın kredit reyestrinin borcalanların şəxsi məlumatında göstərilməsi üçün Cavabdeh2 MMC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Gəncə İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(83)03/2019 saylı qətnaməsi qanuni qüvvəyə minənə qədər işin icraatı dayandırılmışdır. İddiaçı həmin qərardaddan elektron kabinet vasitəsilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müqavilə tüzrə ayrılan kredit vəsaiti X3 xətti ilə ayrılmışdır. 1krekdit müqaviləsi 2009-cu ildən 2004-cü ilə qədər bağlanmış və onun şərtlərinə görə iki ay ərzində icra edilməməsi müqavilənin ləğvi üçün əsasıdır. 11 il ərzində borcun ödənilməməsi və dövlətin müvafiq tədbirlər görməməsi bankın iddiasının əsassızlığını sübut edən hallardandır. Kredit müqaviləsində nəzərdə tuütulmuş vəsaiti ayıran dövlət qürumunun (X1) “Naiqin K xxxxxxxxxxxxx” MMC-nin bu müqavilə üzrə “ödənilməmiş borc tələbi iddiası onun əməllərinin əsassızlığını və qanunsuzluğunu sübut edir. “xxxxxxxxx” ASC-nin iləğvedicis Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində işə cəlb edilməli idi, Cavabdeh banknı icraatın dayandırılması barədə vəsatəti qanunsuz və hüquqi səlahiyyətlərdən kənardır ki, bu da qərardadın ləğvi üçün əsasdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il taixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 135.8, 146, 376.2 və 397.2-ci maddələririnin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh LPO «xxxxxxxxx» ASC-nin nümayəndəsi A.Nəcəfzadə hazırkı işin Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(83)03/2019 saylı qətnaməsi ilə araşdırılan mübahisənin nəticəsindən asılı olduğunu bildirərək, birinci instansiya məhkəməsinin icraatın dayandırılması barədə qərardadının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, iddiaçının şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına (Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsinə, Gəncə Apellyasiya Məhkəməsinin bildirişinə) əsasən müəyyən olunur ki, LPO “xxxxxxxxx” ASC tərəfindən Gəncə İnzibati-İqtisadi Məhkəməsində “xxxxxxxx”xxxxxxxxxxxxxx MMC-yə qarşı iddia qalırılaraq xx.xx.2009-cu il tarixli 52 saylı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etmiş və həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2- 2(83)-03/2019 saylı qətnaməsi ilə: -cavabdeh xxxxxxxx”xxxxxxxxxxxxxx” MMC-dən həmin kredit müqaviləsi üzrə qalan ******* manat əsas borc, 974.167 manat hesablanmış faiz borcu, 675000 manat Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış faiz borcu və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxxxxxxx” ASC-yə ödənilməsi, tutulacaq məbləğ öhdəliyin təminatı kimi girov qoyulmuş X2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan, Milli depozit Mərkəzi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş səhmlərin sertifikatına əsasən, “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin hər biri dəyəri 10.000 manat köhnə Azərbaycan manatı olan 55191 ədəd və ümumi dəyəri 551.910.000 köhnə Azərbaycan manatı olan adi adlı səhmlərə tutma yönəldilməsi və həmin səhmlərin açıq hərrac vasitəsi ilə satılması və əldə olunmuş məbləğin ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi qət edilmiş və həmin qətnamədən narazı qalan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi tərəfindən icraata qəbul olunmuşdur. Hazırkı iş üzrə iddiaçı Naiqin K “xxxxxxxxxxxxx” MMC-nin cavabdehlər LPO “xxxxxxxxx” ASC və Cavabdeh2 MMC-yə qarşı iddia tələbindən göründüyü kimi, xx xxxx 2009-cu il tarixli 52 saylı kredit müqaviləsi üzrə öhdəliyini tam icra etdiyini mübahisələndirərək, cavabdeh bankın üzərinə kredit tarixçəsi haqqında pozitiv (düzgün) məlumatın verilməsi, digər Cavabdeh2 MMC-nin üzərinə isə həmin məlumatın kredit reyestrinin borcalanların şəxsi məlumatında göstərilməsi öhdəliyinin qoyulmasını tələb etmişdir. Göründüyü kimi, hazrıkı mübahisənin və Gəncə İnzibati-İqtisadi Mhkəməsinin icraatında baxılmış işin araşdırma predmeti xx xxxx 2009-cu il tarixli 52 saylı kredit müqaviləsi təşkil etməklə, həmin işə baxılıb yekun məhkəmə qərarı ilə borc alan Naiqin K “xxxxxxxxxxxxx” MMC-nin həmin kredit müqaviləsi üzrə borcuna aydınlıq gətirilməyincə, hazırkı işə baxılması mümkünsüzdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 254.1.4-cü maddəsinin tələbinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, iş üzrə icraat dayandırılmalıdır. Həmin Məcəllənin 256.0.5-ci maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Beləliklə də məhkəmə kollegiyası cavabdehin şikayətinin birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1559/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iş üzrə icraatın dayandırılması barədə məhkəmə qərardaından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı «Naiqin K “xxxxxxxxxxxxx” MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1559/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar