Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-615/2025 22.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh4 MMC-yə, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2537/2025 nömrəli qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 3594-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə: 1 nömrəli Əlavə üzrə 13042.24 manat əsas, 1046.79 manat faiz, 73.27 manat cərimə borcu; 2 nömrəli Əlavə üzrə 31614.49 manat əsas, 3528.53 manat faiz, 289.54 manat cərimə borcu; həmçinin, 3561-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə: 1 nömrəli Əlavə üzrə 25047.62 manat əsas, 1743.61 manat faiz, 92.30 manat cərimə borcu; 2 nömrəli Əlavə üzrə 44016.14 manat əsas, 3199.18 manat faiz, 276.48 manat cərimə borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 414 manat dövlət rüsumu və 0.62 manat bank xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məhəmməd ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq tələblərə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş və Cavabdeh3 adına dövlət qeydiyyatına alınmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məhəmməd ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində üçdə iki hissədə 3-cü şəxs X2 və üçdə bir hissədə Cavabdeh3 paylarının müəyyən edilməsi və "xxxx" ASC-nin kredit borcunun alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh4 MMC-yə, Cavabdeh3 və X6 qarşı borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 geri qaytarılması qərara alınmışdır. Qeyd olunan qərardaddan X5 “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət ilə müraciət edərək, qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri aşağıdakı kimidir: iddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC, Cavabdeh4 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə pulun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldırıb. Həmin iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş və Cavabdeh3 adına dövlət qeydiyyatına alınmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məhəmməd ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində üçdə iki hissədə onun və üçdə bir hissədə Cavabdeh3 paylarının müəyyən edilməsi və "xxxx" ASC-nin kredit borcunun alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsi xx.xx.2025-ci il tarixdə qərardad qəbul edərək rüsum ödənilmədiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını qərara almışdır. Lakin hesab edir ki, qərardad qanunsuzdur. Çünki məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir. Əgər bu barədə məlumatı olsaydı, iclasda iştirak edib rüsum ödəyərdi. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs şikayətində məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilmədiyini, məlumatı olduğu halda iclasda iştirak edib rüsum ödəyəcəyini göstərmişdir. Halbuki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 elektron kabineti mövcud olmuş, məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş “Elektron Məhkəmə” İnformasiya sisteminə və X2 elektron kabinet ünvanına yerləşdirilmiş, həmçinin şəxsin istifadəsində olan mobil nömrəyə məhkəmə iclasının vaxtı və yeri barədə SMSbildiriş göndərilmişdir. Hazırda da, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətində qeyd edilən dəlillərə məhkəmə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Məhkəmə kollegiyası məhkəmənin qərardadında qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin geri qaytarılması birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq qərara alınmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2537/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-615/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-615/2025
22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver