Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-616/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “hadisənin araşdırılmasına şərait yaradılması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e2-2(113)-2626/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 iyul 2020-ci il tarixdə saat 20 radələrində Binəqədi rayonu, 7-ci mkr 3126 məhəllədə yerləşən Cavabdeh MMC-yə məxsus "xxxx" boya fabrikində baş vermiş yanğın hadisəsinin səbəblərini və MMC-nin mülki məsuliyyətinin yaranması faktını araşdırmaq üçün Cavabdeh MMC-nin İddiaçı ASC-yə X37, X5, X14, X13, X1, Muhammed Bilgeyindən, X7, X2, X22, X10, X23, X41, X22, X15, X29, X30, X42, X31, X16, X32, X8, X17, X24, X3, X38, X9, X6, X11, X18, X39, X25, X4, X26, X27, X12, X19, X40, X20, X21, X33, X34, X28 hadisənin araşdırılmasına şəraitin yaradılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2626/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC tərəfindən verilmiş iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2626/2023-012 qərardadının ləğv edilməsini, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “hadisənin baş vermə səbəblərini araşdırılması, o cümlədən sığorta predmetinə aid olan şəxslərdən izahat almaq hüququnun təmin edilməsi barədə” iddia tələbinə baxıb, iddianın təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 433.3.-cü maddəsinin tələbinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinin tələbinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 5.1.-ci maddəsinin tələbinə əsasən Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2-2(113)-2626/2023 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 2626/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 2626/2023 nömrəli qərardadı ləğv edilərək iddia ərizəsi geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 149.2, 149.2.3-cü maddələrinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırda iddiaçı "xxxx" ASC tərəfindən verilmiş iddia ərizəsindəki tələb qeyri-dəqiqdir. İddaçı cavabdehə adları iddia ərizəsində qeyd edilmiş 42 nəfər şəxsdən "xxxx" boya fabrikində baş vermiş yanğın hadisəsinin səbəblərini və MMC-nin mülki məsuliyyətinin yaranması faktinın araşdırılmasına şəraitin yaradılması”na dair qətnamə çıxarılmasını xahiş edir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2560/23 saylı qanuni qüvvəyə minmiş qərardadı ilə iddiaçının eyni cavabdehə qarşı 42 nəfər şəxsdən izahat alınmasına şəraitin yaradılması barədə iddiası tələbin qeyri-dəqiq olması əsası ilə geri qaytarılmış, iddiaçı həmin iddia tələbindəki “izahatın alınmasına şəraitin yaradılması” tələbini “hadisənin araşdırılmasına şərait”yaradılması tələbi ilə dəyişərək yenidən dəqiq olmayan iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 152.1, 152.1.1-ci maddələrində isə göstərilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Biinci instansiya məhkəməsi qüsurlu verilmiş iddia ərizəsinin qaytarılması barədə deyil, tərəflər arasında mübahisə olmaması əsası ilə MPM-nin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul etdiyindən məhkəmə hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilərək iddia ərizəsinin qaytarılması barədə qərardad qəbul edilməlidir. Şikayət ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı prosessual normaları sadalamaqla kifayətlənmiş, məhkəmə tərəfindən həmin normaların pozulmasının nədə ifadə olunduğu qeyd edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2626/2023 nömrəli qərardadı ləğv edilərək iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2626/2023 nömrəli qərardadı ləğv edilsin. "xxxx" ASC-nin iddia ərizəsi geri qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-616/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-616/2023
14.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver