Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-617/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdeh Nümayəndə2 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 824/2023 saylı, 04 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı Mənzil Tikinti Kooperati tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MTK cavabdeh "xxxx" ASC-yə (qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə “Azərişıq" ASC-nin "xxxx" RETSİ arasında bağlanmış 051874 nömrəli, xx.xx.2019-cu il tarixlienerji təchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai-iaşə, digər xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi üzrə **********80194 abonent koduna xx.xx.2020-ci ildən xx.xx.2020-ci tarixlərədək hesablanmış 10.080 AZN məbləğində borc məbləğinin 7698.96 manat hissəsinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı olan iddiaçı ********** VÖEN-lə xx.xx.2004-cu il tarixdə AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X1 Qeydiyyat İdarəsində qeydiyyata alınmış, həmin tarixdən də etibarən fəaliyyət göstərir. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən iddiaçıya binaya məxsus **********80194 saylı abonent kodu verilmişdir. Belə ki, cavabdehin "xxxx" RETSİ ilə MTK arasında 051874 nömrəli, xx.xx.2019-cu il tarixli enerji təchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai-iaşə, digər xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında **********80194 abonent kodu MMCnin adına qeydiyyata alınmışdır. Cavabdehin "xxxx" RETSİ-nin abonent saldosuna əsasən, **********80194 kod üzrə xx.xx.2020-ci ildən xx.xx.2020-ci tarixlərədək yazılmış ümumi borcun cəmi 10.080 manat təşkil edir. Belə ki, MTK-ya 1 il ərzində yəni, xx.xx.2019-cu ildən xx.xx.2020-ci illər üzrə faktiki sərfiyyat məbləği 17.040 manat təşkil etmişdir. Buradan da aydın görünür ki, iddiaçının 2019-cu il üçün günə orta hesabla normal sərfiyyatı 46.68 manat civarında olduğu halda, onlara təqdim olunan abonent saldosunda 2 ay üzrə faktiki sərfiyyat məbləği bir neçə dəfə üstələnmişdir. Bunun nəticəsi olaraq yaranmış 10.080 manat borcdan 7698.96 manat məbləğində əsassız borc məbləği yazılmışdır. Hal-hazırda MTK fəaliyyət göstərir, yaşayış binalarında yaşayış var. Belə ki, elektrik enerjisinin xüsusi əhəmiyyəti var, belə ki, işıqlandırma ilə yanaşı, istiliyin təmin olunması məqsədilə elektrik enerjisindən istifadə olunur. Həmçinin MTK tərəfindən hər ay ödənilən aylıq ödəniş qəbzlərindən də görünür ki, aylıq ödənişlər 1500-1700 manat məbləği arasında dəyişir. Ona görə cavabdeh təşkilat tərəfindən şişirdilmiş məbləği qanunsuz və əsassız hesab edirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
3. İddia ərizəsinə etiraz daxil olmamışdır.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-824/2023 saylı, 04 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
5. İddiaçı Mənzil Tikinti Kooperati apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı olan İddiaçı MTK ********** VÖEN-lə xx.xx.2004-cu il tarixdə AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X1 Qeydiyyat İdarəsində qeydiyyata alınmış, həmin tarixdən də etibarən fəaliyyət göstərir. Cavabdeh tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən İddiaçı MTK-ya binaya məxsus **********80194 saylı abonent kodu verilmişdir. Belə ki, "xxxx" ASC-nin "xxxx" RETSİ ilə MTK arasında 051874 nömrəli, xx.xx.2019-cu il tarixli enerji təchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai-iaşə, digər xidmət müəssisəsi (bundan sonra -abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında **********80194 abonent kodu MMCnin adına qeydiyyata alınmışdır. "xxxx" ASC-nin "xxxx" RETSİ-nin abonent saldosuna əsasən, **********80194 kod üzrə xx.xx.2020-ci ildən xx.xx.2020-ci tarixlərədək yazılmış ümumi borcun cəmi 10.080 manat təşkil edir. Belə ki, MTK -ya 1 il ərzində yəni, xx.xx.2019cu ildən xx.xx.2020-ci il tarix illər üzrə faktiki sərfiyyat Dövlət rüsumunun ödənilməsi haqqında məlumat X3 Azaddır - “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən -mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf Ərizəni imzalayan şəxs haqqında məlumat: məbləği 17.040 manat təşkil etmişdir. Buradan da aydın görünür ki, MTK-nın 2019-cu il üçün günə orta hesabla normal sərfiyyatı 46.68 manat (qırx altı manat altımış səkkiz qəpik) civarında olduğu halda, bizə təqdim olunan abonent saldosunda 2 ay üzrə faktiki sərfiyyat məbləği bir neçə dəfə üstələnmışdir. Bunun nəticəsi olaraq yaranmış 10.080 manat borcdan 7698.96 manat məbləğində əsassız borc məbləği yazılmışdır. Hal-hazırda MTK fəaliyyət göstərir, yaşayış binalarında yaşayış var belə ki, elektrik enerjisinin xüsusi əhəmiyyəti var, belə ki, işıqlandırma ilə yanaşı, istiliyin təmin olunması məqsədilə elektrik enerjisindən istifadə olunur. Həmçinin MTK tərəfindən hər ay ödənilən aylıq ödəniş qəbzlərindən də görünür ki, aylıq ödənişlər 1500-1700 manat məbləği arasında dəyişir. Ona görə cavabdeh təşkilat tərəfindən şişirdilmiş məbləği qanunsuz və əsassız hesab edərək bununla bağlı məhkəməyə müraciət edilmişdir. Mövcud borcun real sərfiyyatı əks etdirmədiyini sübut etmək üçün məhkəmə-texniki-mühasibatlıq ekspertizasının təyin edilməsinə zərurət yaransa da məhkəmə işə uyğun ekspertiza təyin etməmişdir. Bununla da işin obyektiv, tam və hərtərəfli araşdırılması təmin edilməmiş, MTK-nın sübutetmə hüququ pozulmuş, həmçinin iş üçün əhəmiyyətli olan hal sübuta yetirmək üçün qərəzli və süni maneə yaradılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
9. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. “Elektrik enerjisindən istifadə Qaydalarının 8.1-ci maddəsinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.
11. Həmin Qaydaların 8.2-ci maddəsinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).
12. Həmin Qaydaların 8.5-ci maddəsinə əsasən abonent elektrik enerjisi sərfinə görə subabonentdən aldığı ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən olunmuş müddətdə enerjitəchizatı müəssisəsinin hesabına köçürməlidir.
13. Həmin Qaydaların 8.13-cü maddəsinə əsasən elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır.
14. Həmin Qaydaların 8.14-cü maddəsinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
21. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır.
24. İddiaçı ilə cavabdeh arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli 051874 nömrəli enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tuturlar.
25. Müqavilənin 9-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə görə aparılır.
26. Müqavilənin 11-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Enerjitəchizatı müəssisəsi hesablaşma dövründə abonentə buraxılmış elektrik enerjisinə görə ödəniş sənədini növbəti hesabat dövrünün 5-dək abonentə təqdim edir, sonrakı bir ay müddətində hesablaşma dövründəki elektrik enerjisinin haqqı abonent tərəfindən ödənilir.
27. İddiaçı tərəfindən verilmiş **********7 nömrəli abunə haqqında saldodan görünür ki, iddiaçının cavabdehə xx.xx.2020-ci il tarixə 6750 manat, xx.xx.2020-ci il tarixə isə 3330 manat borcu yaranmışdır.
28. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçının elektrik enerjisindən istifadəsi etməsi nəticəsində 2019-cu il tarixdən hazırki günədək 5725,73 manat məbləğində cəmiyyət qarşısında borcu var.
29. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən abonent kodu **********7 olan İddiaçı MTK-nın xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər olan borcu 1549,71 manat, xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər olan borcu 513,36 manat, xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər olan borcu 6750 manat, xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər olan borcu 3330 manat, xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər olan borcu 1890 manat təşkil edir.
30. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2020-ci il tarixli hesab fakturaya əsasən iddiaçının xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər olan borcu 6750 manat, xx.xx.2020-ci il tarixli hesab fakturaya əsasən xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər olan borcu 3330 manat təşkil edir.
31. Beləliklə, iş materialları ilə müəyyn edilir ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği müəssisəyə quraşdırılmış sayğacın göstəriciləri əsasında hesablanmış borcdur.
32. Apellyasiya baxışı zamanı, İddiaçı MTK-ya sonuncu dəfə sayğac quraşdırıldıqdan sonra xx.xx.2020-ci il tarixdə 6750 manat, xx.xx.2020-ci il tarixdə 3330 manat borcun hesablanmasının (sərfiyyatın birdən artması) hansı səbəbdən olması, İddiaçı MTK-ya verilən elektrik enerjisini hesablayan sayğaca hər hansı kənar qoşulma halının olub-olmaması, İddiaçı MTK-ya quraşdırılmış sayğacın quraşdırılan zaman tam işlək vəziyyətdə olub-olmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 08 avqust 2023-cü il tarixli, 10/5833 saylı ekapertizanın aparılmasından imtina edilməsi barədə məlumatda qeyd olunmuşdur ki, kommunal xidmət (qaz, su, elektrik) xətlərinə hər hansı qanunsuz qoşulmaların olub-olmamasının, həmçinin sərfiyyatın artmasının səbəbinin müəyyən edilməsi xüsusi bilik tələb etmədiyi üçün ekspertiza fəaliyyətinin vəzifəsinə aid deyil. Əvvəllər qanunsuz (sayğacdankənar) qoşulma hallarının mövcudluğunun müəyyən edilməsi istiqamətində ekspert tərəfindən hər hansı tədqiqat aparması metodiki baxımdan mümkün deyil, elektrik sayğaclarında nasazlıq, həmçinin sayğacların işlək vəziyyətdə olub-olmamasının müəyyən edilməsi Məhkəmə Ekspertizası Mərkəzi Mühəndis-texniki ekspertizalar şöbəsində mövcud olan ekspertizaların həll etdiyi məsələlərin dairəsinə aid deyildir. Elektrik sayğaclarının texniki xüsusiyyətləri, xətaların yoxlanılması, qüsurların mövcudluğu və s. müəyyən edilməsi sayğac müvafiq avadanlıqlarla (laboratoriya, stend və s.) təmin olunmuş yerdə yoxlanılmaqla həll edilə bilər.
33. İddiaçı qeyd olunan aylar üzrə sərfiyyatın əsassız olduğunu, sayğacın göstərilən borcu düzgün qeydə almadığını bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
34. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbini rədd etməklə bağlı gəldiyi qənaət düzgün olmuşdur.
35. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
36. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
37. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı Mənzil Tikinti Kooperati tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-824/2023 saylı, 04 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova