Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-618/2020 26.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası X4 Cavabdeh X8 Təşkilatı» Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun ödənilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-36/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Azərbaycan RespublikasıSahibkarlığın İnkişafı Fondu Cavabdeh X8 Təşkilatı» ASC-yə qarşı iddia ərizəsi və iddianın həcminin ardırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə xx.xx.2019-cu il tarixinə iddiaçı qarşısında yaranmış 12.287.994,71 manat əsas kredit, 179.014,42 manat faiz və 6.397.710,05 manat cərimə - borcu olmaqla, cəmi 18.864.719,18 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə: -“Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. Qaydaların 1.3-cü və 3.5-ci bəndlərinə əsasən Fondun vəsaitlərinin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və X8 təşkilatları vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Bununla əlaqədar, iddiaçı ilə “Cavabdehbank” ASC (cavabdehin hüquq sələfi) arasında xx.xx.2009-cu ıl tarixli “Fondun vəsaitlərinin istifadə edilməsinin şərtləri haqqında” bağlanmış müqavilə əsasında cavabdeh, iddiaçı tərəfindən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə müvəkkil kredit təşkilatı kimi seçilmişdir. Sonradan “Cavabdehbank” ASC-nin təşkilatı hüquqi forması dəyişdirilmiş, Cavabdeh X8 X7 Cəmiyyətinin nizamnaməsi xx.xx.2016-cı il tarixində dövlət qeydiyyatına alınmış, daha sonra X6 X2 xx.xx.2017-ci il tarixli qərarına əsasən ona girov əmanəti qəbul etmək hüququ ilə kreditlərin verilməsinə dair lisenziya verilmişdir. “Cavabdehbank”ASC-nin hazırkı Cavabdeh BOKT ASC-yə transformasiya olunması ilə əlaqədar, “Cavabdehbank” ASC-nin iddiaçı qarşısında hüquq və vəzifələri cavabdehə keçirilməsi şərti ilə hazırkı tərəflər arasında xx.xx.2017-ci il tarixdə “Fondun vəsaitlərinin istifadə edilməsinin şərtləri haqqında” yenidən müqavilə bağlanmışdır. Həmin müqavilənin müqavilənin: 5.8-cı bəndinə uyğun olaraq, müvəkkil kredit təşkilatları istifadə etdikləri vəsaitlər üzrə əsas borc və hesablanmış faizləri hər ay üzrə növbəti ayın 3 (üç) bank günündən gec olmayaraq, Fondun müvafiq xəzinə hesabına ödəməlidir; 3.5-ci və 3.18-ci bəndlərinə əsasən kredit vəsaiti üzrə faizlərin hesablanması güzəştli kredit vəsaitinin Fondun xəzinə hesabından silındiyi tarixdən başlayır və əsas borc üzrə son ödənişin Fondun xəzinə hesabına daxıl olduğu tarixədək davam edir. Faizlər günlər üzrə hesablanır və hesablanma zamanı 1 il 360 günə bərabər götürülür. Müvəkkil kredit təşkilatı Fondun vəsaitinin istifadəsi üzrə öhdəliklərini tam icra etməlidir. Ancaq ayrılmış güzəştli kreditlər üzrə vəsaitlərin geri qaytarılması istiqamətində ödənişlərin həyata keçirilməsində kredit təşkilatı xx.xx.2016-cı il tarixdən gecikmələrə yolvermiş və nəticədə Qaydaların və müqavilənin müvafiq bəndləri pozulduğuna görə öhdəliklərin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə hesablanmasına başlanılmışdır. Belə olan təqdirdə, kredit təşkilatı tərəfindən Fondla kredit təşkilatı arasında bağlanmış “Fondun vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir.” Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-36/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən xx.xx.2019-cu il tarixinə 12.276.569,59 manat əsas kredit, 179.014,42 manat faiz və 3.000.000 manat cərimə borcu, dövlət nəfinə ödənilmiş dövlət rüsumuna görə 24,57 manat iddiaçının xeyrinə tutulması, qalan hissədə iddia rədd edilməsi, iş üzrə 145 manat məbləğində ekspertiza xərcinin 118,78 manatı cavabdehdən, qalan 26,22 manatı isə iddiaçıdan tutularaq ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 16953 saylı ekspert rəyinə əsasən əsas borc 12.276.569,59 manat, faiz borcu 341,02 manat müəyyən edilsə də, məhkəmə tərəfindən həmin rəyi nəzərə alınmamışdır. Həmçinin cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixində 168.000 manat ödəniş edildiyi halda, ekspert rəyində bu ödəniş nəzərə alınmamışdır. Digər tərəfdən, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini də nəzərə almadan yüksək məbləğdə cərimə təyin etmişdir. Eyni zamanda məhkəmə prosesində məhkəməyə vəsatət verilərək “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq restruktirizasiya edilmiş və kredit müqavilələrinin say və məbləğinin müəyyən edilərək tələb edilən məbləğdən çıxılması üçün vaxt verilməsi xahiş edilmiş, lakin məhkəmə bu vəsatəti qəbul etmədən qərarı elan etmişdir. Halbuki, həmin Fərman qəbul edildikdən sonra 1.210.415 manat məbləğində kredit məbləği restruktrizasiya edilmişdir. Kredit müqaviləsinin isə müddəti 5 ildir, həmin müddət ərzində icra edilmədikdə Fonda geri qaytarılmalıdır. Lakin məhkəmə bunu nəzərə almamış, borc üzrə 12.276.559,59 manat tutulmasını qət etmişdir. Məhkəmə öhdəliyin yerinə yetirilməməsi şərtlərinə diqqət yetirməmişdir. Eyni zamanda, qətnamə ilə iş üzrə ekspertiza xərcinin çox hissəsinin cavabdehdən tutulması düzgün olmamışdır. İşin apellyasiya mərhələsində xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nəzərov Emin Rövşən oğlu ərizə ilə məhkəməyə müraciət edərək qətnamə qəbul olunduqdan sonra, cavabdeh tərəfindən edilən ödənişlər və cərimə məbləğinin yenidən hesablanması nəticəsində, Cavabdeh BOKT ASC-nin iddiaçıya 10.317.766,58 manat əsas kredit, 237.152,5 manat faiz və 184.027,67 manat cərimə borcu qaldığını qeyd edərək, buna müvafiq olaraq apellyasiya qaydasında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri Quluzadə Cahid Zöhrab oğlu və X3 (hazırkı məhkəmə iclasında iştirak iştirak edir) iddiaçının həmin ərizəsi ilə, əsas və cərimə borcu hissəsində, razılaşdığını qeyd edərək , müvafiq qətnamə qəbul edilməsinə etiraz etməmiş, lakin faiz məbləği hissəsində iddiaçının ərizəsi ilə razılaşmayaraq bu halda iddia tələbindən kənara çıxıldığını qeyd edərək, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ilə ondan iddiaçının xeyrinə 179.014,00 manat məbləğində faiz məbləğinin tutulması ilə razı olduqlarını bildirmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi borcun tutulması hissəsində dəyişdirilməlidir. Belə ki, iddiaçı ilə cavabdehin hüquq sələfi “Cavabdehbank” ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli “Fondun vəsaitlərinin istifadə edilməsinin şərtləri haqqında” müqavilənin surətindən görünür ki, Fond müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş əsas və əlavə limit çərçivəsində vəsaitlərin ayrılmasını, müvəkkil kredit təşkilatı isə Qaydalara və bu Müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini və verilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində mütəmadi nəzarətin həyata keçirilməsini və vaxtında qaytarılmasını təmin etməyi öhdələrinə götürmüşlər. Eyni zamanda, iddiaçı ilə hazırkı Cavabdeh BOKT ASC (“Cavabdehbank” ASC-nin hüquq varisi) arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli “Fondun vəsaitlərinin istifadə edilməsinin şərtləri haqqında” müqavilədən görünür ki, Fond müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş əsas və əlavə limit çərçivəsində vəsaitlərin ayrılmasını, müvəkkil kredit təşkilatı isə Qaydalara və bu Müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini və verilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində mütəmadi nəzarətin həyata keçirilməsini və vaxtında qaytarılmasını təmin etməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 6.1-ci bəndi nəzərdə tutur ki, müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Ödəniş Fondun hesabına daxil olduğu gün müvəkkil kredit təşkilatı öz öhdəliyini yerinə yetirmiş hesab edilir. Müvəkkil kredit təşkilatları Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün 0,1% cərimə ödəməlidirlər. Müvəkkil kredit təşkilatı 1 (bir) ay ərzində öhdəliklərini icra etmədikdə, Fond vəsaitlərinin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür. Birinci instansiya məhkəməsi qətnaməsindən görünür ki, müqavilənin qeyd olunan şərtinə istinadən və Mülki Məcəllənin 467-ci maddəsini tətbiq etməklə, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixə kimi olan dövr üzrə 3.000.000,00 manat məbləğində cərimə məbləğinin tutulmasını qət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qətnamə ilə cərimə tələbi hissəsində gəldiyi nəticə maddi hüquq normalarına uyğun hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X4 vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün, köçürülməyən vəsaitin 0,1 faizi həcmində, lakin 120 gündən çox olmamaq şərtilə cərimə ödəmələri müəyyən edilmişdir. Həmin “Qayda”nın 11-ci bəndində isə nəzərdə tutulur ki, 3.7-ci bəndin tələblərinin “Qayda” təsdiq olunduğu günədək müvəkkil kredit təşkilatları ilə yaranmış münasibətlərə də şamil edilir. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, məhkəmə iddia tələbi üzrə cərimə (dəbbə) borcuna münasibətdə düzgün hüquqi qiymətləndirmə aparmamış, cavabdehin cərimə borcunu müəyyənləşdirərkən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Qayda”nın qeyd olunan tələblərini nəzərə almamışdır. İddiaçının hazırkı mərhələdə məhkəməyə təqdim etdiyi, Fondun idarə heyətinin sədri tərəfindən imzalanmış, xx xxxxxx 2020-ci il tarixli ərizəsində təsbit edilən və cavabdeh tərəfin razılaşdığı, ona hesablanmış cərimə məbləğindən isə görünür ki, sonuncunun xx.xx.2019-cu il tarixinə iddiaçıya olan, qeyd edilən “Qayda”nın imperativ müddəalarına müvafiq olaraq hesablanmış cərimə borcu, ümumilikdə, 184.027, 67 manat təşkil edir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin ondan tutulması qət olunan cərimə borcunun ümumi məbləğini mübahisələndirən dəlilləri əsaslıdır. Eyni zamanda, birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə cavabdehin əsas borcunu müəyyənləşdirərkən, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 16953 saylı ekspert rəyinə əsaslanaraq, xx.xx.2019-cu il tarixinə olan əsas borcu üzrə 12.276.569,59 manat məbləğində vəsaitin tutulması qənaətinə gəlmişdir. Lakin bu zaman məhkəmə ekspert rəyinin nəticəsinə üstünlük verərkən, borcun miqdarının həqiqliyinin müəyyənləşdirilməsi üçün iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış, o cümlədən, cavabdehin müvafiq ödənişlərini nəzərə almamışdır. Halbuki, MPM-in 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tərəfin hazırkı mərhələdə məhkəməyə təqdim etdiyi qeyd olunan ərizəsində təsbit edilən və cavabdeh tərəfin razılaşdığı əsas borcundan görünür ki, sonuncunun ödənişləri nəzərə alınmaqla, onun əsas borcu 10.317.766,58 manat təşkil edir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin onun ödənişlərinin nəzərə alınmaması və ondan tutulması qət olunan əsas borcun ümumi məbləğini mübahisələndirən dəlillərinin də əsaslı olduğu öz təsdiqini tapır. Cavabdehin apellyasiya şikayətinin digər bir dəlilindən isə görünür ki, ekspert rəyi üzrə 341,00 manat faiz borcunun müəyyən edilməsini əsas tutaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının xeyrinə ondan tutulması qət olunan 179.014,00 manat faiz məbləğini mübahisələndirsə də hazırkı mərhələdə iddiaçı tərəfin qeyd olunan xx xxxxxx 2020-ci il tarixli ərizəsi məhkəmə təqdim olunduqdan sonra, işdə iştirak edən nümayəndələri C.Quluzadə və C.Mahmudov qətnamə ilə ondan tutulın həmin faiz borcu ilə razı olduqlarını bildirmişlər. Hər bir halda, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin ekspert rəyinə istinadən, faiz borcu hissəsində qətnaməni mübahisələndirən dəlillərini əsassız sayır. Belə ki, Mülki Məcəllənin 432.3cü maddəsinə əsasən əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir. Həmin Məcəllənin 432.4-cü maddəsi Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. İşə əlavə olunmuş ekspert rəyindən görünür ki, ekspert tərəfindən iddiaçının ödənişlərinin yalnız faiz və əsas borcuna münasibətdə yönəldilərək hesablama aparılmış, lakin bu zaman ödəmələrin gecikdirilməsinə görə cavabdehə hesablanan (və ya hesablanmalı) olan cərimələr (dəbbə pulu) nəzərə alınmamış və ekspertin borcun silinməsinin qanunvericiliklə müəyyən edilən növbəlik qaydasına riayət etdiyi müəyyən olunmur. Halbuki, iddiaçı tərəfin işə əlavə olunmuş cavabdehin iddiaçı qarşısında öhdəliklərinə dair məlumat vərəqindən görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək ödəmələrin gecikməsinə görə ona cərimələr hesablamış və həmin cərimə məbləğləri faiz məbləğləri ilə müqayisədə onun daha ağır, həm də daha köhnə öhdəliyindən irəli gəlir. Bu baxımdan, iddiaçının maliyyə arayışı üzrə cavabdehin xx xxxxxx 2019-cu il tarixinə olan faiz borcunun - 179.014,42 manat məbləğində təsbit olunması Mülki Məcəllənin qeyd olunan normaları ilə müəyyən edilən silinmə qaydasına uyğun hesab edilməlidir. Beləliklə də, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin borcun tutulması hissəsində gəldiyi nəticənin sübutlara və maddi və prosesual hüquq normalarına uyğun olmadığını mübahisələndiriən dəlillərinin qismən əsaslı oduğu sübuta yetirilir. Lakin cavabdehin apellyasiya şikayətinin ekspertiza xərcinin çox hissəsinin ondan tululmasını mübahisələndirən dəlləri ilə rzılaşmır və formal xarakterli dəlillər kimi qiymətləndirir. Ən azından, ona görə ki, həmin ekspertizanın təyin edəilməsi üçün yazılı vəsatəti mövcud olmuş və məhkəmə tərəfindən məhz onun verdiyi vəsatəti üzrə xahişi nəzərə alınmaqla ekspertiza təyin edilmişdir. Odur ki, MPM-in 117-ci maddəsinin tələbi baxımından, qətnamə ilə ekspertiza təşkilatının xeyrinə tutulmalı olan ümumi (145 manat) ekspertiza xərcinin 118.78 manat məbləğində hissəsinin ondan tutulması işin hallarına və prosesual qanunvericiliyə uyğun hesab edilməlidir. Beləliklə də qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-36/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi borcun tutulması hissəsində dəyişdirilməli və cavabdehdən xx.xx.2019-cu il tarixinə olan borcu üzrə iddiaçı Azərbaycan Respublikasının X4 xeyrinə 10.317.766 manat 58 qəpik əsas kredit, 179.014,42 manat 42 qəpik faiz və 184.027 manat 67 qəpik cərimə – borcu tutulması qət olunmalı, qətnamə, qalan mübahisələndirilən hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Cavabdeh X8 Təşkilatı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-36/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi borcun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh X8 Təşkilatı» Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2019-cu il tarixinə olan borcu üzrə iddiaçı Azərbaycan Respublikasının X4 xeyrinə - 10.317.766 (on milyon üç yüz on yeddi min yeddi yüz altmış altı) manat 58 qəpik əsas kredit, 179.014,42 (bir yüz yetmiş doqquz min on dörd) manat 42 qəpik faiz və 184.027 (bir yüz səksən dörd min iyirmi yeddi) manat 67 qəpik cərimə – borcu tutulsun. Qətnamə, qalan mübahisələndirilən hissələrində dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müdətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-2(103)-618/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-618/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver