Məhkəmə qərarları › İş №2-2(103)-62/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-62/2024

17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-62/2024 17.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kommersiya işi Açar söz: pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 6129/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. xx.xx.2019-cu il tarixli 24-MZ-1-0-752-19 nömrəli İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh3 illik 25 faizlə 36 ay müddətinə 10000 manat məbləğində kredit vermişdir.

2. xx.xx.2019-cu il tarixli 24-MZ-1-0-752-19 nömrəli İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti xx.xx.2019-cu il tarixli 24-MZ-1-0-752-19 nömrəli kredit müqaviləsinə bankdan kredit götürmüş Cavabdeh3 tərəfindən İddiaçı ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün Cavabdeh1 zamin kimi məsuliyyəti öz üzərinə götürməsidir.

3. xx.xx.2019-cu il tarixli 24-MZ-1-0-752-19 nömrəli İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti xx.xx.2019-cu il tarixli 24-MZ-1-0-752-19 nömrəli kredit müqaviləsinə bankdan kredit götürmüş Cavabdeh3 tərəfindən İddiaçı ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün Cavabdeh2 zamin kimi məsuliyyəti öz üzərinə götürməsidir.

4. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2022ci il tarixə Cavabdeh3 6319,38 manat əsas, 498,16 manat faiz və 114,73 manat cərimə borcu vardır.

5. 27 sentyabr 2022-ci il tarixli MŞB/5-03125 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən edilmiş 100 manat məbləğində mediasiya xərcini ödəmişdir. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 13 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6319,38 manat əsas borc, 498,16 manat faiz borcu və 57,37 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6874,91 manat borcun və mediasiya xərci olaraq ödənilmiş (dövlət rüsumu) 100 manat məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi belə əsaslandırmışdır ki, Cavabdeh3 13 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) illik 25 faizlə 36 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 ilə 13 noyabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmış və zaminlər kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərlərinə götürmüşdür. 17 mart 2021-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 08 iyul 2023-cü il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il avqustun 12-dək Cavabdeh3 banka 13 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6319,38 manat əsas borc, 498,16 manat faiz borcu və 114,73 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6932,27 manat borcu vardır. Cavabdeh3 13 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 114,73 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 57,37 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6129/2022 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6319,38 manat əsas, 498,16 manat faiz, 2,46 manat cərimə borcu və 100 manat məbləğində mediasiya xərci olmaqla cəmi 6920 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilsə də, cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər.

10. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd etmişdir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə 2,46 manat məbləğində müəyyən edilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6129/2022 nömrəli qətnaməsinin dəyişdirilərək borcun yenidən hesablanmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbində göstərilən həm əsas borcun, həm də faiz borcunun dəqiq hesablanması xüsusi bilik tələb etdiyindən iş üzrə müvafiq məhkəməmühasibatlıq ekspertizası təyin etməli olduğu halda bunu etməmiş və nəticədə işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinin tələbində göstərilir ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Cavabdeh3 krediti götürəndən sonra xeyli miqdarda, yəni təxminən 8000 manatdan artıq məbləğdə kredit ödənişi etmiş və bu barədə müvafiq ödəniş qəbzləri də məhkəməyə təqdim etmiş, lakin birinci məhkəmə instansiya məhkəməsi qətnamə çıxararkən işin bu halını da nəzərə almamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

14. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.

15. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: (tərəflər arasında müqavilə bağlanan dövrdə qüvvədə olmuş redaksiyada) 739.1-ci maddə- borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddə- əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 467-ci maddə-məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 472.1-ci maddə-borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

16. Qətnamə Cavabdeh3 tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6129/2022 nömrəli qətnaməsi faiz borcu tutulması hissəsində dəyişdirilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 idddiaçı İddiaçı ASC-nin xeyrinə 195,21 manat faiz borcu tutulmalıdır.

18. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli 24-MZ-1-0-752-19 nömrəli kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə illik 25 faizlə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmiş, kredit öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. Kredit öhdəliyi üzrə ödənişlər vaxtında həyata keçirilmədiyindən bank xx.xx.2022-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsas borclu və zaminlərdən xx.xx.2022-ci il tarixədək hesablanmış kredit borcunun və cərimənin tutulmasını xahiş etmişdir.

19. Borcalan apellyasiya şikayətində ödənişlərin və kredit borcunun düzgün hesablanmasını xahiş etdiyindən iş üzrə məhkəmə mühasibatləq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/2419/2024 nömrəli ekspert rəyinə əsasən xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə əsas borc üzrə 7443,39 manat, faiz borcu üzrə 227,44 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 7397,24 manat, faiz borcu üzrə 195,21 manat borcu olduğu müəyyən edilmişdir.

20. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/2419/2024 nömrəli ekspert rəyinə əsasən müəyyən edir ki, cavabdeh bank tərəfindən iddia qaldırıldıqdan sonra 500 manat ödəniş etdiyindən, birinci instansiya məhkəməsinə bu barədə məlumat verilmədiyi üçün faiz borcunun məbləği düzgün müəyyən edilmədiyindən mübahisələndirilən qətnamə faiz borcu hissəsində dəyişdirilməli, iddiaçıya ödənilməli olan faiz borcu 195,21 manat müəyyən edilməlidir. Əsas borc və cərimə borcu ilə bağlı hissədə qətnamənin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

21. MPM-nin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Qeyd edilən normanın tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərci cavabdehlərdən tutulmalıdır.

22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 6129/2022 nömrəli qətnaməsi faiz borcu tutulması hissəsində dəyişdirilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 idddiaçı İddiaçı ASC-nin xeyrinə 195,21 manat faiz borcu tutulmalıdır.

23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6129/2022 nömrəli qətnaməsi faiz borcu tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 195,21 manat faiz borcu tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. 100 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar