Məhkəmə qərarları › İş №2-2(103)-620/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-620/2025

29.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-620/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesində olan) qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-2823/2025 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Ləğvetmə Komissiyasından sığorta hadisəsi nəticəsində 38.838,53 manat məbləğində dəymiş ziyanın alınaraq İddiaçı MMCnə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti elektron məhkəmə sistemi vasitəsi ilə vəsatət təqdim edərək iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli, e-2-2(113)-2823/2025 saylı qərardadına əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (ləğv proresində olan) tərəfindən verilmiş iş üzrə icraata xitam verilməsi barədə vəsatətin rədd edilməsi və qərardaddan şikayət verilə bilməyəcəyi qeyd olunmuşdur. Daha sonra cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən qərardaddan şikayət verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli, e-2-2(113)-2823/2025 saylı qərardaddınan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət MPM-in tələblərinə uyğun olmadığından xx.xx.2025-ci il tarixli qərardadla geri qaytarılmışdır. Qeyd olunan qərardaddan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (ləğv proresində olan) şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(113)-2823/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və icraata xitam verilməsi barədə yeni qərardad qəbul edilməsi, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta hadisəsi nəticəsində 38.838,53 manat məbləğində dəymiş ziyanın alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Elektron məhkəmə sistemi vasitəsi ilə təqdim edilmiş vəsatətlə iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Qeyd olunan vəsatət Bakı Kommersiya Məhkəməsinine-2-2(113)-2823/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərardadı ilə təmin edilməmişdir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-292/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı ilə "xxxx" MMC-nin hazırki işlə eyni predmeti təşkil edən AR Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia tələbinə dair işə xitam verilmişdir. MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə,eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə Mülki Prosessual Məcəllənin 261-ci maddəsində qeyd olunan əsasların hazırkı işdə mövcud olmadığını əsas gətirsə də artıq eyni mübahisə üzrə eyni tərəflər arasında olan işə müvafiq qərardadla xitam verilmişdir. İddiaçı qeyd olunan qərardadı mübahisələndirməmiş, qərardad qanuni qüvvəsini almışdır. MPM-in 262-ci maddəsi iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilməsi hüququnu təsbit etmişdir. İddiaçı bu hüququndan istifadə etməmiş qərardad qanuni qüvvəsini almışdır. Buna görə də, MPMin 262.4-cü maddəsi iddiaçının yenidən məhkəməyə müraciət hüququnu istisna edir və hazırki icraata xitam əsası kimi çıxış edir. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qeyd olunan hallar yazılı və məhkəmə iclasında şifahi qaydada məhkəmənin diqqətinə çatdırılsa da məhkəmə bu halları araşdırmamış, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. İşin hallarından da göründüyü kimi cavabdehin hazırkı iddia tələbi üzrə icraata xitam verilməsi barədə vəsatəti təmin edilməmiş və iş üzrə icraata xitam verilməmişdir. Hal hazırda iddiaçının iddia tələbi üzrə məhkəmə icraatı davam etməkdədir. Göründüyü kimi MPM-də yalnız iş üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərardadından şikayət verilməsi halının nəzərdə tutulduğunu, digər hallarda isə, yəni iş üzrə icraata xitam verilməsindən imtina edilməsi barədə qərardaddan şikayətin verilməsi nəzərdə tutulmamış, cavabdeh tərəf də bu halları nəzərə almamışdır. Buna görə də hazırkı iş üzrə qəbul edilmiş qərardaddan şikayət verilməsi nəzərdə tutulmadığından, məhkəmə cavabdehin şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Məhkəmə kollegiya qeyd edilənləri əsaslı sayaraq hesab edir ki, şikayət haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2823/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar