Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-622/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu, Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının və onun nümayəndəsi (vəkili) X1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı ofis icarəsinə dair icarə müqaviləsinə xitam verilməsi və maddi zərərin əvəzi olaraq 6000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə iddia tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020- ci il tarixli, 2-2(113)-1907/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhəkəməyə müraciət edərək cavabdehin üzərinə 2020-ci il martın 1-dən iyunun sonunadək tərəflər arasındakı xx.xx.2020-ci il tarixli, ofis icarəsinə dair icarə müqaviləsi üzrə müəyyən edilmiş icarə haqqının ödənilməsindən iddiaçının adad edilməsi öhdəliyinin qoyulması, müqaviləyə xitam verilməsi, bu müddət ərzində vurulmuş maddi ziyanın əvəzi olaraq 6000 manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, eyni zamanda, ərizə ilə məhkəməyə müraciət edərək iddianı təmin etmə tədbiri qismində, cavabdehin ünvan 1 ünvanında yerləşən, «Caspian Plaza» iş mərkəzinin 3-cü korpus, 4-cü mərtəbəsində 62 kv.m sahədə girov saxlanılan əmlakların oradan çıxarılması zamanı cavabdeh tərəfindən törədiləcək istənilən maneələrin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1907/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş və tərəflər arasındakı xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən sonuncunun icarəsinə verilmiş - ünvan 1 ünvanında yerləşən «Caspian Plaza» iş mərkəzinin 3-cü korpus, 4-cü mərtəbəsində 62 kv.m sahədən iddiaçıya məxsus əmlakların çıxarılmasına cavabdeh tərəfindən maneələrin yaradılmasına qadağa qoyulmuşdur. Cavabdeh həmin qərardaddan şikayət verərək, ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əmlak tələbi olmadığı halda, bu növ iddianı təmin etmə tədbirinin tətbiqi əsassızdır. Həmçinin iddiaçının özü tərəfindən tərtib olunan aktda əks olunan əşyaların, məhz,həmin ünvanda cavabdeh tərəfindən saxlanılması heç bir sübutla öz təsdiqini tapmayıb. Həmin aktda onun iştirakına dair məhkəməyə sübut təqdim edilməyib. Bundan əlavə cavabdehin icarəyə verən kimi, Mülki Məcəllənin 698.1-ci və 698.2-ci maddələrinə müvafiq olaraq icarə müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilməmiş öhdəliklərinin təmin olunması üçün məhkəməyə müraciət etmədən, iddiaçıya məxsus əşyaların girov qoyulması hüququna malikdir., həmçinin müqavilə tələbləri üzrə cavabdehin iddiaçının əşyalarını girov kimi onlara sahiblik etmək hüququ vardır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə şikayəti dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, iddiaçı və onun nümayəndəsi və vəkili V.Mehraliyev isə onunla razılaşmamış, tətbiq olunan iddianı təmin etmə tədbirinin prosessual qanunvericiliyə uyğun olduğunu bildirərək, qərardadın qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin («MPM») 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxmsarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. MPM-in qeyd olunan 157-ci maddəsinin qeyd olunan müddəalarının mənasından, eyni zamanda Konstitusiya Məhkəməsinin qeyd olunan qərından irəli gələn tövsiylərdən göründüyü kimi, iddinaı təmin etmə tədbiri iddia lələbinə mütənasib olmaqla, qısa zaman ərzində tətbiq edilən və qətnamənin gələcəkdə icrasını təmin etmək xarakteri daşıyan müvəqqəti bir tədbiri əhatə etməlidir. Bu baxımdan, iddiaçının iddia tələbləri ilə onun ərizəsində görülməsini tələb etdiyi iddianı təmin etmə tədbiri müqayisəli şəkildə təhlil olunduqda müəyyən olunur ki, iddianı təmin tədbiri iddia tələbləri ilə mütanisblik təşkil etmir. Belə ki, iddiaçının iddia ərizəsində irəli sürdüyü tələbləri aşağıdakılardan ibarətdir: -cavabdehin üzərinə üzərinə icarə müqaviəlsi üzrə müəyyən edilmiş icarə haqqının ödənilməsindən iddiaçının 2020-ci il martın 1-dən iyunun sonunadək azad edilməsi öhdəliyinin qoyulması; -icarə müqaviəlsinə xitam verilməsi; -vurulmuş maddi ziyanın əvəzi olaraq 6000 manat məbləğində kompensasiyanın ödənilməsi. İddiaçının ərizəsində isə görülməsi tələb edilən iddianı təmin etmə tədbiri aşağıdakı kimidir: -icarə obyektində cavabdeh tərəfindən girov saxlanılan əmlakların oradan çıxarılması zamanı törədiləcək istənilən maneələrin cavabdehə qadağan edilməsi. Göründüyü kimi, iddiaçının iddia ərizəsindəki iddia tələbləri sırasında onun ərizəsində görülməsini tələb etdiyi iddianı təmin etmə tədbirinə uyğun olan iddia tələbi mövcud deyil. Yəni, tətbiq edilməsini xahiş edilən iddianı təmini tədbiri iddia ərizəsində irəli sürülən tələblərinə mütənsiblik təşkil etmir. Digər tərəfdən, qeyd etmək lazımdır ki, hazırkı mübahisəli hüquq münasibətlərinin yaranması əsasları tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə ofis sahəsinin icarəsi üzrə tərəflərin üzərinə götürdüyü öhdəlikləri ilə bağlıdır və iddiaçının hazırkı iddia tələbindən göründüyü kimi, məhkəiədən borclu olduğu icarə haqqının ödənilməsindən azad olunması vəzifəsinin cavabdeh icarəyə verənin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda, Mülki Məcəllənin 298.1-ci maddəsi baxımından, cavabdehin icarəyə verən kimi, obyektin icarəçisi olan iddiaçınnın icarə obyektində (ofisdə) olan əşyalarına girov hüquqına malik olmasını da nəzərdən qaçırmaq olmaz. Hətta, iddiaçının ona məxsus əşyaların çıxarılması barədə iddia tələbi mövcud olsa belə, həmin əşyaların çıxarılması üçün hazırkı iddianı təmini tədbiri ifadəsində iddianı təmini tədbirinin seçilməsi qanunvericiliyə uyğun hesab oluna bilməz. Belə hallarda, digər növ iddianı təmini tədbirindən məsələn, siyahıya alınmaqla, əşyaların özgəinikiləşdirilməsinin cavabdehə qadağan olunması və s bu kimi tədbirlərdən istifadə oluna bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə tətbiq edilən iddianı təmin tədbiri işin hallarına və prosessual qanunvericiliyin tələbinə uyğunluğu müəyyən olunmur. MPM-in 398.0.2-ci maddəsinə iəsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəsinə göndərmək hüquq vardır. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin şikayətinin həmin qərardadla tətbiq edilən iddianı təmini tədbirinin iddia tələblərinə və qanunvericiliyə uyğun gəlmədiyini, qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1907/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli və iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməməsi barədə yeni qərardad çıxarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 402 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC-nin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1907/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-622/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-622/2020
05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver