Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-622/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh”-ə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin iddiaçıya qaytarılması barədə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2265/2021 saylı, 21.04.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh”-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 227295 ABŞ dolları, 7250 ABŞ dolları məbləğində cərimə borcu və ümumilikdə 234545 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsüm tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2265/2021 saylı, 21.04.2021-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh”-ə qarşı “pul” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2265/2021 saylı, 21.04.2021-ci il tarixli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 14-cü bəndinə əsasən müqavilə üzrə yaranmış bütün mübahisə və fikir ayrılıqları ikitərəfli qaydada həll olunmalıdır. İddiaçı tərəfindən cavabdehlə dəfələrlə danışıqlar aparılması üçün cəhd olunsa da, cavabdeh belə danışıqlardan yayınmış və yaranan mübahisənin həlli üçün heç bir addım atmamışdır. Bu səbəbdən, cavabdehə pretenziya məktubu və iddia ərizəsi göndərilərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2265/2021 saylı, 03.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması 24.05.2021-ci il tarixə təyin edilmiş, iddiaçıya işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2265/2021 saylı, 21.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsində qeyd edilənlərə əsasən, iş üzrə Cavabdeh” Qazaxıstan Respublikasında qeydə alınmış hüquqi şəxsidir. Onun Azərbaycan Respublikasında filialı və ya nümayəndəliyi olması barədə sübut iddia ərizəsinə əlavə edilməmişdir. MPM-nin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Əgər işdə iştirak edən şəxslərdən biri xarici şəxsdirsə onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olmadığı təqdirdə yalnız Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində və beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, o cümlədən MPM-nin 450-ci maddəsinə əsasən tərəflər arasında yaranan mübahisəyə Azərbaycan Respublikası məhkəmələri tərəfindən baxılmasına dair yazılı saziş olduğu halda Azərbaycan Respublikası məhkəməsi xarici şəxsin iştirak etdiyi işə baxmağa haqlıdır. Hazırkı halda mübahisə tərəfləri arasında 14 iyul 2019-cu il tarixli Qazaxıstan Respublikasında bağlanmış 14/07/19 nömrəli müqavilədə həmin müqavilədən irəli gələn mübahisəyə Azərbaycan Respublikası məhkəmələri tərəfindən baxılması nəzərdə tutulmadığından və iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinin MPM-nin hansı normasına əsasən bu mübahisəyə baxmağa səlahiyyətli olduğu əsaslandırılmadığından birinci instansiya məhkəməsi MPM-nin 153.2.1-ci maddəsinə əsasən (ərizəyə məhkəmədə baxılmalı deyilsə əsası ilə) iddia ərizəsini icra qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2265/2021 saylı, 21.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2265/2021 saylı, 21.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-622/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-622/2021
24.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver