Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-622/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 19 mart 2021-ci il tarixli, e-2-2(113)-98/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə təkrar apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı BOKT ASC Cavabdeh (3-cü şəxs "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 17 may 2019-cu il tarixli 2019/00147-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh onun xeyrinə 39950 ABŞ dolları məbləğində qalıq, ona hesablamış 16937,02 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 24609,2 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 81496,22 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 81496,22 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun ona ödənilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 17 may 2019-cu il tarixli, 2019/00147-01 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 39950 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evini ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 17 may 2019-cu il tarixli, 2019/00147-01İP №-li X2 bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2019-cu il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq BOKT tərəfindən cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmiş, bu barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər hal –hazıra kimi ödənilməmişdir. Sonradan İddiaçı BOKT ASC iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 17 may 2019-cu il tarixli, 2019/00147-01 saylı Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh onun xeyrinə 39950 ABŞ dolları məbləğində qalıq, ona hesablamış 16937,02 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 24609,2 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 81496,22 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 81496,22 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun ona ödənilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-98/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı BOKT ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh 17 may 2019-cu il tarixli 2019/00147-01 №-li kredit müqaviləsini imzalayaraq öz iradəsini ifadə etmişdir. Çünki həmin müqavilə kreditin restruktruzasiyası üçün bağlanmışdır. Kreditin restrukruzasiya məqsədilə verildiyi müqavilədə də öz əksini tapmışdır. Kreditin restruktruzasiyası üçün bağlanan kredit müqaviləsi üzrə pul vəsaiti də müştərinin hesabından kredit təşkilatının hesabına köçürülür. Yəni Cavabdeh 17 may 2019-cu il tarixli 2019/00147-01 №-li kredit müqaviləsini imzalayaraq pul vəsaitinin əvvəlcə onun hesabına, daha sonra isə onun hesabından təşkilatın hesabına köçürlməsinə razılıq vermiş və öz iradəsini müqaviləni imzalayaraq ifadə etmişdir. Köçürmə ərizəsindəki imzanın Cavabdeh məxsus olmaması heç nəyi dəyişmir. Ərizədəki imza Cavabdeh məxsus olsaydı belə, yenə də pul vəsaiti Cavabdeh hesabından təşkilatın hesabına köçürüləcək və əvvəlki kredit müqavilələri üzrə borcun silinməsinə yönəldiləcəkdi. Kredit müqavilələri restruktruzasiya olunarkən müştəri pul vəsaitini almır. Məhkəmə isə köçürmə ərizəsindəki imzanın Cavabdeh məxsus olmadığını, Cavabdeh pul vəsaitini əldə etmədiyini əsas götürərək iddia tələbini təmin etməmişdir. Məhkəmə prosesi zamanı Cavabdeh özü də kredit və ipoteka müqavilələrini imzaladığını, təşkilata borclu olduğunu etiraf etmişdir. İpoteka müqaviləsi imzalanan zaman onun notariat ofisində çəkilmiş fotoları da ipoteka müqaviləsində öz əksini tapmışdır. Həmçinin məhkəmə iddiaçı tərəfindən verilən təkrar ekspertizanın keçirilməsinə dair vəsatəti də təmin etməmiş, imzanı saxtalaşdıran şəxslər barəsində xüsusi qərardad çıxarmalı olduğu halda bunu etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-734/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-98/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsmiş, iddia qismən təmin edilərək Cavabdeh 39950 ABŞ dolları əsas borc, 16937,02 ABŞ dolları məbləğində faiz borcu və 3900 ABŞ dolları dəbbə pulu, cəmi 60787,02 ABŞ dolları və iddia ərizəsi ilə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 45 manat dövlət rüsumu tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi, tələbin Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin evin açıq hərracda satılması, ipoteka predmeti satıldıqdan 1 ay sonra Cavabdeh həmin evdən çıxarılması, qalan, yəni dəbbə pulunun tutulması iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 253 manat məbləğin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-734/2021 saylı, xx.xx.2021-ci il tarixli əlavə qətnaməsi ilə İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 17 may 2019-cu il tarixli 2019/00147-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 240.000 (iki yüz qırx min) manat müəyyən edilməsi qət edilmişdir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən və 02 noyabr 2021-ci il tarixli əlavə qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-246/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 5 oktyabr 2021-ci il tarixli 2-2(103)-734/2021 saylı qətnaməsi və 2 noyabr 2021-ci il tarixli 2-2(103)-734/2021 saylı əlavə qətnaməsi ləğv edilmiş, iş ona yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, qətnamə və əlavə qətnamə mahiyyət etibarilə iş üzrə məhkəmənin gəldiyi vahid nəticəni bütöv bir tam olaraq özündə təcəssüm etdirən məhkəmə aktları odugundan apellyasiya icraatı zamanı onlara müxtəlif hakimlərdən ibarət tərkibdə baxıldığından, həm əsas qətnamə və həm də əlavə qətnamə ləğv edilməli, iddia ərizəsində qoyulmuş tələblərə vahid məhkəmə tərkibində bütövlükdə yenidən baxılması üçün iş geri qaytarılmalıdır. Ali Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnamələrinin ləğv edilməsinin kassasiya şikayətində də tələb olunmasına baxmayaraq, həmin qətnamələr hazırkı qərarla, yuxarıda qeyd olunduğu kimi, kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq sırf prosessual əsasla ləğv edilir. Odur ki, hazırkı qərar həmin qətnamələrin əsassız, kassasiya şikayətinin isə əsaslı olması kimi qiymətləndirilməməlidir.” Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabehin vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İş materiallarında olan - 17 may 2019-cu il tarixli, 2019/00147-01 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı BOKT ASC Cavabdeh kreditin restrukturizasiyası üçün 39950 ABŞ dolları məbləğində kredit verməyi, sonuncu isə illik 24% hesablanmaqla 60 ay müddətində həmin krediti qaytarmağı öhdəsinə götürmüşdür. - 17 may 2019-cu il tarixli, 2019/00147-01İP №-li X2nin surətindən görünür ki, 17 may 2019-cu il tarixli, 2019/00147-01 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. - 17 may 2019-cu il tarixli, 21 №-li köçürmə ərizəsinin surətindən görünür ki, Cavabdeh ərizəsinə əsasən 39950 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən İddiaçı BOKT ASC-yə köçürülmüşdür. - 22 fevral 2021-ci il tarixli borc haqqında arayışdan görünür ki, Cavabdeh həmin tarixə İddiaçı BOKT ASC-yə olan borcu 39950 ABŞ dolları əsas, 16937,02 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 24609,2 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla ümumilikdə 81496,22 ABŞ dolları təşkil edir. İş materiallarından göründüyü kimi iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etmədiklərırini və nəticədə cavabdehin kredit müqavləsi üzrə əsas borcun 39.950 ABŞ dolları, faiz borcunun 16937,02 ABŞ dolları, cərimənin 24,609.2 ABŞ dolları, cəmi borcun 81,496,22 ABŞ dolları təşkil etdiyini bildirərək məhkəmədə iddia qaldırmışdır. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlansa da, müqavilədə göstərilən pul vəsaiti ona verilməmiş və həmin pul vəsaitnin "xxxx" ASC təəfindən İddiaçı BOKT ASC-yə köçürülməsi üçün əsas olmuş ərizə onun tərəfindən imzalanmamışdır. İmzanın ona məxsus olmaması ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək qətnaməsində qeyd etmişdir ki, araşdırılmış sübutlarla təsdiq olunur ki, 39950 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh hesabına köçürülsə də, ona verilməmiş, razılığı olmadan yenidən İddiaçı BOKT ASC-yə köçürülmüş və pul vəsaitinin köçürülməsində onun iradə ifadəsi mövcud olmamışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh həmin pul vəsaitini almadığına və onun razılığı olmadan yenidən borc verənə qaytarıldığına görə həmin müqavilə üzrə öhdəlikləri yaranmadığından iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, hazırkı işdə yuxarıda qeyd olunan maddələrin dispozisiya şərtlərinin hamısı mövcüd olmuşdur. Beləki, tərəflər arasında yuxarıda qeyd olunan kredit müqaviləsinin bağlanması və 39950 ABŞ dolları məbləğində kreditin cavabdehin "xxxx" ASC-də olan hesabına köçürülməsi işin mübahisəsiz halı olmaqla yanaşı restruktruzasiya xarakteri daşımışdır. Yəni, əsas məqsəd əvvəlki borc müqaviləsini ləğv edərək yeni şərtlərlə kredit müqaviləsini baglamaqdan ibarət olmuşdur. Hazırkı iş üzrə cavabdehin mübahisələndirdiyi yeganə dəlili, həmin pul vəsaitinin "xxxx" ASC tərəfindən İddiaçı BOKT ASC-yə köçürülməsi üçün əsas olmuş ərizənin Cavabdeh tərəfindən imzalanmaması təşkil edir. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, iş materialları ilə müəyyən edildiyi kimi 39950 ABŞ dolları Cavabdeh ilə İddiaçı BOKT ASC arasında daha əvvəl bağlanmış 27 yanvar 2017-ci il tarixli 2017/00399-01 №-li və 16 avqust 2017-ci il tarixli 2017/00487-01 №-li kredit müqavilələri üzrə yaranmış borcdur və həmin borcun bağlanması məqsədilə 17 may 2019-cu il tarixli 2019/00147-01 №-li yeni krеdit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1.2-ci bəndində göstərilmişdir ki, bu müqavilənin imzalanmasından keçən 5 bank günü ərzində hazırki müqavilənin 1.1-ci bəndində göstərilən məbləği borc alanın "xxxx" ASC olan hesabına köçürülür. Həmin krеdit müqaviləsinə əsasən verilməli olan 39950 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçı bankın adından olan xx.xx.2019-cu il tarixli köçürmə ərizəsi əsasında İddiaçı BOKT ASCnin "xxxx" ASC-də olan hesabından Cavabdeh həmin bankda olan hesabına köçürülmüş (i/v 156), eyni zamanda cavabdehin adından olan xx.xx.2019-cu il tarixli 21 №-li köçürmə ərizəsi əsasında Cavabdeh "xxxx" ASC-də olan hesabından İddiaçı BOKT ASC-nin "xxxx" ASC-də olan hesabına köçürülmüşdür (i/v 305). Bununla da, əvvəlki kredit müqavilələri üzrə borclar bağlanmışdır. Göründüyü kimi göstərilən əməliyyatlar tərəflər arasında bağlanmış 17 may 2019cu il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olmuşdur. Ona görə də, köçürmə ərizəsinin cavabdeh tərəfindən imzalanıb-imzalanmamasının mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, işin əvvəlki apellyasiya icraatı zamanı məhkəmənin müvafiq qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 17 avqust 2021-ci il tarixli 4/1102 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə göstərilmişdir ki, işin 305-ci vərəqəsində olan 17 may 2019-cu il tarixli 21 saylı köçürmə ərizəsində “birinci imza” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspert rəyindən də müəyyən edildiyi kimi cavabdehin adından olan köçürmə ərizəsindəki imza Cavabdeh tərəfindən icra olunmuşdur. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin həmin dəlillərə istinad etməsini əsassız sayır. Birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış və məhkəmə xəttşünaslıq ekspertizasını cavabdehin adından olan köçürmə ərizəsini deyil, işin 156-cı vərəqəsində olan iddiaçının adından tərtib edilmiş köçürmə ərizəsini təqdim etmişdir. Halbuki, həmin ərizə cavabdeh tərəfindən deyil, iddiaçının müvafiq əməkdaşı tərəfindən imzalanmışdır ki, birinci instansiya məhkəməsində keçirilmiş 6 noyabr 2021-ci il tarixli 4/814 saylı eskpert rəyi ilə də həmin ərizədəki imzanın cavabdehə məxsus olmamasına istinad edərək əsassız olaraq iddianı təmin etməmişdir. Beləliklə, iddiaçı tərəfindən 17 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirildiyini, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışı araşdıraraq və Mülki Məcəllənin 739.1 və 741-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiya hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulmasını tələb etməkdə tam haqlı olmuşdur. Dəbbə pulunun tutulması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, 24609,2 ABŞ dolları dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, əsas borcun 10 % həddində, yəni 3900 ABŞ dolları məbləğində müəyyənləşdirilməlidir. Eyni zamanda ipoteka müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 59.3cü maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinin tələblərinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi müqavilə tərəfinin müqaviləni əhəmiyyətli dərəcədə pozması müqavilənin ləğv edilməsi əsaslarına aiddir. Hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə ümumiyyətlə heç bir ödəniş aparmamış və bununla da, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlı olduğundan tələb həmin hissədə də təmin edilməlidir. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında bağlanmış 17 may 2019-cu il tarixli 2019/00147-01İP №-li X2nin 3.1-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evi müstəqil qiymətləndirici “FM Consuting” tərəfindən xx.xx.2017-ci il tarixində likvid dəyəri 240.000 manat məbləğində qiymətləndirilmiş və tərəflər həmin məbləği mübahisələndirməmişlər. Bu baxımdan kollegiya hesab edir ki, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 240.000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 19 mart 2021-ci il tarixli, e-2-2(113)-98/2021 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin olunmalı və məhkəmə xərcləri cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq q ə t e t d i: İddiaçı BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)- 98/2021 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 17 may 2019-cu il tarixli 2019/00147-01 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 39950 (otuz doqquz min doqquz yüz əlli) ABŞ dolları əsas borc, 16937,02 (on altı min doqquz yüz otuz yeddi) ABŞ dolları məbləğində faiz borcu və 3900 (üç min doqquz yüz) ABŞ dolları dəbbə pulu, cəmi 60787,02 (altmış min yeddi yüz səksən yeddi) ABŞ dolları və iddia ərizəsi ilə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 45 manat dövlət rüsumu tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Tələb Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilsin və həmin ev açıq hərracda satılsın. İpoteka predmeti satıldıqdan 1 ay sonra Cavabdeh həmin evdən çıxarılsın. İpoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 240.000 (iki yüz qırx min) manat müəyyən edilsin. Qalan hissədə dəbbə pulunun tutulması iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 253 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-622/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-622/2022
27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver