Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-622/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2774/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan "xxxx" ASC cavabdehlər X3 və Cavabdeh3 qarşı kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10 may 2023-cü il tarixli, e-2-2(113)-2774/2023 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı ləğv prosesində olan "xxxx" ASC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər; İş materiallarına əlavə edilmiş DİN-nin BPMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, Cavabdeh3 qeydiyyat ünvanı Lənkəran rayonu, Lənkəran şəhəri, Böyükağa Mirsalayev küçəsi, D 1, mənzil 5-dir. X3 ünvan 2 ünvanında qeydiyyatda olmuş, xx.xx.2021-ci il tarixdə həmin ünvandan qeydiyyatdan çıxmışdır. Eləcə də “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sorğular bölməsinin şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, Cavabdeh3 qeydiyyat ünvanı Lənkəran rayonu, Lənkəran şəhəri, Böyükağa Mirsalayev küçəsi, D 1, mənzil 5-dir. X1 isə qeydiyyat ünvanını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi iş üzrə cavabdehlərdən birinin rəsmi yaşayış yerini müəyyən etmək mümkün olmasa da, digər cavabdehin rəsmi yaşayış yeri Lənkəran rayonu, Lənkəran şəhəri, Böyükağa Mirsalayev küçəsi, D 1, mənzil 5-dir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Lənkəran rayonu, Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsində də təsbit olunmuşdur ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2774/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-622/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-622/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver