Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-624/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 2(81)-808/2009 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19.10.2021-ci il tarixli qərardadından 07.04.2005-ci il tarixdə 0105-P/109- 42690 nömrə altında qeydə alınmış "xxxx" MTK tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, m ü ə y y ə n e t d i: İddiaçı 24.05.2004-cü ildə 01.04-P-58-40184 sayla qeydiyyatdan keçmiş İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi X1 üzrə Bakı Bölgə Şöbəsində 07.04.2005-ci il tarixdə 0105-P/109- 42690 nömrə altında qeydə alınmış İddiaçı MTK-nın adının dəyişdirilməsi, 07.04.2005-ci il tarixli 0105-P-109-42690 nömrəli Dövlət qeydiyyatı haqqında şəhadətnamənin etibarsız sayılması və dəymiş 700000 manat zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin 07.04.2005-ci il tarixdə 0105- P/109-42690 saylı qeydiyyatdan keçmiş "xxxx" MTK qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ədliyyə Nazirliyinin Hüquqi X1 üzrə Bakı Bölgə Şöbəsində 24.05.2004-cü ildə 01.04-P- 58-40184 nömrə altında qeydiyyata alınmış və hüquqi ünvanı M.Rüstəmov küçəsi ev 3, mənzil 179 olan İddiaçı MTK-nın qeydiyyatının ləğv edilməsi, həmin qeydiyyatı ləğv etməyi təmin etmək vəzifəsinin cavabdeh Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi X1 İdarəsinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 03.06.2009-cu il tarixli 2-2(81)-808/2009 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin olunaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi X1 üzrə Bakı Bölgə Şöbəsində 07.04.2005-ci il tarixdə 0105-P/109- 42690 nömrə altında qeydə alınmış İddiaçı MTK-nın qeydiyyatı və qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilməklə icrası Vergilər Departamentinin Kommersiya Hüquqi X1 İdarəsinə həvalə olunmuş, qarşılıqlı iddia üzrə iddiaçı 07.04.2005-ci il tarixdə 0105-P/109-42690 nömrə altında qeydə alınmış İddiaçı MTK-nın iddiası isə təmin edilməmişdir. İddiaçı 07.04.2005-ci il tarixdə 0105-P/109-42690 nömrə altında qeydə alınmış və hazırki iş üzrə qeydiyyatı etibarsız hesab edilmiş İddiaçı MTK ərizə (şikayət ilə birlikdə) ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 03.06.2009-cu il tarixli 2-2(81)-808/2009 nömrəli qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.10.2021-ci il tarixli 2(81)-808/2009 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. 07.04.2005-ci il tarixdə 0105- P/109-42690 nömrə altında qeydə alınmış "xxxx" MTK həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 13.05.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, işin 312-ci vərəqəsində olan məhkəmə qəbzindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 19.10.2021-ci il tarixli 2(81)-808/2009 saylı qərardadı 27 oktyabr 2021-ci il tarixdə 07.04.2005-ci il tarixdə 0105-P/109-42690 nömrə altında qeydə alınmış İddiaçı MTK-nın nümayəndəsi və vəkili X4 rəsmi qaydada təqdim edilmişdir. Lakin 07.04.2005-ci il tarixdə 0105-P/109-42690 nömrə altında qeydə alınmış "xxxx" MTK tərəfindən forma və məzmunla bağlı çatışmazlıq aradan qaldırılaraq ikinci dəfə verilmiş şikayət 14.12.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi şikayət Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsində göstərilən 10 günlük müddətdə verilməmişdir. Çünki 07.04.2005-ci il tarixdə 0105- P/109-42690 nömrə altında qeydə alınmış "xxxx" MTK üçün şikayət verilməsi müddəti 08 noyabr 2021ci il tarixdə bitmişdir (06-07 noyabr 2021-ci il qeyri-iş gününə düşdüyünə görə). Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 07.04.2005-ci il tarixdə 0105- P/109-42690 nömrə altında qeydə alınmış "xxxx" MTKnın şikayətinin Mülki Prosessual Məcəllənin 360-cı maddəsində göstərilən müddətdə verilmədiyini nəzərə alaraq və həmin Məcəllənin 363.1.3, 366.2-ci maddələrini rəhbər tutaraq kollegiya hesab edir ki, onun tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda kollegiya qeyd edir ki, şikayətin birinci dəfə vaxtında verilməsi məsələnin həllinə təsir etmir. Çünki şikayət Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsində göstərilən 10 günlük müddətdə prosessual qaydalara tam riayət edilməklə verilməlidir. Ona görə də, həmin müddətdə verilmiş, lakin hər hansı səbəbə görə geri qaytarılmış şikayət yenidən verildikdə də 10 günlük müddətə riayət olunmalı, bu mümkün olmadıqda isə prosessual müddətin bərpası barədə ərizə verilməlidir. Əks yanaşma həm Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə, həm də hüquqi müəyyənlik prinsipinə ziddir, həmçinin işlərin prosessual qanunvericiliklə müəyyən edilən və ümumiyyətlə ağlabatan müddətlərin pozulması ilə baxılmasına səbəb ola bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin 2(81)-808/2009 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19.10.2021-ci il tarixli qərardadından 07.04.2005-ci il tarixdə 0105- P/109- 42690 nömrə altında qeydə alınmış "xxxx" MTK tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-624/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-624/2022
08.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver